Məhkəmə qərarları › İş №2-1(112)-1059/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1059/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1059/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh A.Kazımov adına 1 saylı Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 1 nömrəli Şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi xx.xx.2025-ci il tarixli ərizə ilə “mərhum X4 ölüm haqqında tibbi arayışın (şəhadətnamənin) verilməsi” kimi dəqiqləşdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 noyabr 2023-cü il tarixində 91 yaşında Respublikanın fəxri və Prezident təqaüdçüsü X6 anadan olduğu və yaşadığı öz evi olan ünvan 1 ünvanında ürək çatışmazlığından və təzyiqdən vəfat etmişdir. Mərhum 1 saylı poliklinikada qeydiyyatda olmuşdur. Dəfələrlə təcili yardım çağırışları olmuş, təcili yardım gəlmiş və baxış müayinələri olmuş, nəhayətdə həyatını xilas etmək mümkün olmamış, vəfat etmişdir. Həmin gün və həmin zaman gələn TTY həkimi tərəfindən onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhumun vəfatından sonra ölüm şəhadətnaməsinin alınması üçün ilk öncə TƏBİB nəzdində 1 saylı poliklinikaya ölüm haqqında arayışı almaq üçün TTY verdiyi vərəqə və mərhumun şəxsiyyət vəsiqəsilə yaxınlaşmışlar və sənədlər şöbə rəisi Esmira xanıma təqdim olunmuşdur. Esmira xanım cavab olaraq evin sənədlərini və etibarnamə kimi sənədləri tələb edərək arayışı verməkdən imtina etmişdir. O, 45 ildir ki, X1 olmuş, anası Mariya Pavlovna ilə doğmalıq etmişdir. Buna həm 1 saylı poliklinikanın Katya adlı sahə həkimi, eyni zamanda 160 saylı məktəbin bütün müəllim kollektivi (hansı ki, onlar Svetlana Sovelyevnanın tələbələri olmuşlar), doğulduğu zamandan indiyə qədər onunla qonşuluq edən şəxslər hər biri şahiddirlər və məhkəmənin tələbi ilə yazılı şəkildə təsdiq edə bilərlər.

4. 30.10.1932-ci il təvəllüdlü X6 barəsində Təcili və X7 Stansiyası 3 saylı bölmə tərəfindən xx.xx.2023-cü il çağırış tarixinə Ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. X10 stansiyası xx.xx.2023-cü il tarixdə çağırışa, saat 05:11-də xəstənin yanına gəlmiş və həkimə qədər qadın cinsli meyid aşkar olunmuşdur.

5. X6 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən qohumluq əlaqələrini təsdiq edən sənədlərin olmaması səbəbindən imtina edilmişdir.

6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci bəndinə əsasən əldə edilən informasiya 3-cü (üçüncü) şəxsə verilə bilməz. Eyni zamanda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirini təşkil edir. Bu məlumatlar yalnız vətəndaşın və ya onun qanun nümayəndəsinin razılığı ilə başqa şəxslərə verilə bilər.

7. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəməyə təqdim olunan notarial qaydada təsdiq edilmiş 15 may 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 nömrəli evin 48 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir (Vəsiyyətnamə Bakı şəhəri 1 saylı Notariat Kontorunun notariusu X8 tərəfindən təsdiq edilmişdir).

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 161 nömrəli məktubda qeyd edilmişdir ki, X6 tərəfindən İddiaçı adına xx.xx.2018-ci il tarixdə 2V-29 saylı vəsiyyətnamə rəsmiləşdirilmişdir. Həmin vəsiyyətnamə qüvvədədir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

II. İddianın növü

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Məhkəmə müəyyən edir ki: - İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəməyə təqdim olunan notarial qaydada təsdiq edilmiş 15 may 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 nömrəli evin 48 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir (Vəsiyyətnamə Bakı şəhəri 1 saylı Notariat Kontorunun notariusu X8 tərəfindən təsdiq edilmişdir). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 161 nömrəli məktubda qeyd edilmişdir ki, X6 tərəfindən İddiaçı adına xx.xx.2018-ci il tarixdə 2V-29 saylı vəsiyyətnamə rəsmiləşdirilmişdir. Həmin vəsiyyətnamə qüvvədədir.

12. Məhkəmə hesab edir ki, İddiaçı faktiki olaraq X3 vəsiyyətnamə üzrə vərəsəsidir. Odur ki, İddiaçı mərhum X4 ölüm haqqında tibbi arayışın (şəhadətnamənin) verilməsinə hüquqi marağı vardır.

13. İddia öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

15. İddia ərizəsinin məzmunundan aydın olur ki, hazırki iddia tələbi X4 münasibətdə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlıdır.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”:

4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

5. Yekun müddəalar 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.

17. Məhkəmə ilk növbədə müəyyən edir ki, iddiaçının yaxını mərhum X3 A.Kazımov adına 1 saylı Şəhər Poliklinikasında uçotda olmağı işin mübahisəsiz halıdır. Həmçinin qeyd etmək lazımdır ki, cavabdeh orqan özünü tibbi şəhadətnamənin verilməsində səlahiyyətsiz hesab etmir. İmtinanın səbəbi iddiaçının həmin şəhadətnamənin alınması ilə bağlı səlahiyyətli hesab edilməməsi ilə bağlıdır.

18. Məhkəmə müəyyən edir ki: - İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəməyə təqdim olunan notarial qaydada təsdiq edilmiş 15 may 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 nömrəli evin 48 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir (Vəsiyyətnamə Bakı şəhəri 1 saylı Notariat Kontorunun notariusu X8 tərəfindən təsdiq edilmişdir). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 161 nömrəli məktubda qeyd edilmişdir ki, X6 tərəfindən İddiaçı adına xx.xx.2018-ci il tarixdə 2V-29 saylı vəsiyyətnamə rəsmiləşdirilmişdir. Həmin vəsiyyətnamə qüvvədədir.

19. Məhkəmə müəyyən edir ki, İddiaçı faktiki olaraq mərhum X3 vəsiyyətnamə üzrə vərəsəsidir. Odur ki, İddiaçı mərhum X4 ölüm haqqında tibbi şəhadətnamənin verilməsində hüquqi marağı vardır.

20. Odur ki, məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamənin tərtib olunması məqsədilə vəfat edən şəxsin (X6) vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı müraciət etmək üçün hüquqi marağı və subyektiv hüququ mövcud olmuşdur. Cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilməlidir.

21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. X3 ölüm faktı barədə ölüm haqqında tibbi şəhadətnamənin tərtib olunaraq İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh A.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar