Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1066/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “X5” ASC-nin cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı məhdudiyyətin götürülməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5” ASC cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə xx.xx.2012-ci il tarixli, İBO12-1484/1 saylı ipoteka müqaviləsi əsasında Azərbaycan X2rşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 6.50 ha, 10.50 ha və 54.9765 ha torpaq sahələrinə dair Mərkəzi Bankın xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlərin (ipotekanın dövlət qeydiyyatının) və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış Mərkəzi Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin (xx.xx.2016-cı il tarixli **********, ********** və ********** saylı bildirişlər) ləğv edilməsi və sözgedən torpaq sahələri üzərində "xxxx" KB ASC-nin xeyrinə dövlət reyestrindən aparılmış yüklülüyə dair qeydlər istisna olmaqla, bütün digər məhdudiyyətlərin götürülməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hal-hazırda məhkəmənin icraatında olan 2-1(112)- 1066/2018 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırki mübahisənin predmetini daşınmaz əmlakla bağlı hüquq münasibəti təşkil edir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iş üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Abşeron rayonu ərazisində yerləşdiyindən, hazırki daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi yəni, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 17.1-ci maddəsinə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Abşeron rayonu Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından hazırkı iş aidiyyətı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən tərəflər inzibati işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X5” ASC-nin cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə xx.xx.2012-ci il tarixli, İBO12-1484/1 saylı ipoteka müqaviləsi əsasında Azərbaycan X2rşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 6.50 ha, 10.50 ha və 54.9765 ha torpaq sahələrinə dair Mərkəzi Bankın xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlərin (ipotekanın dövlət qeydiyyatının) və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış Mərkəzi Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin (xx.xx.2016-cı il tarixli **********, ********** və ********** saylı bildirişlər) ləğv edilməsi və sözgedən torpaq sahələri üzərində "xxxx" KB ASC-nin xeyrinə dövlət reyestrindən aparılmış yüklülüyə dair qeydlər istisna olmaqla, bütün digər məhdudiyyətlərin götürülməsi öhdəliyinin qoyulmasına dair 2-1(112)-1066/2020 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1066/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1066/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver