Məhkəmə qərarları › İş №2-1(112)-1066/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1066/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1066/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona X4nin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, iddiaçı N73-cü ildə Yardımlıda doğulmuşdur. Yardımlı Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılmış və N92-ci il 1 iyun tarixindən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. N aprel N93-cü il tarixdə N saylı hərbi hissədə xidmətə göndərilmiş, N93-cü ilin payızında ağır yaralanaraq hospitala göndərilmişdir. Müxtəlif vaxtlarda N və 156-cı hərbi hissələrdə xidmət etmişdir. N96-nın fevralında təkrar N saylı hərbi hissəyə göndərilmişdir. Arxiv arayışında N saylı hərbi hissə komandirinin N mart N94-cü il əmri ilə hərbi hissəni özbaşına tərk etdiyi üçün hər növ təminatdan çıxarılmağı iddia olunur. Halbuki belə bir hadisə olmamışdır. (№65 əmrdə xx.xx.N94 X6 o. yazılıb). Bundan əvvəl müalicədə olmuş və qayıdanda N saylı hərbi hissəyə göndərilmişdir. O zaman komandir yeni hərbi hissəyə təyinat olana qədər onu yenidən hər cür təminatlarla təmin olunmağı barədə göstəriş verməmişdir. Bu isə fərarilik demək deyildir. N96-cı ilin yayında qanuni əsaslarla ehtiyata buraxılmışdır. İddiaçı əlavə olaraq bildirir ki, onun hərbi biletində, MN X5 və SHXÇDX Yardımlı İdarəsinin məktubunda müvafiq qeydlər vardır. N saylı hərbi hissənin bazasında N saylı hərbi hissə yaradılmışdır. Müvafiq sorğulara onlar da cavab verə bilər. İddiaçı Döyüşən Ordunun 750, 777,və N saylı hərbi hissələrin tərkibində xx.xx.N92-ci üdən N96-cı üə qədər Azərbaycan torpaqlarının azadlığı, suverenliyi və Konstitusiya quruluşununun müdafiəsində iştirak etdiyini bildirir. Müdafiə Nazirliyinin «Veteran vəsiqəsi və müvafiq statusun verilməsi Komissiyası» sənədlərini nəzərdən keçirmiş, qanuni əsaslarla ehtiyata buraxılmamağını bəhanə edərək ona veteran vəsiqəsini verməkdən imtina edir. Xüsusilə N saylı hərbi hissənin N mart N94-cü il tarixli əmri əsas götürürülür. Hərbi bilet və Arxiv arayışı təsdiq edir ki, o özbaşına hərbi hissəni tərk edə bilməzdi. Belə olsaydı cinayət işinin başlanması və məsuliyyətsizliyin cəzası barədə sənəd təqdim edilərdi. Faktik olaraq o müddətli xidmətdə olduğunu bildiri. Sonuna qədər xidmət etmiş və heç vaxt xidmətdən yayınmamışdır. Komandir və rəislərin əmrlərini icra etmişdir. Sənədlərdəki hər hansı yayğınlığa cavabdeh deyildir...Qeyd olunanları və onun hərbi xidmətini və Nazirlər Kabinetinin N94-cü il 22 sentyabr 216 saylı Sərəncamını nəzərə alaraq iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində N92-ci ilin 1 iyun tarixindən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başladığını, N aprel N93-cü il tarixdə N saylı hərbi hissədə xidmətini davam etdirdiyini, N96-cı ilin fevral ayında N saylı hərbi hissə ləğv edildiyi zaman təkrar N saylı hərbi hissəyə göndərildiyini, hərbi hissə komandiri tərxisə bir neçə gün qaldığını bildirərək onların yenidən hər cür təminatlarla təmin olunmaları barədə göstəriş vermədiyini, beləliklə, komandirlərin göstərişi ilə Yardımlı hərbi Komissarlığına göndərildiyini göstərir və məhkəmədən ona “X4” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarmağı xahiş edir. İddiaya münasibət aşağıdakı kimidir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy ( Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünmüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş etmiş şəxslərə,döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiy Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin dördüncü bəndinin birinci abzasında qeyd edilir ki, Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünmüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqlara müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnamənin mətnindən görünür ki, Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş o şəxslərə müharibə veteranı adı vermək öhdəliyi yaranmışdır ki, həmin şəxslər ya hal-hazırda xidmət keçsinlər, ya da əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Hərbi biletin surətinin 4cü səhifəsində onun sahibinin 777, 750, N nömrəli hərbi hissələrdə xidməti barədə məlumat vardır. Ancaq həmin məlumatlar hərbi hissələrin möhürü ilə təsdiqlənməmişdir. Yalnız N nömrəli hərbi hissəyə aid qeydə möhür vurulmuşdur. N96-cı ili fevralında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması halı olmamışdır. N92-ci ilin mayından sonra müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması müəyyən xidmət dövrü əsas götürülməklə yalnız N96-cı ilin iyul-avqust aylarında olmuşdur. Hərbi biletin surətinin 4-cü səhifəsində onun sahibinin xx.xx.N95-ci ildə NN №-li əmrlə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi xx.xx.N96-cı ildə 69 №-li əmrlə siyahıdan çıxarılması barədə qeyd vardır. İddiaçı iddia ərizəsində həmin hərbi hissədə xidməti barədə hər hansı bir məlumat göstərmir. Yuxarıda qeyd edilənlər iddiaçının iddia ərizəsində göstərdiyi və hərbi biletində olan qeydlərin mötəbərliyinə dəlalət etmir. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli 9/2-12142 №-li məkubunun surətində isə N nömrəli hərbi hissə komandirinin N mart N94-cü il tarixli 65 №-li əmrində sıravi X2 hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumatın olduğu göstərilir. Ad da və ata adında müəyyən təhriflər olsa da həmin məlumatın iddiaçıya aid olduğu şübhə doğurmur. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -iddiaçıya məxsus HЗ№6492378 saylı hərbi biletin kserosurətindən İddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxiv tərəfindən verilən 27 aprel 2021-ci il tarixli Arxiv Arayışından görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-14, sıra-101 qeyd: məlumatda atasının adı Tayxan yazılmışdır) İddiaçı Tayxan oğlunun komandirin xx.xx.N92-ci il tarixli 85 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin xx.xx.N94-cü il tarixli 65 №li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 85 №-li əmrilə (əsas: §-7, səh-71) İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilərək snayperçi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandrinin xx.xx.N92-ci il tarixli 124 №-li əmrilə (əsas: §-5, səh-112) hesab nömrəsi Əliyev X3 rayonu döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 17N №-li əmrilə (əsas: §-6, səh-147, sıra-36) sıravi İddiaçı snayper vəzifəsinə təyin edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün İddiaçı Teyxan oğlunun N nömrəli hərbi hissə komandirinin N aprel N93-ci il tarixli 39 №-li əmrində (əsas: sıra-48, səh-N2; qeyd: əmrdə atasının adı Teyxan yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı Tayxan oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 87 №-li əmrilə (əsas: §-2, sıra-N, səh-295; qeyd: əmrdə atasının adı Tayxan yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Döyüş əməliyyatları bölgəsində yaralandığı üçün atıcı İddiaçı Teyxan oğlunun N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 103 №-li əmrində (əsas: §-2, səh- 291; qeyd: əmrdə atasının adı tam yazılmamışdır) hərbi hospitala müalicəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 65 №-li əmrində (əsas: §- 4, səh-123, sıra-31; qeyd: əmrdə adı Tahir, atasının adı Tayxan) sıravi X2 hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin fevral N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildirilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə əlavə araşdırma apara bilinmir. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N-cu il tarixli 9\2- 12142 №-li məktubla İddiaçı xidməti barədə Azərbaycan Respublikası, Şəhid ailələri, Əlillər və X1 İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinə cavab göndərilmişdir. - İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən idiaçıya ünvanlanan 27 aprel 2021-ci il tarixli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, iddiaçıya Müharibə veteranı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın xx.xx.20N-cu il tarixli iclasında baxılaraq 634 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması dövründə sorğu əsasında İddiaçı məhkumluğunun olubolmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Binəqədi rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən 07 iyul 2021-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə araşdırması dövründə iddiaçının xidmət etdiyi 156, N və N saylı hərbi hissələrin döyşlərdə iştirak edən hərbi hissələrin siyahısında olub-olmaması barədə məlumatın, xidmət etdiyi hərbi hissələr üzrə barəsində verilmiş əmrlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilən 17 fevral 2022-ci il tarixli sorğuya cavab məktubu əsasında məktuba əsasən N nömrəli hərbi hissənin xx.xx.N92-xx.xx.N94-cü il tarixlərdə, N nömrəli hərbi hissənin xx.xx.N92-xx.xx.N94-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi vəə N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilmiş, həmçinin N mart N94-cü il tarixli Əmrdən Çıxarışdan görünür ki İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən N88-ci il fevralın 1-dən N91-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Göründüyü kimi Məhkəmə araşdırması dövründə İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlər, o cümlədən iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə araşdırma aparılaraq müvafiq qaydada sorğular göndərilmiş, lakin məhkəməyə təqdim olunun sorğulara cavab mətublarında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi əsası ilə hərbi hissə komandirinin müvafiq əmrilə xx.xx.N94-cü il tarixdən 65 nömrəli Əmrə əsasən N nömrəli şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarıldığı, o cümlədən N nömrəli hərbi hissənin xx.xx.N92-xx.xx.N94-cü il tarixlərdə, N nömrəli hərbi hissənin xx.xx.N92-xx.xx.N94-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi və N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilmiş müəyyən edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya verilmiş HЗ ******* nömrəli hərbi biletə baxış keçirilərkən müəyyən edilmişdir ki, Hərbi biletin surətinin 4-cü səhifəsində bilet sahibinin 777, 750, N nömrəli hərbi hissələrdə xidməti barədə məlumat qeyd olunsa da, lakin həmin məlumatlar hərbi hissələrin möhürü ilə təsdiq edilməmişdir. Yalnız N nömrəli hərbi hissəyə aid olan qeyd möhürlə təsdiqlənmişdir. Məhkəmə həmçinin cavabdehin dəlillərinə istinadən qeyd edir ki, N96-cı ilin fevralında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması halı olmamışdır. N92-ci ilin mayından sonra müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması müəyyən xidmət dövrü əsas götürülməklə yalnız N96-cı ilin iyulavqust aylarında olmuşdur. Hərbi biletin surətinin 4-cü səhifəsində onun sahibinin xx.xx.N95-ci ildə NN №-li əmrlə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi xx.xx.N96-cı ildə 69 №-li əmrlə siyahıdan çıxarılması barədə qeyd öz əksini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının hərbi hissəni özbaşına tərk etməsi əsası ilə hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixdən 65 nömrəli Əmrə əsasən N nömrəli şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarıldığı müəyyən edildiyindən və belə olan halda iddiaçının qeyd olunan dövrlər ərzində döyüş əməliyyatlarında iştirakı əsaslı sübutlarla təsdiq edilmədiyindən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. Yuxarıda qeyd əsaslarla yanaşı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi yolverilməzdir. Beləliklə, məhkəmənin mövqeyinə görə iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar