Məhkəmə qərarları › İş №2-1(112)-10593/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10593/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10593/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı sərəncamın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh mənzil növbəsinə aid sərəncamın dəyişdirilərək ailə üzvləri ilə birlikdə qeyd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Cavabdeh 08 saylı, 14 yanvar 2020-ci il tarixli mənzil növbəsinə dair sərəncamının dəyişdirilərək ailə üzvləri ilə birlikdə qeyd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 03 avqust 2022-ci il tarixli, 221 saylı sərəncamının dəyişdirilərək İddiaçı ailə tərkibinin (6 nəfər) - İddiaçı özü, əri X14, oğlu X9, gəlini X10 və nəvələri X15, X5 mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə gözdən əlil olmuş şəxslərin mənzillə təmin olunmasına Sosial Xidmətlər Agentliyi tərəfindən başlanmışdır. O, Cavabdeh tərəfindən mənzil növbəsinə götürülmüşdür. Mənzil növbəsinə qeydə alınarkən ailə tərkibi haqqında arayış nəzərə alınmamışdır. Belə ki, oğlu X9, gəlini X10, nəvələri Şahbabalı Furqan və Fərhan Sumqayıt şəhərində qeydiyyatda olduğundan mənzil növbəsi sənədlərində ailə tərkibi kimi qeyd edilməmişdir. Cavabdehnə təqdim edilən hüquqi sənədlər nəzərə alınmamış, sərəncamın dəqiqləşdirilməsindən imtina edilmişdir. Ailə üzvlərinin qeyd edilməməsi səbəbindən mənzil sahəsinin qanunamüvafiq qaydada müəyyən edilməsində çətinlik yaratmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdehnə M-5-068 saylı, 09.01.20-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə uçotuna götürülməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh Başçısının 08 nömrəli, 14 yanvar 2020-ci il tarixli “l-ci dərəcəli gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi barədə” Sərəncam verilmişdir. Lakin sərəncamın 1.1-ci bəndində texniki səhv buraxaraq ailə təkibi (özü, həyat yoldaşı) əvəzinə (özü, oğlu) qeyd olunmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdehnə email vasitəsi ilə M-45/2-068/2-t/1 saylı, 20.06.22-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, 6 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, gəlini və 2 nəvəsi) mənzil növbəsinə uçotuna götürülməsi barədə sərəncamında düzəliş edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş hüquq müəyyənedici sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı oğlu X9 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında qeydiyyatdadır və Nəsimi rayon sakini deyil. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4/M-45/2-068/2 nömrəli məktubu ilə ərizəçiyə cavab olaraq məlumat verilmişdir ki, oğlu və onun ailə üzvləri Nəsimi rayonunda qeydiyyatı olmadığından xahişini təmin etmək mümkün deyildir. Cavabdeh Başçısının 221 nömrəli, 03 avqust 2022-ci il tarixli “Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 08 nömrəli sərəncamına düzəliş edilməsi barədə” sərəncam verilmişdir. İddiaçını cavab məktubu və sərəncam qane etmədiyindən o, məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. - Biçənək kənd soveti tərəfindən verilmiş İV-ЖГ 301724 №-li, xx.xx.1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Nümayəndə ilə xx.xx.1966-cı il təvəllüdlü X18 arasında xx.xx.1989-cu ildə nikah bağlanmış, nikahın qeydə alınması kitabında 1989-cu ilin iyul ayının 25-də 7 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, İddiaçı 0331003AABLG nömrəli Forma 88-ə əsasən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona insulindən asılı şəkərli diabet. Diabetik retionpatiya. Görmə funksiyasının pozğunluğu. Mədə xorası. VİSOD=0.04k/etmir. VİSOS= barmaq sayı diqanozları ilə ümumi xəstəlik => gözdən əlil səbəbilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/09/S/000961-22 nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1966-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu, Biçənək kəndində doğulmuş İddiaçı aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndalıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri Nümayəndə (xx.xx.1964), qızı X12 (xx.xx.1989), oğlu X9 (xx.xx.1992). - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə doğulmuşdur. - “AZEMİS” elektron məhkəmə sistemi vasitəsi ilə edilmiş çıxarışdan görünür ki, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi X6 xx.xx.2019-cu ildə Asan-Sumqayıt tərəfindən verilmiş, yaşayış yeri Sumqayıt şəhəri qeyd edilmişdir. - Biçənək kənd XDM İK tərəfindən verilmiş doğum haqqında xx.xx.1992-ci il tarixli, İV- ЖГ 471896 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası Nümayəndə, anası İddiaçı olan X9 xx.xx.1992-ci ildə Naxçıvan MR Şahbuz rayonu, Biçənək kəndində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. - “AZEMİS” elektron məhkəmə sistemi vasitəsi ilə edilmiş çıxarışdan görünür ki, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi X7 xx.xx.2020-ci ildə Asan-Sumqayıt tərəfindən verilmiş, yaşayış yeri Sumqayıt şəhəri qeyd edilmişdir. - Şahbuz rayon Biçənək kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİ 069088 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X9 ilə xx.xx.1998ci il təvəllüdlü X16 arasında xx.xx.2016-cı ildə nikah bağlanmış, nikahın qeydə alınması kitabında 2016-cı ilin oktyabr ayının 21-də 05 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Şahbabalı, arvada Şahbabalı soyadı verilmişdir. - Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 fevral 2020-ci il tarixli, AZ-İV 417296 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X10 olan X15 xx.xx.2019-cu ildə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin fevral ayının 20-də 1219 № ilə qeyd edilmişdir. - Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli, AZ-İV 665417№-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X10 olan X17 xx.xx.2021-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin oktyabr ayının 29-da 5418 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 2 nömrəli Mənzil-İstismar sahəsinin ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli, 143 nömrəli arayışından görünür ki, Sitalçay 1 hərbi şəhərcik, ev 13, mənzil 10 ünvanında yaşayan İddiaçı ailə üzvləri həyat yoldaşı Nümayəndə (1964), oğlu X9 (1992), gəlini X10 (1998), nəvələri X15 (2019) X8r (2021). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.1964-cü il təvəllüdlü Nümayəndə xx.xx.2019-cu ildən ünvan 6 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X2 xüsusi mülkiyyətindədir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, yazaraq bildirir ki, ünvan 7 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ev ona məxsus deyil. Əlilliyinin müəyyən olunması ilə bağlı o ünvana qeydiyyata düşmüşdür. Yaşamaq üçün mənzili yoxdur. Birinci qrup gözdən əlilliyini və mənzilsiz olmağını nəzərə alaraq onun mənzillə təmin olunmağı barədə göstəriş verilməsini xahiş edir. - Qeyd olunan ərizəyə tibbi-sosial ekspertiza müayinəsindən çıxarış, şəxsiyyət vəsiqələrinin surətləri, nikah haqqında şəhadətnamənin surəti, ailə üzvü haqqında arayış, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, dövlət reyestrindən çıxarış, Azərbaycan Kredit Birosundan çıxarış, etibarnamənin surəti əlavə edilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 08 №-li “İ dərəcə gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi barədə” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B nömrəli evin 77 №-li mənzilində qeydiyyatda olan İ dərəcə gözdən əlil İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı həqiqətən İ dərəcə gözdən əlildir. (Tibbi-Sosial Ekspertiza müayinəsindən xx.xx.20189-cu il tarixli, xxxxxxx0003 №-li çıxarışın surəti əlavə olunur). Vətəndaş İddiaçı hal-hazırda 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) Nəsimi rayonu, 20 Yanvar küçəsi 19 b №-li evin 77 №-li mənzilində qeydiyyatdadır. Mənzil şəxsidir. X1r. Vətəndaşın müraciətinə, Mənzil Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31-ci maddəsinə əsasən İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsinə sərəncam verilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 221 №-li “Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 08 nömrəli sərəncamına düzəliş edilməsi barədə” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 08 №-li sərəncamı ilə Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B nömrəli evin 77 №-li mənzilində qeydiyyatda olan İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülmüşdür. Sərəncamın İ bəndində “həyat yoldaşı” əvəzinə səhvən “oğlu” yazıldığını nəzərə alaraq, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 08 nömrəli sərəncamında düzəliş edilərək sərəncamın İ bəndi “İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülsün” oxunulmasına sərəncam verilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli (xx.xx.2022-ci ildə qeydiyyata alınıb) mənzil növbəsinə adi sərəncamın dəyişdirilməsi tələbinə dair ərizəsinin surətindən görünür ki, Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin olunmağına aid müvafiq qərar qəbul edilmişdir. Sosial Xidmətlər Agentliyi qərar qəbul edərkən Cavabdeh mənzil növbəsinə alınmasına adi sərəncamı əsas götürərək 1 otaqlı mənzillə təmin olunmasını nəzərdə tutmuşdur. Nəzərlərinə çatdırmaq istəyir ki, onunla bərabər 6 nəfər ailə üzvü vardır. Bu fakt aidiyyatı orqan tərəfindən verilən elektron arayış vasitəsi ilə təsdiq olunmuşdur. Yuxarıda göstərilən faktiki halları nəzərə alaraq mənzillə təmin olunmağına aid sərəncamın 6 nəfər ailə tərkibinə uyğun şəkildə hazırlanmasına göstəriş verilməsini xahiş edir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/M-45/2-068/2 nömrəli məktubun surətindən görünür ki, onun Cavabdehndə olan mənzil növbəsində ailə tərkibində dəyişiklik edərək Xızı rayonunda qeydiyyatda olan oğlunun və ailə üzvlərinin də növbəsinə əlavə edilməsinə köməklik göstərilməsi barədə daxil olmuş ərizəsinə baxılmışdır. Nəzərinə çatdırılır ki, oğlunun və ailə üzvlərinin Nəsimi rayonunda qeydiyyatı olmadığından xahişini təmin etmək mümkün deyildir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən gözdən əlil səbəbilə müddətsiz birinci dərəcəli əlillidir. İddiaçı və onun əri Nümayəndə ünvan 6 ünvanında xx.xx.2019-cu ildən yaşayış yeri üzrə qeydiyyatda olsalar da fakitiki olaraq Sitalçay 1 hərbi şəhərcik, ev 13, mənzil 10 ünvanında yaşayırlar. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək ünvan 7 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin evin ona məxsus olmamasını, əlilliyinin müəyyən olunması ilə bağlı o ünvana qeydiyyata düşdüyünü, yaşamaq üçün mənzili olmadığını bildirərək birinci qrup gözdən əlilliyini və mənzilsiz olmağını nəzərə alaraq onun mənzillə təmin olunması barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılaraq İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsinə dair xx.xx.2020-ci il tarixli, 08 №-li sərəncam verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli, 221 №-li sərəncamla həmin sərəncama düzəliş edilərək “İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülsün” oxunulmasına dair sərəncam verilmişdir. Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçının mənzillə təmin olunmasına qərar qəbul edilərkən Cavabdeh mənzil növbəsinə alınmasına aid sərəncamı əsas götürərək 1 otaqlı mənzillə təmin olunması nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçı cavabdeh inzibati orqana müraciət edərək mənzillə təmin olunmağına aid sərəncamın 6 nəfər ailə tərkibinə (özü, əri, oğlu, gəlini, 2 nəfər nəvəsi) uyğun şəkildə hazırlanmasını xahiş etmiş, cavabdeh oğlunun və ailə üzvlərinin Nəsimi rayonunda qeydiyyatı olmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. “Əlilliyi olan şəxlərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: - 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. - 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. - 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. - 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, Qaydaların 4-cü hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qüvvədə olan XX çağırış Bakı şəhər X25 4-cü sesiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”na əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində, pasport qeydiyyatının təsdiq etdyi kimi, yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Həmin Qaydaların 7.8-ci bəndinin 2-ci abzasına əsasən bu yarımbənddə göstərilən şəxslərlə birlikdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul edilirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqan tərəfindən həyata keçirilir. Mənzil uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul edilirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının çatmaq istədiyi hüquqi marağı Sosial Xidmətlər Agentliyi tərəfindən İ dərəcəli gözdən əlil kimi ona verilcək mənzilin sahəsinin 6 nəfər ailə üzvü nəzərə alınmaqla hesablanmasından ibarətdir. Hazırki mübahisə üzrə məhkəmə qeyd edir ki, İddiaçı və əri Nümayəndə yaşayış yeri üzrə Bakı şəhəri, Nəsimi rayonu ərazisində xx.xx.2019-cu ildən qeydiyyatda olduqlarından cavabdeh inzibati orqan tərəfindən İddiaçı əri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində xx.xx.2020-ci il tarixdən uçota alınmışdır. İddiaçının ailə üzvü kimi qeyd etdiyi oğlu X9 yektinlik yaşına çatmaqla ailə qurduğu arvadı X10 və uşaqları Furqan Şahbabalı və Fərhan Şahbabalı ilə birlikdə Nəsimi rayonu ərazisində deyil, Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmçinin həmin şəxslər faktiki olaraq iddiaçı ilə birlikdə Sitalçay 1 hərbi şəhərcik, ev 13, mənzil 10 ünvanında yaşayırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ailə üzvü kimi qeyd etdiyi yetkinlik yaşına çatmış oğlunun, gəlinin və onların uşaqlarının yaşayış yeri cavabdehin ərazisində olmadığından həmin şəxslərin iddiaçı ilə birlikdə mənzil növbəsinə qəbul edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar