Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10667/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Adil qızının katibliyi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Oğuz rayon Filfili Bələdiyyəsinə (maraqlı şəxslər qismində X6, X7, X8 və X9 göstərilməklə) qarşı “çıxarışların və onların verilməsinə əsas olan inzibati aktların ləğv edilməsi və torpaq sahəsinə hüququn bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Oğuz rayon Filfili Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən cavabdehlərə 2011-ci il tarixdə verilmiş ******* saylı və digər seriyalı “çıxarışlar”ın və həmin çıxarışların verilməsinə dair hüquqverici inzibati aktların ləğv edilməsi, eləcə də “İcarə müqaviləsi”nə əsasən istifadə etdiyi, illər üzrə icarə müqaviləsi bağladığı və icarə haqqı ödədiyi örüş və biçənək torpağının ərazisinin təkrar olaraq ona göstərilərək hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra inzibati işin ərazi aidiyyəti məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 22.10.2021-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada iddiaçının məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndə inzibati işin ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına 13.05.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına 13.05.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına 13.05.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına 13.05.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi A 115222 nömrəli Torpaq sahəsinin planı və ölçüsü Oğuz rayon Filfili Bələdiyyəsinin 30.11.2007-ci il tarixli qərarı ilə satılmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1200 kv.m torpaq sahəsi ilə bağlı X5 adına tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında 19.08.2009-cu il tarixdə 2258 nömrə ilə uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi A 115221 nömrəli Torpaq sahəsinin planı və ölçüsü Oğuz rayon Filfili Bələdiyyəsinin 30.11.2007-ci il tarixli qərarı ilə satılmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1200 kv.m torpaq sahəsi ilə bağlı X2 adına tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında 19.08.2009-cu il tarixdə 2259 nömrə ilə uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi A 115223 nömrəli Torpaq sahəsinin planı və ölçüsü Oğuz rayon Filfili Bələdiyyəsinin 30.11.2007-ci il tarixli qərarı ilə satılmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1200 kv.m torpaq sahəsi ilə bağlı X3 adına tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında 19.08.2009-cu il tarixdə 2260 nömrə ilə uçota alınmışdır İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi A 115220 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasən Oğuz rayon Filfili Bələdiyyəsinin 30.11.2007-ci il tarixli qərarı ilə satılmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1200 kv.m torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında 19.08.2009-cu il tarixdə 2261 nömrə ilə uçota alınmışdır. İş materillarına əlavə edilmiş 13.05.2014-cü il tarixli, 48 nömrəli Torpaq icarə müqaviləsinə əsasən icarəyə verən qismində Oğuz rayon İcra Hakimiyyəti, Filfili Bələdiyyəsi ilə icarəçi qismində İddiaçı Oğuz rayon Filfili Bələdiyyəsinin 28 fevral 2014-cü il tarixli, 02 saylı qərarı əsasında bu müqaviləni bağlamışlar. Müqaviləyə əsasən icarəyə verən icarə əsasında 0,40 (0,156) olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəsi – olan gələcəkdə sahə adlanan ərazini icarəçiyə mövsümi 3 ay müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. İş materiallarına əlavə edilmiş 15.12.2005-ci il tarixli, 86 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən qismində Filfili rayon İcra Hakimiyyəti ilə icarəçi qismində İddiaçı Filfili Bələdiyyəsinin 08.12.2005-ci il tarixli, 12 saylı qərarı əsasında bu müqaviləni bağlamışlar. Müqaviləyə əsasən icarəyə verən icarə əsasında sahəsi 0,30 ha olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəsi – olan gələcəkdə sahə adlanan ərazini icarəçiyə bir il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: -8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; -8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, ərazi aidiyyəti ilə bağlı xüsusi qayda yuxarıda qeyd edilən 8.1.1-8.1.3-1-ci maddələrdə nəzərdə tutulmuşdur. Yalnız qeyd edilən normaların təsir dairəsinə düşmədiyi hallarda iddia tələbi üzrə ərazi aidiyyəti ümumi qaydaya görə müəyyən olunur, yəni iddia tələbinə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM-in 8.1.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. İş materiallarından müəyyən olunur ki, iş üzrə cavabdeh qismində qoyulmuş orqan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri ərazisində yerləşsə də iddiaçının tələbi Oğuz rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır. Belə ki, iddiaçı ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ilə bağlı üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların və onların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin ləğvini mübahisələndirir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılması qaydası ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Eyni zamanda ərazi aidiyyətinin məhz daşınmaz əmlakın olduğu yer üzrə müəyyən edilməsi torpaq sahəsi ilə bağlı mübahisə gedişində istər tərəflərin məhkəməyə əlçatımlığının, istərsə də məhkəmənin həmin əmlakla bağlı müvafiq sübutların operativ və daha əliverişli qaydada əldə edilməsinin təmininə xidmət edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı iş üzrə ərazi aidiyyəti İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbləri ilə tənzimlənməli və işə müvafiq daşınmaz əmlakın olduğu yerin inzibati məhkəməsində, yəni Şəki İnzibati Məhkəməsində baxılmalıdır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin Qərara görə Oğuz rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə mübahisə üzrə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməli olduğunu nəzərə alaraq hazırkı məhkəmə icraatında iddia ərizəsi üzrə formal xətaların aradan qaldırılmasına zərurət görmür. Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 8.1.4, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Oğuz rayon Filfili Bələdiyyəsinə qarşı “çıxarışların və onların verilməsinə əsas olan inzibati aktların ləğv edilməsi və torpaq sahəsinə hüququn bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10667/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10667/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10667/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver