Məhkəmə qərarları › İş №2-1(112)-10649/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10649/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10649/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yasamal rayonu, Əbilov küçəsi 73 ünvanında yerləşən fərdi yaşayış evinə 1978-ci il tarixdə atası X14 adına şəhadətnamə verilmişdir. Atası 13 oktyabr 1984-cü il tarixdə vəfat etmiş və bundan sonra həmin fərdi yaşayış evinə verilmiş şəhadətnamə Oktyabr rayon XDS İK-nın (hazırda Cavabdeh) xx.xx.1987-ci il tarixli qərarı ilə iddiaçının anası X7 adına dəyişdirilmişdir. Anası vəfat etdikdən sonra Cavabdehnə müraciət edərək, kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. İcra hakimiyyətindən verillən məktubla bildirilmişdir ki, müqavilənin dəyişdirilməsi üçün mənzildə qeydiyyatda olan şəxslərin razılığının alınması zərurəti vardır. Bundan sonra iddiaçı 2018-ci ildə müvafiq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və tələbi təmin edilərək həmin evdə qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxarılmışdır. Yasamal rayon Polis İdarəsindən verilən xx.xx.2021-ci il tarixli məktubla aydın olur ki, X11, X25, X19 və X3 rayonu, Əbilov küçəsi 73 ünvanından pasport qeydiyyatdan çıxarılmışdır. Bundan sonra yenidən Cavabdehnə müraciət edərək, mənzilə kirayə müqaviləsinin onun adına dəyişdirilməsi xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən etmişdir. Qeyd edilir ki, iddiaçı hazırda həmin ünvanda pasport qeydiyyatındadır və yaşayış yeri üzrə həmin ünvanda olan 73 saylı fərdi yaşayış evində yaşayır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və hərəkətləri qanunsuz hesab edilərək adına kirayə müqaviləsinin bağlanması cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə tələbə etiraz edilərək bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı İddiaçı ilə rayon icra hakimiyyəti arasında kirayə müqaviləsi bağlanması barədə sərəncam verilmədiyindən hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı kirayə müqaviləsi bağlanmasına dair sərəncam verilməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən imtina verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya verilmiş cavab məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılaraq keçmiş Oktyabr rayon XDS İK-nın 79/14 nömrəli xx.xx.1987-ci il tarixli qərarına əsasən qeyd olunan yaşayış sahəsi iddiaçının anası X5 sadəcə istifadəsinə verildiyindən, eyni zamanda daşınmaz əmlaka mülkiyyət, sahiblik və istifadə hüququna dair münasibətlər mülki-hüquq münasibətlərinin predmeti olduğundan həmin mənzilə dair onunla kirayə müaviləsinin bağlanılmasının mümkün olmadığı bildirilmişdir. -Oktyabr rayon XDS-in İcraiyyə Komitəsinin 11 aprel 1987-ci il tarixli 79/14 nömrəli qərarının təsdiq edilmiş arxiv çıxarışının surətindən görünür ki, Əbilov küçəsi 73 ünvanda yerləşən, 37 kv.m sahəsi olan 2 otaqlı mənzilin icarədarı X16 ölümü ilə əlaqədar olaraq mənzilə dair kirayə müqaviləsi onun arvadı X7 adına dəyişdirilmişdir. -Bakı şəhəri Yasamal rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X21, anası X9r. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -Bakı şəhər Yasamal RPİ-nin Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Scnutte (Abdinova) Mehriban Nahnur qızı, X25, X19 və X3 rayonu, Əbilov küçəsi ev 73 ünvanından qeydiyyatdan çıxarılmışdır. -Yasamal MKTB 60 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Yasamal rayonu, Əbilov küçəsi, ev 73 ünvanında xx.xx.2001-ci il tarixində vəfat etmiş X10 məxsus olmuş yaşayış sahəsində hal-hazırda İddiaçı və onun nəvəsi X29 qeydiyyatdadırlar. -X1 orqanlara verilməsi üçün tərtib olunmuş və notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 7 ünvanında yerləşən evin nənəsi İddiaçı adına çıxarış və texniki pasport verilməsinə etiraz etmir. -DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 adına ünvan 8 ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin mətnindən görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh X4 qarşı ünvan 9 ünvanına tanına istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti təmin edilərək və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2022 saylı iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh X2 ünvan 10 ünvanına tanınan istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən, icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edilə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 4.0-cü mаddəsinə əsаsən dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2. Müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Həmin Məcəllənin 17.3.1-ci mаddəsinə əsаsən-sоsiаl təyinаtlı mənzil fоndu - dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 59.1-ci mаddəsinə əsаsən, yаşаyış sаhəsinin sоsiаl kirаyə müqаviləsinə əsаsən bir tərəf – dövlət və yа bələdiyyə mənzil fоndunun yаşаyış sаhəsinin mülkiyyətçisi (оnun аdındаn fəаliyyət göstərən səlаhiyyətli dövlət оrqаnı və yа səlаhiyyətli bələdiyyə оrqаnı) və yа оnun səlаhiyyətli şəхsi (kirаyə vеrən) yаşаyış sаhəsini digər tərəfin – vətəndаşın (kirаyəçinin) yаşаmаsı üçün bu Məcəllə ilə müəyyən еdilmiş şərtlərlə sаhibliyinə və istifаdəsinə vеrməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmin Məcəllənin 62.2-ci maddəyə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının onunla adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi 73 ünvanında yerləşən fərdi yaşayış evinin icarədarı mərhum atası X28 olmuş, sonradan onun ölümü ilə əlaqədar olaraq həmin evə dair icarə müqaviləsi iddiaçının anası X8 adına dəyişdirilmişdir. Məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 85-ci maddələrini və hazırkı mübahisəyə tətbiq edərək hesab edir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi 73-də yerləşən evin vəfat etmiş əvvəlki icarədarının ailə üzvü olduğundan (bu işin mübahisəsiz halıdır) və o, həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla faktiki yaşadığından, həmin fərdi yaşayış evinə istifadə hüququ tanınan İddiaçı Məlikməmməd qızının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sözügedən evə istifadə hüququna xitam verildiyindən, eləcə də həmin evdə qeydiyyatda olan digər şəxsin (nəvəsinin) razılığı olduğundan, habelə iddiaçının mülkiyətində qeydiyyata alınmış başqa yaşayış sahəsinin olması müəyyən edilmədiyindən (elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən), o cümlədən iddiaçının həmin evdə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadığından (bu barədə də məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir) iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlıdır. İddiаçı uzun müddətdir istifаdəsində оlаn fərdi yaşayış evindən fаktiki istifаdə еtməsinə bахmаyаrаq, həmin evə dаir cаvаbdеhin hər hаnsı bir sərəncаmı mövcud dеyildir. İnzibаti оrqаn tərəfindən iddiаçının yаşаyış sаhəsinə dаir istifаdə hüququ rəsmiləşdirilməmişdir. Hаlbuki yuxarıda istinad olunan 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş Аzərbаycаn SSR-in Mənzil Məcəlləsinin 51-ci mаddəsinə əsasən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. Beləliklə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrində istifadə etdiyi fərdi yaşayış evinə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququnu istisna edən hal yoxdur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi 73 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün müvafiq sərəncamın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi 73 ünvanında yerləşən evə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar