Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10632/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı qarşı “qeydiyyat ünvanının dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Sonradan dəqiqləşmə verilərək İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, X7, X3, X2 iddiaçı qismində tanınması, iddia tələbinin iddiaçıların qeydiyyat ünvanlarının ünvan 3 şəhəri, Sabunçu rayonu, Sərdarov küçəsi, ev 2 B ünvanına dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 4-cü maddəsinə əsasən sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. 5-ci maddəsinə görə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) şəxsin yaşayış sahəsinə qeydiyyata alınması üçün əsasdır. 8-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi də dolayısı ilə yaşayış yeri üzrə qeydiyyata alınmadan imtina ilə bağlıdır. Belə ki, iddiaçı faktiki olaraq yaşadığı yaşayış sahəsi ilə bağlı çıxarış və s kimi mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə əvvəllər həmin sənəd olmadan qeydiyyata alınmış olsa da, qeydiyyata alınma ünvanı barədə texniki xarakterli səhvin düzəldilməsi imkanından da məhrum olmuşdur. İş materiallarında olan sənədlərdən göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun surətindən görünür ki, S.Volkova ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin qanuni istifadəçisi olmuşdur. Sirafima Volkova iddiaçı X6 anası olmaqla vəfat etmişdir. Digər iddiaçılar da həmin şəxslə qohumluq əlaqələrinə malik olan şəxslərdir. Adıçəkilən yaşayış sahəsində N.Vokulenko faktiki olaraq yaşamaqdadır. Eyni zamanda, icra nümayəndəliyinin məktubundan görünür ki, B.Sərdarov küçəsi, hal-hazırda Hüseyn Arif küçəsi adlanır. İşin faktiki hallarında da müəyyən edildiyi kimi iddiaçıların faktiki istifadəsində olan yaşayış ünvanı ünvan 6exniki xarakterli yanlışlığa yol verilərək başqa şəxslərin mülkiyyətində olan Sərdarov küçəsi 2A kimi göstərilmişdir ki, cavabdeh heç bir əsaslı səbəb olmadan həmin texniki xarakterli yanlışlığın aradan qaldırılmasından imtina etmişdir. Halbuki, iş materialları ilə də müəyyən edilmiş həmin texniki xarakterli yanlışlığın aradan qaldırılması ilə iddiaçıların qeydiyyat ünvanlarında dəyişiklik edilməsi cavabdehin vəzifəsi olmuşdur. Bu zaman iddiaçı N.Vokulenko istisna edilməklə digər şəxslərin faktiki olaraq adıçəkilən yaşayış sahəsində yaşamaması barədə icra nümayəndəliyinin arayışı da məhkəmə hesab edir ki, həmin iddiaçılara münasibətdə vəziyyətin həmin şəxslər barəsində ağırlaşmasına səbəb olmur. Belə ki, həmin şəxslərin qeydiyyat ünvanı 2A olaraq qalmaqda davam edir ki, 2A qeydinin iddiaçı N.Vokulenkonun istifadəsində olan reallıqda 2B ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı olması aşkardır. Odur ki, həmin qeydiyyat ünvanında dəyişikliklər də cavabdeh tərəfindən edilməli idi. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, X7, X3, X4 yaşayış yeri üzrə qeydiyyat ünvanlarının ünvan 7yi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10632/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10632/2023
21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver