Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10656/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan 61 saylı mənzilin bölgü sxemi əsasında bölünərək üzərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışların verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə "xxxx" ASC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan 61 saylı mənzilin faktiki sahə üzrə (456,6 kv.m) mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
4. Daha sonra iddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan 61 saylı mənzilin faktiki sahəsi 391 kv.m qeyd edilməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 61 saylı mənzil xx.xx.2009-ci il tarixində DƏDRX-i tərəfindən verilmiş seriya MH ******* nömrəli çıxarışa əsasən İddiaçı2 xüsusi mülkiyyətindədir. Sonradan həmin mənzil sahəsi 272,5 kv.m. göstərilməklə, paylı mülkiyyət olaraq İddiaçı2 (51,1 kv.m. hissəsi) və İddiaçı1 adlarına (221,4 kv.m hissəsi) rəsmiləşdirilərək, ƏMDX-i DƏDKR-i PHŞ tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ hazırki iş üzrə iddiaçılara məxsusdur. Qeyd edilən əmlakın bir hissəsi (96,3 kv.m) daha öncədən, xx.xx.2007-ci il tarixində “NUR" ATSC-i tərəfindən inşa edilmiş və B.Məmmədov küçəsi 619-cü məhəllə - (poçt ünvanı Sereteli 67) ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 96,3 kv.m. təşkil edən mənzilə dair həmin ATSC-lə iddiaçı arasında bağlanmış müqavilə və maliyyə arayışına əsasən İddiaçı2, digər hissəsi isə (96,3 kv.m və 2 ədəd hər biri 131,2 kv.m, ümumilikdə 358,7 kv.m olmaqla) hazırkə iş üzrə iddiaçı olan İddiaçı1 anası X2 ilə "xxxx" ATSC-i ilə bağlanmış 3 (üç) ayrı-ayrı müqavilə və maliyyə arayışlarına əsasən məxsus olub. Göründüyü kimi, hazırda 61 saylı mənzilin xüsusi mülkiyyət hüququnun təsdiq edən çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərdə vətəndaşların dəyərini tam ödəyərək aldıqları əmlakın ümumi sahəsi (müqavilə və maliyyə arayışlarına əsasını 96,3+96,3+131,2 131,2=455 kv.m. təşkil edir. Yəni iddiaçılara 4 (dörd) ayrı-ayrı müqavilələr və maliyyə arayışları əsasında aldıqları ümumi sahəsi 455 kv.m olan 4 mənzilə görə cəmi bir mənzilə bir çıxarış verilib və ümumi sahədə aldıqlarından xeyli az, cəmi 272,5 kv.m göstərilib. Bu halda haqlı olaraq qanunsuzluq və ədalətsizlik kimi qəbul edildiyindən iddiaçılar inzibati orqana müvafiq ərizə ilə müraciət edərə, bu yanlışlıgıhaqsızlıgı aradan qaldırılmasını istəyiblər. Təqdim etdikləri ərizədə ilkin hüquqmüəyyənedici sənədlərdə əks olunan və dəyəri tam ödənilən əmlakın faktiki ölçüləri qeyd olunan bölgü sxemi əsasında bölünərək, 4 mənzilin hər birinə ayrı-ayrılıqda çıxarışların verilməsini xahiş ediblər. İnzibati orqan xx.xx.2024 və xx.xx.2024-ci il tarixli cavab məktublarında ərizələrin icra edilməsindən imtina edib. Beləliklə yuxarıda qeyd etdiyi kimi bütün zəruri sənədlər müraciətinə əlavə olunduğu halda inzibati orqan sadəcə formal bəhanə ilə müraciətinə faktiki olaraq imtina verib. Bu imtina əsassızdır və qanunvericiliyin tələbinə ziddir. Vətəndaş olaraq mülkiyyət hüququ məhdulaşdırılmışdır.
6. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin ümumi sahəsi 272,5 kv.m qeyd edilsə də, tərəfinizdən təqdim edilmiş bölgü sxemində bölünmüş mənzillərin ümumi sahəsi 454,6 m2 göstərilmişdir. Çoxmənzilli yaşayış binası "xxxx" ATSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından əlavə sahələrə dair binanın mülkiyyətçisi ilə bağlanılmış və notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin təqdim edilməsi məqsədəmüvafiqdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin ümumi sahəsi 272,5 kv.m qeyd edilsə də, təqdim edilmiş bölgü sxemində bölünmüş mənzillərin ümumi sahəsi 454,6 kv.m göstərilmişdir. Çoxmənzilli yaşayış binası "xxxx" ATSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından əlavə sahələrə dair binanın mülkiyyətçisi ilə bağlanılmış və notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin təqdim edilməsi məqsədəmüvafiqdir. Həmçinin, İddiaçı1 məxsus 3 otaqdan ibarət ümumi sahəsi 221.4 kv.m olan hissəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq üçüncü şəxs "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 09 nömrəli məktuba qoşma olaraq təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" ATSC ilə S.K.Yusibova arasında ünvan 4 ünvanda 16 mərtəbəli yaşayış binasının 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 96.3 kv.metr sahənin alqı-satqısına dair müqavilə bağlanılmışdır. "xxxx" ATSC ilə S.K.Yusibova arasında ünvan 5 ünvanda 16 mərtəbəli yaşayış binasının 3 otaqdan ibarət olmaqla ümumi sahəsi 131.2 kv.metr sahənin alqı-satqısına dair müqavilə bağlanılmışdır. "xxxx" ATSC ilə S.K.Yusibova arasında ünvan 5 ünvanda 16 mərtəbəli yaşayış binasının 3 otaqdan ibarət olmaqla ümumi sahəsi 131.2 kv.metr sahənin alqı-satqısına dair müqavilə bağlanılmışdır. "xxxx" ATSC ilə İddiaçı2 arasında ünvan 5 ünvanda 16 mərtəbəli yaşayış binasının 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 96,3.2 kv.metr sahənin alqı-satqısına dair müqavilə bağlanılmışdır.
9. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, ünvan 6 ünvanda 16 mərtəbəli yaşayış binasının 61 nömrəli mənzil ayrılmışdır. Mənzilin ümumi dəyəri S.K.Yusibova tərəfindən tam ödənilmişdir. Borcu yoxdur. ünvan 6 ünvanda 16 mərtəbəli yaşayış binasının 62 nömrəli mənzil ayrılmışdır. Mənzilin ümumi dəyəri S.K. Yusibova tərəfindən tam ödənilmişdir. Borcu yoxdur. ünvan 6 ünvanda 16 mərtəbəli yaşayış binasının 63 nömrəli mənzil ayrılmışdır. Mənzilin ümumi dəyəri S.K. Yusibova tərəfindən tam ödənilmişdir. Borcu yoxdur. ünvan 6 ünvanda 16 mərtəbəli yaşayış binasının 64 nömrəli mənzil ayrılmışdır. Mənzilin ümumi dəyəri R.Ə Hüseynova tərəfindən tam ödənilmişdir. Borcu yoxdur.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 2 mənzil 61 272,50 kv.m təşkil edir ki, onun 1 otaq ü/s 51.1 kv.m., y/s 34.5 kv.m. ibarət hissəsi xx.xx.2009-cu il tarixdə İddiaçı2, 3 otaq ü/s 221.4 kv.m., y/s 150.5 kv.m ibarət hissəsi xx.xx.2016-cı il tarixdə İddiaçı1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
11. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan “Mənzil məsələləri üzrə komissiya”nın mənzilin bölünməsi ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli qəbul aktından görünür ki, ünvan 7 ünvanda yerləşən vət. R.Ə. Hüseynova və İddiaçı1 paylı mülkiyyətində olan 61 saylı mənzilə yerində baxış keçirərək ünvanda mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 272,5 kv.m olan 61 saylı 4 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə 1 otaq ümumi sahəsi 51,1 kv.m olmaqla xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına, 3 otaq ümumi sahəsi 221,4 kv.m olmaqla xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına daşınmaz ənilakın dövlət reyestrində qeydiyyata alınmışdır. Uzun illər qabaq mənzillərdə aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri nəticəsində vət.İddiaçı2 məxsus payda ümumi sahəsi 102,3 kv.m, eyvan sahələri 21,6 kv.m olmaqla 1 ədəd 2 otaqlı mənzil, vət. İddiaçı1 məxsus payda ümumi sahəsi 154,5 kv.m, eyvan sahələri 29,4 kv.m, ümumi sahəsi 103,8 kv.m, eyvan sahələri 21,5 kv.m və ümumi sahəsi 94,0 kv.m, eyvan sahələri 20,3 kv.m olmaqla 3 ədəd 2 otaqlı mənzil yaradıldığı, qeyd olunan mənzillərin texniki vəziyyəti qənaətbəxş olmaqla istismara tam yararlı olduğu, qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26 və 27-ci maddələrini rəhbər tutaraq komissiya hesab edir ki, təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq mövcud istifadə vəziyyətində mənzilin bölünməsi işləri başa çatmış və yuxarıda qeyd olunan ölçülərdə 4 ədəd 2 otaqlı müstəqil mənzillər kimi istismara hazır olduğu müəyyən edilmişdir.
12. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan “Mənzil məsələləri üzrə komissiya”sı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki rəyə əsasən, ünvan 7 ünvanda yerləşən 61 saylı mənzilin paylı mülkiyyətçiləri vət. R.Ə. Hüseynovanın və İ.K. Kərimlinin müraciətlərinə əsasən onlara məxsus mənzilə yerində baxış keçirərək qeyd olunan ünvanda mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 272,5 kv.m olan 61 saylı 4 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə 1 otaq ümumi sahəsi 51,1 kv.m olmaqla xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına, 3 otaq ümumi sahəsi 221,4 kv.m olmaqla xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Uzun illər qabaq mənzillərdə aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri nəticəsində vət.İddiaçı2 məxsus payda ümumi sahəsi 102,3 kv.m, eyvan sahələri 21,6 kv.m olmaqla 1 ədəd 2 otaqlı mənzil, vət. İ.K. Kərimliyə məxsus payda ümumi sahəsi 154,5 kv.m, eyvan sahələri 29,4 kv.m, ümumi sahəsi 103,8 kv.m, eyvan sahələri 21,5 kv.m və ümumi sahəsi 94,0 kv.m, eyvan sahələri 20,3 kv.m olmaqla 3 ədəd 2 otaqlı mənzil yaradılmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26 və 27-ci maddəsini rəhbər tutaraq komissiya hesab edir ki, təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq mövcud istifadə vəziyyətində mənzilin bölünməsi və yuxarıda qeyd olunan ölçülərdə 4 ədəd 2 otaqlı müstəqil mənzillər kimi sənədləşdirilməsi mümkün olduğu müəyyən edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 61 saylı mənzilin bölünərək mövcud istifadə vəziyyətindəki ölçülərdə 4 ədəd 2 otaqlı mənzil kimi sənədləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 600 nömrəli sərəncamından görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinə vət. İddiaçı2 və İddiaçı1 müraciət edərək, paylı mülkiyyət hüququ üzrə onlara məxsus Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 61 saylı mənzildə uzun illər bundan qabaq ailələrinin mənzilə olan ehtiyacını münasib formada təmin etmək məqsədi ilə aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri nəzərə alınmaqla mövcud vəziyyətindəki ölçülərdə bölünərək 4 ədəd 2 otaqlı mənzil kimi sənədləşdirilməsini xahiş etmişlər. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, qeyd olunan ünvanda mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 272,5 kv.m olan 61 saylı 4 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə 1 otaq ümumi sahəsi 51,1 kv.m olmaqla xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına, 3 otaq ümumi sahəsi 221,4 kv.m olmaqla xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Uzun illər qabaq mənzillərdə aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri nəticəsində vət.İddiaçı2 məxsus payda ümumi sahəsi 102,3 kv.m, eyvan sahələri 21,6 kv.m olmaqla 1 ədəd 2 otaqlı mənzil, vət. İddiaçı1 məxsus payda ümumi sahəsi 154,5 kv.m, eyvan sahələri 29,4 kv.m, ümumi sahəsi 103,8 kv.m, eyvan sahələri 21,5 kv.m və ümumi sahəsi 94,0 kv.m, eyvan sahələri 20,3 kv.m olmaqla 3 ədəd 2 otaqlı mənzil yaradılmışdır. Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan “Mənzil məsələləri üzrə komissiya’’ ünvana baxış keçirmiş, təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq mənzilin mövcud istifadə vəziyyətindəki ölçülərində sənədləşdirilməsinə və bölünməsinə müsbət rəy vermişdir. Təqdim olunmuş sənədlərə əsaslanaraq və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26 və 27-ci maddələrini rəhbər tutaraq: Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 61 saylı mənzil uzun illər qabaq aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri nəzərə alınmaqla mövcud istifadə vəziyyətindəki ölçülərdə bölünərək, vət. İddiaçı2 məxsus payda ümumi sahəsi 102,3 kv.m, eyvan sahələri 21,6 kv.m olmaqla 1 ədəd 2 otaqlı mənzil, vət. İddiaçı1 məxsus payda ümumi sahəsi 154,5 kv.m, eyvan sahələri 29,4 kv.m, ümumi sahəsi 103,8 kv.m, eyvan sahələri 21,5 kv.m və ümumi sahəsi 94,0 kv.m, eyvan sahələri 20,3 kv.m olmaqla 3 ədəd 2 otaqlı müstəqil mənzillər kimi onların adlarına sənədləşdirilməsi, sərəncamın surətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, vət. İddiaçı2 və İddiaçı1 göndərilməsi qərara alınmışdır.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ünvan 8 ünvanının müayinə aktının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək, edən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
28. İddia tələbi ünvan 2 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan 61 saylı mənzilin faktiki sahəsi 391 kv.m qeyd edilməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
29. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin ümumi sahəsi 272,5 kv.m qeyd edilsə də, təqdim edilmiş bölgü sxemində bölünmüş mənzillərin ümumi sahəsi 454,6 kv.m göstərilmişdir. Çoxmənzilli yaşayış binası "xxxx" ATSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından əlavə sahələrə dair binanın mülkiyyətçisi ilə bağlanılmış və notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin təqdim edilməsi məqsədəmüvafiqdir.
30. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla göndərilmiş müqavilələrdən müəyyən edildi ki, "xxxx" ATSC ilə Sədaqət Yusifova və İddiaçı2 arasında xx.xx.2007-ci il tarixində bağlanılmış 4 ayrı-ayrı müqavilələr və maliyyə arayışları əsasında ümumi sahəsi 96,3; 96,3; 131,2; 131,2 kv.m. təşkil edən 4 mənzil satılmışdır.
31. Sədaqət Yusifovaya və İddiaçı2 4 ayrı müqavilə və maliyyə arayışı əsasında aldıqları ümumi sahəsi 455 kv.m olan 4 mənzilə görə cavabdeh tərəfindən bir mənzilə dair çıxarış verilmiş və ümumi sahəsi 272,5 kv.m göstərilmişdir.
32. Daha sonra X2 paylı mülkiyyətdə olan ona məxsus hissəsini oğlu İddiaçı1 hədiyyə vermişdir.
33. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 600 nömrəli sərəncamı ilə Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 61 saylı mənzil uzun illər qabaq aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri nəzərə alınmaqla mövcud istifadə vəziyyətindəki ölçülərdə bölünərək, vət. İddiaçı2 məxsus payda ümumi sahəsi 102,3 kv.m, eyvan sahələri 21,6 kv.m olmaqla 1 ədəd 2 otaqlı mənzil, vət. İddiaçı1 məxsus payda ümumi sahəsi 154,5 kv.m, eyvan sahələri 29,4 kv.m, ümumi sahəsi 103,8 kv.m, eyvan sahələri 21,5 kv.m və ümumi sahəsi 94,0 kv.m, eyvan sahələri 20,3 kv.m olmaqla 3 ədəd 2 otaqlı müstəqil mənzillər kimi onların adlarına sənədləşdirilməsi qərara alınmışdır.
34. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş mənzilin müayinə (baxış) aktına əsasən mənzilin faktiki sahəsi 391 kv.m təşkil etməsi və mənzildə aparılan dəyişiklərin İcra Hakimiyyəti Başçısının sərəncamında və təsdiq edilmiş eskiz lahiyəsində öz əksini tapması qeyd edilmişdir. İddiaçılar məhz 61 saylı mənzilin faktiki sahəsi 391 kv.m qeyd edilməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi xahiş etmişdirlər.
35. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
37. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 61 saylı mənzilin faktiki sahəsi 391 kv.m qeyd edilməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva