Məhkəmə qərarları › İş №2-1(112)-1060/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1060/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1060/2020 28.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçı Nəhmətov Niftiyar Fərzulla oğlunun Cavabdehin nümayəndəsi Omarov Taleh Əşrəf oğlunun iştirakı ilə, iddiaçı Nəhmətov Niftiyar Fərzulla oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair” iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nəhmətov Niftiyar Fərzulla oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, “Aytek İnşaat” MMC şirkətinin fəaliyyət göstərməməsini və həmin şirkətdə əmək müqaviləsinə xitam edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan işə Bakı İnzibati Məhkəməsində 2-1(112)- 1060/2020nömrəsiilə baxılmağa başlanılmışdır. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və müba-hi-sə-nin vəziy-yə-tini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə Bakı şəhərində türk vətəndaşları tərəfindən fəaliyyəti həyata keçirilmiş “Aytek İnşaat” MMC-də işləmişdir, sonradan əmək fəaliyyətini dayandırmışdır. Hazırda başqa iş yerinə müraciət etdikdə ona bildirirlər ki, “Aytek İnşaat” MMC ilə bağlanılmış əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməmişdir. İddiaçı bu halın aydınlaşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq aşağıdakılar bildirilmişdir: “Sizin ”Aytek İnşaat” MMC-də müqavilənizə əmək müqavilələrinin elektron informasiya sistemində xitam verilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyiniz müraciətinizə 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baxıldı. Bununla əlaqədar bildiririk ki, müraciətinizə aydınlıq gətirilməsi və Əmək Məcəlləsi üzrə təsbit olunmuş sənədlərin təqdim edilməsi üçün “Aytek İnşaat” MMC-nə 13.05.2019-cu il tarixli, 19130072131 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, ev məhəllə 590, mənzil 53 ünvanında yerləşən hüquqi ünvanına 19130096946 nömrəli, 21.06.2019-cu il tarixli məktub ünvanlansa da, cavab verilməmişdir. Həmçinin, “Aytek İnşaat” MMC-nin fəaliyyət göstəribgöstərməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla İş Departamentinə 13.05.2019-cu il tarixli, 19130072199 nömrəli məktub ünvanlansa da, cavab verilməmişdir. Nəzərinizə çatdıdırıq ki, əmək müqavilənizə əmək müqavilələrinin elektron informasiya sistemində xitam verilməsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyəti xaricində olduğundan Sizin məhkəməyə müraciət etmək hüququnuz vardır”. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19040021135 saylı, 05 dekabr 2019-cu il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun təkmilləşdirilməsi haqqında” əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət əmək müfəttişliklərinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi yaradıldığından 28 yanvar 2020-ci il tarixli məhkəmə iclas protokolu ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi ilə əvəz edilmişdir. 28 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı Nəhmətov Niftiyar Fərzulla oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və işə mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçıya ünvanlanmış 19130101251 saylı, 02.07.2019cu il tarixli cavab məktubunda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və əmək müqavilələrinin elektron informasiya sistemində xitam verilməsi ilə bağlı məsələ Xidmətin səlahiyyətləri xaricində olduğundan iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respub-likası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilmə-si-dir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavab-dehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdır-maq-la mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkün-lü-yü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyər-lən-dirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcud-lu-ğu-nu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüz-lüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. İşçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə əmək müqaviləsi (kontraktı) dedikdə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək Məcəlləsinin 287-ci maddəsində verilən anlayışa görə, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı fərdi əmək mübahisələri sayılır. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İddiaçının tələbi əmək müqaviləsinə xitam verilməsi barədə olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan əmək qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Göründüyü kimi, qeyd olunan mübahisə xüsusi hüquq sahəsinə aid məsələdir və əmək qanunvericilik normaları ilə tənzimlənir. Bundan əlavə, Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin işəgötürən tərəfindən təmin edilməli olduğu müəyyən edilir ki, həmin durumda da hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi müvafiq səlahiyyətlərə malik olmadığından hazırkı iddiaya münasibətdə məhkəmə tərəfindən cavabdeh kimi qəbul edilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı əmək münasibətlərindən yaranan məsələlər barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr qarşısında iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar