Məhkəmə qərarları › İş №2-1(112)-10623/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10623/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10623/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X3rşı qətnamələrin yenidən icra edilməsi barədəiddiası üzrə inzibati işəməhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X3rşı Tərtər Rayon Məhkəməsinin 23 iyun 2018-ci il tarixli, 2(061)-1471/2018 saylı qətnaməsi, Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(104)-983/2019 saylı qətnamələrinin müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən qanunvericiliyə uyğun olaraq yenidən işlək hala gətirilməsi, müqəssirlərin cəzalandırılması və əmək haqqına əlavə edilmiş yüksəklik pulunun dayandırıldığı aydan əmək haqqına şamil edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsində göstərilən “İcra haqqında” Qanununa əsasən Tərtər Rayon Məhkəməsinin 20 iyul 2018ci il tarixli, 2(061)-1471/2018 saylı qətnaməsi və Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(104)-983/2019 saylı qətnamələrinin yenidən icra edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2021 saylı, 11.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Təhsil Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X3rşı “İcra haqqında” Qanununa əsasən Tərtər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(061)-1471/2018 saylı qətnaməsi və Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(104)-983/2019 saylı qətnamələrinin yenidən icra edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi tələbinə dair 2- 1(112)-10623/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərədə tutulmuş inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası) növünə aiddir. Öhdəliyin icrası barədə iddia növünün aidiyyət qaydası 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin 2-ci cümləsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X1, inzibati işə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X2 yerin məhkəməsi tərəfindən, yəni, Tərtər rayonunun ərazi yurisdiksiyasına daxil olduğu Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 16.16-cı bəndinə əsasən Tərtər rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və AzərbaycanRespublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X3rşı “İcra haqqında” Qanununa əsasən Tərtər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(061)- 1471/2018 saylı qətnaməsi və Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(104)-983/2019 saylı qətnamələrinin yenidən icra edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi tələbinə dair 2-1(112)-10623/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar