Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10576/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışa və texniki pasportda dəyişiklik edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının yuxarıda göstərilən mövcud qanunlarından irəli gələn tələblərini rəhbər tutaraq cavabdehə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, 46 saylı evin tikililəri ilə Texniki pasportda olan uyğunsuzluğun aradan qaldırılmasının həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “ünvan 1 ünvanda yerləşən mənzilə dair cavabdeh tərəfindən tərtib edilmiş çıxarışda və texniki pasportda daşınmaz əmlakın ümumi sahəsinin düzəliş olunmaqla (sahəsi 118,3 kv.m göstərilməklə) daşınmaz əmlakın reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, 46 saylı evin tikililərinin texniki paspotda göstərilənlərlə uyğunsuz olması bu uyğunsuzluğun düzəldilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli imtina bildirişi göndərilmişdir. O həmin imtina ilə razılaşmayaraq, əsaslandırılmış şəkildə təkrar müraciət etmişdir. Cavabdehin əməkdaşları tərəfindən ünvanda baxış keçirilsə də, uyğunsuzluq aradan qaldırılmadan xx.xx.2025-ci il tarixində analoji cavab verilmişdir. O ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixli cavab bildirişi ilə razı deyil. Cavabda göstərilir ki, 2000 və 2010-cu ildə tərtib edilən Texniki Pasportda mənzilin sahəsi sərəncama uyğun tərtib edilmişdir. 2000 və 2010-cu ilə kimi həmin mənzillərin Texniki Pasportları arxivdə olmamış deyil. xx.xx.1996-cı il tarixli Texniki Pasport arxivdə aşkar edilmədiyi bildirilir. Bu halda, arxiv sənədlərində 1996-cı ildən əvvəlki Texniki Pasporta baxılması mümkündür. ünvan 2 ünvanında X5 məxsus iki tikili olmuşdur. Sonradan mülkiyyət hüququ vərəsəlik yolu ilə qızı Sevinc Qasımovaya keçmişdir. Tikilinin biri 01-ci mərtəbədə 01 mərtəbəlidir. Digər tikili 02 mərtəbəlidir. S.Qasımova 02 mərtəbəli (01-ci və 02-ci mərtəbəni birlikdə) İddiaçı satmışdır. Digər 01 mərtəbəli tikilini isə, X2. Alqısatqı zamanı S.Qasımova tərəfindən İddiaçıta verilən Texniki Pasportda 01-ci mərtəbədə mətbəxt, giriş, yardımçı otaq, 02-ci mərtəbədə 03 (üç) yaşayış otaqları və dəhliz əksini tapmışdır. Göstərdiyi sahələr 1996-cı ildən bu günə kimi İddiaçı istifadəsindədir. Lakin 2010-cu ildə tərtib edilən Texniki Pasportda 01-ci mərtəbədə göstərilən mətbəx, giriş, yardımçı sahə öz əksini tapmamışdır. İkinci mərtəbənin altındakı tikili yəni ki, 01-ci mərtəbədə olan sahələr Texniki Paspotda əksini tapmadığından hesab edir ki, göstərilən uyğunsuzluq düzəldilərək, olduğu kimi Texniki Pasportda əks olunmalıdır. Odur ki, sizdən xahiş edirəm yenidən baxış keçirilərək, Texniki Pasportda olan uyğunsuzluğun aradan qaldırılmasına göstəriş verəsiniz.”. Bu ərizəsinə də cavabdeh tərəfindən imtina edildiyindən, hesab edir ki, hüquqlarını məhkəmədə müdafiə etmək zərurəti yaranır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən qanunla qorunan hüquqlarını ciddi və kobud şəkildə pozulmuşdur.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, qeyd olunan mənzilin ilkin mülkiyyətçi olan X4 mülkiyyətinə verilməsinə dair idarənin arxiv əsaslarında olan Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 086/37 nömrəli sərəncamında mənzilin ümumi sahəsi 84.8 kv.m qeyd edilmiş, tərtib olunmuş xx.xx.2000 və xx.xx.2010-cu il tarixli texniki pasportlarda mənzilin sahəsi sərəncama uyğun olaraq, mövcud dəyişikliklər nəzərə alınaraq 84.1 kv.m kimi göstərilmişdir. Əlavə olaraq, təqdim edilmiş xx.xx.1996-cı il tarixli “texniki pasport idarənin arxiv əsaslarında aşkar edilməmiş, mənzilin hazırki vəziyyətinə uyğun qeydiyyata alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı təqdim edilməmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, qeyd olunan mənzilin ilkin mülkiyyətçi olan X4 mülkiyyətinə verilməsinə dair idarənin arxiv əsaslarında olan Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 086/37 nömrəli sərəncamında mənzilin ümumi sahəsi 84.8 kv.m qeyd edilmiş, tərtib olunmuş xx.xx.2000 və xx.xx.2010-cu il tarixli texniki pasportlarda mənzilin sahəsi sərəncama uyğun olaraq, mövcud dəyişikliklər nəzərə alınaraq 84.1 kv.m kimi göstərilmişdir. Əlavə olaraq, təqdim edilmiş xx.xx.1996-cı il tarixli texniki pasport idarənin arxiv əsaslarında aşkar edilməmiş, mənzilin hazırki vəziyyətinə uyğun qeydiyyata alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edir.
6. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 086/37 nömrəli sərəncama əsasən ümumi sahəsi 84,8 kv.m, olan Ə.Quliyev küç., 46 nömrəli evə X3 mülkiyyətinə əvəzsiz verilməsinə dair sərəncam verilmişdir.
7. Məhkəmə sorğusu əsasında əldə edilmiş mənzilin bağışlanması haqqında xx.xx.1999-cu il tarixli müqavilədə qeyd edilmişdir ki, F.Ş.Qasımova ünvan 3 yerləşən yaşayış sahəsi 58,0 kv.m, ümumi sahəsi 84,8 kv.m. olan mənzilin ona məxsus olan yaşayış sahəsi 38,0 kv.m olan üç otağı qızı X6 bağışlamışdır.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 46 mənzil (84.10 kv.m) xüsusi paylı mülkiyyət hüququ əsasında X8 2 otaq (20,0 kv.m), İddiaçı 3 otaq (38,0 kv.m) adına dövlət qeydiyyatına alınmışdır.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın texniki pasportun qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 46-da yerləşən mənzil İddiaçı aid olan hissədən (yaşayış otağı 15,8 kv.m, yaşayış otağı 9,00 kv.m, yaşayış otağı 13,2 kv.m), X11 aid olan hissədən (yaşayış otağı 6,80 kv.m, yaşayış otağı 13,2 kv.m), ümumi hissədən (hamam 3,40 kv.m, mətbəx 4,10 kv.m, dəhliz 15,3 kv.m, dəhliz 3,30 kv.m) ibarətdir.
10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1996-cı il tarixdə daşınmaz əmlakın texniki pasportunda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Ə.Quliyev küçəsi ev 46-da yerləşən mənzil texniki pasportunda mənzilin ümumi sahəsi 118,3 kv.m, yaşayış sahəsi isə 58,0 kv.m olaraq qeyd edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Məhkəmə ilk növbədə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə İddiaçı adına (3 otaq), xx.xx.2010-cu il tarixdə X8 adına (2 otaq) dövlət qeydiyyatına alınması işin mübahisəsiz halıdır.
17. Hazırkı iş üzrə mübahisənin yaranmasının səbəbi ünvan 1 ünvanında yerləşən mənzilə dair cavabdeh tərəfindən tərtib edilmiş çıxarışda və texniki pasportda daşınmaz əmlakın ümumi sahəsinə düzəliş edilməsidir.
18. “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı: 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 20.Mülki Məcəllənin:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
21. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən 84.8 kv. m ümumi sahəsi olan mənzil X4 mülkiyyətinə verilmişdir. - xx.xx.1996-cı il tarixli Texniki Pasportda ünvan 1 ünvanda yerləşən mənzilin ümumi sahəsi 118.3 kv.m göstərilmişdir. - mənzilin alqı-satqısı haqqında xx.xx.1996-cı il tarixli müqavilədə qeyd edilmişdir ki, X7 ünvan 3 ünvanında yerləşən 5 otaqdan ibarət mənzilin iki otağını X1. - mənzilin bağışlanması haqqında xx.xx.1999-cu il tarixli müqavilədə qeyd edilmişdir ki, X7 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m olan ona məxsus 38 kv.m - 3 otağı X6 bağışlamışdır. - mənzilin alqı-satqısı haqqında xx.xx.1999-cu il tarixli müqavilədə qeyd edilmişdir ki, X12 ünvan 4 ünvanında yerləşən iki otaqlı mənzili X2. - mənzilin alqı-satqısı haqqında xx.xx.2000-ci il tarixli müqavilədə qeyd edilmişdir ki, X10 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 38,0 kv.m olan üç otağı qızı İddiaçı satmışdır. - xx.xx.2010-cu il tarixli Texniki Pasportda ünvan 1 ünvanda yerləşən mənzilin ümumi sahəsi 84.1 kv.m göstərilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 84.10 kv.m olan mənzil xüsusi paylı mülkiyyət hüququ əsasında İddiaçı adına (3 otaq) (********** qeydiyyat nömrəsi, xx.xx.2010-cu il tarixli qeydiyyat), X8 adına (2 otaq) (xx.xx.2010-cu il tarixli qeydiyyat) dövlət qeydiyyatına alınmışdır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, mənzilin ilkin arxiv sənədlərinə, plan sixeminə və xx.xx.1996-cı il texniki pasportuna 5 otaq, yaşayış sahəsi 58.0m2 ümumi sahəsi 118.3m2 kimi qeyd olunmuşdur. Lakin xx.xx.2010-cu il tarixli texniki pasportda isə 5 otaq y/sahəsi 58.0m2 köməkçi sahələri ümumi istifadə olmaqla ümumi sahəsi 84.1 m2 kimi qeyd olunmuşdur. Mənzilin faktiki sahəsi 5 otaq 58.0m2 ümumi sahəsi isə 135,7m2dir. Arxiv planlarda olan 10.2m2; 6.5m2; 10.7m2-lik sahələr, xx.xx.2010-cu il tarixli texniki pasportda tərtib olunan zaman nəzərə alınmayıb. Həmin sahə ərizəçinin istifadəsindədir və əlavə olaraq 5.5 kv.m bitişk sanitar qovşağı inşa edilmişdir.
22. Məhkəmə qeyd edir ki, xx.xx.1996-cı il tarixli texniki pasportda (əslinə məhkəmə iclasında baxış kecirildi) mənzilin ümumi sahəsi 118.3 kv.m təşkil etmişdir. Bunu cavabdeh orqan xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktı ilə təsdiqləyir. Lakin daha sonra daşınmaz əmlakın bağışlanması və satılması müqavilələrindən sonra iddiaçının hüquqları qeydiyyata alınarkən çıxarışda mənzilin ümumi sahəsi az göstərilmişdir. Mənzillərin ümumi sahəsinin azaldılması səbəbi isə cavabdeh orqan tərəfindən göstərilməmişdir.
23. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
24. Odur ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən mənzilə dair cavabdeh tərəfindən tərtib edilmiş çıxarışda və texniki pasportda daşınmaz əmlakın ümumi sahəsinin düzəliş olunmaqla (sahəsi 118,3 kv.m göstərilməklə) daşınmaz əmlakın reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmalıdır.
25. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzilə dair cavabdeh tərəfindən tərtib edilmiş çıxarışda və texniki pasportda daşınmaz əmlakın ümumi sahəsinin düzəliş olunmaqla (sahəsi 118,3 kv.m göstərilməklə) daşınmaz əmlakın reyestrindən yeni çıxarışın və texniki pasportun İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva