Məhkəmə qərarları › İş №2-1(112)-10579/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10579/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10579/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “borc tələbinin silinməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasının xx.xx.2024-cü il tarixli 02 saylı qərarının ləğv edilməsi və borc tələbinin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC 1996-cı il tarixdən Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün lazım olan dərman pereparatlarının Xarici dövlətlərdən idxal etməklə satışı ilə məşqul olur. Məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, aralarında olan müqavilə əsasında 2019-cu ilin may və 2020-ci ilin aprel ayında Türkiyə Respublikasında fəaliyyətdə olan “X8 və X13.Tic.LTD.Şti” şirkətindən Fulvican adlı aqrokimyəvi maddə idxal edilmişdir. İdxal edilmiş məhsul ilk olaraq xx.xx.2019-cu il tarixli **********6017 saylı gömrük bəyannaməsi və xx.xx.2020-ci il tarixli **********3180 saylı gömrük bəyannaməsi əsasında bəyan edilməklə idxal edilmişdir. 2019-cu il tarixdə idxal edilmiş məhsul ekspertizanın xx.xx.2019-cu il tarixli rəyinə əsasən Fulvican adlı aqrokimyəvi maddə mineral gübrələr sinifinə qruplaşdırılmış (XİF MN kodu 3101 00 000 0) və əlavə dəyər vergisindən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə idxal edilmiş məhsul yenidən ekspertizaya cəlb edilmiş və xx.xx.2020-ci il tarixli, 2200-013/0xx-xx/002936 saylı ekspertiza rəyinə əsasən (XİF MN 3105 90 800 0) alt yarımmövqeyində sinifləşdirilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən ünvanlarına xx.xx.2023-cü il tarixdə rəsmi qadada ünvanlanmış məktubunda qeyd edilmişdir ki, MGEİ tərəfindən xx.xx.2020-ci il tarixli, 2200-013/0xx-xx/002936 nömrəli “FulviCan” adlı yük mineral gübrəsi olub XİF MN üzrə ********** kodu altında verilən ekspert rəyi ekspertizanın daxilində saxlanılan sınaq protokolu arasında ziddiyət olduğundan ekspert rəyinin səhv verildiyini və onun etibarsız sayıldığını qeyd etmişdir. MGEİ-nın “FulviCan” adlı mineral gübrəsinin ekspert rəyinin etibarsız hesab edilməsinə dair məlumatı nə elektron nədəki rəsmi qaydada onlara bildirilməmişdir. 3 il 4 ay sonra şifahi qaydada əməkdaşılarına bildirilmiş və sonrada tələb etdiyimizdən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada məlumat verilmişdir. Onu da qeyd edək ki, ekspertizanın rəyində “FulviCan” adlı mineral gübrənin gübrə olmadığı, 1 litrlik plastik qabda olmaqla 17000 litr olması, X7ması və nümunələrin götürülmə vaxtının isə xx.xx.2020-ci il göstərilmişdir. Halbu ki, tərəflərindən idxal edilmiş “FulviCan” adlı mineral gübrənin üzərində gübrə olaraq qeyd edilmiş, 1 litrlik plastik qabda deyil 25 kq politelin kisədə olmuş, 17000 litr olmamış 24000 kq olmuş, X7mamış X11muş və nümunələrin götürülmə vaxtı isə xx.xx.2020-ci ildə yox xx.xx.2020-ci il tarixdə olmuşdur. Bundan başqa BBGİ tərəfindən MGEİ-nə müraciət xx.xx.2020-ci il tarixdə olmuşdur. Göründüyü kimi MGEİ tərəfindən əsaslandığı sınaq protokolunda qeyd edilən məhsul bizim tərəfimizdən idxal edilmiş məhsula heç bir aidiyyatı olmamışdır. Lakin, buna baxmayaraq cavabdeh inzibati orqan MGEİ-nin gəldiyi nəticəni əsaslı saymış və bizim müraciətləri əsassız hesab etmişdir. xx.xx.2023-cü il tarixdə tərəflərindən Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına şikayət ünvanlanmışdır. Apellyasiya Şurası xx.xx.2024-cü il tarixli 002 saylı qərarı ilə MGEİ-nin rəyini əsaslı saymış və onların şikayətini təmin etməmişdir. Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasının qərarı xx.xx.2024-cü il tarixdə rəsmi qaydada onlara təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən həm rəsmi həm də ki, elektron qayda da xx.xx.2023-cü il tarixdə cəmiyyətlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli gömrük borcunun ödənilməsinə dair bildirişə əsasən cəmiyyətlərinin əlavə dəyər vergisinə görə 25232.22 manat və dəbbə pulu üzrə isə 9209.76 manat cəmi 34441.98 manat gömrük borcunun yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilmiş, iddia tələbi borcun silinməsi öhdəliyinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. Cavabdehin Bakı Baş Gömrük İdarəsinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 4.1.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur. Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2019-xx.xx.2021-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticəsinə dair Dövlət Gömrük Komitəsinin 1000/265ş nömrəli, xx.xx.2022-ci il tarixli Əmri ilə təsdiqlənmiş "Bakı Baş Gömrük İdarəsində keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair Tədbirlər Planı"na əsasən Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehin fəaliyyəti təftiş olunmuş, müvafiq dövr üzrə “EMA" Qapalı Səhmdar Cəmiyyətinin adından 2019-2020-ci illərdə tərtib edilmiş **********6017 və **********3180 sorğu nömrəli gömrük bəyannamələri üzrə imtiyaz kodunun düzgün müəyyən edilməməsi ilə əlaqədar olaraq, 13473.95 AZN məbləğində gömrük borcu hesablanması barədə məlumat və hər iki gömrük bəyannamələrində bəyan edilən "Fulvi Can (fulvirik Acit)" yükü 3101 00 0000 XİF MN kodu altında sinifləşdirilmiş və əlavə dəyər vergisi hesablanmadan gömrük rəsmiləşdirilməsi həyata keçirilməsi bildirilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, **********6017 və **********3180 sorğu nömrəli gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi zamanı, X4 İdarəsinin 2200-013/0xx-xx/002552 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad edilmişdir. Sözügedən ekspert rəyində yükün adı "Fulvi Can (fulvirik Acit)" adlı fulvirik turşusu (CAS 479-66-3), kalium iksid (CAS 12136-45-7) əsaslı bitki mənşəli gübrə" kimi qeyd edilməsinə baxmayaraq, mal Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında 500 nömrəli, 17 noyabr 2017-ci i Qərarına əsasən 3101 00 0000 "Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr" XİF MN kodu altında siniflədirilmişdir. Bununla əlaqədar olaraq, sözügedən gömrük bəyannamələrinin 33-cü qrafasında malın XİF MN kodu ile 36-cı qrafasında imtiyaz kodu arasında uyğunsuzluq yarandığına görə, audit yoxlaması zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş **********6017 ve **********3180 sorğu nömrəli gömrük bəyannamələrinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin "164. Vergi ödəməkdən azad edilmə" maddəsini tələblərinə cavab vermədiyi və buna görə də idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına aid olmadığı müəyyən edilmişdir. "xxxx" QSC **********3180 saylı gömrük bəyannaməsi üzrə 6960.03 AZN əlavə dəyər vergisi, 2540.41 AZN dəbbə pulu, **********6017 saylı gömrük bəyannaməsi üzrə 2910,99 AZN əlavə dəyər vergisi, 1062.51 AZN dəbbə pulu gömrük borcu hesablanmışdır. Aparılmış araşdırma zamanı yayınma hallarının baş verməsi və aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən 3-33-1100/2- 004723/2024 saylı xx.xx.2024-cü il tarixli məktub "xxxx" QSC-yə ünvanlanmışdır. Məktubda **********6017 və **********3180 sorğu nömrəli gömrük bəyannamələri Üzrə 9871.02 AZN əlavə dəyər vergisi, 3602.92 AZN dəbbə pulu olmaqla, eləcə də 2200- 013/0xx-xx/002936 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə xitam verilməsi nəticəsində **********1302 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 15361.20 AZN əlavə dəyər vergisi və 5606.84 AZN dəbbə pulu olmaqla, ümumilikdə 34441.98 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsinin zəruriliyi qeyd olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 35.1-ci maddələrinə əsasən iddia tələbinin mümkünlüyünün yoxlanılması, mümkün sayıldığı təqdirdə İnzibati Prosessual Məcəllənin 68-ci və 69-cu maddələrinə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclaısnda iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 716 qeydiyyat nömrəli Bakı Baş Gömrü İdarəsinin gömrük borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətnin xx.xx.2024-cü il tarixinə ümumilikdə 34441.98 manat, o cümlədən əlavə dəyər vergisi üzrə 25232.22 manat, dəbbə pulu üzrə 9209.76 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-33-1100/2-004723/2024 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" QSC-nin ünvanına 2019-2020-ci illərdə idxal olunan mallara tərtib edilmiş **********6017 və **********3180 sorğu nömrəli gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi zamanı istinad edilmiş X5 İdarəsinin xx.xx.2019-cu il tarixli 2200-013/0xxxx/002552 nömrəli və xx.xx.2020-ci il tarixli 2200-013/0xx-xx/002936 nömrəli ekspert rəylərindən hansının əsas götürülməsi və digərinə xitam verilməsi barədə X5 İdarəsinə təkrar müraciət edilmişdir. Həmin İdarənin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı cavab məktubunda MGEİ-ə məxsus 2200-013/0xx-xx/002936 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinin araşdırılması zamanı təqdim olunan nümunənin sınaq protokolunda mineral gübrə olduğu qeyd olunmadığı, lakin ekspertiza rəyində mineral gübrə kimi digər XİF MN kodu altında sinifləşdirildiyi və ekspert rəyi ilə sınaq protokolu arasında ziddiyyət olduğundan rəyin etibarsız hesab edildiyi bildirilmişdir. Odur ki, **********6017 və **********3180 sorğu nömrəli gömrük bəyannamələri üzrə 9871.02 AZN əlavə dəyər vergisi, 3602.92 AZN dəbbə pulu olmaqla, eləcə də 2200-013/003- 25/002936 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə xitam verilməsi nəticəsində **********1302 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 15361.20 AZN əlavə dəyər vergisi və 5606.84 AZN dəbbə pulu olmaqla, ümumilikdə 34441.98 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi Sizdən xahiş olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1- ci bənd). X6 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunan Plenum Qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq məhkəmə iddianın mümkünlülük məsələsinə iddianın predmeti, iddiaçının hazırkı iddianı qaldırmağa hüquqi marağı, məhkəmə müdafiəsinə zərurətin olub-olmaması baxımından hüquqi qiymət verir İşin hallarından görünür ki, cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçı **********6017 və **********3180 sorğu nömrəli gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi zamanı, X4 İdarəsinin 2200-013/0xx-xx/002552 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyində yükün adı "Fulvi Can (fulvirik Acit)" adlı fulvirik turşusu (CAS 479-66-3), kalium iksid (CAS 12136-45-7) əsaslı bitki mənşəli gübrə" kimi qeyd edilməsinə baxmayaraq, mal Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında 500 nömrəli, 17 noyabr 2017-ci i Qərarına əsasən 3101 00 0000 "Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr" XİF MN kodu altında siniflədirilmiş, bununla əlaqədar olaraq, sözügedən gömrük bəyannamələrinin 33-cü qrafasında malın XİF MN kodu ile 36-cı qrafasında imtiyaz kodu arasında uyğunsuzluq yarandığına görə, audit yoxlaması zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş **********6017 ve **********3180 sorğu nömrəli gömrük bəyannamələrinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin "164. Vergi ödəməkdən azad edilmə" maddəsini tələblərinə cavab vermədiyi və buna görə də idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına aid olmadığı müəyyən edilmiş, nəticədə "xxxx" QSC **********3180 saylı gömrük bəyannaməsi üzrə 6960.03 AZN əlavə dəyər vergisi, 2540.41 AZN dəbbə pulu, **********6017 saylı gömrük bəyannaməsi üzrə 2910,99 AZN əlavə dəyər vergisi, 1062.51 AZN dəbbə pulu gömrük borcu hesablanmışdır. Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətnin ünvanına xx.xx.2024-cü il tarixli 716 qeydiyyat nömrəli bildiriş göndərilərək yaranmış gömrük borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən gömrük borcunun ödənilməsi barədə bildiriş iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırkı halda iddiaçıya ünvanlanmış bildiriş adından göründüyü kimi gömrük borcu bildiriş, məlumat xarakteri daşıyan, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə birbaşa nəticəyə səbəb olmayan məktubdur. Başqa sözlə, sözügedən bildiriş məktubu iddiaçı üçün hüquqi nəticə yaratmır, onun üzərinə əliverişsiz vəziyyətə salan vəzifə və öhdəlik qoymur. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan sənədin ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, cavabdehin bildirişin göndərilməsi ilə bağlı hərəkətləri iddiaçı üçün hüquqi nəticə yaratmadığından qeyd edilən faktiki hərəkətin qanunsuz hesab edilməsi tələbi mümkün sayıla bilməz. Bundan əlavə, hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 81-ci maddəsinə əsasən İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur (maddə 81.1). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir (maddə 81.2). İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur (maddə 81.3). Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Gömrük Məcəlləsinin “Gömrük borclarının alınması və məsuliyyət tədbirləri”ni tənzimləyən: -249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. -249.2-ci maddəsinə görə gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. -249.3-cü maddəsinə görə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. -249.4-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. Lakin işdən görünür ki, cavabdeh gömrük borcunun ödənilməsi ilə bağlı özünün qeyd etdiyi kimi gömrük borcu hesablansa da keçən bu müddət ərzində qanunla sadalanan tədbirlərdən hər hansı birini görməmişdir. Belə ki, inzibati icraat materiallarından da görünür ki, hazırkı halda “Vaxtında ödənilməmiş Gömrük Borcunun ödəyicinin X2” dair Metodikanın 3-cü hissəsinin tələblərinə uyğun olaraq tərəflərindən hüquqi şəxsə gömrük borcunun ödənilməsinə dair bildiriş təqdim olunmuşdur. Başqa sözlə, iddiaçıya hesablanmış borcla əlaqədar olaraq gömrük orqanı tərəfindən borcun tutulmasına yönəldilmiş hər hansı bir hərəkət edilməmiş, sərəncam qoyulmamış, icra sənədi verilməmiş, digər gömrük rəsmiləşdirmələrinə borc ödənilmədiyinə görə məhdudiyyət qoyulmamış, yalnız borc barədə bildiriş göndərilmişdir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar