Məhkəmə qərarları › İş №2-1(112)-10558/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10558/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10558/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı5 və İddiaçı2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək xəsarətinə görə ödənclərin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı əmək xəsarətinə görə ödənclərin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia tələbindən, iş materiallarında olan sənədlərdən və iddiaçıların məhkəmədə verdikləri izahatlarından məlum olur ki, iddiaçılar “Bakıelektriktökmə" zavodunda işləmiş və peşə xəstəliyinə görə onlara əlillik dərəcələri təyin olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 07 noyabr 2005-ci il tarixli qətnaməsi ilə həmin müəssisədə işləmələri ilə əlaqədar sağlamlığı pozulmuş bir qrup işçilərinə, o cümlədən hazırkı iş üzrə iddiaçıların bir qisminə ödənclərin verilməsi "xxxx" ASC-yə həvalə edilmişdir. 2016-cı ilin sentyabr ayında iddiaçılar tələblə məhkəməyə müraciət edərək onlara ödənilməmiş aylar üzrə ödənişlərin və ödənilməli olan ödənclərin hesablanaraq verilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (iş 2(005)-8432/2016) iddiaçılar X3 və qeyrilərinin cavabdeh "xxxx" ASC-yə qarşı peşə xəstəliyinə görə ödəncin verilməsi tələbinə dair iddiaları təmin edilərək, iddiaçılardan İddiaçı2 və İddiaçı4 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin, İddiaçı5 Yunus oğluna 2012ci ilin iyun, iyul avqust ayları üçün, 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin, İddiaçı1 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün, 2015-ci ilin yanvar ауından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin, İddiaçı3 2012ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün, 2014-cü ilin 8 ayı üçün və 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin hesablanaraq ödənilməsi "xxxx" ASC-nin üzərinə vəzifə olaraq qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar onlara əmək xəsarətinə görə ödənclərin yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişlər, İdarənin 11.06.2021-ci il tarixli cavabında qeyd edilmişdir ki, özəlləşdirilməyə çıxarılan dövlət müəssisələrində əmək xəsarətinə görə ödəniş alanların ödəncləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirildiyindən ödəncin yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək tövsiyə olunur. Sonra iddiaçılar 04.08.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişlər, lakin ərizələri cavablandırılmamışdır. Hazırki iddia tələbində iddiaçılar Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş ödənclərin icra icraatı qaydasında onlara verilən məbləgi ilə razılaşmayaraq yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Cavabdeh nümayəndəsi məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 26.09.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2.-ci maddəsinə əsasən bu Qaydalar: 2.1.1. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” çərçivəsində və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Maddənin məzmunundan görünür ki, dövlət özəlləşməsi haqqında qərar qəbul edilmiş müəssisələrə münasibətdə qaydalar qüvvəyə minənədək yaranmış borcları nəzərdə tutur. Azərbaycan Respublikasının Prezidentinin 04.08.2008-cü il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” Qaydaların 3-cü bəndinə əsasən: 3.1. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat; 3.1.2. peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə – 44 manat; 3.1.3. peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə – 55 manat; 3.1.4. peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat; 3.1.5. həlak olduqda – 77 manat. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2016-cı il tarixli 749 nömrəli Fərmanına əsasən,

1. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 712; 2010, № 7, maddə 610) ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3.1.1-ci yarımbəndində “ 30” rəqəmləri “ 33” rəqəmləri ilə, 3.1.2-ci yarımbəndində “ 40” rəqəmləri “ 44” rəqəmləri ilə, 3.1.3-cü yarımbəndində “ 50” rəqəmləri “ 55” rəqəmləri ilə, 3.1.4-cü yarımbəndində “ 60” rəqəmləri “ 66” rəqəmləri ilə, 3.1.5-ci yarımbəndində “ 70” rəqəmləri “ 77” rəqəmləri ilə əvəz edilsin. Həmçinin bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Belə ki, vətəndaşlara aldıqları əmək zədəsinin faizinə müvafiq olaraq əmək xəsarətinə görə müavinət ödənilir.(Vətəndaşların əmək xəsarətinə görə müavinət alması barədə ESDAS-dan çıxarılmış məlumatlar qoşmaya əlavə edilir). Göstərilənləri nəzərə alaraq, həmçinin vətəndaşa Azərbaycan Respublikasının Prezidentinin 04.08.2008-cü il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında qaydaları”n 3-cü bəndinə tələbinə əsasən vətəndaşlara müavinət ödənildiyindən iddianın mümkün sayılmaması barədə qərardad qəbubl edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım etmək məqsədilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə şikayətlə müraciət etmək hüququ izah edilmiş, iclasda iştirak etmiş iddiaçılar tərəfindən də məhkəmənin təklifinə baxmayaraq işin mahiyyəti üzrə baxılmasını tələb edildiyindən məhkəmə iddianın mümkünlüyü məsələsinə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Təyin edilmiş məhkəmə iclasında digər iddiaçılar iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı2 01.01.2012-ci il tarixdən 31.10.2021-ci il tarixə qədər əmək qabiliyyətini 80% və ya daha çox itirdiyi üçün müvafiq olaraq 60 və 66 manat məbləğində, İddiaçı1 30.07.2012-ci il tarixdən 31.10.2021-ci il tarixə qədər əmək qabiliyyətini 60%-dən 79%-dək itirdiyi üçün müvafiq olaraq 50 və 55 manat məbləğində, İddiaçı4 Fəhrad oğluna 01.01.2011-ci il tarixdən 31.10.2021-ci il tarixə qədər əmək qabiliyyətini 60%-dən 79%-dək itirdiyi üçün müvafiq olaraq 50 və 55 manat məbləğində, İddiaçı5 Yunus oğluna 31.10.2021-ci il tarixə qədər əmək qabiliyyətini 80% və ya daha çox itirdiyi üçün müvafiq olaraq 60 və 66 manat məbləğində, İddiaçı3 01.09.2011-ci il tarixdən 31.10.2021-ci il tarixə qədər əmək qabiliyyətini 60%-dən 79%-dək itirdiyi üçün müvafiq olaraq 50 və 55 manat məbləğində müavinət ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçılar Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə icra icraatı qaydasında onlara verilən ödənclərin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürərək inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında özünün hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). İddiaçılar isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia vermişlər. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçılara izah edilir ki, icra sənədini vermiş məhkəməyə şikayətlə müraciət edə bilərlər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARA A L D İ:

İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2AKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar