Məhkəmə qərarları › İş №2-1(112)-10574/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10574/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10574/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 9 ünvanında yerləşən 3 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 9-da yerləşən, 3 saylı mənzil iddiaçının qayınatası Baladadaş (Babulla) Ağdaş oğlu Məmmədovun (icarədar) adına olmuşdur. 1954-cü il tarixdə qayınatasının vəfatından sonra, əvvəlcə həyat yoldaşı Ağdaş Məmmədov, onun vəfatından da sonra mənzilin faktiki icarədarı iddiaçı olmuşdur. Göstərilən mənzildə ailə üzvləri ilə qayınları, baldızı, yəni 19 nəfər qeydiyyatdadırlar. Həmin mənzil 1 otaqdan ibarətdir və sahəsi 16 kv.metrdir. Yoldaşının anası, yəni Seyidcahan Xanım qayınatasının birinci arvadıdır. Qayınatası ikinci dəfə Səriyyə Xanımla ailə həyatı qurmuş, qayınatasının vəfatından sonra o, başqa şəxslər evlənərək gedərək, onların birgə nikahından Ələkbər və Məmmədağa Məmmədovlar və digər 4 övladı dünyaya gəlmişdir. Onlara 8-ci km. ərazisində “Maşın bazarı’nın yanında 4 otaqlı ev verilmiş və onlar həmin mənzildə qeydiyyata alınmışlar. Lakin faktiki olaraq həmin şəxslər artıq uzun illər bundan əvvəl başqa ünvana köçərək köçdükləri mənizllərində faktiki yaşayırlar. Həmin dövrdən, halhazıradək mənzilin kommunal və digər xərcləri öz hesabların ödənilmişdir. Həmin mənzil və mənzillə bağlı təsərrüfatın saxlanılması, artırılması və qiymətə mindirilməsi, eləcə də, əmlak kütləsinin, yəni evin artırılması öz şəxsi vəsaitləri hesabına həyata keçirilmiş və tam şəkildə təsərrüfatçılıqlarında və sahibliyində saxlanmışdır. RİK-nin 22/3712 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə həmin ünvanda yerləşən mənzilin parametrləri (ölçüləri və konfiqurasiyası), hissələrinin hüquqi vəziyyəti, yəni kimi adında olması, eləcə də, kimlərin həmin ünvanda qeydiyyatda olması barədə məlumatlar arxiv materiallarında mövcuddur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, sözügedən mənzil RMKTB-nin balansındadır və həmin mənzilə faktiki sahibliyi iddiaçı edir və istifadə hüquqlarını maneəsiz həyata keçirir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı məsələ ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədləri (qərar, sərəncam, order və s.) cavabdehə təqdim etməsi iddiaçıya təklif olunmuşdur. Lakin iddiaçı tələb edilən sənədləri aidiyyəti şöbəyə təqdim etmədən məhkəməyə müraciət etmişdir. Mövcud durumda cavabdeh tərəfindən hər hansı bir imtina cavabı verilməmişdir və cavab imtina xarakteri deyil, tövsiyə xarakteri daşıyır. Qeyd edilir ki, cavab məktubu inzibati akt hesab edilə bilməz. Odur ki, iddianın mümkünsüz hesab edilməsi xahiş edilir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı yalnız xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və öz izahatında bildirmişdir ki, o 1971-ci ildə həmin evə gəlin köçüb. 2012-ci ildə onun həyat yoldaşı vəfat edib. Onun həyat yoldaşı xəstə olduğu vaxt onun müalicəsinə başı qarışıb. Həmin vaxt isə Kərimov Məmmədağa və onun qihumları evi zəbt ediblər. Hazırda onlar həmin evdə yaşayılar. O isə həmin evdə yaşamır. Ev onun qayınatasının olub. Bu səbəbdən iddianın təmin edilməsioni xahiş edir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə mənzilə dair 991 nömrəli şəxsi hesab əlavə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə ünvan 1 ünvanı barədə aidiyyatı üzrə Birliyin nəzdindəki 67 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayış məhkəməyə təqdim edilmişdir. 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli ,182 saylı arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 9 ünvanındakı 3 saylı mənzil 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır. Şəxsi hesab 991 №-si Məmmədov Baladadaş adına 1964-cü ildə açılmışdır, lakin şəxsi hesabın açılması və sərəncam barədə MKİS-də heç bir məlumat və sənəd yoxdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətinə dair inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən ünvan 1 ünvanında aşağıdakı şəxslər qeydiyyatdadır: X2, X8, X3, X4, X10, X5, X1, X6, X7. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, sözügedən mənzilin ona verilməsini təsdiq edən hüquq müəyyənedici sənədləri (qərar, sərəncam, order vəs.) Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra məsələyə müvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən iddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadə və sahibliyində olan mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1.). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2.). Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (51.1.). Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2.). Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir(56.1.). Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli kiçik qrup evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara (56.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yaşayış sahsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınmamışdır. O, yalnız Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 9 ünvanında yerləşən 3 saylı mənzillə bağlılığına, yəni həmin mənzilin vaxtilə onun qayınatasına məxsus olmasına əsaslanmışdır. Qeyd edilən əsasla iddiaçı həmin mənziləd air onunla sosial kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə mənzilə dair hüququnu təsdiq edən hər hansı sənədin olmamasına əsasən iddiaçıya imtina cavabı vermişdir. Mənzil Məcəlləsində göstərilmişdir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (59.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (59.2.). Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir (60.1). Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir (60.2.). Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir (61.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır (62.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (62.2). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; 66.1.2. yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; 66.1.3. yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; 66.1.4. yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; 66.1.5. kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək (66.1.). İddiaçı iddia tələbinin əsası kimi sözügedən mənzilin qayınatasına icarə əsasında verilməsinə əsaslanır. Lakin, müəyyən edilmişdir ki, həmin mənzilə dair iddiaçının qayınatası ilə sosial kirayə müqaviləsi bağlanmamışdır. Yalnız mənzilin şəxsi hesabı iddiaçının qayınatasının adına olmuşdur. Belə ki, 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 182 saylı arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 9 ünvanındakı 3 saylı mənzil 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır. Şəxsi hesab 991 №-si Məmmədov Baladadaş adına 1964-cü ildə açılmışdır, lakin şəxsi hesabın açılması və sərəncam barədə MKİS-də heç bir məlumat və sənəd yoxdur. Eyni zamanda iddiaçı məhkəmə iclasında verdiyi izahatında həmin mənzildə yaşamadığını, mənzildə hazırda başqa şəxslərin yaşadığını bildirmişdir. Qeyd edilən hal isə iddiaçının mənzillə hazırda hər ahnsı bağlılığının olmadığnı təsdiq edir. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 9 ünvanında yerləşən 3 saylı mənzildə çoxsaylı şəxslər yaşayış yeri üzrə qeydiyyatdadırlar ki, mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün həmin şəxslərin də razılığı zəruridir. Lakin, iddiaçı həmin şəxslərin razılıq ərizələrini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Beləliklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, sözügedən mənzil üzərində iddiaçının hər hansı bir hüququnun olması müəyyən edilmədiyindən, habelə onunla kirayə müqaviləsinin bağlanması üçün hər hansı bir əsas aşkar edilmədiyindən cavabdehin iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar