Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1063/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçı, 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə sərəncamın ləğvi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə Bakı şəhəri Cavabdeh Başçısının 1290 a saylı, xx.xx.1995-ci il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bayramov X6 Samir Ağasəlim oğlunun mülkiyyətinə dair RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə digər bir iddia vermişdir. Məhkəmə prosesi gedişində ona məlum olmuşdur ki, X4 verilən rəsmi cavaba əsasən sərəncam əsasında ayrılmış torpaq sahəsinin cizgiləri İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmin iddia ərizəsi ilə məhkəmə iclasında tanış olarkən məlum olmuşdur ki, o, Novruz bayramında özünə 9 il sonra torpaq sahəsinin ayrılması barədə cizgi almışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş 1995-ci il tarixli sərəncam və sərəncamdan 9 il sonra verilmiş xx.xx.2004-cü il tarixdə verilmiş cizgi qanuni əsaslarla verilməmişdir. Belə ki, 9 il sonra verilən cizginin hansı əsaslarla verilməsi və hansı ünvana verilməsi qeyri-müəyyən olmaqla bərabər ayrılan torpağın koordinatları, qonşu torpaqlar və döngə nöqtələrinin qeyd edilməməsi, eyni zamanda 1995-ci il tarixli sərəncam və sərəncamdan 9 il sonra qədim tarixi olan bayram günündə verilmiş xx.xx.2004-cü il tarixli cizginin X3 qanuni yola əldə etməməsini deməyə əsas verir. Sənədlərdəki imzaların natamam olması həmin imzaların imza müəlliflərinə məxsus olmadığı bunu deməyə əsas verir. Cavabdeh qeydiyyat kitablarında qeyd edilən sənədlərin mövcud olub-olmaması müqayisə olunarsa bu hal öz təsdiqini tapmış olacaq. Bununla əlaqədar Cavabdehnə müraciət edilsə də, xx.xx.2019-cu il tarixdə imtina edilmişdir. Bundan başqa, xx.xx.1995-ci il tarixli Sərəncamın 3cü bəndinə əsasən tikinti işlərinin aparılması üçün 2 il müddət müəyyən edilmişdir. Lakin, keçən müddət ərzində X7 tərəfindən heç bir tikinti işləri aparılmamış, heç bir layihə təsdiq edilməmişdir. Sonradan İddiaçı xx.xx.1999-cu il tarixli sərəncamla torpaq sahəsi ayrılmışdır ki, həmin sərəncam əsasında istifadəsinə verilən torpaq sahəsi üzərində tikinti işləri aparılmaqla xüsusiləşdirilmişdir. Hazırda Bayramov X1 və hüquqi qüvvəsini itirmiş sərəncam əsasında əldə etdiyi cizginin mövcudluğu İddiaçı mülkiyyət hüquqlarını pozur. X7 tərəfindən 29 il ərzində sərəncamın tələbləri icra edilmədiyin hazırda xx.xx.1995-ci il tarixli sərəncamı qanuni hesab edilə bilməz və bu səbəbdən də, ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 2 A ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 132.4 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş (hazırda icraat dayandırılmışdır) iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs İddiaçı işə cəlb edilməklə ünvan 3 A ünvanında yerləşən fərdi yaşayış evi üçün İddiaçı adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə inzibati işlə tanış olan zaman iddiaçıya məlum olmuşdur ki, X7 iddia tələbini onunla əsaslandırmışdır ki, sərəncam əsasında (hazırki iş üzrə mübahisəli sərəncam) ona ayrılmış torpaq sahəsinin cizgiləri İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də, X7 həmin iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı həmin işdə xx.xx.1995-ci il tarixli sərəncamla tanış olduqdan sonra hazırki iddia tələbində göstərilən əsaslarla həmin sərəncamın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Eləcə də, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı ünvan 2 A ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 132.4 kv.m fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququna sahibdir. İş üzrə 3-cü şəxs X7 isə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə öz iddiasını irəli sürərək digər inzibati məhkəmə icraatında iddiaçıya məxsus sözügedən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı mübahisələndirir. Məhkəmə hesab edir ki, 3-cü şəxs X3 hazırki iş üzrə mübahisəli sərəncama əsasən ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi hazırda iddiaçının xüsusi mülkiyyətində olduğundan və X3 iddiaçıya məxsus torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın ləğv edilməsi barədə iddiasının əsaslılığına başqa məhkəmə icraatında araşdırılaraq hüquqi qiymət veriləcəyindən, hazırki iddia da mövcud vəziyyətdə mübahisəli sərəncamla iddiaçının hüquqlarının pozulması halı və onun hüquqi müdafiəyə ehtiyacı olması halı müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1063/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1063/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver