Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10652/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 23 avqust 1977-ci il tarixdən 06 mart 1981-ci il tarixədək Bakı Energetika Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair 19 may 2022-ci il tarixində tələb olunan sənədlərlə birlində cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan deyil, 60 yaşdan pensiya təyinatı aparılmışdır. Bu da onun Azərbaycan Respublikası Konstitsiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, iddiaçıya istər xx.xx.2006-cı ilədək qüvvədə əlan “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa, istərsə də xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununa əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan ən azı 12 il 06 ay xüsusi, 25 il ümumi stajı qazanmışdır. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. 23 avqust 1977-ci il tarixli 142 saylı əmrlə Bakı Energetika Texnikumuna daxil olaraq, 06 mart 1981-ci il tarixli, 57 saylı əmrlə “Elektrik stansiya şəbəkə və sistemləri” ixtisası üzrə tam əyani formada bitirmişdir. Dövlət İmtahan Komissiyasının 27 mart 1981-ci il tarixli qərarı ilə ona mexanikelektrik ixtisası verilərək adına BT № seriyalı 037776 nömrəli diplom verilmişdir (3 il, 07 ay, 04 gün ümumi staj). xx.xx.1981-cü ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur (2 il, 01 ay, 28 gün ümumi staj). İddiaçıya məxsus MT-İ № ******* nömrəli, 18 iyul 1984-cü il tarixli əmək kitabçasının məlumatlarına əsasən: xx.xx.1983-ci ildən xx.xx.1984-cü ilədək SOCAR “Azərkimya” X3 aktiv maddələr zavodunda işləmişdir (10 ay, 17 gün). xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mexanik peşəsində işləmişdir (01 ay, 26 gün ümumi staj). xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru peşəsində işləmişdir (3 il, 11 ay, 09 gün). xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir (6 il, 5 ay güzəştli staj). xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru peşəsində işləmişdir (2 il, 9 ay, 25 gün). xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru peşəsində işləmişdir (2 il, 10 ay). xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir (5 ay güzəştli staj). xx.xx.2001-ci ildən xx.xx.2014-cü ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir fılialında polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir (13 il, 6 ay güzəştli staj). xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir (04 ay, 01 gün güzəştli staj). xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir – beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir (05 ay, 28 gün güzəştli staj). xx.xx.2015-ci ildən hal-hazıradək “Neftqaztikinti’ trestinin 7 saylı Tikinti Quraşdırma bölümündə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir (xx.xx.2017-ci ilədək 1 il, 10 ay güzəştli staj). İddiaçıya məxsus HT-İ № ******* nömrəli, 06 may 1994-cü il tarixli əmək kitabçasının məlumatlarına əsasən: xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək Dövlət Neft Şirkəti Dənizdə neft və qaz çıxarma üzrə İstahsalat Birliyinin Bakı Texnoloji Nəqliyyat İdarəsində texnik elektrik peşəsində işləmişdir (10 il, 22 gün digər dövrlə lə üst-üstə düşür). xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “X5 Ltd” Şirkətinin Azərbaycan Nümayəndəliyində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir (1 il, 08 ay, 04 gün digər dövrlərlə üst-üstə düşür). Göründüyü kimi, xx.xx.2017-ci il tarixinədək iddiaçının ümumi iş stajı 39 il, 9 ay, 18 gün təşkil edir. Həmin 39 il, 9 ay, 18 gün əmək stajın 22 il, 11 ay, 29 günü iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, iddiaçının “Neftqaztikintf' trestinin İdarələrində işlədiyi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu bəndi (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) ilə müəyyən edilmiş vəzifələrə uyğundur və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyədək ümumi və xüsusi stajı qazandığına görə, mövcud iş üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı iddia edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onun xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının Filiala təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı cəmi 11 il 6 ay təşkil edir: (xx.xx.1988 - xx.xx.1995; xx.xx.2000 -xx.xx.2001; xx.xx.2001 xx.xx.2006).Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. 2) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”-nin 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasının iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının xx.xx.2017-ci il tarixinədək 57 yaşı tamam olmalı idi. Lakin, iddiaçının 57 yaşı xx.xx.2019cu ildə tamam olmuşdur, həmin tarixdə isə həmin maddə üzrə şəxs güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilə bilməsi üçün yaş həddi artıq 60 yaş olaraq müəyyən edilmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 №-li imtina məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 iyul 2022- ci il tarixində daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Mərkəzi Filial tərəfindən sizə 16 iyun 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı 19 may 2022-ci il tarixindən hesablanmışdır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə teyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (11 il 6 ay (xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.2000-xx.xx.2001-cİ il, xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli xx-xx-1025/10 saylı arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Arxiv Fonduna əsasən, İddiaçı həqiqətən, 23 avqust 1977-ci il, 142 saylı əmrlə Bakı Energetika Texnikumunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) “Elektrik stansiya şəbəkə və sistemləri” ixtisası üzrə əyani şöbəyə daxil olmuş və 06 mart 1981-ci il, 57 saylı əmrlə tam kursu bitirmişdir. Ona BT № 037776 nömrəli diplom verilmişdir.” - “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00159 saylı arayış ilə bildirilmişdir ki, o həqiqətən xx.xx.1984cü il tarixində (əmr № 161/k, xx.xx.1984-cü il) “Azərdəniznetfinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik montyoru peşəsinə işə qəbul edilib. xx.xx.1988-ci il tarixindən (əmr № 80 xx.xx.1988-ci il) xx.xx.1995-ci il tarixinədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində, xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək isə elektrik montyoru peşəsində işləmişdir (əmr № 5, xx.xx.1995-ci il) və xx.xx.1998-ci il tarixində (əmr № 03/s, xx.xx.1998-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 6 il 5 ay (altı il beş ay) təşkil edir. İddiaçı xx.xx.1998-ci il tarixində (əmr № 11/k,xx.xx.1998-ci il) “Azərdəniznetfinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma idarəsinə elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixindən (əmr № 135/a, xx.xx.2000-ci il) xx.xx.2001-ci il tarixinədək (əmr № 46/k, xx.xx.2001-ci il) quraşdırıcı peşəsi üzrə işləmişdir. Zərərli peşə üzrə əmək stajı 5 ay (beş ay təşkil edir. İddiaçı xx.xx.2001-ci il tarixində “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2014-cü il tarixində (əmr № 144/k, xx.xx.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 13 il 6 ay (on üç il altı ay ) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 114/k, xx.xx.2014-cü il) “Neftqaztikintl” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015-ci il tarixində (əmr № 60-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 4 ay 1 gün (dörd ay bir gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № 92-k, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015-ci il tarixində (əmr № 390-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 5 ay 28 gün (beş ay iyirmi səkkiz gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000404, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Zərərli peşə üzrə əmək stajı 6 il 7 ay 13 gün (altı il yeddi ay on üç gün) təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci i! 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə zərərli iş staj: 27 il 9 ay 12 gün (iyirmi yeddi il doqquz ay on ik gün) təşkil edir. - “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********80020115X00007 saylı arayış ilə bildirilmişdir ki, iddiaçı 23.10,1984-cü il tarixində (əmr № 161/k, xx.xx.1984-cü il) Azərdəniznetfinşaat trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik montyoru peşəsinə işə qəbul edilib, xx.xx.1988-ci il tarixindən (əmr №80, xx.xx.1988-ci il) xx.xx.1995-ci il tarixinədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində, xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək isə elektrik montyoru peşəsində işləmişdir (əmr № 5, xx.xx.1995-ci il). xx.xx.1998-ci il tarixində (əmr № 03/s, xx.xx.1998-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 6 il 5 ay (altı il beş ay) təşkil edir. İddiaçı xx.xx.1998-ci il tarixində (əmr № 11/k,xx.xx.1998-ci il) “Azərdəniznetfinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik montyoru peşəsinə işə qəbul edilib. xx.xx.2000-ci il tarixindən (əmr № 135/k, xx.xx.2000-ci il) xx.xx.2001-ci il tarixinədək (əmr № 46/k, xx.xx.2001-ci il) quraşdırıcı peşəsi üzrə işləmişdir. İddiaçı xx.xx.2001-ci il tarixində (əmr № 01/k, xx.xx.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2014-cü il tarixində (əmr № 144/k, xx.xx.2014cü il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 13 il 6 ay (on üç il altı ay ) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 114/k, xx.xx.2014-cü il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015-ci il tarixində (əmr № 60-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 4 ay 1 gün (dörd ay bir gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № 92-k, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015-ci il tarixində (əmr № 390-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 5 ay 28 gün (beş ay iyirmi səkkiz gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000404, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və halhazıradək bu peşədə işləyir. Zərərli peşə üzrə əmək stajı 6 il 7 ay 13 gün (altı il yeddi ay on üç gün) təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə zərərli iş stajı 27 il 4 ay 12 gün (iyirmi yeddi il dörd ay on iki gün) təşkil edir.” - “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun xx.xx.2022-ci il tarixli 3104/ON-06-1268 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 1 və 2 nömrəli siyahıda sadalanmış istehsalatlarda və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri (bölmə Vİİİ, 1080A010; bölmə X.2110A030-17531) güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. Vətəndaş İddiaçı çalışdığı elektrik təmiri sexi həmin siyahıda nəzərdə tutulmadığına görə tələb olunan arayışın təqdim olunması mümkün deyildir.” - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədəkbn həqiqi hərbi xidmətdə olmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 18 iyul 1984-cü il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-ci ildən xx.xx.1984-cü ilədək SOCAR “Azərkimya” X3 aktiv maddələr zavodunda, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mexanik, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2001-ci ildən xx.xx.2014-cü ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir fılialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2015-ci ildən hal-hazıradək “Neftqaztikinti’ trestinin 7 saylı Tikinti Quraşdırma bölümündə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 06 may 1994-cü il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək Dövlət Neft Şirkəti Dənizdə neft və qaz çıxarma üzrə İstahsalat Birliyinin Bakı Texnoloji Nəqliyyat İdarəsində texnik elektrik peşəsində işləmişdir. xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “X5 Ltd” Şirkətinin Azərbaycan Nümayəndəliyində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir.
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından məlum olur ki, iddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2017-ci il tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında 22900000 saylı XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a saylı a) fəhlələr yarımbğlməsində 2290000a—14612 kodla polad və dəmirbeton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar peşəsi öz əksinit tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısımın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi öz əksini tapmışdır. Beləliklə də iddiaçı xx.xx.1988-xx.xx.1995-ci illərdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı – 6 il 5 ay, xx.xx.2000-xx.xx.2001-ci illərdə Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı – 5 ay, xx.xx.2001-xx.xx.2014- illərdə “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı – 13 il 6 ay, xx.xx.2014-xx.xx.2015-ci illərdə “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı – 4 ay 1 gün, xx.xx.2015-xx.xx.2015-ci illərdə “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı – 05 ay 28 gün, xx.xx.2015-xx.xx.2017-ci illərdə “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı – 1 il 4 ay işləməklə ümumilikdə 22 il 5 ay 29 gün tələb olunandan da artıq güzəştli iş stajını toplamışdır. Bundan başqa, iddiaçı Bakı Energetika Texnikumunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) “Elektrik stansiya şəbəkə və sistemləri” ixtisası üzrə əyani 23 avqust 1977-ci il tarixdən 06 mart 1981-ci il tarixədək təhsil dövrü nəzərə alınmaqla – 3 il 6 ay 13 gün, xx.xx.1981-xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmət dövrü - 2 il 1ay 14 gün, xx.xx.1983-xx.xx.1984-cq illərdə SOCAR “Azərkimya” X3 aktiv maddələr - 10 ay, 17 gün, xx.xx.1984-xx.xx.1984-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mexanik - 01 ay, 26 gün, xx.xx.1984-xx.xx.1988-ci illərdə “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru - 3 il, 11 ay, 09 gün, xx.xx.1995-xx.xx.1998-ci illərdə “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru - 2 il, 9 ay, 25 gün, xx.xx.1998-xx.xx.2000-ci illərdə “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru - 2 il, 10 ay işləməklə ümumilikdə, 16 il 3 ay 14 gün ümumi iş stajını toplamışdır. İddiaçının güzəştli iş stajı da nəzərə alınmaqla ümumilikdə 38 il 9 ay 13 gün ümumi iş stajını toplamışdır. (22 il 9 ay 13 gün + 16 il 3 ay 14 gün = 38 il 9 ay 13 gün). Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçı tələb olunan 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajını toplamışdır. Bundan əlavə, məhkəmə iddiaçının tələb olunan sığorta stajının xx.xx.2017-ci il tarixədək yığdığından, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Göstərilən mövqe iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmçinin iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 23 avqust 1977-ci il tarixdən 06 mart 1981-ci il tarixinədək Bakı Energetika Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 23 avqust 1977-ci il tarixdən 06 mart 1981-ci il tarixinədək Bakı Energetika Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva