Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10650/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair istifadə hüququnun qeydiyyata alınmaqla, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanında yerləşən 32.7 kv.m qeyri-yaşayış sahəsinə dair hüququnun qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın və əmlaka aid texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak xx.xx.1983-cü il tarixli order əsasında mərhum atası X6 və ailə üzvlərinin faktiki sahiblik və istifadəsində olmuşdur. 08 aprel 1991-ci il tarixdə atası vəfat etdikdən sonra isə, həmin mənzil vərəsəliklə onun mülkiyyətinə aid edilmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, MH 026504 saylı qeydiyyat vəsiqəsinə əsasən qeyd edilən mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilin bilavasitə altında yerləşən yarımzirzəmi də, 1983-cü il tarixdən sahibliyində olmaqla, ailə üzvləri tərəfindən faktiki olaraq istifadə olunmuşdur. Hazırda da, həmin yarımzirzəmi su, kanalizasiya, elektrik, telefon şəbəkələrinə müstəqil deyil, tam mülkiyyətində olan mənzilin üzərindən qoşulmuşdur. Odur ki, kommunal və digər ödənişlər onun adına olan vahid sayğaclar üzərindən həyata keçirilir. 2012-ci ildə tərəfindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4549/2012 saylı qətnaməsi ilə ərizəsi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin xx.xx.1996-cı il tarixdən onun sahiblik və istifadəsində olması faktı müəyyən edilmişdir. Qeyd edilən məhkəmə prosesi zamanı isə əlaqədar qurumlar tərəfindən həmin yarımzirzəminin dövlət əmlakı olması barədə hər hansı bir vəsatət, müraciət və ya məlumat təqdim edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4549/2012 saylı həmin qətnaməsi xx.xx.2013cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində yerləşən, hüquqi cəhətdən sahibliyində və istifadəsində olan həmin qeyri-yaşayış sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzi tərəfindən «istifadəsiz olan daşınmaz dövlət əmlakı» kimi hərracda satılması planlaşdırıldığından, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində yerləşən, sahibliyimndə və istifadəsində olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) satılması ilə əlaqədər olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinin hərracın keçirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 12 oktyabr 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin müraciəti ilə yanaşı, eyni zamanda tərəfindən verilmiş ərizə əsasında, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXTM(81)-42/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadı ilə iddia tələbi üzrə inzibati işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) satılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinə həracın keçirilməsinin qadağan edilmişdir. Həmin qərardad qəbul edildiyi gün, yəni xx.xx.2016-cı il tarixdə icra edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Qeyd olunan MXTM(81)-42/2016 saylı 24 oktyabr 2016-cı il tarixli qərardad üzrə Nərimanov rayon İcra Şöbəsindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş xx.xx.2017-ci il tarixdə cavabdeh təşkilata göndərilmiş və həmin tarixdə cavabdeh təşkilatın nümayəndəsi tərəfindən müvafiq qeyd aparılmaqla qəbul edilmişdir. Bundan sonra cavabdeh təşkilat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-42/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadından apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 2-1(103)-2596/2016 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-42/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2016cı il tarixli, 2-1(103)-2596/2016 saylı qərardadından kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, həmin halda cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinə qarşı hərracın keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsinə dair inzibati işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər Hərracların təşkili üzrə auksion mərkəzinə həracın keçirilməsinin qadağan edilmiş və bu qadağa cavabdehə məlum olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4681/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-465/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı qismində onun - İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanında yerləşən, sahəsi 32.7 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin özəlləşdirmə planının təsdiq edilməsi, həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin, həmin qeyri-yaşayış sahəsi (obyekt) barədə məlumatların “Mülkiyyət” qəzetində dərc edildikdən 30 gün sonra hərrac vasitə ilə həyata keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin 23 sentyabr 2016-cı il tarixli 117 saylı sərəncamının və həmin sərəncamın doğuracağı bütün nəticələrin ləğv edilməsi barədə dəqiqləşdirilmiş ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin icraat gedişatında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş 2(006)-4549/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-5137/2017-ci il tarixli, 16 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanındakı 2 nömrəli mənzilin altında yerləşən qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edilməməsi əsası ilə Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli, 2(006)-4549/2012 saylı qətnaməsindən maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanılmış mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2( 102)-7124/2017 saylı, xx.xx.2017ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanındakı 2 nömrəli mənzilin altında yerləşən qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sənəd təqdim edilməməsi əsası ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə 16 iyun 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, qeyd edilən daşınmaz əmlakın onun sahiblik və istifadəsində olması faktı bütün məhkəmə instansiyaları tərəfindən təsdiq olunmuş, başqa sözlə, həmin əmlakın ona aid olmamasına dair bütün ehtimallar aradan qalxmışdır. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )-465/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Lakin, qeyd olunan inzibati işin məhkəmənin icraatında olduğu müddətdə, iddia tələbi üzrə inzibati işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) satılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinə həracın keçirilməsinin qadağan edilməsinə baxmayaraq, cavabdeh və iş üzrə 3-cü şəxs olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzi 1 saylı inzibati iqtisadi məhkəməsinin MXMT (81)42/2016 saylı 24 oktyabr 2016-cı il tarixli qərardadının tələblərini icra etməyərək iddia tələbində qeyd olunan əmlakın satılması ilə əlaqədar hərracların keçirilməsini davam etdirmiş və xx.xx.2017-ci il tarixdə keçirilmiş növbəti hərracda həmin əmlak qanunsuz özəlləşdirilərək başqa şəxsin - X2 mülkiyyətinə keçirilmişdir. 1 saylı Bakı İnzibat -İqtisadi Məhkəməsinin MXMT(81)42/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadının tələblərini icra etməyən, başqa sözlə, iddia tələbimdə qeyd olunan əmlakın satılması ilə əlaqədar hərracların keçirilməsinin qadağan edilməsinə baxmayaraq həmin hərracları keçirmiş vəzifəli şəxs - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru X8 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 3(005)-910/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilmiş, F.Ş.Məlikov həmin qərardan apellyasiya şikayəti vermiş, lakin bu şikayət də, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1023/18 saylı qərarı ilə təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözü gedən qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)-59/2018 saylı qərarı ilə müəyyən edilən hallar isə aşağıdakılar olmuşdur: «işdə olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.F.Qasımzadə küçəsi, ev 16, mənzil 2 İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1976-cı ildə tərtib etdiyi Texniki Pasportda zirzəminin olmaması qeyd edildiyindən, həmin zirzəmi İddiaçı şəxsi maliyyə vəsaiti hesabına yaradıldığından, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4549/2012 saylı, 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 saylı evin 2 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin 28 avqust 1996-cı il tarixdən İddiaçı sahiblik və istifadəsində olması faktı müəyyən edilmiş, bununla da, məhkəmə qərarı ilə İddiaçı həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınmışdır. Cavabdeh tərəfindən həmin zirzəminin dövlət əmlakı olması bildirilsə də, istər mülki məhkəmə icraatı, istərsə də hazırki inzibati məhkəmə icraatı araşdırmaları zamanı dəfələrlə bunu təsdiq edən sənədlərin tələb edilməsi və buna şərait yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edəcək hər hansı sənəd təqdim edilməmişdir. Qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələrinin məhkəmə aktları ilə dəyişdirilmədən saxlanılmaqla hazırda qüvvədədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni əsaslarla İddiaçı sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə dair cavabdeh tərəfindən maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş həmin sərəncam qanunsuzdur və buna görə də həmin sərəncam ləğv edilməlidir.» Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)- 59/2018 saylı həmin qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 117 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və onun tabe qurumları apellyasiya şikayəti verməmişlər. Lakin, bununla yanaşı, X4 üçüncü şəxs qismində məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermişdir. Onun apellyasiya şikayətinə 04 aprel 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində baxılmış və apellyasiya şikayəti əsaslı olaraq təmin edilməmişdir. Bundan sonra, «Hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi» tələbinə dair iddia ərizəsinə baxmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3298/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə kiiçəsi, 16, 2 nömrəli ünvanda yerləşən 32,7 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin satılması ilə bağlı 12 dekabr 2017-ci il tarixində keçirilmiş hərracın nəticələri və həmin hərracın nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli 3769 nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh X2 adına verilmiş 30 yanvar 2018-ci il tarixli, RX1219631 nömrəli çıxarışın və 26 yanvar 2018ci il tarixli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı 13 iyul 2020-ci il tarixli **********46 saylı məktubunda qeyd olunmuşdur ki, «ünvan 4 ünvanda yerləşən 32,7 kv. metr dən ibarət qeyri-yaşayış sahəsinə dair 12 dekabr 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli 3769 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30 yanvar 2018-ci il tarixli, RX1219631 nömrəli çıxarışın və 26 yanvar 2018-ci il tarixli texniki pasportun ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3298/2019 saylı icra vərəqəsinin icrasına dair xx.xx.2020-ci il tarixli el47735/2019-19 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır və bununla əlaqədar bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli 235 nömrəli sərəncamı ilə qeyd edilən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilməklə məhkəmə qərarının icrası təmin edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsində hərracın nəticələrinin, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli 3769 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30 yanvar 2018-ci il tarixli, RX1219631 nömrəli çıxarışın və 26 yanvar 2018-ci il tarixli texniki pasportun ləğv edilməsi məsələləri qoyulduğu halda, Əmlak Məsələləri Dövlət Komitəsinin cavab məktubunda yalnız «qeyriyaşayış sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilməklə məhkəmə qərarının icrası təmin edilmişdir» kimi ifadələrdən istifadə edilərək, icra məmurunu yanıldıcı mövqe sərgilənmişdir. Həmin «aldadıcı» məktuba əsaslanan Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq qərar qəbul edərək icra sənədinə əsassız xitam verilmişdir. Başqa sözlə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən 3 (üç) ilə yaxın keçmiş olan uzun müddət ərzində həmin məhkəmə qətnaməsi icra edilməmiş, bu müddət ərzində həmin təşkilata ünvanladığı sözügedən əmlakın onun adına sənədləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli ərizəsinin təmin olunmasından da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Xəyal İsmayılovun ona ünvanladığı 24 may 2021-ci il tarixli **********40 saylı məktubu ilə «əmlakın digər şəxsin (Q. Səfərovun) adını qeydiyyatdan keçməsi (?!)» əsası göstərilməklə imtina edilmişdir. Bundan sonra, qanuni və əsaslı xahişinə əsasən icra işi təzələnmişdir. Qeyd olunmuş icra işi üzrə icra şöbəsinin çoxsaylı və davamlı müraciətlərindən sonra, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı 28 yanvar 2022-ci il tarixli **********54 saylı məktubu ilə müəyyən olunmuşdur ki, «Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 ünvanında yerləşən 32,7 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2017-ci il tarixində keçirilmiş hərracın nəticələrinin, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3769 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışın və xx.xx.2018-ci il tarixli texniki pasportun ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3298/2019 nömrəli icra vərəqəsinin icrasına dair məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmış, bununla əlaqədar bilirilmişdir ki, qeyd olunan məhkəmə qərarı icra edilərək, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 174 nömrəli sərəncamı ilə ünvan 6 ünvanında yerləşən 32,7 kv.m qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələri, alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ləğv edilmişdir. Bundan sonra, 14 fevral 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə qanuni sahibliyində və istifadəsində olan həmin qeyri-yaşayış sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın və texniki pasportun verilməsinə dair xahiş məzmunlu ərizə ilə (müvafiq məhkəmə qərarları və digər sənədlər əlavə olunmaqla) müraciət etmişdir. Həmin ərizəsinə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədovun ona ünvanladığı 13 aprel 2022-ci il tarixli, **********25 saylı məktubu ilə ərizəsinin təmin və ya təmin edilməsindən imtina edilməsi məsələsinə ümumiyyətlə toxunulmadan, ümumi ifadələrlə bildirilmişdir ki, «...daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş sənədlər əsasında aparılır və məktuba dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı qoşma olaraq əlavə olunmuşdur. Halbuki, elə həmin qoşmada da, 8-ci bənd olaraq qeyd olunmuşdur ki, ona aid olan müvafiq hallar üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olması yetərlidir. Ərizəsinə verilmiş həmin formal cavabın parodoksallığı isə ondan ibarət idi ki, qeyd edilən «qanuni qüvvəyə minmiş məhkəmə qərarları» 14 fevral 2022-ci il tarixli müraciət ərizəsinə qoşma olaraq əlavə olunmuşdur. Bundan sonra, heç olmazsa, «əsaslandırılmış rədd» cavabı almaq niyyətilə 22 aprel 2022-ci il tarixdə təkrarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə sözü gedən qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın və texniki pasportun verilməsinə dair xahiş məzmunlu yeni ərizə ilə (yenə də, müvafiq məhkəmə qərarları və digər sənədlər əlavə olunmaqla) müraciət etmişdir. Bu ərizəsinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin rəis müavini Farid Həşimov ona ünvanladığı 26 may 2022-ci il tarixli, **********03 saylı məktubu ilə daha irəli gedərək və ərizəsinə əlavə əlavə olunmuş məhkəmə qərarlarını ümumiyyətlə görməzdən gələrək qeyd etmişdir ki, «...qeyri yaşayış sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir ...və həmin Qanunun 11.1-ci maddəsinə əsasən bu sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.» Həmin məktubda qurumun müvafiq qeydiyyat aparması üçün hansı sənədin tələb olunması konkretləşdirilmədən və quruma artıq təqdim olunmuş məhkəmə qərarlarının «qüsurlarının» nədən ibarət olması aydınlaşdırılmadan artıq «paradoksallıq» ifadəsi yetərli olmadığından nonsens kimi qiymətləndirilməli olan aşağıdakı ifadə qeyd olunmuşdur: «Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.» Göründüyü kimi, yuxarıda qeyd edilmiş bütün məhkəmə çəkişmələrində həmin qurumun ona qarşı yaradılmış süni maneələri davamlı xarakter daşıyır. Bununla yanaşı, qeyd edilən bütün məhkəmə çəkişmələrindəki məğlbubiyyətlərini həzm edə bilmədiklərindən cavabdeh tərəfindən ona ünvanlanmış son məktublarla da, mülkiyyət hüquqlarının həyata keçirilməsinə ardıcıl maneə yaratmaq kursu tutulmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 32,7 kv.m olan qeyri-yaşayış sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, ididaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu barədə vətəndaşa **********03 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********03 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İşdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4549/2012 nömrəli, 10 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 saylı evin 2 saylı mənzilinin alt hissəsində olan qeyriyaşayış sahəsinin 28 avqust 1996-cı il tarixdən İddiaçı sahiblik və istifadəsində olması faktı müəyyən edilmişdir. İşdə olan məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, istər mülki məhkəmə icraatı, istərsə də, inzibati məhkəmə icraatı araşdırmaları zamanı mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sənədlərin tələb edilməsinə və buna şərait yaradılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edəcək hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubla Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 16 ünvanında yerləşən 32,7 kv.m qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Həmin sənədlərin surətlərinə və iş materiallarında olan məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin X2 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli 3769 saylı “Müəssisəsinin (obyektin) alğı-satqı müqaviləsi” və həmin alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən **********03 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin etirazında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: Cavabdeh imtinasında sözügedən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində və sahibliyində olması müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan məhkəmə qərarlarına əsasən istər mülki məhkəmə icraatı, istərsə də, inzibati məhkəmə icraatı araşdırmaları zamanı mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sənədlərin tələb edilməsinə və buna şərait yaradılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edəcək hər hansı sənəd təqdim edilməmişdir. Bununla da, mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilməmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin X2 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli 3769 saylı “Müəssisənin (obyektin) alğı-satqı müqaviləsi” və onun əsasında aparılmış qeydiyyat ləğv edilmişdir. Qeyri-yaşayış sahəsinə dair hər hansı 3-cü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mövcud deyildir. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən arqument əsassızdır və qeyri-yaşayış sahəsi üzərində iddiaçının məhkəmə qərarı ilə müəyyən edilmiş istifadə hüquqlarının təsdiq edilməsindən imtina üçün əsas kimi götürülə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-ci maddəsinin müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10650/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10650/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver