Məhkəmə qərarları › İş №2-1(112)-10557/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10557/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10557/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, işsiz), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək BQMZ nəzdindəki xidmət kooperativində, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” icarə idarəsində, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" MMC-də işlədiyi illər iddiaçının əmək stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ” iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək BQMZ nəzdindəki xidmət kooperativində, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” icarə idarəsində, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" MMC-də işlədiyi illər iddiaçının əmək stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəlyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1967-ci ildən 1972-ci ilədək Azərbaycan Politexnik İnstitutunda əlvan metalları metallurgiyası ixtisası üzrə təhsil almışdır. Daha sonra xx.xx.1972-ci ildə 1923 saylı əmrlə Azərbaycan SSR Kirovabad allüminium zavodunda 6-cı dərəcəli aparatçı vəzifəsi üzrə işə başlamış, xx.xx.1971-ci ildə 62 saylı əmrlə 7-ci dərəcəli aparatçı kateqoriyası müəyyən edilmiş, xx.xx.1975-ci ildə 123 saylı əmrlə qələviləşdirmə sahəsinə istehsalat ustası vəzifəsinə keçirilmiş, xx.xx.1976-cı ildə 160 saylı əmrlə gil-torpaq sexinə qələviləşdirmə sahəsinə böyük istehsalat ustası vəzifəsinə, xx.xx.1977-ci ildə 8 saylı əmrlə gil-torpaq sexinə qələviləşdirmə sahəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci ildə isə 305 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra xx.xx.1978-ci ildə 124/k saylı əmrlə qeyri-standart avadanlıq sexinə böyük usta işinə qəbul edilmiş, xx.xx.1979-cu ildə 14/k saylı əmrlə həmin yerdə rəis müavini vəzifəsinə, xx.xx.1980-ci ildə isə qeyri-standart avadanlıq sexinə növbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə 140/k saylı əmrlə SMO-ya 4-cü qrup sexinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 228 saylı əmrlə enerji-mexanika şöbəsinə mühəndis vəzifəsinə, xx.xx.1987-ci ildə 37 saylı əmrlə xalq istehlakı malları sahəsinə 1-ci qrup usta işinə keçirilmiş, xx.xx.1990-cı ildə 224 saylı əmrlə enerji avadanlığı trestinin adı dəyişdirilmişdir. Bundan sonra xx.xx.1991-ci ildə 13/u saylı əmrlə BKMZ nəzdində “Xidmət” kooperativinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1991-ci ildə 1 nömrəli protokolla BQMZ-un nəzdində “Xidmət” istehsalat kooperativinə sədr vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə 29 saylı əmrlə köçürülmə qaydası ilə BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” icarə idarəsinin sərəncamına keçirilmişdir. BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” yanında icarə idarəsi şüşə sahəsinə rəis qəbul edilmiş, xx.xx.2003-cü ildə isə işdən azad olunmuşdur. xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək isə "xxxx" MMC-də direktor vəzifəsi üzrə, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək "xxxx" ASC-nin “Yol körpütikinti” firmasında iş icraçısı vəzifəsi üzrə çalışmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona təyin olunan yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, xx.xx.2022-ci il tarixli **********3 saylı məktubla verilən cavaba əsasən xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək BQMZ nəzdindəki xidmət kooperativində, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” icarə idarəsində, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək isə "xxxx" MMC-də çalışdığı illər sığorta stajına daxil edilməmişdir. Halbuki, xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək BQMZ nəzdindəki xidmət kooperativində, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” icarə idarəsində, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək isə "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Çalışdığı illərə dair Milli Arxiv İdarəsinin arayışında xx.xx.1991-ci il tarixli, 13/u saylı əmrlə xx.xx.1991-ci il tarixdən iş yerinin “Xidmət” kooperativinə dəyişdirilərək işdən azad olunmağı, xx.xx.1996-cı il tarixli, 73 saylı əmrlə xx.xx.1996-cı il tarixdən “Xidmət” kooperativinin şüşə sahəsinin ləğv edilməsiylə işdən azad olunmağı, daha sonra köçürülmə qaydasıyla Qazan Mexaniki zavoduna “Xalq istehsalı malları və xidmətlər” idarəsinin sərəncamına keçirilməsi və 1987-1991-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatların olduğu öz əksini tapmışdır. Göründüyü kimi arxiv sənədlərdə cavabdehin iddiaçının əmək stajına hesablamadığı müəssisələrdə çalışmağı faktı təsdiq edilir. Belə olduğu təqdirdə cavabdehin imtinası əsassız olmaqla onun hüquqlarına toxunur. Araşdırılma aparılan zaman cavabdeh bununla bağlı olaraq Arxiv İdarəsinə müraciət etməmiş, çalışdığı hesablanmamış illərə dair məlumatların əldə olunmasında maraqlı olmamışdır. İddiaçı öz hesabına bu faktları əldə edə bilmişdir. "xxxx" MMC-də çalışdığı dövr ərzində ona **********436 saylı sosial kart təqdim edilmiş, adından ödənişlər həyata keçirilmişdir. Bütün bu faktlar cavabdehin yaşa görə əmək pensiyasının yenidən təyin edilməsindən əsassız yerə imtina etməsinin bariz nümunəsidir. O, uzun illər işləmiş və aldığı əmək haqqından dövlətə vergi ödəmiş, bununla bağlı olaraq DSMF-in Nizami filialına hər rüb hesabatlar təqdim olunmuşdur. İddiaçı cavabdehin imtina məktubunu əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı yaşa görə pensiyanın yenidən hesablanması tələbi ilə 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Vətəndaşın müraciətlərinə cavabdeh orqan tərəfindən baxılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********4 və **********3 nömrəli imtina məktublarına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Bakı Qazan Mexaniki zavodu”nda, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Xalq istehlakı malları və xidmətləri icarə müəssəsi”ndə və xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya müraciətinə əsasən xx.xx.1967-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək diplomun surətinə (təhsil illəri), əmək kitabçasının surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək işlədiyi dövr nəzərə alınmaqla 23 il 11 ay sosial sığorta stajına əsasən əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən əmək kitabçasında göstərilən müəssisənin məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsinin yoxlanılması məqsədiylə DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2022-ci il tarixli **********6 nömrəli cavab məktubunda xx.xx.2006-cı il tarixdən-xx.xx.2007-ci il tarixədək "xxxx" MMCdə işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqı haqqında hesabatlarda İddiaçı məlumatları “Sığortaolunanların hesabları” bölümündə aşkar edilməmişdir. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixdə **********3 və **********9 nömrəli sorğular göndərilmişdir. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4/1671 nömrəli məktubunda “Bakı Qazan Mexaniki zavodu”nun və “Xalq istehlakı malları və xidmətləri icarə müəssəsi”nin və "xxxx" MMC- nin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********04 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyqun olaraq, keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 254 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Qazan Mexaniki zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2004-cü il tarixində tam basa çatmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Emissiya prospektinə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında aşkar olunmadı. Müəssisələr barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi halda yaşa görə əmək pensiyasının məbləği 37 il 10 ay 27 gün sosial sığorta stajına uyğun olaraq 302,77 manat məbləğində müəyyən ediləcəkdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsindəki məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının və cavabdehin nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi qismən əsаslıdır. Belə ki, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, pensiya yaşı çatdığına görə ona xx.xx.2013-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, İddiaçı cavabdehə müraciət edərək xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək BQMZ nəzdindəki xidmət kooperativində, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” icarə idarəsində, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" MMC-də işlədiyi illər müddətin sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyanın yenidən hesablanmasını xahiş etsə də, müraciəti təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi “Bakı Qazan Mexaniki zavodu”nun, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi “Xalq istehlakı malları və xidmətləri icarə müəssəsi”nin və xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmamış, “Bakı Qazan Mexaniki zavodu”nun və “Xalq istehlakı malları və xidmətləri icarə müəssəsi”nin və "xxxx" MMC-nin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmiş, özəlləşdirilməsi xx.xx.2004-cü il tarixində tam basa çatmış "xxxx" ASC-nin emissiya prospektinə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında aşkar olunmamışdır. Məhkəmə cavabdehin yuxarıda göstərilən mövqeyi ilə razılaşmır və aşagıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı cavabdehin nəzərə almadığı xx.xx.1991xx.xx.1996, xx.xx.1996- xx.xx.2003, xx.xx.2004- xx.xx.2007-ci il dövrlərində əmək fəaliyyəti göstərmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin inzibati icraat qaydasında apardığı araşdırma nəticəsində iddiaçının iş stajının mübahisəli dövrlər barədə əldə etdiyi məlumatları ilə əmək kitabçasında olan məlumatlar təkzib edilmir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;.. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının xx.xx.1991- xx.xx.1996, xx.xx.1996xx.xx.2003, xx.xx.2004- xx.xx.2006-ci ilədək işlədiyi müddət nəzərə alınmaqla onun əmək pensiyası yenidən hesablanmalıdır. Lakin iddiaçının xx.xx.2006-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işlədiyi müddət sosial sığorta stajında nəzərə alına bilməz, beləki bu dövr üzrə sığorta stajı iddiaçıya əmək pensiyası təyin edilərkən dövlət sosial sığorta sistemində iddiaçının fərdi uçot məlumatlarına əsasən nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək BQMZ nəzdindəki “Xidmət” kooperativində, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” İcarə İdarəsində, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-də işlədiyi müddət sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyanın yenidən hesablanması cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə (xx.xx.2006-xx.xx.2007 iş stajı hissəsində) rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi qismən təmin еdilsin. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək BQMZ nəzdindəki “Xidmət” kooperativində, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək BQMZ nəzdində “Xalq istehlak malları və xidmətləri” İcarə İdarəsində, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-də işlədiyi müddət sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar