Məhkəmə qərarları › İş №2-1(112)-1056/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1056/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1056/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X1rşı “əmrin hissəvi ləğv olunması, analoji vəzifəyə təyin olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin 25 oktyabr 2022-ci il tarixli, 97/K nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrinin ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X4 Şəxsdə analoji vəzifəyə təyin olunması, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq iddia tələbinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin 25 oktyabr 2022-ci il tarixli, 97/K nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi hissəsi həmin əmrin iddiaçıya aid hissədə ləğv edilməsi kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmışdır. İPM-in 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-1056/2024 nömrəli hazırkı inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatındakı mübahisə predmetləri eyni olan 2-1(112)-7615/2024 nömrəli (iddiaçı X2 cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X1rşı “işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-7615/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar eynidir və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu səbəbdən bu işlərin birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədəmüvafiqdir. İPM-in: 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır; 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir; 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz; 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzbati-Prosessual Məcəlləsinin 56, 83.3.4 və 83.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-1056/2024 nömrəli hazırkı inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-7615/2024 nömrəli (iddiaçı X2 cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X1rşı “işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin hissəvi ləğv olunması, analoji vəzifəyə təyin olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş 2-1(112)- 7615/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar