Məhkəmə qərarları › İş №2-1(112)-10629/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10629/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10629/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qanuni təmsilçisi və direktoru olmasına xitam verilməsinə dair və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsindən imtinası kimi hərəkətlərinin qanunsuz hesab edilməsinə, müvafiq olaraq “Raşh İnternational Limited L.L.C” firnmasının təsisşiləri, qanuni təmsilçisi və direktoru olmalarına xitam verilməsinə və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qanuni təmsilçisi və direktoru olmasına xitam verilməsinə dair və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsindən imtinası kimi hərəkətlərinin qanunsuz hesab edilməsinə, müvafiq olaraq “Raşh İnternational Limited L.L.C” firnmasının təsisşiləri, qanuni təmsilçisi və direktoru olmalarına xitam verilməsinə və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2008-ci il tarixə qədər rəsmi və faktiki olaraq "Raşh İnternational Limited L.L.C." firmasının (VÖEN **********) təsisçilərindən biri və direktoru olmuş, xx.xx.2008-ci il tarixdə firma bütün əmlakı ilə birlikdə bir əməliyyat (alqı-satqı müqaviləsi) nəticəsində X2 verilmişdir. Həmin əməliyyatın rəsmiləşdirilməsi "Raşh İnternational Limited L.L.C." firmasının, təsisçilik hüququnun,həmin firmanын kapital payını və ödənişlərin 3-cü şəxsə verilməsi barədə müqavilə əsasında xx.xx.2008-ci il tarixdə Bakı şəhər 11 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilib. Həmin gündən etibarən onun "Raşh İnternational Limited L.L.C." firması ilə heç bir əlaqəси və fəaliyyəti haqqında məlumatı olmayıb. Firmanın yeni təsisçisi Rafiq İbrahimovla onun araсынda firmaya rəhbərlik və təmsilçilik barədə heç bir müqavilə bağlanmayıb və onu ilk və son dəfə, xx.xx.2008-ci il tarixdə notariat kontorunda görmüşdür. Firmanın xx.xx.2008-ci il tarixdən bu günə qədər olan fəaliyyəti haqqında məlumatsızdırlar . Həmin dövr ərzində bu firmanın maliyyə-təsərrüfat fəaliyyətinə aid heç bir sənədə imza atmamış, bu haqda heç bir məlumatı olmayıb və yoxdur (bank, alqı-satqı, kassa sənədləri, müqavilə, orada keçirilən səyyar vergi yoxlamaları sənədləri və sairə). “Hüquqi X6 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Göründüyü kimi, qeyd edilən Qanunun tələbinə əsasən "Raşh İnternational Limited L.L.C." firmasının yeni təsisçisi X4 baş vermiş dəyişikliklər haqqında firmanın qeydiyyat sənədlərində məlumatların yenilənməsi üçün Vergilər Nazirliyinə vaxtında məlumat verməli idi, lakin o bunu etməyib və əqddən irəli gələn hüquqi dövlət qeydiyyatından boyun qaçırıb. Əgər o bunu etməyibsə ,onda maraqlıdır o bank kreditini necə ödəyib, əldə etdiyi əmlak üzərində necə sərəncam verib və digər əməliyyatları necə aparıb ? Səyyar vergi yoxlamaları zamanı aktı və digər sənədləri direktorun adından kim imzalayıb? Yeni təsisçi R.İbrahimov tərəfindən xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən baş vermiş dəyişikliklərin qeydiyyata alınmaq üçün müvafiq orqana təqdim etməməkdə nə məqsəd güddüyünu bilmir, lakin onu bildirir ki, "Raşh İnternational Limited L.L.C." firmasında həmin tarixdən sonra онун adımın kağız üzərində direktor kimi saxlasalar da, faktiki olaraq firma yeni təsisçi Rafiq İbrahimov və onun işçiləri tərəfindən idarə edilib. Bu barədə, yəni R.İbrahimov tərəfindən xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən baş vermiş dəyişikliklərin qeydiyyata alınmaq üçün müvafiq orqana təqdim etməyərək, onun adının hələ də "Raşh İnternational Limited L.L.C." firmasında kağız üzərində direktor kimi saxlanılmasını ilk dəfə xx.xx.2019-cu il tarixdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları telefon əlaqəsi saxlayaraq "Raşh İnternational Limited L.L.C." firmasının 3557.24 manat vergi borcunun ödənilməsini tələb etdikdə bilmişдир. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-(81)- 966/2014 saylı dа она vergi orqanı tərəfindən təqdim edilmişdir. Оnun məhkəmənin keçirilməsindən xəbəri olmayıb, она bildiriş verilməyib. Təsisçi R.İbrahimov tərəfindən dəyişikliklərin edilməməsi barədə о, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Departamentinə yuxarıda göstərdiklərini qeyd etməklə yazılı şəkildə müraciət etmış, lakin cavabdeh **********939100 saylı xx.xx.2019-cu il tarixli məktubla müraciətinə cavab olaraq bildirmişdir ki, ...аparılan araşdırmalara əsasən müraciətinizin nəzərə alınması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin "xxxx" Firmasına hesablanmış 3557.24 manat vergi borcuna görə onun üzərinə əsassız qoyulan məsuliyyətdən azad edilməsi barədə məktubuna verdiyi cavab ilə müşayiət olunan hərəkətinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə onun üzərinə qoyulmuş məsuliyyətin ləğv edilməklə ona münasibətdə 3557.24 manat vergi borcunun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 сеntyabr 2019-cu il tarixli, 2-1(81)- 2738/2019 nömrəli qərardadı ilə İddiaçı1 ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)- 2738/2019 nömrəli inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək (yekun məhkəmə aktı qüvvəyə minənədək) İddiaçı1 üzərinə “Rash İnternational Limited L.L.C.” firmasının borclarına görə məsuliyyət və məhdudiyyətin qoyulması cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qadağan edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə isə mənim iddiam mümkün sayılmamışdır. Buna baxmayaraq qeyd edilən işlər üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, "Raşh İnternational Limited L.L.C." firmasında VN yanında Vergi Auditi Departamenti tərəfindən aparılmış xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixli dövrü əhatə edən səyyar vergi yoxlaması nəticəsində firmaya 2009-cu ilə görə 6693,76 manat mənfəət vergisi və 3346,88 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin məbləğlər 2010-cu ilin dekabr ayında firmanın şəxsi hesabında qeyd olunmuşdur. xx.xx.2011-ci ildə firma tərəfindən 6693,76 manat büdcəyə ödənilmişdir. Firmanın əmlakının 10 ədəd beynəlxalq yükdaşımalarda istifadə edilən “Reno” markalı qoşqulu yük avtomobili olmasına baxmayaraq 3346,88 manat malıyyə sanksiyasının firmadan alınması üçün vergi orqanının əməkdaşları heç bir tədbir görməmişdir (əmlakını siyahıya almamış, əmlakı üzərinə həbs bank hesablarına sərəncam qoymamışdır), əksinə Rafiq İbrahimova vergi ödəməkdən və şəxsi məsuliyyətdən yayınmağa şərait yaratmışlar. Səyyar vergi yoxlaması zamanı xx.xx.2010-cu il tarixdə yazılmış izahatda Rafiq İbrahimov göstərir ki, notariat qaydada verilmiş etibarnaməyə əsasən həmin firmada direktorun səlahiyyətlərini icra edən şəxs kimi göstərilmişəm, lakin menecer vəzifəsində calışmışam. Firmanın (müəssisənin) faktiki sahibi X7 olub. Nəzərinizə çatdırıram ki, X1 Nəsrulla oğlu İbrahimovun qayınatasıdır ! Belə ki, о, X3уn səhlənkarlığı və ya məsuliyyətsizliyi üzündən "Raşh İnternational Limited L.L.C." firmasının 2009-cu ildəki fəaliyyətinə görə vergidən yayınması nəticəsində hesablanmış maliyyə sanksiyasına görə əmələ gəlmiş vergi borcu üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-5821/2021 sayli iş üzrə çıxardığı qətnaməyə əsasən оnun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırilib. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-(81)-966/2014 saylı məhkəmə qətnaməsinin və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 5821/2021 iş üzrə çıxardığı qətnamənin оna heç bir aidiyyatı olmamalıdır, bu она qarşı ədalətsizlikdir. Sonuncu məhkəmə qətnaməsindən apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir . Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Milli gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinə xx.xx.2019-cu il tarixdə edilmiş müraciətinə verilən xx.xx.2019-cu il tarixli **********417600 saylı cavab məktubunda mövcud vəziyyətdə dəyişikliklərin qeydə alınması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunub. 2019-cu ilin avqust ayından sonra, bu məsələni sülh yolu ilə həll etmək məqsədilə Rafiq İbrahimovu çox axtardılar, lakin tapa bilmədilər. Firmanın reyestr məlumatlarında dəyişikliklərin edilməsi və ölkədən getməyinə məhdudiyyətin qoyulmaması ilə əlaqədar iddianın mümkün sayılmaması ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)- 131/202 saylı qərardadı və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(113)-5821/2021 iş üzrə çıxardığı qətnamə ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2021-ci il tarixli müraciətə İdarə tərəfindən xx.xx.2021-ci il tarixdə **********218900 saylı məktubla verilən cavabda qeydiyyat məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyyə edilib. Belə ki, həmin normaya əsasən : “Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.” Cavabdeh iddiaya dair yazılı еtiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində iştirakçılardan hər birinin payının miqdarı haqqında, onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında şərtlər göstərilməlidir. Mülki Məcəllənin 91.3.1 -ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Mülki Məcəllənin 49.1 -ci maddəsinəəsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Müəssisənin təsisçilərinin dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün alqı-satqı müqaviləsinin əsli və ya əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilmiş surəti, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə), yeni təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti Kommersiya huquqı şəxsin dövlət qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 idarəsinə təqdim edilməlidir. Belə ki, Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması 'Hüquqi X6 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinəəsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyəəlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12,12-ci maddəsinəəsasən müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinəəsasən qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir.Qanunun 14.1.7-ci maddəsinəəsasən qurumun qanuni təmsilçisi barədə məlumat dövlət reyestrinə daxil edilən məlumatdır. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir.Qanunvericiliyin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Milli Gəlirlər Baş idarəsinin Hüquqi X6 idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Məhkəmə iddiaçıların iddia ərizəsini, cavabdehin etirazını iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “ Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.” Həmin Məcəllənin 2.2.3 -cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iş hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə, göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin yuxarıda qeyd edilən qanunvericilik normaları baxımından hazırki iddia mümkünlük tələblərinə cavab vermir. Belə ki, iddiaçılar 30 may 2008-ci il tarixli "Raşh İnternational Limited L.L.C." firmasının təsisçilik hüququnun, həmin firmanın kapital payını və ödənişlərin 3-cü şəxsə verilməsi barədə müqavilə”yə istinad edərək, onların "Raşh İnternational Limited L.L.C." firmasının təsisçiləri, qanuni təmsilçiləri və direktoru olmasına xitam verilməsinə və müvafiq dəyişikliyin edilməsinin cavabdehə həvalə edilməsini tələb edirlər. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması 'Hüquqi X6 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Qeyd edilməlidir ki, hüquqi şəxsin təsis sənədlərində edilmiş dəyişiklilər (təsisçiləri, qanuni təmsilçiləri barədə məlumatlar, nizamnaməyə edilmiş dəyişikliklər ) dövlət qeydiyyatına alınmalı olan məlumatlardır. Lakin "Raşh İnternational Limited L.L.C." firmasının təsisçilərinin dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün alqı-satqı müqaviləsinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti, təsisçinin dəyişikliyi ilə əlaqədar "Raşh İnternational Limited L.L.C." firmasının nizamnaməsinə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnamənin yeni redaksiyası(və yə nizamnaməyə edilmiş dəyişiklik layihəsi) dövlət qeydiyyatı aparan inzibati orqana təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar yuxarıda sadalanmış sənədləri cavabdehə təqdim etmək hüququna artıq malik deyil. Belə ki, İddiaçı1 və İddiaçı2 Müstafa qızı ilə X5 arasında bağlanılmış 30 may 2008-ci il tarixli "Raşh İnternational Limited L.L.C." firmasının təsisçilik hüququnun, həmin firmanın kapital payını və ödənişlərin 3-cü şəxsə verilməsi barədə müqavilə”nin 2-ci bəndinə əsasən X5 "Raşh İnternational Limited L.L.C." firmasından təsisçilərə düşən payların, şirkətin balansında olan bütün əmlakın və bank qarşısında olan öhdəliyin ona təmənnasız verilməsini qəbul etmişdir. Bu müqavilə Bakı şəhər 11 saylı dövlət notariat kontorunda təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1 -ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış çəxsin müvafiq subyektiv hüquqa mali olub-olmamsını araşdırımalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu)şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, elecə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarın 5.1.-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçılar cavabdeh tərəfindən onların hüquqlarının pozulması, yəni "Raşh İnternational Limited L.L.C." firmasının nizamnaməsinə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnamənin yeni redaksiyası(və yə nizamnaməyə edilmiş dəyişiklik layihəsi) firmanın təsisçisi X5 tərəfindən cavabdehə təqdim edilməsi barədə məlumatı məhkəməyə təqdim etməmişdirlər. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçılarının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçılar cavabdehin üzərinə onun səlahiyyətlətinə aid olmayan vəzifənin qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmişdirlər. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrındəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə olan halda məhkəmə cavabdeh tərəfindən iddiaçıların hər hansı hüququnun pozulması halı müəyyən edilmədiyindən iddianın mümkünsüz sayılması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qaldırılması üçün əsas səbəb-, iddiaçılar ilə "Raşh İnternational Limited L.L.C." firmasının yeni müülkiyyətçisi olan X5 tərəfindən xx.xx.2008-ci il tarixli müqavilədən (əqddən) əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasına dair müəyyən hərəkətlərinin edilməməsi ilə bağlıdır. İzah olunsun ki, iddiaçılar yuxarıda qeyd edilən xx.xx.2008-ci il tarixli müqavilə ilə bağlı olan mübahisənin həlli üçün müqavilə üzrə tərəf olan şəxsə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilərlər. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qanuni təmsilçisi və direktoru olmasına xitam verilməsinə dair və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsindən imtinası kimi hərəkətlərinin qanunsuz hesab edilməsinə, müvafiq olaraq “Raşh İnternational Limited L.L.C” firnmasının təsisşiləri, qanuni təmsilçisi və direktoru olmalarına xitam verilməsinə və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar