Məhkəmə qərarları › İş №2-1(112)-10669/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10669/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10669/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Milli X1 və Dövlət Quruculuğu Komitəsinə, Azərbaycan Respublikası Milli Məclisin İnsan Hüquqları Komitəsi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Ombudsman Aparatına qarşı “özəlləşdirmə çeklərinin dövlət mülkiyyətinin özəlləşdirməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, özəlləşdirmə çeklərinin dövlət mülkiyyətinin özəlləşdirməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi ilə, habelə müraciətlərində bu hüquq pozuntusunun aradan qaldırılması üçün tədbir görmələri cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1990-cı illərin 1-ci yarısında Azərbaycan Respublikasında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə çekləri ilə vətəndaşlar tərəfindən özəlləşdirilməsi qərara alınmışdır. Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31.9 milyon özəlləşdirmə çekləri paylanılıb. 1997-ci ilin yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çektən ibarət bir özəlləşdirmə payı verilib. O cümlədən ona və ailə üzvlərinə ümumilikdə 5 ədəd özəlləşdirmə payı verilib. Dövlət əmlakının özəlləşdirilməsi zamanı çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixdə imzalanan Fərmanla çeklərin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də sona çatdırıldı. 2011-ci ildən çeklərin tədavül müddətinin birdəfəlik dayandırılması ilə də yalnız onun deyil, körpə uşaqlardan tutmuş, yaşlı insanlara qədər, yüzminlərlə vətəndaşların kütləvi şəkildə mülkiyyət hüquqları pozuldu. Halbuki, ilk Fərmanda deyilirdi ki, sovetlər dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşlar pay sahibi olacaqlar. O, keçirilən hərraclarda 3 müxtəlif “Bakı Taxıl”, “Bakı-Broyler-1” və “X6 Qaz” açıq tipli səhmdar cəmiyyətlərinin müxtəlif sayda səhmlərinə sahib ola bilmişdir. O, əlində olan çeklərinin həmin müəssisələrinin özəlləşdirilməsi zamanı istifadə edəcəyini düşünürdü. Lakin 2011-ci ilin ynvar ayının 1-dən etibarən özəlləşdirmə paylarının tədavüldən çıxarılması nəticəsində bu imkandan məhrum olub. Özəlləşdirmə çekləri dövlət mülkiyyətinin özəlləşdirilməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi ilə, habelə müraciətlərində bu hüquq pozuntusunun aradan qaldırılması üçün tədbir görmələrini xahiş etdiyi müraciətlərinə baxılmaması ilə aşağıda adları keçən Dövlət Orqanları tərəfindən ailəsinə vurulan maddi və mənəvi zərərin: AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən maddi: 250.000 (iki yüz əlli min) manat; mənəvi : 500.000 (beş yüz min) manat; AR-nın İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən mənəvi : 100 (yüz) manat; AR İnsan Hüquqları üzrə Ombudsman Aparatı tərəfindən mənəvi : 100 (yüz) manat AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən mənəvi: 1100 (min yüz) manat; AR Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi tərəfindən mənəvi: 1600 manat ödənilməsinə dair qərar qəbul edilməsini və əlavə olaraq, Məhkəmədən yaşlı olduğunu (70 yaşı var), fiziki imkanlarının məhdud olduğunu, aldığı pensiyanın təyyarələrə bilet almaq, Bakıda otellerin və vəkilin pulunu vermək imkanının olmaması səbəbi ilə Azərbaycana gelə bilməyəcəyini nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını, habelə ərizənin qeydiyyat nömrəsi haqqında ona məlumat verilməsini xahiş etmişdir.

3. AR-nın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İddiaçı ünvanlanan 2/22692-21 nömrəli 23 sentyabr 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının özəlləşdirilməsinin 11-ci Dövlət Proqramının 1.5-ci “...ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldədir bəndinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə, habelə AR Konstitusiyasının 29-cu maddəsinin tələblərinə uyğun olub-oİmamasına dair şərh verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanlamaqla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) normativ hüquqi aktların müddəalarının şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyəti təsbit edilməmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının maddəsinin V hissəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

4. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan **********46 nömrəli 27 sentyabr 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Dövlət özəlləşdirmə payları barədə (çekləri) barədə Azərbaycan Respublikasının Milli Məclisindən daxil olmuş 15 sentyabr 2021-ci il tarixli elektron müraciətinizə Cavabdeh1ndə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çəklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatmışdır. Bu barədə Sizə 29 iyun 2021-ci il tarixli **********18 nömrəli məktubla məlumat verilmişdir.

5. İddiaçı (elektron poçt ünvanına) Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq qeyd olunan tələblə bağlı (maddi və mənəvi zərərin ödənilməsi) səlahiyyətli inzibati orqana müraciətin mövcudluğu və olduğu təqdirdə imtinanın məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

6. İddiaçı məhkəmənin hüquqi yardım məktubuna cavab olaraq elektron poçt ünvanı vasitəsi ilə əlavə sənədlər təqdim etmişdir, lakin təqdim etdiyi sənədlərdə cavabdehlərə müraciəti yoxdur.

7. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Məhkəmənin mümkünlük iclasında tərəflər iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü

9. İddia tələbinin mahiyyəti iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpa edilməsi ilə bağı tədbir görülməməsi ilə bağlıdır.

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X2rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

13. Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatmışdır.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

15. İddia tələbində qeyd edilən məsələ inzibati icraatın predmeti olmadığından həmin məsələ ilə bağlı qaldırılmış iddianın inzibati məhkəmə müdafiəsi hüququ yoxdur.

16. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı qeyd edilən müddətdə ona məxsus olduğunu iddia etdiyi “Bakı Taxıl”, “Bakı-Broyler-1” və “X6 Qaz” açıq tipli səhmdar cəmiyyətlərinin səhmləri üzrə dividend ödənilməsinin və ya həmin çeklərdən qeyd edilən dövrdə tədiyyə vasitəsi kimi istifadə etmə imkanlarının mümkünsüzlüyünü istisna edən halları əsaslandırmamışdır.

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

18. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilən tələb inzibati icraatın predmeti olmadığından qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil, digər tərəfdən iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi Əmlak Məsələləri Dövlət Xidmətindən başqa digər qurumlar inzibati orqan deyil.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar