Məhkəmə qərarları › İş №2-1(112)-10646/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10646/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10646/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin olunma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, mənzillə təmin olunma vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 3 övladı var. X5 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük X6 iştirakçısı olmuşdur, hal-hazırda müharibə veteranıdır. Hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. Maddi vəziyyəti çox aşağıdır. Yaşamağa evi yoxdur. Azərbaycan dövləti müxtəlif səbəblərlə əlil olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün son illərdə səylərini xeyli dərəcədə artırıb. Bu məqsədlə dövlət sifarişi ilə tikilən həm çoxmərtəbəli binaların, həm də fərdi yaşayış evlərinin sayında artım müşahidə edilir. Əlil ailələrinə mənzillərin verilməsi məsələsi hüquqi müstəvidə də öz həllini tapıb. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda bu sosial qrupun mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. Ölkədə əlil ailələrinin mənzillə təminatı məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Nazirlik dövlət büdcəsindən ayrılan vəsait hesabına mənzil tikintisinə dair sifarişlər verir. Mənzillər tikildikdən sonra yerli icra hakimiyyətlərində mövcud olan siyahı əsasında mənzillərin paylanılması həyata keçirilir. Mövcud prosedura əsasən Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. ƏƏSMN tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilən yaşayış evlərindəki mənzillərin bölgüsü icra hakimiyyətlərindən məktubla təqdim olunan növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılan müvafiq xüsusi komissiya tərəfindən həyata keçirilir. Həmin komissiyanin işində şəffaflığın daha da artırılması məqsədilə müvafiq məlumata əsasən komissiyanin tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında X1 Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib. Mən İİ dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxs kimi Bakı şəhəri Cavabdehndə mənzil növbəsindədir. Hazırda ünvan 1 ünvanında kirayə yaşayır, onun heç bir yaşayış yeri yoxdur. Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatına, Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, əlil şəxs kimi mənzillə təmin olunmaması səbəbindən hüquqları pozulur. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, mənzil növbəsindədir, mənzil növbəsində olan imtiyazlı şəxslərin siyahısında 327-cidir. Qeyd olunan əsaslarla cavabdehin müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, qanuni əsas olmadan mənzillə təmin olunmasında imtina edilməsi nəticəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Əvvəllər də dəfələrlə digər dövlət orqanlarına müraciətləri olmuşdur, lakin müraciət etdiyi dövlət orqanları vəziyyətinin acınacaqlı olmasını, yaşamağa heç bir evinin olmamasını və maddi vəziyyətinin olmamasını bilərək ona heç bir köməklik etmək istəmirlər. Bakı şəhəri Cavabdeh başçısının aparatı tərəfindən İddiaçı ünvanlanmış 5-15/2-6- Q-14-068/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İİ dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxs kimi Cavabdehndə mənzil növbəsindədir. Mənzil növbəsində olan imtiyazlı şəxslərin siyahısında 327-cidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən vətəndaşlara yaşayış sahəsi bir qayda olaraq uçota alınma tarixi nəzərə alınmaqla növbəlilik qaydasında verilir. Hal-hazırda Cavabdeh balansında boş mənzil fondu olmadığından xahişini təmin etmək mümkün deyildir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 3-52/2-Q-394-068/2024 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş X3 mənzil məsələsi barəsində Azərbaycan Respublikasının Milli Məclisindən daxil olmuş müraciətinə Bakı Şəhər İcra Hakimiyyətində baxılmışdır. Məsələ ilə bağlı Cavabdehndən aldığı yazılı məlumata esasən İddiaçı xx.xx.1993-cü il tarixdən hərbi xidmət yerinə yetirərkən əlil olmuş şəxs kimi Cavabdehndə mənzil növbəsindədir və imtiyazlı şəxslərin növbəlilik siyahısında 326-cıdır. Mövcud Mənzil Məcəlləsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan mənzil növbəsində dayanan vətəndaşlara mənzillər, onlann uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbə qaydası ilə ayrılır, hal-hazırda dövlət vəsaiti hesabına yaşayış binalarının tikintisi olmadığmdan və sərəncamda boş mənzil fondu olmadığından Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil ayrılması imkan xaricindədir. Bu barədə vətəndaşa məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti tərəfindən İddiaçı ünvanlanmış 03/2836 saylı xx.xx.2015-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan sərəncamda əhatə olunmayan şəxslərin Nazirlik tərəfindən mənzilməişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmadığından aidiyyəti üzrə qeydiyyatda olduğu rayon (şəhər) icra hakimiyyətinə müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış **********8 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil oımuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan Sərəncamla əhatə olunmayan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sərəncamla əhatə olunmayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən İddiaçı ünvanlanmış 1/9154-15 saylı xx.xx.2015-ci il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 11.1.2-ci maddəsinə əsasən müraciəti müvəkkilin səlahiyyətlərinə aid olmadığından, ev məsələsi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edə bilər. Əlillik dərəcəsinə uyğun olaraq aldığı pensiya məbləğindən narazı olduğu halda Respublika Tibbi-sosial Ekspertiza Mərkəzinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti “Tİbbi-sosial ekspert komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə 93-cü Qərarının 5.6-cı maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti tərəfindən İddiaçı ünvanlanmış 03/2662 saylı xx.xx.2015-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-eü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan sərəncamda əhatə olunmayan şəxslərin Nazirlik tərəfindən mənzilməişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmadığından aidiyyəti üzrə qeydiyyatda olduğunuz rayon (şəhər) icra hakimiyyətinə müraciət etmək tövsiyə olunur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İddiaçı ünvanlanmış Q- 54-068 saylı xx.xx.2015-ci il tarixli məktubda bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlara mənzillər, onların uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbə qaydası ilə ayrılır. Yazılanlara əsasən və həmçinin BŞİH-in sərəncamında boş mənzil fondu olmadığından, mənzil məsələsinin həllinə köməklik göstərilməsi barəsindəki xahişini yerinə yetirmək imkan xaricindədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-3/2-Q- 30108/2/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər yuxarıda qeyd olunan Sərəncamla əhatə olunan kateqoriyaya aid edilmədiyindən sosial-məişət şəraitinin Nazirlik tərəfindən yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-1715/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə vətəndaş İddiaçı barəsində Dövlət Arxivinin Bakı Filialında saxlanılan Cavabdeh arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli 515/20 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət təqdim edilmişdir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. Bakı şəhəri Cavabdeh başçısının 515/20 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən “Qaydalar”ın 7.1-ci və 8-ci bəndinə uyğun olaraq vətəndaş İddiaçı 1 nəfər ailə tərkibində (özü) güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-15/2- 1348/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Vətəndaş İddiaçı İİ dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxs kimi güzəştli əsaslarla Cavabdehndə mənzil növbəsindədir. Mənzil növbəsində olan imtiyazlı şəxslərin siyahısında 327-cidir. Hal-hazırda rayon İcra Hakimiyyətinin balansında boş mənzil fondu olmadığından vətəndaşın xahişini təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı və məqsədi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxs kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının növbədənkənar mənzillə təmin edilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. İnzibati icraat haqqında qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X7 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X11 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından, o cümlədən müvafiq qanunvericilik aktlarından göründüyü kimi, müəyyən kateqoriya şəxslərə mənzillərin verilməsi növbəyə götürülmə tarixi əsas götürülməklə verilir. İddiaçının isə tələbi, faktiki növbədənkənar mənzillə təmin edilməsi ilə bağlıdır. Halbuki, göründüyü kimi iddiaçı mənzil növbəsində olan imtiyazlı şəxslərin siyahısında 327-cidir, onun mənzil növbəsinə götürüldüyü tarixdən illər əvvəl, əlilliyi müəyyən edilmiş şəxslər mövcuddur ki, həmin şəxslər nəzərə alınmadan iddiaçıya mənzilin verilməsi, bu dəfə mənzil növbəsinə götürülmə tarixi səbəbi ilə ondan üstün olan iddiaçı ilə eyni kateqoriyada olan şəxslərin qanunla qorunan hüquq və mənafelərinin pozuntusuna səbəb olacaqdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, hazırkı halda da siyahı üzrə növbədə olan şəxslərə, o cümlədən də iddiaçıya mənzilin verilmə imkanı öz təsdiqini tapmamışdır. Mənzil mövcud olsa belə, ondan öncə sırada olan şəxslər saxlanılmaqla növbədənkənar iddiaçıya mənzilin verilməsi barədə iddianın təminini istisna edən faktiki hallar kifayət qədərdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar