Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10557/2024 08.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “qərarın təqdim edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Baş Prokurorluğuna (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1995-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 16 mart 1995-ci il tarixli cinayət işinin başlanmasından imtina haqqında qərarın surətini iddiaçıya göndərməyib. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 mart 1995-ci il tarixli 07\05-1138 nömrəli məktubla Bakı şəhər İnzibati-İqtisadi Məhkəməsinin 17 avqust 2018-ci il tarixli məhkəmə reyestrinə təqdim etmişdir. İddiaçının şikayətləri əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan istintaqla bağlı cinayət işi rədd edilməsi haqqında qərarı təqdim edilmişdir. 1 saylı Baki İnzibatı-İqtisadi Məhkəməsi 29 avqust 2018-ci il tarixli qərarının 4-cü abzasda Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini tərəfindən məhkəmənin dəftərxanasına 17 avqust 2018 -ci il tarixli 07\05- 1138 saylı məktubla iddiaçının şikayətləri əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırma ilə əlaqədar qəbul olunmuş 16 mart 1995-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təqdim edildiyi yazılmışdır. İddiaçı MTN tərəfindən MTN-in biodalğa generatorundan istifadə etməklə uzaq dalğaların emal edilməsi ilə bağlı şikayətləri əsasında cavabdeh tərəfindən 16 mart 1995-ci il tarixli cinayət işinin başlanmasından imtina edilməsi barədə Qərardad verilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də tələbi yerinə yetirilməyib. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, ona xüsusi xidmət orqanları tərəfindən biodalğalarla təsir göstərilməsi barədə həmin cavabdehə şikayət etmişdir. Cavabdeh tərəfindən ona məktubla bildirilib ki, şikayəti üzrə cinayət işinin başlanması rədd edilib. Lakin, qərarın surəti ona göndərilməyib. O, bununla bağlı cavabdehə rəsmi müraciət etsə də, müraciətinə cavab verilməyib. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdən göründüyü kimi iddiaçı onun şikayəti əsasında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. İPM-də göstərilmişdir ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.2.). İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir (39.1.). İddiaçı həmin xx.xx.1995-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın cavabdeh tərəfindən ona verilmədiyini bildirsə də, cavabdehə bununla bağlı rəsmi müraciət etdiyini təsdiq edən hər hansı sübutu (poçt xəbərnaməsi, müraciətin səlahiyyətli şəxs tərəfindən qəbul edilməsi barədə sənəd və sair) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarına surəti əlavə edilmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3543/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, xx.xx.1995-ci il tarixli qərar həmin işə baxılarkən hazırkı iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Yəni, iddiaçı məhkəməyə rəsmi qaydad müraciət edərək həmin işin materialları ilə tanış ola və qərarın surətini əldə edə bilər. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı xx.xx.1995ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təqdim edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-10557/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10557/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver