Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10556/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı aid Dövlət Vergi Xidmətinin 30 may 2024-cü il **********624600 nömrəli “İşdən azad edilmə” haqqında əmrinin ləğv edilməsi və iddiaçının Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə işə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2001-ci ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə xidmətə qəbul edilmişdir və onunla bağlanmış 05 noyabr 2019-cu il tarixli müqaviləyə (sonuncu müqavilə) əsasən 06 noyabr 2019-cu il tarixdən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Dövlət Vergi Xidməti” olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Dövlət Vergi Xidmətinin (DVX) xx.xx.2023-cü il **********005200 nömrəli əmri ilə xidmətdə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bir il müddətinə uzadılmış, eyni zamanda onunla bağlanmış 05 noyabr 2019-cu il tarixli əmək müqaviləsi də müddətsiz olaraq uzadılmış və o əmək müqaviləsində qeyd olunan vəzifədə işləməyi davam etdirmiş və işlədiyi dövrdə hər hansı intizam tənbehi almamışdır. İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (VCİABİ) “Məzuniyyət haqqında” müvafiq əmrlərinə əsasən 2009-2010, 2010-2011, 2011-2012, 2012-2013, 2013-2014, 2014-2015-ci iş illərinə görə istifadə etmədiyim əmək məzuniyyəti günlərinin sayı 106 təqvim günü, xx.xx.2017-ci il **********206700 nömrəli, xx.xx.2018-ci il **********005600 nömrəli, xx.xx.2018-ci il **********196300 nömrəli,xx.xx.2018-ci il **********299100 nömrəli, xx.xx.2019-cu il **********253100 nömrəli, xx.xx.2020-ci il **********3333400 nömrəli,xx.xx.2021-ci il **********084500 nömrəli xx.xx.2021-ci il **********165500 nömrəli, xx.xx.2022-ci il **********184200 nömrəli, xx.xx.2023-cü il **********183500nömrəli xx.xx.2023-cü il **********335800 nömrəli və xx.xx.2024-cü il **********012800 nömrəli “Məzuniyyət haqqında” Əmrlərə əsasən müvafiq iş illərinə görə istifadə etmədiyi əmək məzuniyyəti günlərinin sayı 135 təqvim günü olmaqla, ümumilikdə istifadə etmədiyi əmək məzuniyyəti günlərinin sayı cəmi 241 təqvim günü olmuşdur. İstifadə etmədiyi əmək məzuniyyəti günlərinin (cəmi 241 təqvim günü) olduğunu nəzərə alaraq, işlədiyi dövrdə düçar olduğu “şəkərli diabet” xəstəliyindən müalicə olunmaq və eyni zamanda səhhətinə və yaşına uyğun iş yerinin tapılması məqsədilə, əmək qanunvericiliyinə uyğun olaraq cəmi 90 gün (xx.xx.2023 - xx.xx.2024-cü iş ilinə görə 16 təqvim günü, əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyəti günləri hesabına 74 təqvim günü) müddətində əmək məzuniyyətinin verilməsinə dair xx.xx.2024-cü il **********581600 tarixli ərizə ilə müraciət etməyinə, eyni zamanda məzuniyyətin son günündə (xx.xx.2024cü ildə) işdən azad edilməyinə dair ərizəni əlbəəl təqdim etməyinə baxmayaraq, istifadə etmədiyi əmək məzuniyyəti günləri hesabına heç bir gün də olsun əmək məzuniyyəti verilməmiş və DVX- in xx.xx.2024-cü il **********624600 nömrəli əmri ilə mənimlə bağlanmış əmək müqaviləsinə 03 iyun 2024-cü il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçı hesab edir ki, əmək qanunvericiliyinin tələbləri pozulmuş, onun məzuniyyət hüququ təmin edilməmiş, işəgötürən tərəfindən ayrı-seçkiliyə və özbaşınalığa yol verilmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara müvafiq olaraq sənədləşdirilməmiş, habelə qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, habelə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər haqqında məlumatlar göstərilməmişdir. Buna görə də DVX-in İddiaçı aid “İşdən azad edilmə haqqında” xx.xx.2024-cü il **********624600 nömrəli Əmri əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və iddiaçı vergi orqanlarına işə bərpa edilməlidir. Beləliklədə, Əmək Məcəlləsinin tələblərinə görə əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi işçinin arzusu ilə realizə edilməli və bu hüquq heç bir halda məhdudlaşdırılmamalıdır. Bundan əlavə, iddiaçının işdən azad olunmağına dair xx.xx.2024-cü il **********4600 nömrəli “İşdən azad edilmə” haqqında Əmr, VCİABİdən əvvəllər işdən azad edilmiş əməkdaşların işdən azad edilmə haqqında əmrlərdən tam fərqli olaraq tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il **********305500 nömrəli, xx.xx.2023cü il **********749900 nömrəli işdən azad edilmə haqqında əmrlərdə VCİABİ-nin əməkdaşları Əsasamənin 75-ci maddəsinin 1-ci hissəsi ilə vəzifədən azad edilmişlər və eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin təmin edilməsi Maliyyə baş idarəsinə tapşırılmışdır. Qeyd olunan əməkdaşlar kimi bərabər hüquqlarımın təmin edilməməsi və mənim işdən azad edilməyimin hər hansı əsaslandırma olmadan tam fərqli qaydada rəsmiləşdirilməsi təəccüb doğurur. Bundan başqa onunla bağlanmış xx.xx.2016, xx.xx.2018, xx.xx.2019 və 05.11. 2019-cu il tarixli Əmək müqavilələrinin 8.1-ci bəndinə əsasən bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində və Əsasnamənin 75-ci maddəsində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla , tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Həmin Əmək müqavilələrinin 9.1-bəndinə əsasən bu Əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Yuxarıda göstərilən hüquq normalarından aydın olur ki, cavabdeh tərəfindən əmək qanunvericiliyin bir sıra imperativ tələbləri pozulmuş, hüquqi vəziyyəti pisləşdirən qanunun geriyə qüvvəsi olmadığı və 22 idən artıq müddətdə vergi orqanlarında işləməklə 241 təqvim günü müddətində istifadə edilməmiş əmək məzuniyyəti günlərinin olduğu nəzərə alınmamış, habelə mənimlə bağlanmış Əmək müqaviləsində qeyd olunmuş şərtlər pozulmuş və Əmək müqaviləsinə Əmək Məcəlləsində göstərilən əsaslarla deyil, Əmək müqaviləsi bağlandıqdan (müddəti artırıldıqdan) 15 ay sonra - 19 aprel 2024-cü il tarixli 1132- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinə əlavə edilmiş 5-1-ci bəndi ilə xitam verilmişdir. İddiaçının müvafiq iş illərinə görə istifadə edilməmiş əmək məzuniyyəti günlərinin sayı 241 təqvim günü müddətində olması qanuni sənədlər ilə-xx.xx.2019-cu il tarixli əmək müqaviləsi, əmək kitabçası və məzuniyyət haqqında müvafiq əmrlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir (İnzibati icraat haqqında Qanun, maddə 19). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sabiq əməkdaş İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək əvvəlki illərdə istifadə etmədiyi məzuniyyət günlərinin hesabına ümumilikdə 125 gün əmək məzuniyyətinin xx.xx.2023-cü il tarixli növbəti əmək məzuniyyəti barədə ərizəsində qeyd olunan 18 gün ilə cəmlənərək məzuniyyətə buraxılmasını və eyni zamanda məzuniyyətin son günü işdən çıxma haqqında ərizəsinin nəzərə alınaraq tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınaraq xx.xx.2024-cü il tarixli **********012800 №-li əmrlə xx.xx.2024-cü il tarixədək məzuniyyətə buraxılmış, eləcə də həmin ərizə əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********624600 №-li əmrlə o, xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Bununla yanaşı, iddiaçı ərizələrinin icraata qəbul edildiyi və məzuniyyət hüququndan istifadə etdiyi zamanda xx.xx.2024-cü il tarixli yeni bir ərizə ilə müraciət edərək xx.xx.2023- cü il tarixli ərizəsinin (işdən çıxma haqqında) etibarsız hesab edilməsini və yenidən məzuniyyətə buraxılmasını xahiş etmişdir. Halbuki, Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********624600 nömrə “İşdən azad edilmə haqqında’ əmri ilə yuxarıda göstərilən məzuniyyətinin sonuncu günü, yər xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı işdən azad edilmə haqqında xx.xx.2024-cü il tarix əmrin ləğvini məhkəmədən xahiş etsə də, iddia ərizəsində bilavasitə həmin əmrin qanunsuz olduğuna dair hər hansı dəlil göstərə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İPM-nin 35.1-ci maddəsinə əsəsən onun məzuniyyət hüququ pozulmuş, əsassız olaraq istifadə edilməmiş əmək məzuniyyətindən məhrum olunmuş, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 33.2-ci maddəsinə əsasən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqı ala bilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının İnzibati Prosessual Məcəllənin 35.1ci maddəsinə istinad etməklə hüququnun pozulduğunu iddia etməsi anlaşılan deyildir. Göründüyü kimi inzibati icraat qaydasında məhkəmə tərəfindən baxılan bəzi iddia növləri üzrə mümkünlük şərtlərini müəyyən edir. İddiaçının həmin maddəyə əsasən hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. İddiaçının əsassız olaraq istifadə edilməmiş əmək məzuniyyətindən məhrum olduğuna dair dəlilinə gəldikdə isə bildirilir ki, yuxarıda qeyd olunduğu kimi onun xx.xx.2023-cü il tarixli ərizəsinin icrası nəticəsində əvvəlki illərdə istifadə etmədiyi məzuniyyət günlərinin hesabına ümumilikdə 125 təqvim günü əmək məzuniyyətinə buraxılmış və vergi orqanlarında xidmət müddətinin uzadılması haqqında yeni müraciəti olmadığından, həmçinin işəgötürən tərəfindən xidmət müddətinin uzadılması ilə bağlı yeni qərar qəbul edilmədiyindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məzuniyyətinin sonuncu günü olan xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Digər tərəfdən məzuniyyət hüququnun pozuntusu ilə bağlı iddiaçının mülahizəsi birbaşa olaraq işdən azad edilmə əmrinin qanuniliyi ilə səbəbli-nəticə əlaqəsi daşımır. Başqa sözlə, məzuniyyət hüququnun təmin olunub-olunmaması işdən azad etmə ilə bağlı məsələyə hüquqi qiymətin verilməsi üçün həlledici əhəmiyyət kəsb etmir və işçinin işə bərpa edilməsinə gətirib çıxara bilməz. Həmçinin qeyd etməliyik ki, iddiaçı işdən azad edilən vaxt onunla aparılmış son haqq-hesab zamanı istifadə etmədiyi məzuniyyət günlərinə müvafiq kompensasiya ödənilmişdir. İddiaçının ‘Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsinə əsasən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqı ala bilməməsinə dair mülahizəsi isə tamamilə əsassızdır. Belə ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarına əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd olunur ki, “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır. Qanunverici bu halda iki əsas şərti - dövlət qulluqçusunun pensiya yaşına çatmasını və öz arzusu ilə dövlət qulluğundan çıxmasını irəli sürür. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə'nin 78-1-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır.‘Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-3-cü maddəsinə əsasən həmin Əsasnamənin 78-1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə Dövlət Vergi Xidmətinin rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. İddiaçı razılığı ilə onun vergi orqanında xidmətdə olma müddəti Dövlət Vergi Xidmətinin 05.01,2023-cü il tarixli **********005200 №-li əmri ilə 1 il müddətinə uzadılmışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Bu normadan aydın olur ki, dövlət qulluqçusunun 6 misli məbləğində birdəfəlik haqqın verilməsi üçün əsas və vacib şərt onun pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxmasıdır. Lakin sabiq əməkdaş İddiaçı pensiya yaşına çatdıqda dövlət qulluqundan çıxması ilə bağlı arzusunu bildirməmiş, bunun əksinə xx.xx.2022-ci il tarixli ərizəsi ilə vergi orqanında çalışma müddətinin 1 il uzadılmasını xahiş etmişdir. Bununla da o, 6 misli məbləğində birdəfəlik haqqın verilməsi hüququnu itirmişdir. İddiaçının ərizəsində istinad etdiyi digər əməkdaşlar isə pensiya yaşına çatarkən öz arzuları əsasında işdən azad olunduqlarından onların işdən azad edilməsi barədə əmr fərqli əsasla qəbul edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri nəzərə alınmamış və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsi ilə deyil "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə’nin 75-ci maddəsinin 5-1-ci bəndi ilə xitam verilmişdir. İddiaçının gəldiyi bu nəticənin qanunvericiliyin yanlış şərhi olduğunu bildirərək qeyd edilir ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 2- 1-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun müvafiq Həmin Əsasnamənin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən xidmətdə olmanın yaş həddinə çatdıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Əsasnamənin 78-1-ci maddəsinə əsasən isə vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır. Nəticə etibarı ilə vəzifəli şəxslərin vergi orqanlarında xidmətdə olmasının yaş həddi müəyyən edilmiş və həmin Əsasnamənin 78-3-cü maddəsi ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən xidmətin müddətinin uzadılması rəhbərin səlahiyyəti kimi müəyyən edilmişdir. Belə olan halda, İddiaçı müvafiq yaş həddinə çatdığından işəgötürən tərəfindən Əsasnamənin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən xidmətinə xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. İddiaçının qanunun geriyə qüvvəsi barədə dəlilinə münasibətdə isə bildirmək istəyirik ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onlar arasında mövcud olan əmək münasibətləri zamanı qüvvədə olan normaya əsasən xitam verildiyindən burada qanunun qüvvəsinin geriyə tətbiq edilməsindən söhbət gedə bilməz. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə nin 75-ci maddəsinin 5-1-ci bəndi həmin Əsasnaməyə Azərbaycan Respublikasının 19 aprel 2024-cü il tarixli 1132- VİQD nömrəli Qanunu ilə əlavə edilmişdir. İddiaçının işdən azad edilməsi haqqında əmr isə xx.xx.2024-cü il tarixində imzalanmışdır. Buradan aydın olur ki, Əsasnamənin yeni norması geriyə tətbiq edilməmişdir. Eyni zamanda qeyd etməliyik ki, analoji norma “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə əlavə edilməmişdən əvvəl Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində və "Dövlət qulluğu haqqında" Qanunun 33.1.12-ci maddəsində öz əksini tapmaqla vergi orqanlarında xidmət edən vəzifəli şəxslərə tətbiq edilməkdə idi. Hazırda həmin normanın Əsasnaməyə daxil edilməsi sırf uyğunlaşdırma məqsədi daşımışdır. Göründüyü kimi, Dövlət Vergi Xidmətinin xx.xx.2024cü il tarixli **********624600 nömrəli “İşdən azad edilmə haqqında" əmri qəbul edilərkən inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmuş və cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqların pozulmasına yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati icraat mateiallarından görünür ki: - Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə haqqında” xx.xx.2024-cü il tarixli **********624600 nömrəli əmrinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ilə bağlanmış əmək müqaviləsinə 03 iyun 2024-cü il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilməsi, qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı bu əmrlə tanış edilməsini, onunla son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasını təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmək kitabçasının təhvil verilməsini və ya təhvil götürülməsi barədə bildirişin göndərilməsini təmin edilməsi tapşırılmışdır. -Dövlət Vergi Xidmətinin “Vergi orqanlarının xidmət müddətinin uzadılması haqqında” xx.xx.2023-cü il tarixli **********005200 nömrəli əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri İddiaçı dövlət vergi orqanlarında xidmət müddəti xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 (bir) il müddətinə uzadılması qərara alınmışdır. -İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunur ki, “Mənim vergi orqanında çalışma müddətimin 1(bir) il uzadılmasını Sizdən xahiş edirəm.” - İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunur ki, “Yazıb Sizdən xahiş edirəm ki, mənimlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 74-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməklə tutduğum vəzifədən azad edəsiniz. -İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən istifadə etmədiyim əmək məzuniyyəti günləri hesabına xx.xx.2023- xx.xx.2024-cü iş ilinə görə 2 təqvim günü, xx.xx.2010-xx.xx.2011-ci iş ilinə görə 18 təqvim günü, cəmi 20 təqvim günü əsas, xx.xx.2021-xx.xx.2022-cü iş ilinə görə 6 təqvim günü, xx.xx.2019xx.xx.2020-ci iş ilinə görə 15 təqvim günü, xx.xx.2018-xx.xx.2019-cü iş ilinə görə 4 təqvim günü, xx.xx.2016-xx.xx.2017-cü iş ilinə görə 8 təqvim günü, xx.xx.2013- xx.xx.2014-cü iş ilinə görə 15 təqvim günü, xx.xx.2012-xx.xx.2013-cü iş ilinə görə 12 təqvim günü, xx.xx.2011-xx.xx.2012-ci iş ilinə görə 6 təqvim günü, xx.xx.2010-xx.xx.2011-ci iş ilinə görə 15 təqvim günü, xx.xx.2009-xx.xx.2010-cü iş ilinə görə 14 təqvim günü, xx.xx.2008xx.xx.2009-cü ış ilinə görə 10 təqvim günü, cəmi 105 təqvim günü əlavə olmaqla, ümumilikdə 125 təqvim günü əmək məzuniyyətinin verilməsinə və həmin məzuniyyətin xx.xx.2023-cü il tarixli **********794000 nömrəli Ərizədə qeyd olunan cəmi 18 təqvim günü növbəti əmək məzuniyyəti ilə cəmlənərək birlikdə verilməsinə göstəriş verəsiniz. Qoşma: Ərizə (məzuniyyətin son günündə işdən çıxma haqqında) 1 vərəq - əlbə-əl. -Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********012800 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Süitan oğlu iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi ədliyyə müşaviri - XidmətininVergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi 22 yanvar 2023-cü il tarixdən 19 may 2024-cü il tarixədək xx.xx.2023-xx.xx.2024-cü iş ilinə görə 2 təqvim günü əsas, xx.xx.2010xx.xx.2011 -ci iş ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 18 təqvim günü əsas, xx.xx.2008-xx.xx.2009-cu iş ilinə görə 10 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2009- xx.xx.2010-cu iş ilinə görə 14 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2010- xx.xx.2011-ci iş ilinə görə 15 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2011-xx.xx.2012-ci iş ilinə görə 6 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2012-xx.xx.2013-ci iş ilinə görə 12 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2013-xx.xx.2014-cü iş ilinə görə 15 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2016-xx.xx.2017-ci iş ilinə görə 8 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2018-xx.xx.2019-cu iş ilinə görə 4 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2019-xx.xx.2020-ci iş ilinə görə 15 təqvim günü əlavə(xidmət illərinə görə), xx.xx.2021-xx.xx.2022-ci iş ilinə görə 6 təqvim günü əlavə(xidmət illərinə görə) cəmi 125 təqvim günü əmək məzuniyyətinə buraxılsın. Məzuniyyət dövrünə düşən 9 bayram günü nəzərə alınmaqla 03 iyun 2024-cü il tarix məzuniyyətin sonuncu günü hesab edilsin. -İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur ki, “Yazıb Sizdən xahiş edirəm ki, tərəfimdən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin (işdən çıxma haqında) etibarsız hesab edilməsinə və Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən istifadə etmədiyim əmək məzuniyyəti günləri hesabına xx.xx.2011xx.xx.2024-cü iş ilinə görə 13 təqvim günü əsas, 3 təqvim günü əlavə (xidmət illərinə görə), xx.xx.2009-xx.xx.2010-cu iş ilinə görə 29 təqvim günü əsas, xx.xx.2010-xx.xx.2011ci iş ilinə görə 12 təqvim günü əsas, xx.xx.2011-xx.xx.2012-ci iş ilinə görə 17 təqvim günü əsas, xx.xx.2012-xx.xx.2013-cü iş ilinə görə 16 təqvim günü əsas, cəmi 90 təqvim günü əmək məzuniyyəti verilməsinə göstəril verəsiniz. Qoşma: Ərizə (məzuniyyətin son günündə işdən çıxma haqqında) 1 vərəq - əlbə-əl. -Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********061800 nömrəli “Məzuniyyət günləri barədə məlumatın verilməsi haqqında” məktubunda qeyd olunur ki, AVİS baza məlumatlarından göründüyü kimi Sizin əsas əmək məzuniyyətindən xx.xx.2009xx.xx.2010-cu iş ili üçün 29 günü, xx.xx.2010-xx.xx.2011-ci iş ili üçün 12 günü, xx.xx.2011xx.xx.2012-ci iş ili üçün 17 günü, xx.xx.2012-xx.xx.2013-cü iş ili üçün 23 günü, xx.xx.2013xx.xx.2014-cü iş ili üçün 25 günü, xx.xx.2016-xx.xx.2017-ci iş ili üçün 22 günü, xx.xx.2017xx.xx.2018-cu iş ili üçün 7 günü, xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün 28 günü, xx.xx.2019xx.xx.2020-cu iş ili üçün 30 günü, xx.xx.2020-xx.xx.2021-cu iş ili üçün 2 günü, xx.xx.2021xx.xx.2022-ci iş ili üçün 20 günü, xx.xx.2022-xx.xx.2023-cu iş ili üçün 2 günü və xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 11 gününüz qalmışdır. -Dövlət Vergi Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********882100 nömrəli “Müraciətə baxılması haqqında” məktubunda qeyd olunur ki, Bildiririk ki, sizin vergi orqanlarında xidmət müddətiniz Dövlət Vergi Xidmətinin xx.xx.2023-cu il tarixli **********005200 nömrəli əmri ilə 1 yanvar 2024-cü il tarixədək uzadılmış, həmçinin 14 ve 25 dekabr 2023-cü il tarixli ərizələrinizə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək məzuniyyətinə buraxılmısınız. Tərəfinizdən xx.xx.2023-cü il tarixdə ərizə təqdim edilərək sizinlə bağlanmış əmək müqaviləsinə əmək məzuniyyətinin son gününden, yəni xx.xx.2024-cü il tarixdən xitam verilməsi xahiş edilmişdir. Daha sonra tərəfinizdən təqdim edilmiş 03.05. 2024-cü il tarixli ərizə ilə işdən çıxma haqqında xx.xx.2023-cü il tarixli ərizəniz etibarsız hesab edildiyindən Dövlət Vergi Xidmətinin xx.xx.2023-cu il tarixli **********624600 nömrəli əmri ilə "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən əmək məzuniyyətinin bitdiyi xx.xx.2024-cü il tarixdan vəzifədən azad edilmisiniz. Belə ki, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddasinin 5-1-ci bəndinə müvafiq olaraq vergi orqanının vəzifəli şəxsinin xidmetine hemin maddədə göstərilən hallarda, o cümlədən xidmətdə olmanın yaş həddinə çatdıqda xitam verilə bilər. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin nəzərə alınmaması, yəni əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə Əmək Məcəlləsinin müvafiq maddelerine istinad olunmaması ilə bağlı bildiririk ki, Əmək Məcəlləsinin 5-ci maddesinin 2-ci hissəsinə əsasən həmin Məcelle dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Bununla yanaşı, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən işdən azad olunarkən ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsinə dair hüququn təmin edilməməsinə münasibətdə bildiririk ki, xidmətdə qulluğun uzadıldığı müddətin son gününə (həmin gün də daxil olmaqla) dövlət vergi orqanlarında xidmətinə xitam verilmə ilə bağlı ərizə olduğu təqdirdə həmin hüququn realizəsi mümkündür. Belə ki, Qanunun 33.2-ci maddəsinə görə dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3cü maddesinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarına əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilməsi qərara alınmışdır. X1 Məhkəməsi qeyd etmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın verilməsi də pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdınımasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır. Qanunverici bu halda iki əsas şərti dövlət qulluqçusunun pensiya yaşına çatmasını və öz arzusu ilə dövlət qulluğundan çıxmasını irəli sürür. Eynı zamanda bildiririk ki, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 78-3-cu maddəsinə əsasən həmin Əsasnamənin 78-1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə Dövlət Vergi Xidmətinin rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Qeyd olunanlardan göründüyü kimi, vəzifəli şəxslərin xidmətdə olma müddətinin uzadılması vergi orqanlarının vəzifəsi deyil, hüququdur. -Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********990400 nömrəli məktubda qeyd olunur ki, Əmək Məcəlləsinin 140-cı maddəsinə müvafiq olaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulmaqla hesablanır. Eyni zamanda, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən əmək haqqı dedikdə müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür. Dövlət Vergi Xidmətinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli və xx.xx.2023- cü il tarixli **********563200 nömrəli əmrləri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın tələblərinin icrası ilə əlaqədar Sizə məzuniyyətdə olduğunuz müddət üçün hər ay 2510 manat olmaqla, cəmi 12550 manat vəzifə maaşınıza əlavə əmək haqqı hesablanmışdır. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə uyğun məzuniyyətdən əvvəlki 12 təqvim ayının vəzifə maaşına əlavələrin nəzərə alındığı halda məzuniyyət günlərinin əmək haqqına hesablanmış vəzifə maaşına əlavələrin cəmlənmiş məbləği 30 təqvim günü üçün 2384 manat təşkil etməli idi. Halbuki, “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasfnın tələbləri nəzərə alınmaqla Sizə əlavə olaraq hər ay 126 manat vəsait hesablanılmışdır. Həmçinin, 2024-ci il əmək haqqı hesablanan zaman məzuniyyət haqqından tutulmuş gəlir vergisi Vergi Məcəlləsinin 102.1,14.15-ci maddəsinə əsasən cəmi 584,54 manat vəsait Sizə geri qaytarılmışdır. Eyni zamanda, xidmətdə olduğunuz müddət ərzində istifadə etmədiyiniz 228 gün məzuniyyət günlərinə görə 29 970,60 manat vəsait hesablanılmışdır. 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üzrə vəzifə maaşına əlavənin hesablanması qanunvericiliyə uyğun hesablanmış və heç bir kənarlaşma olmamışdır. 2024-cü ilin aprel ayında bu ayların hesablamalarına mühasibatlıqda şəxsən baxış edərək hesablamalar ilə razı olduğunuzu bildirmisiniz. Əlavə olaraq bildiririk ki, işlədiyiniz dövrdə həmkarlar üzvlüyündən çıxmağınız barədə mühasibatlıqda Baş İdarənin Həmkarlar İttifaqı Komitəsinin protokolu olmamışdır. -Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-2-5/2-3991/2024 nömrəli məktubda qeyd olunur ki, sizin xidmətdə olduğunuz müddət ərzində istifadə etmədiyiniz 228 gün məzuniyyət günlərinə görə sizə 29 970,60 manat əlavə vəsait hesablanılmışdır. Həmçinin mövcud elektron baza məlumatlarının araşdırılması zamanı sizin 13 gün istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənişin edilməsində texniki kənarlaşma aşkar edilmişdir. Bununla bağlı bildiririk ki, növbəti ay (maliyyələşmə təmin edildikdən sonra) sizə istifadə edilməmiş 13 gün məzuniyyət günlərinə görə əlavə vəsaitin ödənilməsi təmin ediləcəkdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddiaçının iddia tələbi mübahisələndirmə haqqında iddia növünə yğundur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı 30 may 2024-cü il **********624600 nömrəli “İşdən azad edilmə” haqqında əmri xx.xx.2024-cü il tarixdə mübahisələndirmiş iddia verilməsi üçün prosessual müddətə riayət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -5-ci madddəsinin 2-ci bəndinə görə bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. -70-ci maddəsinin e bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda aşağıdakı əsaslarla ləğv edilə bilər; -131.3-cü maddəsinə əsasən işçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər; -135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; - 144.2-ci madddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; Azərbaycan Respublikasının Dövlət vergi orqanlarında xidmətin qaydaları və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin (bundan sonra: Əsasnamə) ilə müəyyən edilir. Əsasnaməyə “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə bir sıra dəyişikliklər, o cümlədən vergi orqanlarında xidmət etmənin son yaş həddi və əlaqəli məsələlərə dair məsələlər əlavə edilmiş və həmin dəyişikliklər xx.xx.2024-ci il tarixdən qüvvəyə minmişdir. Belə ki, Əsasnamənin mübahisləndirilən inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan redaksiyasına əsasən: - vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür (1-ci bənd); - vergi orqanlarında xidmətə qəbul və xidmət keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Əsasnamə və Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. (8-ci bənd); - öz təşəbbüsü ilə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər (75-ci maddənin 1-ci hissəsi); - xidmətdə olmanın yaş həddinə çatdıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər (75-ci maddənin 5-1-ci hissəsi); xidmətdə olmanın yaş həddinə çatdıqda əsasına görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir (75-ci maddənin sonuncu abzası) - vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır (78-1-ci maddə); - Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir (78-ci maddə). - Əsasnamənin 78-1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarında xidmət müddətinin beş ildən çox uzadılmasına yol verilmir. Xidmətdə olma müddətinin artırılması sonradan bu Əsasnamə ilə nəzərdə tutulmuş əsaslarla vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətinə xitam verilməsini istisna etmir (78-3-cü maddə); “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli 539 nömrəli Fərmanına əsasən: -Əsasnamənin 71-ci maddəsində, 75-ci maddəsinin ikinci hissəsində, 76-cı maddəsində, 78-3-cü maddəsinin birinci cümləsində, 79-cu maddəsində, 80-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur (3.3-cü bənd); -Əsasnamənin 78-ci maddəsinin birinci cümləsində “vəzifəli şəxs” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur (3.5-ci bənd). İş materiallarından görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, onun 65 yaşı (vergi orqanlarında xidmətdə olmasının yaş həddi) xx.xx.2023-cü il tarixində tamam olmuşdur. İddiaçının razılığı ilə cavabdeh Dövlət Vergi Xidmətinin xx.xx.2023-cu il tarixli **********005200 nömrəli əmri ilə vergi orqanlarında xidmətdə olma müddəti 1 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Yəni, iddiaçının növbəti il üzrə xidmətdə olma müddətinin uzadılması barədə cavabdeh inzibati orqanın rəhbərinin iradə ifadəsi olmadığı halda iddiaçının xx.xx.2024-cü il tarixdən sonra vergi orqanlarında xidmətdə olması istisna edilirdi. Qanunvericilik, inzibati orqanın rəhbərinin qərarı (sərəncam, əmr və s.) olduğu hallar istisna olmaqla, iddiaçının müvafiq yaş həddinə çatdığından dolayı vergi orqanlarında xidmətdə olmasına icazə vermir. Əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt olan Əmək Məcəlləsi də dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatma halında işəgötürənə öz təşəbbüsü ilə müqaviləyə xitam vermək səlahiyyəti verir. Bu isə o anlama gəlir ki, işçi ilə əmək müqaviləsinə xitam verilməməsi işəgötürənin müstəsna hüququdur. İş materiallarından görünür ki, iddiaçının xidmətdə olma müddətinin bitməsinədək onun yenidən uzadılması barədə təşəbbüslə nə iddiaçı, nə də cavabdeh inzibati orqan çıxış etmişdir. Dolayısı ilə iddiaçının xidmətdə olma müddətinin yenidən uzadılması barədə iradəsi olmamış, ən azından həmin iradə ifadə edilməmiş, cavabdeh inzibati orqan da belə bir təşəbbüslə çıxış etməmişdir. O halda bu qənaətə gəlinir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən sonra vergi orqanlarında xidmət etməsi qanunvericiliklə istisna edilir. İşdən görünür ki, iddiaçı 25 dekabr 2023-cü il tarixli məzuniyyətə buraxılma barədə ərizəsi ilə xx.xx.2023-cü il tarixdən əmək məzuniyyətinə buraxılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı həmin ərizə ilə birgə 25 dekabr 2023-cü il tarixli ərizə təqdim edərək onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 74-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməklə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı xidmətdə olmanın son yaş həddinə çatdığını bildiyi halda müddətin uzadılması barədə müraciət etməmiş, bunun əvəzinə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, eyni zamanda məzuniyyət hüququnun bir hissəsindən istifadə etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli əmri ilə məzuniyyət müddətinin bitməsi tarixindən, yəni xx.xx.2024-cü ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsası kimi onun işdən azad edilmə barədə ərizəsi (işçinin təşəbbüsü) yox, məhz xidmətdə olmanın son yaş həddinə çatması göstərilmişdir. Bu səbəbdən iddiaçının onun işdən azad edilmə barədə ərizə təqdim etməsi, sonradan onun etibarsız hesab edilməsi barədə müraciəti onun işdən azad edilməsinin hüquqi əsasını təşkil etmədiyindən mübahisləndirilən inzibati aktın hüquqi müqəddaratına hər hansı formada təsir edə bilməz. Digər bir yanaşmada qəbul edilsə belə ki, iddiaçıya məzuniyyət verilməsi bir mənada onun xidmətdə olma müddətinin məzuniyyət müddətində uzadılması anlamına gəlir, o halda belə növbəti dövr üzrə (xx.xx.2024-cü ildən sonrakı) məzuniyyət verilməsi yönündə belə bir qərarın qəbul edilməsi hüququ yenə də cavabdeh inzibati orqanın rəhbərinə məxsusdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının yenidən məzuniyyət verilməsi barədə ərizəsinin icrası yalnız onun müvafiq gələcək dövr üzrə vergi orqanlarında xidmət müddətinin uzadılması (uzadılmış olması) halında mümkün ola bilərdi. Belə ki, qanunvericilik xidmətdə olma müddətini pozitiv şərtlə (yaş həddinə çatma) məhdudlaşdırmış, həmin şərtin baş verdiyi halda vergi orqanının əməkdaşının xidmətdə olmasını istisna etmişdir (uzadılma halı istisna olmaqla). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xidmətdə olma müddətinin başa çatması və növbəti dövr üzrə uzadılma barədə müvafiq qərarın olmamasından irəli gələrək iddiaçının iddia tələbi əsaslı hesab edilə bilməz. Digər tərəfən, iş materiallarından görünür ki, iddiaçının xidmətdə olduğu müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya kimi müvafiq həcmdə vəsait hesablanılmış və ödənilmişdir. İddiaçı işdən azad edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət edən zaman məhz özünün istifadə etmədiyi məzuniyyət günlərinin bir hissəsindən istifadə etmək niyyətində olmuşdur. Lakin sonradan iddiaçı formal tələblərdən çıxış edərək məzuniyyət günlərinin ardıcıllığını təmin etmək məqsədilə yenidən cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçın hesablanmış məzuniyyət günlərinə görə kompensasiyanın məbləğini və ya ona müvafiq məbləğdə əlavə vəsaitlərin ödənilməməsini müstəqil qaydada mübahisələndirə bilər. Hazırkı halda iddiaçının qeyd edilən qəbildən olan və iddiasının əsası kimi qeyd etdiyi hallar dolayı yolla onun işə bərpa edilmə yox, müvafiq kompensasiyanın alınmasına xidmət edir. Bu xarakterli tələblərin təmin edilməsi məqsədilə iddiaçının işə bərpa edilməsi isə yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10556/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10556/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver