Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10580/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “üzvlükdən xaric edilmə” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kallegiyasının Rəyasət Heyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri “Femida” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respbulikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vəkil Cavabdeh, şikayətçi Qabil Məmmədovun qardaşı X9 və qohumu X10 hüquqlarını cinayət təqibi üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsində və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində müdafiə etməsi ilə bağlı sonuncularla hüquqi yardım göstərilməsinə dair müqavilələr imzalamışdır. Həm vəkilin etirafedici izahatı, həm də şikayətçilərin verdikləri şifahi izahatlarla aydın olmuşdur ki. vəkil Cavabdeh yuxarıda qeyd edilən məhkəmələrdən əlavə, şikayətçi Qabil Məmmədovun qardaşı X9 hüquqlarını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində və Bakı şəhəri Bınəqədi rayon Məhkəməsində müdafiə elmişdir. Vəkil Cavabdeh verdiyi yazılı izahatında, həmçinin şifahi izahatında şikayətçilərdən X6 70.000 manat məbləğində pul aldığını, həmin puldan 44.000 manatının qaytardığını, qalan 26.000 manat məbləğində pulun qaytarılmadığını və həmin məbləğdə pulu Qabil Məmmədova qaytarmalı olduğunu etiraf etmişdir. Komissiyada izahat verən şikayətçilər Qabil Məmmədov və Sərvər Əmirov vəkil Cavabdeh 44.000 manat məbləğində pul qaytardığını qəbul elmiş, bu halı mübahisələndirməmişlər. Vəkil Cavabdeh yazılı izahatında 70.000 manat pulu şikayətçi Qabil Məmmədovdan borc olaraq aldığını bildirsə də, sonradan həmin məbləğdə pulu Qabil Məmmədovun qardaşı, hüquqlarını müdafiə eldiyi Famil Məmmədovun barəsindəki cinayət işi üzrə sonuncunun vəziyyətini yaxşılaşdırmaq, barəsində həbs qətimkan tədbirinin seçilməməsi və işin icraatına xitam verilməsi üçün aldığını etiraf elmişdir. Sadalanan bu faktlarla vəkil Cavabdeh göstərdiyi hüquqi yardımla bağlı qeyri- pıosessual münasibətlər zəminində müqavilədən kənar qaydada nağd şəkildə pul vəsaiti alması və özü üçün maddi nemət əldə etdiyi təsdiq olunmuşdur. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri "Femıda" Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən X1 qardaşı X19 və qohumu X20 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 3346 saylı və xx.xx.2022-ci il tarixli 4072 saylı müqavilələr üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyala keçirərkən, 2023-cü ilin iyul-avqust aylarında ümumilikdə 70.000 manat məbləğində puİ vəsaitini Qabil Məmmədovdan alaraq, həmin məbləğin 44.000 manatını qaytarıb, qalan 26.000 manatını hal-hazıradək qaytar inamaqla, göstərdiyi hüquqi yardımla bağlı qeyri-prosessual münasibətlər zəminində müqavilədən kənar qaydada nağd şəkildə pul vəsaiti alaraq, özü üçün maddi nemət əldə etməklə "Vəkillər və vəkillik fəaliyyəti haqqında' Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin. 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin. "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1,2-ci, ! ,3-cü. 2.1-ci. 2.2-ci. 2.3-cü. 2.4-cü, 2.5-ci. 2. 10-cu. 2.14-cü. 3.5- ci. 4.2-ci və 4.3cü bəndlərinin. Azərbaycan Respublikası Vəkillər Kollegiy ası Rəy asət Heyətinin xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə" Qaydaların 2.1. 2.2. 2.3. 3.3-ciı bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayda və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməli (hərəkəti) törətmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Azərbaycan Respbulikası Vəkillər X5 xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları əsasında Bakı şəhəri “Femida” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbinə dəqiqləşmə ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər X5 müvafiq qərarı ilə X14 və X11 müraciətləri əsasında Bakı şəhəri "Femida" Vəkil Bürosunun vəkili Cavabdeh barəsində intizam icraatı başlanılaraq. araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə vəkil Cavabdeh tərəfindən "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.1-ci, 2.2-ci, 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10cu, 2.14-cü, 3.5-ci, 4.2-cı və 4.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu ıl tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1. 2.2, 2.3. 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2024-cü il tarixli qərarı ilə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun və "Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin yuxanda sadalanan bəndlərinin tələblərini pozduğuna görə Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı Azərbaycan Respublikasının Vokillor Kollegiyası tərəfindən Cavabdeh qarşı '‘Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və hal-hazırda həmin iddia tələbi üzrə mübahisəyə məhkəmə tərəfindən baxılmaqdadır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət eldikdən sonra Cavabdeh yol verdiyi başqa intizam pozunlusuna görə də eyni intizam məsuliyyətinə cəlb edilməsi barədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilmişdir. Belə ki, X2, X21 və X29, qızı müvafiq ərizə və şikayətlə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edərək, vəkil Cavabdeh tərəfindən onlardan qanunsuz olaraq 68.500 manat pulun geri qaytarılmasına köməklik göstərilməsini və törətdiyi əməllərinə görə məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Vəkillər X5 müvafiq qərarı ilə X15, X12 və X4 müraciətləri əsasında Bakı şəhəri "Femida" Vəkil Bürosunun vəkili Cavabdeh barəsində intizam icraatı başlanılaraq. araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Qeyd edilən intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Cavabdeh və şikayətçilərin iştirakları ilə müvafiq araşdırma aparılmış, vəkilin izahatı alınmış, təqdim olunmuş sənədlər və digər sübutlar tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vəkil Cavabdeh ilə müraciət edən şəxs X21 arasında sonuncunun qardaşı X13 müvafiq cinayət işi üzrə hüquqlarını müdafiə etməkdən ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi üçün xx.xx.2023-cü il tarixli 4563 nömrəli və Bakı Ağır Cinayətlər Məhkəməsi üçün xx.xx.2023-cii il tarixli 4919 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilələr bağlanmış, həmin müqavilələr əsasında müvafiq olaraq xx.xx.2023-cü il tarixli ******* marka nömrəli və xx.xx.2023-cü il tarixli ******* marka nömrəli vəkil orderləri tərtib edilib verilmişdir. Qeyd edilən müqavilələrə əsasən göstərilən hüquqi yardım haqqı xx.xx.2023-cü il tarixli 4563 nömrəli müqavilə üzrə 70 manat, xx.xx.2023-cü il tarixli 4919 nömrəli müqavilə üzrə isə 100 manat müəyyən olunmaqla (cəmi 170 manat), həmin məbləğlər müvafiq olaraq xx.xx.2023-cü il tarixli 16383 nömrəli və xx.xx.2023-cü il tarixli 20119 nömrəli mədaxil qəbzləri ilə Bakı şəhəri "Femida" Vəkil Bürosunun hesabına köçürmə yolu ilə ödənilmişdir. xx.xx.2023-cü il tarixli 4563 nömrəli müqavilə üzrə müəyyən olunan 70 manat hüquqi yardım haqqı xx.xx.2023-cü il tarixdə ödənilməsinə rəğmən, həmin məbləğ hələ ödənilməmiş bu müqavilə əsasında xx.xx.2023-cü il tarixli ******* marka nömrəli vəkil orderi götürülüb istifadə edilmişdir. X4 və X12 müraciətləri üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış material üzrə müəyyən edilmişdir ki. Vəkillər Kollegiyasının üzvü Cavabdeh özgənin əmlakını əvəzsiz ələ keçirmək niyyəti ilə X12 qardaşı - Rövşən Zamanovun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaqı aparılan cinayət işi ilə əlaqədar əməlinin yüngül maddə ilə tövsif edilərək müvafiq ittiham elan edilməsi və məhkəmədə ona yüngül cəza verilməsinə köməklik göstərəcəyini vəd etməklə, bunun müqabilində 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhərinin müxtəlif ərazilərində ümumilikdə 30.000 manat pulu vətəndaş Vüsal Zamanovdan alaraq dələduzluqla ələ keçirmişdir. Toplanmış materialda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan, xx.xx.2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanması və işin ibtidai istintaqın aparılması üçün müvafiq daxili işlər orqanlarına göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cu il tarixli 102580 nömrəli mədaxil qəbzi ilə 500 manat, xx.xx.2023-cü il tarixli 70149 nömrəli mədxil qəbzi ilə 250 manat və xx.xx.2023-cü il tarixli 00566 nömrəli mədaxil qəbzi ilə 50 manat, cəmi 800 manat məbləğində pul vəsaiti “e-Manat" və “MilliÖn” terminalları vasitəsilə Cavabdeh **********10 nömrəli kart hesabına köçürülmüşdür. Ərizəçilərin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 34887 nömrəli, xx.xx.2023-cü il tarixli 21725 nömrəli və xx.xx.2023cü il tarixli 8381 nömrəli mədaxil qəbzlərində əks olunan cəmi 1395 manat (müvafiq olaraq 250, 695 və 200 manat) pul vəsaiti başqa şəxslərin adlarına olan bank kartı hesablarına köçürülməklə, həmin pulun da ərizəçilər tərəfindən vəkil Cavabdeh verilməsi təyinatı ilə ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır. Ərizəçilərlə vəkil arasında olan danşıqların qeydə alınmış audio və videoyazılarından tərəflər arasında istintaq və məhkəmə vaxtı işin qeyri-prosessual yolla həlli istiqamətində söhbətlərin olduğu və bu məqsədlə ərizəçilər tərəfindən vəkilə avrı-ayrı vaxtlarda əlbəəl və bank kartına köçürməklə müxtəlif məbləğlərdə (2000, 3000, 5000) pul vəsaitlərinin verildiyi müəyyən edilmişdir. Vəkillərin İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə intizam icraatı üzrə araşdırma materialları məcmu halında qiymətləndirilərək belə nəticəyə gəlinmişdir ki, vəkil Cavabdeh X13 Azərbaycan Respublikası CM-in 234.4.1 və234.4.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı müvafiq olaraq xx.xx.2023-cü il tarixili 4563 nömrəli və xx.xx.2023-cü il tarixli 4919 nömrəli müqavilələr əsasında hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən müvəkkilinin əməlinin yüngül maddə ilə tövsifedilərək ona yüngül cəza verilməsinə köməklik göstərəcəyini vəd etməklə, bunun müqabilində onun qardaşı olan ərizəçi X7 ayrıayrı vaxtlarda müxtəlif məbləğlərdə (2023-cü ilin may ayında 800 və 2023-cü ilin sentyabroktyabr aylarında 30000 manat) pul vəsaitlərini qeyri-prosessual münasibətlər zəminində müqaviİədən kənar qaydada nağd şəkildə alıb, özü üçün maddi nemət ətdə etməklə; 2) xx.xx.2023-cü il tarixli 4563 nömrəli müqavilə üzrə müəyyən olunan 70 manat hüquqi yardım haqqı xx.xx.2023-cü il tarixdə ödənilməsinə rəğmən, həmin məbləğ hələ ödənilməmiş hu müqavilə əsasında xx.xx.2023-cü il tarixli ******* marka nömrəli vəkil orderi götürüb istifadə etməklə, ‘'Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun l-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin. 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2ci. 1.3-cü, 2.l-ci, 2.2-ci. 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 2.14-cü. 3.5-ci və 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 2.1-ci və 2.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.l-ci. 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb elməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2024-cü il tarixli qərarı ilə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla, X15, X12 və X4 müraciətləri əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin 1 hissəsinin. 14-cü maddəsinin İ hissəsinin. 16-cı maddəsinin İ hissəsinin. 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2. -ci, 2.2-ci. 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 2.14-cü, 3.5-ci və 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 2.1-ci və 2.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu ıl tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1-ci, 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətdiyinə görə, vəkil Cavabdeh Vəkillər Kollegiyyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və intizam icraatı üzrə materialların Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarına uyğun olaraq X14 və X11 müraciətləri əsasında qaldırılan iddia ərizəsinə əlavə edilməklə həmin iddia tələbi üzrə baxılan inzibati mübahisə ilə bir icraatda baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddaya dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin iştirakı olmadan işə baxılmasına xahiş etmişdir. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Tərəflər arasında olan münasibətlər vəkillik təsisatı üzrə idarəetmə münasibətləri üçün xarakterik olduğundan məhkəmə hazırki mübahisənin inzibati mübahisə olması qənaətinə gəlir. Belə ki, iddiaçı vəkillik təsisatı üzrə yeganə idarəetmə səlahiyyətlərinə malikdir və onun Rəyasət Heyətinin kollegiya üzvlüyündən xaric etmə səlahiyyətinin müstəsna daşıyıcısı olduğuna görə, cavabdehin kollegiya üzvlüyündə xaric edilməsinə dair məhkəməyə müraciət edilməsi və məhkəmə qərarının qanuni qüvvəyə minənədək onun fəaliyyətinin dayandırılması barədə qərarı ümumi (publik) hüquq sahəsinə aid olan və belə mahiyyət kəsb edən hakimiyyət tədbirli qərar kimi səciyyələndirilməlidir. İş materiallarında olan: X25 və X22 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış xx.xx.2023-ci il tarixli ərizədə göstərilmişdir ki, 2022-ci ilin aprel ayının axırlarında qardaşı X31 Respublikasından 250.000 manatlıq aksiz markalı müxtəlif firmalara aid siqaretlər gətirdiyi üçün Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulmuş və həmin aksiz markalı siqaretləri də Sərvər Əmirov vasitəsi ilə tanıdığı Femida Vəkil Bürosunun vəkili Cavabdeh qardaşı Famil Məmmədovun hüquqlarıın müdafiəsi üçün müqavilə bağlamışlar. Vəkil Cavabdeh qardaşı barəsində işə istintaq vaxtı xitam verilməsinə görə ondan 35000 manat pul aldı və aksiz markalı siqaretləri də qaytarmaq üçün dostu Sərvər Əmirovdan da 60.000 manat almışdır, lakin qardaşı Familin barəsində istintaqda olan cinayət işi xitam olunmayaraq Sumqayıt Ağır Cinayətlər məhkəməsinə baxılması üçün göndərilmiş və aksiz markalı siqaretlər Sərvər Əmirova geri qaytarılmamış. Vəkil Cavabdeh Qabil Məmmədovdan müxtəlif vaxtlarda aldığı 70.000 matan pulun qalıq qalan 60.000 manatının, Sərvər Əmirovdan aldığı 60.000 manatın geri qaytarılmasında köməklik göstərilməyini xahiş etmişdir. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2024-cü il tarixli 02 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, “Femida” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində X14 və X8 birgə müraciəti əsasında intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinin surətindən müəyyən olunur ki, 2022-ci ilin aprel ayının axırlarında Qabil Məmmədovun qardaşı X31 Respublikasından 250.000 manatlıq aksiz markalı müxtəlif firmalara aid siqaretlər gətirdiyi üçün Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulmuşdur və həmin aksiz markalı siqaretləri müsadirə olunmuş. Həmin vaxt Sərvər Əmirov vasitəsi ilə tanıdığları vəkil Cavabdeh ilə Q.Məmmədovun qardaşı Famil Məmmədovun hüquqlarının müdafiəsi üçün müqavilə bağlanmış. Vəkil Cavabdeh barəsində işin xitam verilməsinə görə ondan 35000 manat pul almış, aksiz markalı siqaretləri qaytarmaq üçün vəkil F.X26 60.000 manat almış, lakin qardaşı Familin barəsində istintagda olan cinayət işi xitam olunmayaraq Sumqayıt Ağır Cinayətlər məhkəməsinə baxılması üçün göndərilmiş və aksiz markaı siqaretlər Sərvər Əmirova geri qaytarılmamış. 2023-cü ilin mart ayında qardaşı X27 Xidməti İdarəsinin istintaqında aparılan cinayət işi üzrə vəkil Cavabdeh həmin işin istintaqda xitam verəcəyi vədi ilə Qabil Məmmədovdan 35.000 manat pul almış, lakin cinayət işinə xitam verilməmiş. Cinayət işi aidiyyatı üzrə Binəqədi rayon Məhkəməsinə göndərilmiş və Famil Məmmədova 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş. Famil Məmmədov vəkil Cavabdeh imtina etmiş. Qabil Məmmədov vəkil Cavabdeh dəfələrlə ayrı-ayrı vaxtlarda ümumilikdə verdiyi 70.000 manat puly tələb etmiş, Cavabdeh ona 10.000 manat pul qaytarmışdır, lakin müxtəlif bəhanələr gətirərək qaytarmaqdan yayınmışdır. Hətta, vəkil Cavabdeh Sərvər Əmirovun 60.000 manat pulunu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Qabil Məmmədov və Sərvər Əmirov vəkil Cavabdeh 050 229 11 35 mobil telefon nömrəsinə zəng etsələr də, sonuncu müxtəlif vədlərlə onları aldatmış. Sərvar Əmirov xx.xx.2024-cü il tarixdə vəkil Cavabdeh barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yenidən şikayətlə müraciət etmiş, bu müraciətində göstərmişdir ki, vəkil Cavabdeh onlara 130.000 manatın 44.000 manatının qaytarmış, 10 yanvar 2024-cü ilədək onlardan vaxt istəmiş, notariat kontoruna gedərək, ondan və Qabil Məmmədovdan xahiş etmişdir ki, onu işdən çıxardacaqlar, xahiş etdi ki, heç bir şikayəti olmaması barədə sənədi imzalasın və söz vermiş ki, yanvar ayının 10-da pulun qalan hissəsini də qaytaracaq. Lakin vəkil Cavabdeh onları aldatmış, pulu qaytarmamış. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2024-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, X1 qardaşı X19 və qohumu X20 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 3346 saylı və xx.xx.2022-ci il tarixli 4072 saylı müqavilələr üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəalyyətini həyata keçirərkən, 2023-cü ilin iyul-avqust aylarında ümumilikdə 70.000 manat məbləğində pul vəsaitini Qabil Məmmədovdan alaraq, həmin məbləğin 44.000 manatını qaytarıb, qalan 26.000 manatını hal-hazıradək qaytarmamaqla, göstərdiyi hüquqi yardımla bağlı qeyri-prosessual münasibətlər zəmnində müqavilədən kənar qaydada nəğd şəkildə pul vəsaiti alaraq, özü üçün maddi nemət eldə etməklə, peşə fəaliyyəti zamanı yalnız qanunun tələblərini, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1,5, 2.2, 2.3, 2.4, 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5 13-cü bəndinin 1-ci abzasının və Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilməsi haqqında” müqavilənin nümunəvi formasının 2 1, 2 3-cü bəndlərinin tələblərini pozduğuna görə, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş uzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkillik fəaliyyətinin dayandırılması, X14 şikayətində göstərilən vəkil Cavabdeh cinayət işi üzrə götürümüş siqaret məhsullarının istintaq orqanından alaraq geri qaytarması adı ilə ondan 60.000 manat məbləğində pul alması xüsusatı üzrə hər hansı müvafiq təsdiqedici sübutlar təqdim edilmədiyindən, vəkil həmin xüsusatı öz izahatında təkzib etməklə, araşdırma materiallarından da bu halın baş verib-vermədiyini müəyyən etmək mümkün olunmadığından, sözügedən xüsusatla əlaqədər Bakı şəhəri “Femida” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verməsinə Rəyasət heyəti tərəfindən hüquqi qiymət verilməsinin mümkün olmaması barədə ərizəçiyə müvafiq cavab verilməsi, “Femida” Vəkil Bürosunun müdiri X16 xəbərdarlıq edilərək tapşırılması ki, peşə fəaliyyətini həyata keçirərək qanunvericiliyin tələblərinə əməl edilməsi işinə nəzarəti gücləndirilməsi qərara alınmışdır. X2, X21 və X29, qızı müvafiq ərizələrindən müəyyən olunur ki, həmin vətəndşlr ərizə və şikayətlə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edərək, vəkil Cavabdeh tərəfindən onlardan qanunsuz olaraq 68.500 manat pulun geri qaytarılmasına köməklik göstərilməsini və törətdiyi əməllərinə görə məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Vəkillər X5 qərarı ilə X15, X12 və X4 müraciətləri əsasında Bakı şəhəri "Femida" Vəkil Bürosunun vəkili Cavabdeh barəsində intizam icraatı başlanılaraq. araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Qeyd edilən intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Cavabdeh və şikayətçilərin iştirakları ilə müvafiq araşdırma aparılmış, vəkilin izahatı alınmış, təqdim olunmuş sənədlər və digər sübutlar tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vəkil Cavabdeh ilə müraciət edən şəxs X21 arasında sonuncunun qardaşı X13 müvafiq cinayət işi üzrə hüquqlarını müdafiə etməkdən ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi üçün xx.xx.2023-cü il tarixli 4563 nömrəli və Bakı Ağır Cinayətlər Məhkəməsi üçün xx.xx.2023-cii il tarixli 4919 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilələr bağlanmış, həmin müqavilələr əsasında müvafiq olaraq xx.xx.2023-cü il tarixli ******* marka nömrəli və xx.xx.2023-cü il tarixli ******* marka nömrəli vəkil orderləri tərtib edilib verilmişdir. Qeyd edilən müqavilələrə əsasən göstərilən hüquqi yardım haqqı xx.xx.2023-cü il tarixli 4563 nömrəli müqavilə üzrə 70 manat, xx.xx.2023-cü il tarixli 4919 nömrəli müqavilə üzrə isə 100 manat müəyyən olunmaqla (cəmi 170 manat), həmin məbləğlər müvafiq olaraq xx.xx.2023-cü il tarixli 16383 nömrəli və xx.xx.2023-cü il tarixli 20119 nömrəli mədaxil qəbzləri ilə Bakı şəhəri "Femida" Vəkil Bürosunun hesabına köçürmə yolu ilə ödənilmişdir. xx.xx.2023-cü il tarixli 4563 nömrəli müqavilə üzrə müəyyən olunan 70 manat hüquqi yardım haqqı xx.xx.2023-cü il tarixdə ödənilməsinə rəğmən, həmin məbləğ hələ ödənilməmiş bu müqavilə əsasında xx.xx.2023-cü il tarixli ******* marka nömrəli vəkil orderi götürülüb istifadə edilmişdir. X4 və X12 müraciətləri üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış material üzrə müəyyən edilmişdir ki, Vəkillər Kollegiyasının üzvü Cavabdeh özgənin əmlakını əvəzsiz ələ keçirmək niyyəti ilə X12 qardaşı - Rövşən Zamanovun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaqı aparılan cinayət işi ilə əlaqədar əməlinin yüngül maddə ilə tövsif edilərək müvafiq ittiham elan edilməsi və məhkəmədə ona yüngül cəza verilməsinə köməklik göstərəcəyini vəd etməklə, bunun müqabilində 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhərinin müxtəlif ərazilərində ümumilikdə 30.000 manat pulu vətəndaş Vüsal Zamanovdan alaraq dələduzluqla ələ keçirmişdir. Toplanmış materialda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan, xx.xx.2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanması və işin ibtidai istintaqın aparılması üçün müvafiq daxili işlər orqanlarına göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cu il tarixli 102580 nömrəli mədaxil qəbzi ilə 500 manat, xx.xx.2023-cü il tarixli 70149 nömrəli mədxil qəbzi ilə 250 manat və xx.xx.2023-cü il tarixli 00566 nömrəli mədaxil qəbzi ilə 50 manat, cəmi 800 manat məbləğində pul vəsaiti “e-Manat" və “MilliÖn” terminalları vasitəsilə Cavabdeh **********10 nömrəli kart hesabına köçürülmüşdür. Ərizəçilərin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 34887 nömrəli, xx.xx.2023-cü il tarixli 21725 nömrəli və xx.xx.2023-cü il tarixli 8381 nömrəli mədaxil qəbzlərində əks olunan cəmi 1395 manat (müvafiq olaraq 250, 695 və 200 manat) pul vəsaiti başqa şəxslərin adlarına olan bank kartı hesablarına köçürülməklə, həmin pulun da ərizəçilər tərəfindən vəkil Cavabdeh verilməsi təyinatı ilə ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır. Vəkillərin İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə intizam icraatı üzrə araşdırma materialları məcmu halında qiymətləndirilərək belə nəticəyə gəlinmişdir ki, vəkil Cavabdeh X13 Azərbaycan Respublikası CM-in 234.4.1 və234.4.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı müvafiq olaraq xx.xx.2023-cü il tarixili 4563 nömrəli və xx.xx.2023-cü il tarixli 4919 nömrəli müqavilələr əsasında hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən müvəkkilinin əməlinin yüngül maddə ilə tövsifedilərək ona yüngül cəza verilməsinə köməklik göstərəcəyini vəd etməklə, bunun müqabilində onun qardaşı olan ərizəçi X7 ayrıayrı vaxtlarda müxtəlif məbləğlərdə (2023-cü ilin may ayında 800 və 2023-cü ilin sentyabroktyabr aylarında 30000 manat) pul vəsaitlərini qeyri-prosessual münasibətlər zəminində müqaviİədən kənar qaydada nağd şəkildə alıb, özü üçün maddi nemət ətdə etməklə; 2) xx.xx.2023-cü il tarixli 4563 nömrəli müqavilə üzrə müəyyən olunan 70 manat hüquqi yardım haqqı xx.xx.2023-cü il tarixdə ödənilməsinə rəğmən, həmin məbləğ hələ ödənilməmiş hu müqavilə əsasında xx.xx.2023-cü il tarixli ******* marka nömrəli vəkil orderi götürüb istifadə etməklə, ‘'Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun l-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin. 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2ci. 1.3-cü, 2.l-ci, 2.2-ci. 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 2.14-cü. 3.5-ci və 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 2.1-ci və 2.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.l-ci. 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb elməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2024-cü il tarixli qərarı ilə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla, X15, X12 və X4 müraciətləri əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin 1 hissəsinin. 14-cü maddəsinin İ hissəsinin. 16-cı maddəsinin İ hissəsinin. 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2. -ci, 2.2-ci. 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 2.14-cü, 3.5-ci və 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 2.1-ci və 2.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu ıl tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1-ci, 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətdiyinə görə, vəkil Cavabdeh Vəkillər Kollegiyyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və intizam icraatı üzrə materialların Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarına uyğun olaraq X14 və X11 müraciətləri əsasında qaldırılan iddia ərizəsinə əlavə edilməklə həmin iddia tələbi üzrə baxılan inzibati mübahisə ilə bir icraatda baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; 1-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; 1-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X3 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrini müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm” 16-cı maddəsinin 1-ci hissəsinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə əməl etməlidir; 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. 23-cü maddəsinin 1-ci hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. 23-cü maddəsinin 2-ci hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə 1-ci bəndinə görə hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. 2.2-ci bəndinə görə vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3-cü bəndinə görə vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 2.5-ci bəndinə görə Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. 2.8-ci bəndinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. 3.4-cü bəndinə görə vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütəmadi olaraq məlumatlandırmalıdır. 3.5-ci bəndinə görə vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi 5.13-cü bəndinə əsasən Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. 8.2-ci bəndinə əsasən Vəkillər Kollegiyası vəkillik fəaliyyəti üzrə bir sıra idarəetmə səlahiyyətləri ilə yanaşı Kollegiyanın üzvlüyünə qəbul və ondan xaric olunma, vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması kimi səlahiyyəti vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Femida” Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən X22, X19 və X17 onun vəkili olaraq hüquqi yardım göstərilərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1,5, 2.2, 2.3, 2.4, 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci abzasının və Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilməsi haqqında” müqavilənin nümunəvi formasının 2.1, 2.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Həmçinin vəkil Cavabdeh X13 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı müvafiq olaraq xx.xx.2023-cü il tarixili 4563 nömrəli və xx.xx.2023-cü il tarixli 4919 nömrəli müqavilələr əsasında hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən müvəkkilinin əməlinin yüngül maddə ilə tövsifedilərək ona yüngül cəza verilməsinə köməklik göstərəcəyini vəd etməklə, bunun müqabilində onun qardaşı olan ərizəçi X7 ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə (2023-cü ilin may ayında 800 və 2023cü ilin sentyabr-oktyabr aylarında 30000 manat) pul vəsaitlərini qeyri-prosessual münasibətlər zəminində müqaviİədən kənar qaydada nağd şəkildə alıb, özü üçün maddi nemət ətdə etməklə; 2) xx.xx.2023-cü il tarixli 4563 nömrəli müqavilə üzrə müəyyən olunan 70 manat hüquqi yardım haqqı xx.xx.2023-cü il tarixdə ödənilməsinə rəğmən, həmin məbləğ hələ ödənilməmiş bu müqavilə əsasında xx.xx.2023-cü il tarixli ******* marka nömrəli vəkil orderi götürüb istifadə etməklə, ‘'Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun l-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin. 18ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci. 1.3-cü, 2.l-ci, 2.2-ci. 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 2.14cü. 3.5-ci və 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 2.1-ci və 2.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019cu il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.l-ci. 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb elməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2024-cü il tarixli qərarı ilə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla, X15, X12 və X4 müraciətləri əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin 1 hissəsinin. 14-cü maddəsinin İ hissəsinin. 16-cı maddəsinin İ hissəsinin. 18ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2. -ci, 2.2-ci. 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 2.14cü, 3.5-ci və 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 2.1-ci və 2.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019cu ıl tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1-ci, 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respbulikası Vəkillər X5 xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları əsasında Bakı şəhəri “Femida” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X38
Məhkəmə qərarları › İş №2-1(112)-10580/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10580/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver