Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1061/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “istismara icazənin veriməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1728 saylı sərəncamı ilə “R.ETİBAR” müstəqil kiçik müəssisəsinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclik küçəsində (Yeni ünvanla : Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi) ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri yaşayış obyekti olan ofis binasının istismarına icazə verilməsi vəzifəsinin cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektira Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 3642 №-li təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən, “R.ETİBAR” müstəqil kiçik müəssisəsi dövlət qeydiyyatına alınmışdır. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 738 №-li məktibi nəzərə alınaraq, “R.ETİBAR" müstəqil kiçik müəssisəsinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclik küçəsində ofis binasının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1728 saylı sərəncamı ilə torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları (WGS-84 UTM- 39) göstərilməklə xx.xx.2018-ci il tarixli, 18/124 saylı ayrıc aktı tərtib edilmişdir. Ayrılmış torpaq sahəsinin Bakı xəritəsində yerləşdırlməsıni əks etdirən cizgi tərtib edilmişdir. Əlavə olaraq ayrıc aktına uyğun olaraq, ayrılmış torpaq sahəsindən keçən yeraltı və yerüstü kommunikasiya xəttlərinə dair "Azərsu” ASC-nin xx.xx.2018-ci il tarixli, 04/02-3/6/7238 saylı, “Azərişıq"ASC-nin xx.xx.2018-ci il tarixli, TMX-18/0374 saylı, ‘‘Azəriqaz İB-nın xx.xx.2018-ci il tarixli, 29718 saylı, "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli. 07/90-02 saylı və “Bakı Telefon Rabitəsi" MMC-nin xx.xx.2018-ci il tarixli, “BTR’’MMC-TŞ- 3/H277 saylı rəyləri alınmışdır. Tikinti üçün ayrılmış torpaq sahəsində tikintiyə icazə ilə fəaliyyət sferasında (maraqların) toxunulan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, ER-15/199 saylı, Respublika Gigiyena və Epıdemiologiya Mərkəzinin xx.xx.2018-ci il tarixli, 04-30/62-25 saylı və Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin xx.xx.2018-ci ıl tarixli, YTNƏŞ-0137 saylı və X1 18 05.2018-ci il tarixli DAM/082/02 saylı ilkin rəyləri alınmışdır. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin 09.07 2018-ci il tarixli 18/03-8/2155 nömrəli məktubu ilə layihəqabağı məlumatlar qovluğu "R.ETİBAR” müstəqil kiçik müəssisəsinə təqdim edilmiş və müvafiq məktubda qeyd edilmiş şərtlər yerinə yetirildikdən sonra, tikintiyə icazə verilməsinə dair sərəncam layihəsinin hazırlanacağı bildirilmişdir. Yekun olaraq, “R.ETİBAR” müstəqil kiçik müəssisəsinin rəhbəri İddiaçı xx.xx.2022-ci il tarixində AR Dövlət Şəhərsalma və Arxitektira Komitəsinə müraciət etmiş, müraciətə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Müraciətə xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2-2022-1295 saylı cavabla bildirilmişdir: “Sizin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuş 03 mart 2022-ci il tarixli müraciətinizə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Müraciətizinlə bağlı arxiv məlumatlarına əsasən bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1728 nömrəli sərəncamına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-cı il tarixli 738 nömrəli məktubu nəzərə alınaraq, “R.Etibar” müstəqil kiçik müəssisəsinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclik küçəsində ofis tikintisi üçün torpaq sahəsi ayrılmış və istifadəyə (icarəyə) verilən torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli 18/124 saylı ayrıc aktı tərtib edilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 18/03-8/2155 nömrəli məktubu ilə layihəqabağı məlumatlar qovluğu “R.Etibar” müstəqil kiçik müəssisəsinə təqdim edilmiş və müvafiq məktubda qeyd edilmiş şərtlər yerinə yetirildikdən sonra, tikintiyə icazə verilməsinə dair sərəncamın layihəsinin hazırlanacağı bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tikintiyə icazə icraatı çərçivəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində tələb olunan zəruri sənədlər, o cümlədən tikinti obyektinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğun yoxlanılması məqsədilə Məcəllənin tələblərinə əsasən, sözügedən ünvanda qeyri-yaşayış obyektinin tikintisinin mümkünlüyünə dair işlənmiş şəhərsalma əsaslandırlması təqdim edildikdən sonra, qaldığınız məsələyə müvafiq qaydada baxıla bilər.” Müraciətin müsbət cavablandırılmaması əsassızdır. Belə ki, iddiaçıdan tələb edilən bütün sənədlər (layihə, rəy, akt və s) AR Dövlət Şəhərsalma və Arxitektira Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilmişdir. Hesab edir ki, imtina əsassızdır və AR Dövlət Şəhərsalma və Arxitektira Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə “tikintiyə icazə verilməsinə dair sərəncamın verilməsi" vəzifəsi qoyulmalıdır.
3. İş üzrə məhkəmə iclaslarında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və ya onun nümayəndəsi iştirak etmir və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın geri götürülmüş sayılmasına etiraz etmədi.
II. İddianın geri götürülmüş sayılması
5. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
6. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
7. İş üzrə məhkəmə iclasları xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. İddiaçının nümayəndəsi təyin edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etsə də, növbəti sonuncu iclaslarda (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli) iştirakını təmin etməmişdir.
8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
9. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
10. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
11. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
12. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
13. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
14. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
15. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva