Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10558/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun və ailə üzvlərinin ünvan 2 ünvanında daimi yaşadıqlarını nəzərə alaraq istifadə hüququnun tanınması və onunla birgə yaşayan, 16 nəfərlik ailə üzvlərinin pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı, X6, X11, X7, X8, X13, X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanına qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçılar X6, X11, X7, X8, X13, X2 iddiası mümkün sayılmamış, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci ildən ünvan 2 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Ailə tərkibi on altı nəfərdən ibarətdir. Özü Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin inzibati binası üzrə Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 ünvanda, həyat yoldaşı X6 və kiçik qızı X9 isə Xaçmaz rayonunda pasport qeydiyyatındadırlar. İddiaçı ona məxsus olan fərdi yaşayış evinin torpaq vergisini Bakı şəhəri Sabunçu rayonu, Sabunçu bələdiyyəsinə ödəyir, qaz, su, elektrik enerjisindən istifadəyə görə və sair digər kommunal xərcləri vaxtlı-vaxtında ödəyir. Qeyd edir ki, ünvan 3 ünvanda yerləşən qanunsuz tikili hesab edilən və ona məxsus olan fərdi yaşayış evinin xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu üzrə Sabunçu bələdiyyəsi tərəfindən qiymətləndirməsi işi aparılmış və o, bağlanmış əməkdaşlıq müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirir. Fərdi yaşayış evinin müqavilə sənədinin bələdiyyə tərəfindən bağlanması üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Elə bu səbəbdən də hal-hazırda 35 ildən artıq müddətdir ki, 16 nəfərlik ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Böyük oğlu, baş çavuş X11 2013-cü ildən etibarən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə başlamış və hərbi qulluqçu olaraq 44 günlük müharibədə ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında xüsusi igidlik və şücaət göstərərək Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə işğal altında olan ərazilərin Fizuli, Cəbrayıl, Şuşa və Kəlbəcərin azad olunmasında iştirakına görə medallarla təltif olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsi və 53.3-cü maddəsinə uyğun olaraq onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsində birlikdə yaşayır və ailə üzvləri ilə birlikdə ümumi təsərrüfat aparırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunsa da, etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş xx.xx.2022-ci il tarixli, 073-36320 nömrəli məktubunda iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edilmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvalanmış xx.xx.2022-ci il tarixli, 018-28795B- 3222 nömrəli imtina məktubunda bildirilmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanı üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yeni yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının sahəsi verən şəxsin ərizəsi əsasında həyata keçirildiyindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədi təqdim edə bilmədiyi üçün yaşadığı ünvana qeydiyyata alınması mümkün olmamışdır. Faktiki yaşadığı sənədsiz evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya sözügedən evə qeydiyyata alınma tələbi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. - X1, X10 və X15 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən onlar qonşuları İddiaçı, həyat yoldaşı X4 həqiqətən 1987-ci ildən etibarən ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşadıgını, qanunuz tikili adlanan fərdi yaşayış evinin 2006-cı ildə Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən qeydiyyata alındıgını təsdiq etmişlər. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 1332 nömrəli, xx.xx.2022-ci il tarixli İddiaçı verilmiş arayışa əsasən o, həqiqətən ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 909 nömrəli, xx.xx.2022-ci il tarixli İddiaçı verilmiş arayışa əsasən o, 1992-ci il təvəllüdlü X11, 1996-cı il təvəllüdlü X5 və 1993-cü il təvəllüdlü X8 həqiqətən Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 ünvanında Sabunçu rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadırlar. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, iddiaçı faktiki olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsi ünvanında yerləşən 38 nömrəli evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə onlara imtina edilmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi ünvanda yerləşən mənzilə dair onun əmlak hüquqlarının mövcudluğunu təsdiq edən hər hansı hüquqi sənədi nə cavabdeh orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinə qeydiyyata alınmasından imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pzmuş olsun. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10558/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10558/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver