Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10653/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasmən Fərman qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixindən etibarən əmək haqqı nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir zərərli iş sahələrində çalışır. Belə ki, xx.xx.1988-xx.xx.1994-cü illərdə ARDNŞ-nin Heydər Əliyev adına X1 5№-li texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.1994-xx.xx.1998-ci illərdə 2 №-li yağ istehsalı, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların əməliyyatçısı, xx.xx.1998-ci il tarixindən xx.xx.2007ci il tarixinədək 5 №-li texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək 5 №-li texnoloji sexində 502 №-li qurğuda (yağların furfurolla təmizlənməsi) texnoloji qurğuların operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək 54 №-li sexin rezervuar parkı sahəsində əmtəə operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək 12 №-li sexin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 12 №-li sahənin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək 26 №-li sahənin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkında əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən hal-hazıradək 26 №-li sahənin 6 saylı çənlər parkı xidmət sahəsində əmtəə operatoru vəzifələrində çalışmışdır. ARDNŞ-nin Heydər Əliyev adına X1 xx.xx.2022-ci il tarixli, SOCAR22SOCARDownstream **********01B00005 saylı Zərərli iş şəraiti haqqında arayışı və əmək kitabçası ilə də bu faktlar təsdiq edilir. İddiaçı dəfələrlə şifahi qaydada, daha sonra xx.xx.2022-ci il tarixində yazılı ərizə ilə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsini xahiş etmişdir. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə xx.xx.2022-ci il tarixində iddiaçının ərizəsinə **********0 saylı məktubla ərizəsini təmin etməkdən imtina etmişdir o əsasla ki, "neft məhsullarının qeyd olunan siyahı üzrə müəyyən olunmuş kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılmasına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır." Daha sonra Heydər Əliyev adına X2 sorğu göndərilərək cavabdehin dəlilləri aydınlaşdırılaraq Heydər Əliyev adına X3 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli SOCAR22SOCARDownstream**********24X00005 saylı məktubla bildirilmişdir ki, "yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru peşəsi neft məhsullarının selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi üzrə texnoloji qurğuların operatoru peşəsi ilə zərərlilik baxımından eynilik təşkil edir." Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 08 avqust 2022-ci il tarixli **********0 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında“ məktubunda İddiaçı tərəfindən təqdim edilə, 21 avqust 1934-cü il tarixli ИТ-11410223 nömrəli əmək kitabçasına və “Heydər Əliyev adına X3”nun 23 iyun 2022-ci il tarixli SOCAR22SOCARDownstream **********01B00005 nömrəli arayışlara əsasən, İddiaçı xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və texnoloji qurğuların əməliyyatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur, lakin təqdim edilən sənədlərə əsasən İddiaçı işlədiyi neft məhsullarının yuxarıda qeyd olunan siyahı üzrə müəyyən olunmuş kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılmasına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən qeyd olunan məlumatların əks olunduğu müvafiq arayış Mərkəzi Filiala təqdim edildikdən sonra İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacağı bildirilmişdir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ünvanlanmış bu məktubu imtina kimi qiymətləndirmiş, cavabdehin təxirə salınma ilə hərəkətsizlik etdiyini və bu hərəkətsizliyin əsassız olduğunu bildirmişdir. Lakin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.11-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Müvafiq Əlavəyə əsasən, şəxsin güzəştli şərtlə əmək pensiyası hüquq verən işdə çalışmasına dair Arayışda şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiya hüququna əsas olan xüsusiyyətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlə Kabinetinin mivafiq tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq bəndinə (yarımbəndinə) və (və ya) müvafiq vəzifə koduna uyğunluğu qeyd olunmalıdır (arayışın surəti əlavə olunur). Müvafiq normaya əsasən, qeyd olunan məlumatların əks olunduğu müvafiq arayış Mərkəzi Filiala təqdim edildikdən sonra İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxıla biləcəyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, mübahisələndirilən inzibati akt iddiaçının müraciəti əsasında cavabdeh orqan tərəfindən ona 08 avqust 2022-ci il tarixdə məktub ünvanlanmışdır. Lakin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 30 may 2023-cü il tarixdə, yəni mübahisələndirilən aktın elan olunduğu vaxtdan 09 ay 22 gün sonra mürlciət etmişdir. Beləliklə, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulan müddəti buraxdığından iddia mümkün sayıla bilməz.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1977-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 saylı ərizəyə cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) - Kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması - katalik riforminqin, şist və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması bəndində (3) texnoloji qurğuların operatorları (11000000—16081) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 21 avqust 1984-cü il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçanda və “Heydər Əliyev adına X3”nun 23 iyun 2022-ci il tarixli SOCAR22 SOCAR **********01B00005 nömrəli arayışında iddiaçının xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və texnoloji qurğuların əməliyyatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin təqdim etdiyi sənədlərə əsasən işlədiyi neft məhsullarının yuxarıda qeyd olunan siyahı üzrə müəyyən olunmuş kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılmasına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacagı bildirilmişdir. - ARDNŞ-nin Heydər Əliyev adına X1 xx.xx.2022-ci il tarixli, SOCAR22 SOCARDownstream **********24X00005 saylı cavab məktubundan görünür ki, aidiyyəti struktur bölmənin rəyinə əsasən yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru peşəsi neft məhsullarının selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi üzrə texnoloji qurğuların operatoru peşəsi ilə zərərlilik baxımından eynilik təşkil edir. -ARDNŞ-nin Heydər Əliyev adına X1 xx.xx.2022-ci il tarixli, SOCAR22 SOCARDownstream **********01 B00005 npmrəli arayışından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək ARDNŞ-nin Heydər Əliyev adına X1 5 №-li texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixinədək 2 №-li yağ istehsalı, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların əməliyyatçısı, xx.xx.1998-ci il tarixindən xx.xx.2007ci il tarixinədək 5 №-li texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək 5 №-li texnoloji sexində 502 №-li qurğuda (yağların furfurolla təmizlənməsi) texnoloji qurğuların operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək 54 №-li sexin rezervuar parkı sahəsində əmtəə operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək 12 №-li sexin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 12 №-li sahənin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək 26 №-li sahənin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkında əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən hal-hazıradək 26 №-li sahənin 6 saylı çənlər parkı xidmət sahəsində əmtəə operatoru vəzifələrində çalışmışdır. - İddiaçıya məxsus İT ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək ARDNŞ-nin Heydər Əliyev adına X1 5 №-li texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixinədək 2 №-li yağ istehsalı, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların əməliyyatçısı, xx.xx.1998-ci il tarixindən xx.xx.2007ci il tarixinədək 5 №-li texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək 5 №-li texnoloji sexində 502 №-li qurğuda (yağların furfurolla təmizlənməsi) texnoloji qurğuların operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək 54 №-li sexin rezervuar parkı sahəsində əmtəə operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək 12 №-li sexin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 12 №-li sahənin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək 26 №-li sahənin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkında əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən hal-hazıradək 26 №-li sahənin 6 saylı çənlər parkı xidmət sahəsində əmtəə operatoru vəzifələrində çalışmışdır. -Məhkəmə sorgusu ilə alınmış ARDNŞ-nin Heydər Əliyev adına X1 xx.xx.2023-cü il tarixli 14-2-27/2-1977/2023 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək ARDNŞ-nin Heydər Əliyev adına X1 5 №-li texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərar №320 Siyahı № 1. Bölmə X. kod 11000000- 16081), xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixinədək 2 №-li yağ istehsalı, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların əməliyyatçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərar №320 Siyahı № 1. Bölmə X. kod 11000000- 16081) işləmişdir. Arxiv arayışının 2-ci bəndində qeyd edilmiş texnoloji qurğuların əməliyyatçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, Qərar №320, bölmə X, 11000000-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından məlum olur ki, iddiaçı ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilərək onunla əsaslandırılmışdır ki, “Mərkəzi Filiala təqdim etdiyiniz 21 avqust 1984-cü il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçanızda və “Heydər Əliyev adına X3”nun sizə dair 23 iyun 2022-ci il tarixli SOCAR22SOCARDownstream**********01B00005 nömrəli arayışında sizin xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və texnoloji qurğuların əməliyyatçısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin təqdim etdiyiniz sənədlərə əsasən işlədiyiniz neft məhsullarının yuxarıda qeyd olunan siyahı üzrə müəyyən olunmuş kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılmasına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.” Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1-dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından, habelə, xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən iş stajını topladığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçası və güzəştli iş stajı haqqında arayışlarla müəyyən edilmişdir ki, iddiaçının güzəştli iş stajı 10 ildən artıq təşkil edir. İş materiallarında olan əmək kitabçasından və işəgötürənən güzəştli peşələrə dair arayışından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək ARDNŞ-nin Heydər Əliyev adına X1 5 №-li texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru – 5 il 8 ay 18 gün, xx.xx.1994-cü ildən xx.xx.2006-ci il tarixinədək 2 №-li yağ istehsalı, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların əməliyyatçısı 11 il 7 ay 16 gün işləməklə, ümumilikdə 17 il 4 ay 4 gün xüsusi iş stajını toplamışdır. Məhkəmə sorgusu ilə alınmış ARDNŞ-nin Heydər Əliyev adına X1 xx.xx.2023-cü il tarixli 14-2-27/2-1977/2023 nömrəli arxiv arayışından görünür ki, “texnoloji qurğuların operatoru” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında Bölmə X. kod 11000000-16081 ilə, texnoloji qurğuların əməliyyatçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, Qərar №320, bölmə X, 11000000-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında göstərilmədiyini əsas gətirərək güzəştli iş stajı kimi nəzərə alınmaması əsassız olmuşdur. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Odur ki, məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında inzibati araşdırma aparmadan iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək xüsusi olaraq qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Güzəştli iş stajına gəldikdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 10 ildən artıq güzəştli iş stajının olmasını və 52 yaşının xx.xx.2017-cu il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva