Məhkəmə qərarları › İş №2-1(112)-10598/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10598/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10598/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydlərinə düzəliş edilərək anasının milliyyətinin “alman” olaraq qeyd edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Bağırova X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası xx.xx.1950-ci il təvəllüdlü Bağırova Asya (qızlıq adı Haan Anastasiya) və iddiaçı xx.xx.1974-cü il təvəllüdlü İddiaçı vətəndaşlıq vəziyyəti aktlarına və doğum haqqında şəhadətnamədə aşağıdakı əlavələrin (dəyişikliklərin) edilməsi barədə ərizə ilə yaşayış yeri üzrə Bakı şəhəri Cavabdehnə 2022ci ilin yanvar ayında ərizə əsasında müraciət etmişlər. Ərizəçinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 5 oktyabr 1974-cü il tarixli, İİİ -ZHQ № 312378 nömrəli doğum haqqında şəhadətnaməsində ananın adı Anastasiyadan Asya ilə dəyişdirilməsi və ananın milliyyətinin “azərbaycanlı”dan “alman”a dəyişdirilməsi. Cavabdeh tərəfindən ananın adı dəyişdirilərək yeni AZ-İV №654443 nömrəli doğum haqqında şəhadətnamə verilimiş, lakin məhkəmədənkənar qaydada ananın milliyyətində düzəlişlərin (dəyişikliklərin) daxil edilməsindən imtina edilmişdir. Bu qeydiyyat orqanı rəhbəri tərəfindən imzalanmış 05/q - 121/13, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə təsdiq edilir. Məhkəmə instansiyalarına müraciət etmək tövsiyə edilmişdir. İşin halında hüquq haqqında mübahisə yoxdur. Hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi tərəfindən aşağıdakı faktlar nəzərə alınmamışdır: İddiaçının alman əcdadları 19-cu əsrin sonlarında Almaniyadan Rusiyaya gəlib, Xarkov şəhərinin yaxınlığında yerli əhali ilə assimilyasiya etmədən alman cəmiyyətində (icmasında) yaşamışlar. 1941-ci ildən-25 yanvar 1956-cı ilə qədər SSRİ X36 Heyətinin 08 avqust 1941-ci il tarixli Qərarına və SSRİ ASRH 26 oktyabr 1941-ci il tarixli Qərarına əsasən iddiaçının X34 (Haan Anastasiya), onun anası Haan Liliya, öz uşaqları, qardaşları və bacıları ilə birlikdə milli əlamətə görə repressiyaya məruz qalmışlar, çünki alman milliyyətli şəxslər olmuşlar. Bütün ailəsi Krasnokamsk şəhərinə komendant tipli rejim altında, xüsusi yaşayış məskəninə və əmək ordusuna (trud armi) əvvəlki yaşayış yerinə qayıtmaq hüququ olmadan sürgün edilmişlər. 1956-cı ildə SSRİ X36 Heyətinin 13 dekabr 1955-ci il tarixli Fərmanından və xüsusi yaşayış məskəni rejiminin götürülməsi və repressiya edilmiş şəxslərin azad edilməsi haqqında DİN-in 16 dekabr 1956-cı il tarixli əmrindən sonra Bağırova Asiya ailəsi ilə Azərbaycana Bakı şəhərinə köçmüşlər. Əvvəlki yaşayış yerinə qayıtmaq hüququ hələ də olmurdu. X34 özünü milliyyətcə alman hesab edir. O, 05 avqust 1950-ci ildə doğulmuş, doğum haqqında 25 avqust 1950-ci il tarixli RF-nın Perm diyarı Uralın Krasnokamsk şəhəri VVAQ tərəfindən akt qeydi №1197 qeydə alınmışdır. 05 oktyabr 2021-ci il il tarixli, A-02166 №-li “uşağın doğulması haqqında akt arayışından çıxarış” sübut edir ki, 05 avqust 1950-ci ildən anadan olan zaman Bağırova Asya alman Haan soyadını və Anastasiya adını daşımışdır. 1953-cü ildə onun valideynləri Haan Liliya və Məmmədov Mövlin evlənir və Haan Anastasiya- X4 dəyişir. 1973-cü ildə ərizəçinin anası özünün “Anastasiya” adını “Asya” ilə dəyişir. 1973-cü ildə ərə getdikdən sonra ərizəçinin anası “Məmmədova” soyadını “Bağırova” soyadı ilə dəyişir. 1966-ci ildə SSRİ vətəndaşının pasport alma yaşı çatanda anası pasportunda “alman” milliyyətini gizlədib “azərbaycanlı” milliyyətini göstərir. Bu, ailənin təzyiqi və keçmiş repressiyaların təkrarlanması qorxusu nəticəsində edilib. Şəxsi faktlar da var. Anası uşaq vaxtı axtarışların birində “qırmızı komissar” tərəfindən döyülüb və çətinliklə sağ qalıb. Bütün ayağında ömürlük çapıqlar qalıb. Təbii ki, şəxsi psixoloji və fiziki sarsıntılar, həyat təhlükəsizliyi qorxusu, kommunist dövrü rejiminin qorxusu ömrünün sonuna qədər anasında qalmış və pasportunda “azərbaycanlı” milliyyətini göstərmişdir (alman xalqına qarşı repressiyalara yalnız 1973-cü ildə SSRİ X36 Heyətinin Fərmanı ilə rəsmən son qoyuldu). xx xxxxxxxx 1974-cü ildə iddiaçı anadan olmuşdur. İddiaçıya məxsus doğum haqqında şəhadətnamədə atasının miliyyəti “azərbaycanlı”, anasının milliyyəti onun SSRİ pasportundan avtomatik olaraq “azərbaycanlı” kimi göstərilmişdir. X32 təmiz alman ailəsində doğulub böyümüşdür. 1956-ci ildə Azərbaycana, Qubaya köçəndən sonra məlum olmuşdur ki, Məmmədov Mövlinin artıq Qubada ilkin ailəsi var. Ona görə də anasının ailəsi Bakıya köçməli olmuşdur. İndiyədək ailəsində alman mədəniyyətinin ənənələrini saxlayır, mədəni, etnik və dini alman bayramlarını qeyd edir, gündəlik həyatında da çox vaxt alman dilində danışır, Almaniyadakı qohumları ilə əlaqə saxlayır və onlarla da alman dilində danışır. SSRİ süqutundan sonra totalitar dövlət rejimi dağılmış, qanunlar dəyişmiş, Konstitusiya dəyişmiş, indi qorxmağa və milliyyəti gizlətməyə əsas qalmamışdır. Hazırda anası Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini daşıyır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində milliyyət haqqında məlumatların daxil edilməsi nəzərdə tutulmamışdır. Anasının milliyyətini əks etdirə biləcəyi yeganə sənəd iddiaçının doğum haqqında şəhadətnaməsidir. Azərbaycan Respublikasının 15 mart 1996cı il “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Qanununa əsasən siyasi repressiyaların qurbanlarına bəraət verilir və onların siyasi, sosial, mənəvi itkilərinin və vətəndaşlıq hüquqlarının bərpa edilməsi hüququ verilir. A-02166 №-li “X28 Çıxarış” və İ BQ 554134 №-li “Doğum haqqında şəhadətnamə”nin nüsxəsindən görünür ki, doğum haqqında akt qeydinə əsasən anasının valideyninin (nənəsi Haan Liliya İİ FDK 014523 №li “doğum haqqında şəhadətnamə”) milliyyəti təmiz almandır. Buna əsasən hesab edir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində, anasının arzusu nəzərə alınaraq anasının milliyyətinin “alman” göstərilməsinə tam hüququ vardır. Alman mədəniyyətində milliyyət ana xətti ilə ötürülür. Belə olan halda, hazırki iş üzrə cavabdehin imtinası ilə bağlı hərəkətləri qanunu və əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin etirazında gösətrilmişdir ki, iddia tələbinə etiraz edilir və mübahisənin həlli məhkəmənin mülahizəsinə buraxılır. İddiaçı məhkəmədə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Bakı şəhərində doğulmuşdur. - İddiaçının anası X14 məxsus xx.xx.2002-ci il tarixli AZE № 00613534 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, RF-nın Perm vilayətində doğulmuşdur. - İddiaçıya məxsus 312378 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunaraq notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, doğum haqqında akt qeydləri kitabında 1974-cü ilin 10 ayının 5 günündə 2430 saylı nömrə ilə qeydə alınmışdır. İddiaçının atası X7 milliyəti azərbaycanlı, X3 milliyəti azərbaycanlı kimi göstərilmişdir. - İddiaçıya məxsus 654443 saylı doğum haqqında şəhadətnamədən görünür ki, bu barədə doğum haqqında akt qeydləri kitabında 1974-cü ilin 10 ayının 5 günündə 2430 saylı nömrə ilə qeydə alınmışdır. İddiaçının atası X7 milliyəti azərbaycanlı, X11 milliyəti azərbaycanlı kimi göstərilmişdir. - Cavabdehin iddiaçının anasına ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/q-121/13 saylı məktubu ilə bildirilmişdir ki, “Cavabdehnə ünvanladığınız doğum haqqında akt qeydində düzəliş edilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-na əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin “Milliyəti” qrafasında “Məlumat təqdim edilməyib” sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun olaraq yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyətlərdən biri göstərilir. Bildiririk ki, Sizin adınıza Molotovskaya vilayəti Krasnokamsk şəhəri qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1197 saylı xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydində atanızın milliyəti “azərbaycanlı", ananızınki isə “alman" qeyd edilmişdir.” - Rusiya DİN Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Perm Diyarı üzrə Baş İdarəsinin Bəraət haqqında “12” oktyabr 2021-ci il tarixli 10/3-40-111/2021-p saylı arayışdan görünür ki, Qaan (Məmmədova) Anastasiya (Asya) Mavlinovna xx.xx.2000-ci il tarixində verilmiş İ-BT 554034 saylı doğum haqqında şəhadətnaməyə və Krasnokamsk şəhər dairəsi WAQ Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş A-02166 saylı doğum haqqında arayışa əsasən xx.xx.1950-ci il tarixində Molotovsk (Perm) vilayəti Krasnokamsk şəhərində anadan olmuşdur, repressiya edilmiş 1922-ci il təvəllüdlü X5r, X27 1942-ci ildə əmək ordusuna səfərbərlik üzrə Qazaxıstandan Molotovsk (Perm) vilayətinə gəlmişdir. SSRİ X22 xx.xx.1945-ci il tarixli qərarına müvafiq olaraq alman milliyyətli şəxs kimi xüsusi yaşayış məntəqəsinin uçotuna keçirilmişdir. SSRİ X36 Heyətinin xx.xx.1948-ci il tarixli Fərmanı əsasında əvvəlki yaşayış yerinə qayıtmaq hüququ olmadan həmişəlik məcburi məskunlaşma yerində saxlanmışdır. xx.xx.1956-cı ildə xüsusi yaşayış məntəqəsində uçotdan çıxarılmışdır və Rusiya Federasiyası “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” xx.xx.1991-ci il tarixli 1761-1 saylı Qanunun 3-cü maddəsinin ‘V’ bəndi əsasında xx.xx.1998-ci ildə Perm vilayəti Dil tərəfindən bəraət almışdır. Rusiya Federasiyası “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” xx.xx.1991-ci il tarixli 1761-1 saylı Qanunun 1.1-ci maddəsinin ikinci abzasına müvafiq olaraq Qaan (Məmmədova) Anastasiya (Asya) Mavlinovna siyasi motivlərə görə valideynləri (onları əvəz edən şəxslərlə) ilə birlikdə sürgündə, xüsusi yaşayış məntəqəsində olan şəxs kimi siyasi repressiyaya məruz qalan şəxs kimi tanınmışdır və bəraət almışdır. Bəraət haqqında rəy xx.xx.2021-ci il tarixində Rusiya DİN Perm diyarı üzrə Bİ tərəfindən çıxarılmışdır. - A-02İ66 saylı X15 doğumu haqqında arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının Vahid dövlət reyestrində DİN Molotovsk vilayətı üzrə idarəsinin Krasnokamsk şəhər VVAQ Bürosunun tərtib etdiyi 25 avqust 1950-ci il tarixli 1198 saylı doğum haqqında akt qeydi mövcuddur. X19 “5” avqust 1950-ci il tarixdə anadan olmuşdur. X1 millyəti azərbaycanlı, anası X18 milliyəti almandır. xx.xx.1953-cü ildə uşağın soyadı “Qaan” “Məmmədov” soyadına dəyişdirilmişdir, xx.xx.1953-cü ildə nikaha daxil olmuş valideynlərin ərizəsi əsasında ata haqqında məlumatlar daxil edilmişdir, xx.xx.1953-cü il tarixli 896234 saylı şəhadətnamə verilmişdir; adın dəyişdirilməsi haqqında Bakı şəhəri Nərimanov VVAQ şöbəsinin xx.xx.1973-cü il tarixli bildirişi əsasında uşağın adı “Anastasiya” adından “Asya” adına dəyişdirilmişdir, akt qeydi № 67, xx.xx.1974-cü il tarixli Ш-ЯA 032003 saylı şəhadətnamə verilmişdir; xx.xx.2000-ci ildə İ-BГ 554134 saylı təkrar şəhadətnamə verilmişdir. - X12 məxsus 554134 saylı doğum haqqında şəhadətnamədən görünür ki, atası X9 milliyəti azərbaycanlı, anası X18 milliyəti almandır. - 270829 saylı xx.xx.2000-ci il tarixli soyadın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamədən görünür ki, X2 adı dəyişdirilərək Asya kimi yazılmışdır. - xx.xx.2021-ci il tarixli X7 və X10 nikahı barədə arayışdan görünür ki, onlar xx.xx.1973-cü il tarixdə nikaha daxil olmuş və X17 ərinin soyadı “Məmmədov”u qəbul etmişdir. - 014523 saylı X16 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.1922-ci il tarixdə Ukrayna SSR, Xarkov vilayəti, Lozovski rayonu, Nesteleyevka şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1956-cı ilin 04 ayının 26 günündə 144 saylı nömrə ilə qeydə alınmışdır. Atası X24in və anası X6 milliyəti almandır. - RSFSR Krasnokamsk rayon DİN Xususi komendaturası tərəfindən verilmiş 53 saylı anketdən görünür ki, X18 milləti alman kimi və ana dili də alman qeyd edilmişdir. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçıya məxsus doğum akt qeydində və ona uyğun verilmiş doğum haqqında şəhadətnamədə anasının milliyəti azərbaycanlı kimi göstərilmişdir. Anasının milliyətinin alman olmasını iddia edən iddiaçı özünə məxsus doğum akt qeydində düzəliş edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir; 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının anası X20 milliyətcə alman olmuşdur. Belə ki, Qaan (Məmmədova) Anastasiya (Asya) Mavlinovna xx.xx.2000ci il tarixində verilmiş İ-BT 554034 saylı doğum haqqında şəhadətnaməyə və Krasnokamsk şəhər dairəsi VVAQ Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş A- 02166 saylı doğum haqqında arayışa əsasən xx.xx.1950-ci il tarixində Molotovsk (Perm) vilayəti Krasnokamsk şəhərində anadan olmuş, repressiya edilmiş 1922-ci il təvəllüdlü X5r, X27 1942-ci ildə əmək ordusuna səfərbərlik üzrə Qazaxıstandan Molotovsk (Perm) vilayətinə gəlmişdir. SSRİ X22 xx.xx.1945-ci il tarixli qərarına müvafiq olaraq alman milliyyətli şəxs kimi xüsusi yaşayış məntəqəsinin uçotuna keçirilmişdir. SSRİ X36 Heyətinin xx.xx.1948-ci il tarixli Fərmanı əsasında əvvəlki yaşayış yerinə qayıtmaq hüququ olmadan həmişəlik məcburi məskunlaşma yerində saxlanmışdır. xx.xx.1956-cı ildə xüsusi yaşayış məntəqəsində uçotdan çıxarılmış və Rusiya Federasiyası “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” xx.xx.1991-ci il tarixli 1761-1 saylı Qanunun 3-cü maddəsinin “V” bəndi əsasında xx.xx.1998-ci ildə Perm vilayəti DİN tərəfindən bəraət almışdır. Rusiya Federasiyası “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” xx.xx.1991-ci il tarixli 1761-1 saylı Qanunun 1.1-ci maddəsinin ikinci abzasına müvafiq olaraq Qaan (Məmmədova) Anastasiya (Asya) Mavlinovna siyasi motivlərə görə valideynləri (onları əvəz edən şəxslərlə) ilə birlikdə sürgündə, xüsusi yaşayış məntəqəsində olan şəxs kimi siyasi repressiyaya məruz qalan şəxs kimi tanınmış və bəraət almışdır. Bəraət haqqında rəy xx.xx.2021-ci il tarixində Rusiya DİN Perm diyarı üzrə Bİ tərəfindən çıxarılmışdır. İddiaçının ana nənəsi X16 məxsus 014523 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.1922-ci il tarixdə Ukrayna SSR, Xarkov vilayəti, Lozovski rayonu, Nesteleyevka şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1956-cı ilin 04 ayının 26 günündə 144 saylı nömrə ilə qeydə alınmış, atası X24 və anası X13 milliyyətcə almandırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının anası, ana nənəsi və ana nənəsinin valideynləri alman milliyətinə məxsusdur. Buna görə də, iddiaçıya məxsus doğum akt qeydində anası X11 milliyyəti alman kimi göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı doğum haqqında akt qeydlərinə düzəliş edilərək anasının milliyyətinin “alman” olaraq qeyd edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydlərinə düzəliş edilərək anasının milliyyətinin “alman” olaraq qeyd edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar