Məhkəmə qərarları › İş №2-1(112)-10583/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10583/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10583/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və d.” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində qəbul edilmiş 08/05/İX nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə dair Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəyin hazırlanması və həmin rəyin, habelə toplanmış digər sənədlər təqdim edilməklə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı məsələyə baxılması üçün aidiyyəti məhkəməyə müraciət etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixdə Finlandiya Respublikasının vətəndaşlığını əldə etmiş və ona Finlandiya Respublikasının vətəndaşlığını təsdiq edən CP1567601 nömrəli sənəd təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Finlandiya Respublikası vətəndaşlığını əldə etməsinə dair məlumat vermiş və barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraat aparılmasını xahiş etmişdir. Xidmətin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xx.xx.2023-cü il tarixdə Finlandiya Respublikasının vətəndaşlığını əldə etməyi barədə elektron müraciəti xx.xx.2023-cü il tarixdə 443385/m nömrə ilə Dövlət Miqrasiya Xidmətində qeydə alınmışdır. Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraat aparılmamışdır”. İndiki halda, könüllü olaraq Finlandiya Respublikası vətəndaşlığını əldə etməyinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat versə də, barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraat aparılmamışdır. Bundan sonra, vəkili tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə vəkil sorğusu göndərilmiş və barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraatın başlanılması xahiş edilmiş, həmçinin bu vaxta qədər hansı səbəbə görə bu icraatın aparılmaması barədə məlumat verilməsi tələb olunmuşdur. Tərəfindən müraciət edildikdən sonra cavabdeh orqan Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraata başlamış və xx.xx.2024-cü il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası vətəndaşlığını itirməyi ilə bağlı başlanılmış icraata xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumata əsasən İddiaçı Azərbaycan dövləti qarşısında icra edilməmiş hərbi öhdəliyi mövcud olduğundan və sözügedən hal qanunvericilikdə göstərilən məhdudiyyətlər sırasına daxil edildiyindən hazırki vəziyyətdə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı başlanılmış icraata xitam verilməlidir”. Cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası vətəndaşlığını itirməyi ilə bağlı başlanılmış icraata xitam verilməsi barədə qərar tamamilə əsassız olduğu üçün ləğv edilməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Qanunun tələbindən də göründüyü kimi Azərbaycan Respublikası vətəndaşı olan şəxs digər dövlətin vətəndaşlığını könüllü əldə edibsə, bu hal Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin 25- 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi məlum olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. Həmin Əsasnamənin 25-5-ci hissəsinə əsasən bu Əsasnamənin 25-2 - 25-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olubolmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Həmin Əsasnamənin 25-9-cu hissəsində əsasən Məhkəmə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxır. Əsasnamənin tələbindən də göründüyü kimi cavabdeh orqan Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumatları aldıqdan sonra 1 ay müddətində əsaslandırılmış rəy hazırlamalı və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etməlidir. İndiki halda, cavabdeh orqan Əsasnamənin tələbini pozaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumata əsasən mənim barəmdə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraata xitam verilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Şəxsin müraciəti üzrə Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin 25-2-ci bəndinə əsasən icraat başlanılmışdır. Sözügedən Əsasnamənin 25- 5- ci bəndinin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar Azərbaycan Kredit Bürosu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğular göndərilmişdir. Sonuncu dövlət qurumundan (AR SHXÇDX) daxil olmuş xx.xx.2024-cü il tarixli 3-xx-xx/2640/2024 nömrəli məktubda İddiaçı icra edilməmiş hərbi öhdəliyinin mövcud olduğu müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı ilk dəfə xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən çağırışaqədər yaş həddində olan vətəndaşlar - ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən isə çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Yenə həmin Qanunun 6.1-ci maddəsinə əsasən hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Göründüyü kimi, faktiki olaraq iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün onun hazırda icra edilməmiş hərbi öhdəliyi mövcuddur. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər. Hərçənd ki, vətəndaşlığa xitam və vətəndaşlığın itirilməsi ayrı-ayrı məfhumlar olsa da, hər ikisində də maraqlı şəxs qarşısında icra olunmamış öhdəlik şərti müəyyən edilmiş və bu imtina səbəblərindən biri kimi təsbit olunmuşdur.. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Dövlət Miqrasiya Xidmətinə ünvanladığı xx.xx.2024-cü il tarixli 1-8-16- 1/2322/2024 nömrəli məktubuna əsasən inzibati orqan vətəndaşlığın itirilməsi ilə bağlı başlanmış inzibati icraatın gedişində itirilməni istisna edən qanuni məhdudiyyətlərin olması barədə qənaətə gəldiyi halda məhkəməyə müraciətdən imtina etməlidir. Odur ki, inzibati orqanın vətəndaşlığın itirilməsini istisna edən halların mövcudluğuna dair müvafiq rəyinin olması və aşkar edilmiş məhdudiyyətlərin vətəndaşlığın itirilməsinə maneə hesab edilməməsi ilə bağlı hər hansı əsaslandırma təqdim etmədən məhkəməyə müraciət etməsi ərizənin icraata qəbulundan imtina və ya səhvən icraata qəbul edildiyi halda iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbulu üçün əsas təşkil edir. Bununla da, hesab edirik ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-37/2-B-9592-26-1-08-28285/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə Finlandiya Respublikasının vətəndaşlığını əldə etmək barədə elektron müraciət xx.xx.2023-cü il tarixdə 443385/m nömrə ilə Dövlət Miqrasiya Xidmətində qeydə alınmışdır. Dövlət Miqrasiya Xidməti tərəfindən barənizdə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraat aparılmamışdır. Bununla əlaqədar hər hansı dəyişiklik olduğu təqdirdə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08/05/İX saylı xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarına əsasən İddiaçı Nizamı oğlunun Azərbaycan Respublikası vətəndaşlığın itirməsi ilə bağlı başlanılmış icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Baş İdarəsinə ünvanlanmış 3-48-94/2-1496/24 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, tərəfindən aparılan xidməti tədqiqatla müəyyən edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı 2017-ci ilin aprel çağırışına hazırlıq zamanı Azərbaycan Respublikası Nəzirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin "Xəstəliklər cədvəli”nin 23-cü maddəsinin C bəndinin İ qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız muhanbə dövründə məhdud yararlı” hesab edilərək hərbi vəzıfəhlərin ehtiyatına keçirilmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 203-cü maddəsinin tələblərinə əsasən bu kateqoriyadan olan hərbi vəzifəlilərin 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilməsi nəzərdə tutulsa da, hərbi vəzifəli İddiaçı 2020ci ildən bu günədək təkrar tibbi müayinədən yayınmışdır. Hazırda İddiaçı vətəndaşlıqdan imtina etməsi məsələsinə rəhbərlik etdiyi Baş İdarədə baxıldığından onun dövlət qarşısında qeyd edilən öhdəliyin yerinə yetirməməsini nəzərə almağı xahiş edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 1-8-16-1/2-322/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qanunvericiliyin tələblərinə görə şəxsin vətəndaşlıqdan çıxma barədə müraciətinə baxılarkən, vətəndaşlığın itirilməsinin qanuni əsasları aşkar edildiyi halda müraciət üzrə icraat tamamlanmaqla, həmin şəxsin vətəndaşlığının itirilməsi üzrə icraata başlanıla bilər. Bu icraat çərçivəsində vətəndaşlığın itirilməsini istisna edən qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərin mövcudluğuna dair müvafiq araşdırma aparılmaqla, əsaslandırılmış rəy tərtib edilməli və bunun nəticələrinə əsasən məhkəməyə müraciətin zəruriliyi müzakirə olunmalıdır. İnzibati orqan tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə vətəndaşlığın itirilməsinə hər hansı qanuni məhdudiyyətlərin olmadığı və ya mövcud məhdudiyyətlərin vətəndaşlığın itirilməsinə maneə hesab edilmədiyi halda müraciət edilə bilər. Bu qayda Mülki Prosessual Məcəllənin 355-8.1-ci maddəsinin dispozisiya şərtləri əsasında müraciəti məhz şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə dair tələbdən ibarət olmasından da irəli gəlir. Qeyd edilənlər baxımından bu kateqoriya işlər üzrə ərizənin verilməsi zamanı onun məzmunu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməli, vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməklə ərizəyə müvafiq əsaslandırılmış rəy və bununla əlaqədar toplanmış sənədlər əlavə olunmalı, həmçinin ərizəçinin tələbi dəqiq olaraq şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi şəklində ifadə edilməlidir. Ərizə icraata qəbul edildikdən sonra işə mahiyyəti üzrə baxılaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edilir. İnzibati orqan vətəndaşlığın itirilməsi ilə bağlı başlanmış inzibati icraatın gedişində itirilməni istisna edən qanuni məhdudiyyətlərin olması barədə qənaətə gəldiyi halda isə məhkəməyə müraciətdən imtina etməlidir. Odur ki, inzibati orqanın vətəndaşlığın itirilməsini istisna edən halların mövcudluğuna dair müvafiq rəyinin olması və aşkar edilmiş məhdudiyyətlərin vətəndaşlığın itirilməsinə maneə hesab edilməməsi ilə bağlı hər hansı əsaslandırma təqdim etmədən məhkəməyə müraciət etməsi ərizənin icraata qəbulundan imtina və ya səhvən icraata qəbul edildiyi halda iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbulu üçün əsas təşkil edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinə ünvanlanmış 3-13-52/2-6942/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanından xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-37/2-15xx-xx/2024 saylı xx.xx.2024cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən müraciətə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müvafiq məktub göndərilmişdir. Məsələ ilə əlaqədar Nizami Rayon Polis İdarəsi ilə əlaqə saxlamaq tövsiyə olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II.İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamədən:

6. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər.

24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir.

25. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları 1 ay müddətində bu barədə yazılı məlumat verməlidirlər. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər birbaşa Xarici İşlər Nazirliyinə) məlumat verirlər. Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi dolduraraq, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər. 25-2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. 25-5. Bu Əsasnamənin 25-2 - 25-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olubolmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsinə baxılarkən məhkəməyəqədər Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlamalı və qanunvericilikdə nəzərdə tutulmuş hallarda, o cümlədən, şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri olduğu halda vəsatət rədd edilməlidir. Sözügedən məhdudiyyət, eləcə də, qanunvericilikdə nəzərdə tutulmuş digər məhdudiyyətlər müəyyən edilmədikdə isə, Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələ məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 1-8-16-1/2-322/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qanunvericiliyin tələblərinə görə şəxsin vətəndaşlıqdan çıxma barədə müraciətinə baxılarkən, vətəndaşlığın itirilməsinin qanuni əsasları aşkar edildiyi halda müraciət üzrə icraat tamamlanmaqla, həmin şəxsin vətəndaşlığının itirilməsi üzrə icraata başlanıla bilər. Bu icraat çərçivəsində vətəndaşlığın itirilməsini istisna edən qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərin mövcudluğuna dair müvafiq araşdırma aparılmaqla, əsaslandırılmış rəy tərtib edilməli və bunun nəticələrinə əsasən məhkəməyə müraciətin zəruriliyi müzakirə olunmalıdır. İnzibati orqan tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə vətəndaşlığın itirilməsinə hər hansı qanuni məhdudiyyətlərin olmadığı və ya mövcud məhdudiyyətlərin vətəndaşlığın itirilməsinə maneə hesab edilmədiyi halda müraciət edilə bilər. Bu qayda Mülki Prosessual Məcəllənin 355-8.1-ci maddəsinin dispozisiya şərtləri əsasında müraciəti məhz şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə dair tələbdən ibarət olmasından da irəli gəlir. Qeyd edilənlər baxımından bu kateqoriya işlər üzrə ərizənin verilməsi zamanı onun məzmunu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməli, vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməklə ərizəyə müvafiq əsaslandırılmış rəy və bununla əlaqədar toplanmış sənədlər əlavə olunmalı, həmçinin ərizəçinin tələbi dəqiq olaraq şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi şəklində ifadə edilməlidir. Ərizə icraata qəbul edildikdən sonra işə mahiyyəti üzrə baxılaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edilir. İnzibati orqan vətəndaşlığın itirilməsi ilə bağlı başlanmış inzibati icraatın gedişində itirilməni istisna edən qanuni məhdudiyyətlərin olması barədə qənaətə gəldiyi halda isə məhkəməyə müraciətdən imtina etməlidir. Odur ki, inzibati orqanın vətəndaşlığın itirilməsini istisna edən halların mövcudluğuna dair müvafiq rəyinin olması və aşkar edilmiş məhdudiyyətlərin vətəndaşlığın itirilməsinə maneə hesab edilməməsi ilə bağlı hər hansı əsaslandırma təqdim etmədən məhkəməyə müraciət etməsi ərizənin icraata qəbulundan imtina və ya səhvən icraata qəbul edildiyi halda iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbulu üçün əsas təşkil edir. İşin materialları ilə müəyyən edilir ki, iddiaçının cavabdeh quruma müraciəti ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq onun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar Azərbaycan Kredit Bürosu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğular göndərilmişdir. Sonuncu dövlət qurumundan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-xx-xx/2640/2024 nömrəli məktubda iddiaçının icra edilməmiş hərbi öhdəliyinin mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqan vətəndaşlığın itirilməsi ilə bağlı başlanmış inzibati icraatın gedişində itirilməni istisna edən qanuni məhdudiyyətlərin olması barədə qənaətə gələrək məhkəməyə müraciətdən imtina etmişdir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08/05/İX saylı xx.xx.2024-cü il tarixli İddiaçı Nizamı oğlunun Azərbaycan Respublikası vətəndaşlığın itirməsi ilə bağlı başlanılmış icraata xitam verilməsi barədə qərarı (imtinası) qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Sutovskiy Aleksin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «08/05/İX nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə dair Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəyin hazırlanması və həmin rəyin, habelə toplanmış digər sənədlər təqdim edilməklə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı məsələyə baxılması üçün aidiyyəti məhkəməyə müraciət etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar