Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1057/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 (böyük mütəxəssis, Balakən rayonu, Tülü ərazi dairəsi, Tülü kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxxx 2008-ci il tarixindən 57 yaşdan əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına aldığı əməkhaqqına əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxxx 2008-ci il tarixindən 57 yaşdan cavabdeh tərəfindən təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olmuş qaydalara aldığı əməkhaqqına əsasən təyin edilməsinin və ötən dövr üçün hal-hazıra kimi yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının əvvəllər qüvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun yenidən hesablanması və halhazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. xx xxxxxx 2006-cı il tarixinə kimi 38 ildən çox ümumi, 18 il 1 ay 21 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına uyğun olaraq hüququnun yarandığı tarixdən, xx xxxxx 2008-ci ildən pensiyasının yenidən hesablanması və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə məktubla müraciət etmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, hal-hazıra qədər müraciətinə cavab verməmişdir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxxxx 1951-ci ildə Salyan rayonu 1-ci Varlı kəndində doğulmuşdur və hal-hazırda da həmin ünvanda yaşayır. Əmək fəaliyyətinə xx xxxx 1967-ci ildə Kür-ArazSuTikinti Trestinin 16 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlamış və xx xxxxx 1970-ci ilə qədər orada çalışmışdır. xx xxxxxx 1970-ci ildən xx xxxxx 1971-ci ilə qədər Azərbaycan Dəmir Yollarının 5-ci Kürdəmir Distansiyasında yol mantyoru işləmişdir. xx xxxx 1971-xx xxxx 1973-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Azneft Tikinti trestinin 1 nömrəli Tikinti- Quraşdırma İdarəsində xx xxxxxx 1973-xx xxx 1976-cı illərdə fəhlə, həmin idarədə xx xxx 1976-xx xxxxxx 1982-ci illərdə izolyasiyaçı, xx xxxxxx 1982-xx xxxxxx 1991-ci illərdə çilingər işləmişdir. xx xxxxxx 1991-ci il tarixindən köçürmə yolu ilə AzərNeftLayihəTikinti Birliyinin nömrəli Tikinti-Quraşdırma İdarəsinə çilingər qəbul edilmiş və xx xxxxxxxx 1994cü il tarixinədək orada çilingər vəzifəsində çalışmışdır. xx xxxxxxxx 1994-cü il tarixindən köçürmə yolu ilə Salyanneft NeftQazÇıxarma İdarəsinə, Quyuların Əsaslı və X6 təmirçiçilingər vəzifəsinə keçirilmiş və xx xxxxxx 2011-ci il tarixinə qədər həmin idarədə qeyd etdiyi vəzifədə çalışmışdır. Əmək fəaliyyəti dövründə üst-üstə 43 ildən çox ümumi, 23 ildən çox güzəştli olmaqla, bu stajın xx xxxxxx 2006-cı ilə qədər olan dövründə 38 ilə yaxın ümumi, 18 il 01 ay 21 gün güzəştli pensiya hüququ verən iş stajıdır. Güzəştli əmək stajı xx.xx.1970-xx.xx.1971-ci il tarixində Azərbaycan Dəmir Yollarının 5-ci Kürdəmir Distansiyasında yol mantyoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə şifrəsi - 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı isçilər - (23001000—19825) - magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol mantyorları - 04 ay 11 gün, xx.xx.1976- xx.xx.1982-ci illərdə Azneft Tikinti trestinin 1 nömrəli Tikinti-Quraşdırma İdarəsində izolyasiyaçı - Siyahıda şifrəsi - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - (2290000a-12520) - izolyasiyaçılar - 06 il 05 ay 29 gün, xx.xx.1994 xx.xx.2006 - Salyanneft NeftQazÇıxarma İdarəsində təmirçi-çilingər-Siyahıda şifrəsi- 2. Neft-qaz və qaz kondensatının hasilatı- (2130200a—18559) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məsul olan təmirçi çilingərlər - 11 il 03 av 13 gün olmaqla yaranmışdır. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu qanunun qüvvəyə mindiyi tarixədək-xx xxxxxx 2006-cı ilə qədər - ən azı 25 il ümumi, bu stajın ən azı 12,5 ilini ağır və ya zərərli işlərdə çalışmış ölkə vətəndaşlarının pensiya hüququnu təmin etmək üçün əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsini nəzərdə tutur. Bu sosial ədalət prinsiplərinə uyğundur və qanunvericilik aktlarında dəyişiklik edilməsi bu dəyişikliklərin qüvvəyə mindiyi tarixə qədər vətəndaşların hüququnun yarandığı, lakin istənilən səbəbdən bu hüquqlarından istifadə etmədikləri halda qazandıqları hüquqlara mütənasib olan sosial təminat səviyyəsini əldə etməyi nəzərdə tutur. xx xxxxxx 2006-cı ilə qədər o, ümumilikdə 37 ildən çox ümumi, 18 ildən çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına əsasən 57 yaşdan aldığı əməkhaqqına əsasən pensiya təyin edilməsini şərtləndirir. Lakin cavabdeh əsassız olaraq onun xx xxxxxx 2006-cı il tarixinə kimi əldə etdiyi pensiya pensiya hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılmış, konstitusion hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlər etmişdir. O, xx xxxxx 2014-cü ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Ona bu zaman DSMF-nun Neftçala rayon şöbəsində güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmasını bildirməmişlər. Onun özünün də indiyə qədər belə bir hüquq qazandığından xəbəri olmamışdır. O, xx xxxx 2019-cu il tarixində cavabdehə rəsmən müraciət etmiş və onun 57 yaşdan güzəştli pensiya hüququnu tanıyaraq, xx xxxxx 2008-ci il tarixindən əmək pensiyası təyin etmişdir, lakin o dövrdə qüvvədə olan qaydalara əməkhaqqına əsasən deyil, hazırda qüvvədə olan qaydalara əsasən pensiyanın hesablanmasını həyata keçirmişdir. Odur ki, cavabdehin onun güzəştli iş stajı qazandığının mübahisələndirmədiyini nəzərə alınmasını xahiş edir. Mübahisəli məsələ yalnız pensiyanın hesablanması qaydasıdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi Qanunun hazırda qüvvədə olan redaksiyasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqında münasibətdə hesablanması qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənilir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1951-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********4 saylı arayışdan görünür ki, İddiaçı yaşa görə 254,36 manat məbləğində əmək pensiyası alır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi tərəfindən ona xx xxxxxx 2019-cu il tarixində 254,36 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda Fondun Salyan rayon şöbəsi tərəfindən xx.xx.2016-xx.xx.2019cu il tarixləri arasında dövr ərzində ona ümumilikdə 9206,55 manat məbləğində əmək pensiyası ödənilmişdir. İdarə tərəfindən pensiya hüququnun yarandığı xx xxxxx 2008-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək keçmiş dövr üzrə pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən üç il müddəti üçün hesablanmışdır. Keçmiş üç il müddəti üçün ona ödənilməli olan güzəştli şərtlərlə əmək pensiyasının məbləği ümumilikdə 9008,24 manat müəyyən edilmişdir. Göründüyü kimi sözügedən şöbə tərəfindən ona yaşa görə 198,32 (9206,55-9008,24) manat daha çox pensiya məbləği ödənilmiş, həmin məbləğ xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı müddət ərzində hər ay 24,78 manat olmaqla əmək pensiyasından tutulacaqdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiyasının hesablanması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx xxxxxx 2019-cu il tarixdən yenidən hesablanmaqla müəyyən edilmiş 254,36 manat pensiya məbləği müvafiq kart hesabına köçürülür. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxx 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx xxxxxx 2019-cu il tarixdən isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun 57 yaşı tamam olduğu xx xxxxx 2008-ci il tarixdən yarandığı əsası ilə ona təyin edilmiş əmək pensiyasının həmin dövr qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aldığı əmək haqqında əsasən təyin edilməsi ilə yenidən hesablanmasını və həmin dövrdən hal-hazıradək yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənildiyi əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçıya yaşa görə əmək pensiyası xx xxxxx 2014-cü il tarixdə təyin edilərkən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması nəzərə alınmamış, daha sonra ona xx xxxxxx 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İdarə tərəfindən güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx xxxxx 2008-ci il tarixindən ona əmək pensiyası təyin edilərək keçmiş dövr üzrə pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən üç il müddəti üçün hesablanmışdır. Lakin pensiya hesablanarkən onun xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşı tamam olduğu xx xxxxx 2008-ci il tarixdə yaranması hazırki işin mübahisə edilməyən haqlıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək xx xxxxxx 2019-cu il tarixdə təyin edilsə də, lakin onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx xxxxx 2008-ci il tarixdə yarandığından, ona təyin edilmiş pensiya hesablanarkən pensiya təyin edilən dövr qüvvədə olan qanunvericiliyin tələbləri deyil, hüququnun yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməli idi. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu pensiya hesablanarkən orta əmək haqqına məhdudiyyətin tətbiq edilməsini aradan qaldırmışdır. Həmin Qanunun 26.2-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən bu Qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. İddiaçıya pensiya təyin edilərkən orta aylıq əmək haqqının nəzərə alınmalı olması ilə bağlı qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi xx.xx.2010-cu tarixdən qüvvədən düşsə də, iddiaçı həmin qanunun qüvvəyə minməsindən əvvəl, yəni xx.xx.2008-ci il tarixədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etdiyindən, ona pensiya hüququnun yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla əmək pensiyası hesablanmalıdır. Məhkəmə iddia tələbini xx.xx.2008-ci il tarixədən hal-hazıra kimi yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində qismən əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx xxxxxx 2019-cu il tarixdə təyin edilmişdir. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Göründüyü kimi yaranmış fərqin birdəfəlik ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Buna görə də iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq ötən 3 il müddəti üçün hesablanaraq ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Belə olan halda iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əməkhaqqına əsasən yenidən hesablanması onun hüququnun yarandığı xx xxxxx 2008-ci il tarixdən deyil, ona pensiya təyin edilən xx xxxxxx 2019-cu il tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmalı, yaranmış pensiya fərqi ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun 57 yaşı tamam olduğu xx xxxxx 2008-ci il tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aldığı əməkhaqqına əsasən yenidən hesablanması və xx xxxxxx 2019-cu il tarixdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx xxxxx 2008-ci il tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aldığı əməkhaqqına əsasən yenidən hesablanması və xx xxxxxx 2019-cu il tarixdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1057/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1057/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver