Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1067/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "qərarın ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əvvəlki pensiya məbləğinin yəni, 1.500.48 manatın ödənilməsinə, pensiyasından aybaay tutmaların dayandırılmasına və 2022-ci ilin fevral ayından hesablanmaqla 14 ay ərzində ondan qanunsuz tutulmuş pulun ona qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası DSMF-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İnzibati məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ona 50 yaşından, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh 2022-ci ilin fevral ayından pensiyasından özbaşına tutmalara başlamış və bunun səbəbini səhv hesablama aparması nəticəsində iddiaçıya artıq pensiya ödəməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar iki dəfə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətlərinə müxtəlif məzmunlu cavablar vermişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda 2022-ci ilin iyun ayından ondan aybaay 125.47 manat pul tutduğunu, xx.xx.2023-cü il tarixli məktubunda isə ondan aybaay 150.05 manat pul tutduğunu bildirmişdir. Cavabdehin məktublarında göstərdiyi digər hesablama rəqəmləri də müxtəlifdir, səhvdir və ağlabatan deyildir. Hazırda o, 1.350.43 manat pensiya alır. Onun pensiya kapitalında və ya pensiyasının ilkin hesablanmasında texniki (riyazi) səhvə yol verilməmişdir. Odur ki, ona əvvəlki pensiya məbləği yəni, 1.500.48 manat ödənilməlidir. Digər tərəfdən pensiyasının hətta səhv hesablanmış olması halında belə, məhkəmə qərarı olmadan və ya iddiaçı ilə razılaşdırmadan pensiyasından özbaşına tutmaların aparılması qanunsuzdur. Belə ki, pensiyasının səhv hesablanması məsuliyyəti inzibati orqan olaraq cavabdehin üzərinə düşür və cavabdeh tərəfindən onun öz səhvinə görə iddiaçının hesabına düzəlişlər aparması qanunsuzdur. Ona ödənilmiş pensiya məbləği sosial müdafiə təminatı olaraq tərəfindən qəbil olunmuş və ehtiyaclarına xərclənmişdir. Odur ki, bu məbləğin qaytarılması mümkün deyildir. Odur ki, ona əvvəlki pensiya məbləği yəni, 1.500.48 manatı ödənməli, pensiyasından ayda 125.47 və ya 150.02 manat tutmalar təcili dayandırılmalı və 2022-ci ilin fevral ayından hesablanmaqla 14 ay ərzində ondan qanunsuz tutulmuş pullar qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçıya 25 noyabr 2016-cı il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli 2-1(82)-3493/2016 nömrəli qərarına uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşınızın tamam olduğu 21 aprel 2009-cu il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək olan redaksiyasına əsasən əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı iddiaçının ərizəsinə əsasən xx.xx.2017-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 18849,60 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 18849,60 manat sığorta kapitalına “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 136 aya bölünməklə (63 il 6 ay-58 il 2 ay=64+144 ay - 72 ay) (18849,60/136 = 138,60 manat) əmək pensiyasının (600,50 manat) üzərinə əlavə edilərək 739,10 manat (600,50+138,60) (indeksləşdirilərək və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla xx.xx.2022-ci il tarixinədək 1291,52 manat) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 28262,88 manat sığorta kapitalı 72 aya bölünərək (28262,88/72= 392,54 manat) əmək pensiyasının (600,50 manat) üzərinə əlavə edilməklə (600,50+392,54=993,04 manat (indeksləşdirilərək və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alımaqla xx.xx.2021-ci il tarixinədək 1404,30 manat) ona ödənildiyi məlum olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13749,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13749,55 manat pul vəsaiti 2022-ci ilin iyun ayından etibarən hissə-hissə (hazırda hər ay 150,05 manat) iddiaçının əmək pensiyasından çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 13849,55 manatdan 11208,98 manata azaldılıb. Bununla əlaqədar olaraq, onun əmək pensiyasında tutulmalar nəzərə alınmaqla 1 mart 2023-cü il tarixinə qalıq borcu 9428,70 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə və həmin Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 1500,48 manat müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçı X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı X3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-5148/2023 saylı və xx.xx.2021-ci il tarixli **********7 saylı qərarlarının ləğv edilməsi və onun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər, həmçinin xx.xx.2024-cü il tarixdə tutulmuş 168,05 manat pensiyasından tutulmuş vəsaitin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya aid pensiya işi və inzibati icraat materiallarından görünür ki: -2 saylı Bakı İnzibati-İqtisadə Məhkəməsinin 2-1(82)-3493/2016 nömrəli, 25 oktyabr 2016-cı il tarixli qərarı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddiası təmin edilmiş, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.2010-cu ilə qədər “'Qum adası" NQÇİ-də (əvvəllər “Serebrovski" adına NQÇİ) usta, dispetçer, 13-cü dərəcəli növbə rəisi, xx.xx.2010-cu ildən hal-hazıra kimi “Bahar Energy Limited” şirkətində növbə mühəndisi vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilməklə iddiaçıya 50 yaşdan, yəni xx.xx.2009-cu ildən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9,8, 27.1-çi maddəsi, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17, 71, 72-ci maddələrinə uyğun olaraq 13 502 144 AZM təşkil etmiş 2004-cü ilin orta aylıq əmək haqqı və 18 340 251 AZM təşkil etmiş 2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2016-cı il tarixli, 1735 nömrəli qərarı ilə X2 güzəştli şərtlərlə xx.xx.2016-cı il tarixdən ömürlük 521.25 manat pensiya təyin edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********7 saylı Qərarından görünür ki, X1 hazırkı pensiya məbləği 1404 manat, 30 qəpik, yenidən hesablanmış pensiya məbləği 1195 manat, 85 qəpik, yenidən hesablanmanın səbəbi: 37.3.1 (İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçid üçün). -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********6 saylı Qərarından görünür ki, X1 hazırkı pensiya məbləği 1404 manat, 30 qəpik, yenidən hesablanmış pensiya məbləği 1211 manat, 28 qəpik, yenidən hesablanmanın səbəbi: 37.3.1 (İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçid üçün). -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-5148/2023 saylı Qərarından görünür ki, X1 hazırkı pensiya məbləği 1500 manat, 48 qəpik, yenidən hesablanmış pensiya məbləği 1500 manat, 48 qəpik, yenidən hesablanmanın səbəbi: 39.1 (xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərarı etibarsız sayılması). -Pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, X1 cari pensiyasından xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində 125.25 manat, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində 125.4707 manat, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində 150.05 manat, xx.xx.2024-cü il tarixində isə 168.05 manat pul tutulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2023-cü il tarixli,3-17-1/2- 164907/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 25 noyabr 2016-cı il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli 2-1(82)- 3493/2016 nömrəli qərarına uyğun olaraq adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşının tamam olduğu 21 aprel 2009-cu il tarixindən hesablanmışdır. Onun əmək pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi tarixə fərdi hesabının sığorta hissəsində 18849,60 manat pensiya kapitalı qeydə alınıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək olan redaksiyasına əsasən əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı İddiaçı ərizəsinə əsasən xx.xx.2017-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 18849,60 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 18849,60 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 136 aya bölünməklə (63 il 6 ay-58 il 2 ay=64+144 ay - 72 ay) (18849,60/136 = 138,60 manat) əmək pensiyasının (600,50 manat) üzərinə əlavə edilərək 739,10 manat (600,50+138,60) (indeksləşdirilərək və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla xx.xx.2022-ci il tarixinədək 1291,52 manat) sizə ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 28262,88 manat sığorta kapitalı 72 aya bölünərək (28262,88/72=392,54 manat) əmək pensiyasının (600,50 manat) üzərinə əlavə edilməklə (600,50+392,54=993,04 manat (indeksləşdirilərək və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinədək 1404,30 manat) ona ödənildiyi məlum olmuşdur. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13749,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13749,55 manat pul vəsaiti 2022-ci ilin iyun ayından etibarən hissə-hissə (hazırda hər ay 150,05 manat) əmək pensiyasından çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən ona artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 13849,55 manatdan 11208,98 manata azaldılıb. Bununla əlaqədar olaraq, əmək pensiyasında tutulmalar nəzərə alınmaqla 1 mart 2023-cü il tarixinə qalıq borcu 9428,70 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən və 29.1-ci maddəsinə uyğun indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən etibarən 1500,48 manat müəyyən edilib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2023-cü il tarixli,3-17-1/2- 269245/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 25 noyabr 2016-cı il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli 2-1 (82)-3493/2016 nömrəli qərarına uyğun olaraq adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşının tamam olduğu 21 aprel 2009-cu il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək olan redaksiyasına əsasən əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 64 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı İddiaçı ərizəsinə əsasən xx.xx.2017-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən fərdi hesabının sığorta hissəsində qeydə alınan 18849,60 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 18849,60 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 136 aya bölünməklə (63 il 6 ay-58 il 2 ay=64+144 ay - 72 ay) (18849,60/136 = 138,60 manat) əmək pensiyasının (600,50 manat) üzərinə əlavə edilərək 739,10 manat (600,50+138,60) (indeksləşdirilərək və Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla 31.01,2022-ci il tarixinədək 1291,52 manat) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 28262,88 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (28262,88/72=392,54 manat) əmək pensiyasının (600,50 manat) üzərinə əlavə edilməklə (600,50+392,54=993,04 manat (indeksləşdirilərək və Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinədək 1404,30 manat) ona ödənildiyi müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13749,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13749,55 manat pul vəsaiti 2022-ci ilin iyun ayından etibarən hissə- hissə (hazırda hər ay 150,05 manat) əmək pensiyasından çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən ona artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 13849,55 manatdan 11208,98 manata azaldılıb. Bununla əlaqədar olaraq, əmək pensiyasında tutulmalar nəzərə alınmaqla 1 iyun 2023-cü il tarixinə (Bakı İnzibati Məhkəmənin xx.xx.2023 tarixli 15(112)-172/2023 nömrəli qərardadına əsasən tutulma xx.xx.2023-cü il tarixindən dayandırılıb) qalıq borcu 9428,70 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyası Qanunun 1 yanvar 2023- cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən və 29.1-ci maddəsinə uyğun indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən etibarən 1500,48 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçı X2 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 11 aprel 2022-ci il tarixində daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, sizə 25 noyabr 2016-cı il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası 2 Saylı Bakı İnzibati Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli 2-1(82)-3493/2016 nömrəli Qərarına uyğun olaraq sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşınızın tamam olduğu 21 aprel 2009- cu il tarixindən hesablanmışdır. “Əmək pensiyalar; haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək olan redaksiyasına əsasən əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyası na keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çex işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya Ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı ərizənizə əsasən xx.xx.2017-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 18849,60 manat sığorta kapitalınıza uyğun əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 18849,60 manat sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 136 aya bölünməklə (63 il 6 ay-58 il 2 ay=64+144 ay - 72 ay) (18849,60/136 = 138,60 manat) əmək pensiyanızın (600,50 manat) üzərinə əlavə edilərək 739,10 manat (600,50+138,60) (indeksləşdirilərək və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinədək 1211,28 manat) sizə ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 28262,88 manat sığorta kapitalınız 72 aya bölünərək (28262,88/72= 392,54 manat) əmək pensiyanızın (600,50 manat) üzərinə əlavə edilməklə (600,50+392 54=993,04 manat (indeksləşdirilərək və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinədək 1404,30 manat) sizə ödənildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən, sizə xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13749,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13749,55 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə (hər ay 125,47 manat) əmək pensiyanızdan çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. Məlumat üçün bildiririk ki, əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1291,52 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçı X2 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-58337/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Ənalınin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 6 iyul 2022-ci il tarixli **********7 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 15 fevral 2023-cü il tarixində daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki sizə 25 noyabr 2016-cı il tarixindən Fonoun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli 2-1(82)-3493/2016 nömrəli qərarına uyğun olaraq sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşınızın tamam olduğu 21 aprel 2009-cu il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək olan redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına kəçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddət aylarının pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyas, yenidən hesablanır. Sonrakı beiə hesablamalar bu maddədə göstoalən şərt nəzərə alnımaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı ərizənizə əsasən xx.xx.2017-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığnız 18849,60 manat sığorta kapitalınıza uyğun əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 18849,60 manat sığorta Kapitalınız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 136 aya bölünməklə (63 il 6 ay-58 il 2 ay=64+144 ay - 72 ay) (18849,60/136 = 138,60 manat) əmək pensiyanızın (600,50 manat) üzərinə əlavə edilərək 739,10 manat (600,50+138,60) (indeksləşdirilərək və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla xx.xx.2022-ci il tarixinədək 1291,52 manat) sizə ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 28262,88 manat sığorta kapitalınız 72 aya bölünərək (28262,88/72=392,54 manat) əmək pensiyanızın (600,50 manat) üzərinə əlavə edilməklə (600,50+392,54=993,04 manat (indeksləşdirilərək və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən sonradan yenidən hesablamalarda nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinədək 1404,30 manat) sizə ödənildiyi məlum olmuşdur. "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sizə xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13749,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13749,55 manat pul vəsaiti 2022-ci ilin iyun ayından etibarən hissə-hissə (hazırda hər ay 150,05 manat) əmək pensiyanızdan çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən sizə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 13849,55 manatdan 11208,98 manata azaldılıb. Bununla əlaqədar olaraq, əmək pensiyanızda tutulmalar nəzərə alınmaqla 1 mart 2023-cü il tarixinə qalıq borcunuz 9428,70 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə və həmin Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 1500,48 manat müəyyən edilib. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdehin pensiyanın yenidən hesablanılması barədə qərarların ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. İddiaçının hüquqi marağına uyğun pensiyanın əvvəlki məbləğdə ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçının mübahisələndirilən qərarlardan daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı qərardan hazırkı məhkəmə icraatı gedişində məlumatlı olmuşdur. Beləliklə, iddiaçı mübahisələndirdiyi inzibati aktlara münasibətdə iddia müddətini ötürməmiş hesab edilir. İddia mahiyyət üzrə qismən əsaslıdır. İddiaçıya aid pensiya işindən müəyyən olunur ki, iddiaçıya Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2016-cı il tarixli, 1735 nömrəli qərarı ilə xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2 saylı Bakı İnzibati Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli 2-1 (82)-3493/2016 nömrəli qərarına uyğun olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşının tamam olduğu 21 aprel 2009-cu il tarixindən hesablanmışdır. İddiaçı pensiya təyin edildikdən sonra işləməkdə davam etmiş, 6 il işlədikdən sonra ƏPQ-nun 37.3.1-ci maddəsinə əsaslanaraq pensiya təyin olunduqdan sonra toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı 2017-ci ildə cavabdehə müraciət etmiş, Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Suraxanı rayon (şəhər) şöbəsi iddiaçının pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını ƏPQ-nun 37.3.1 və 45-ci maddələrinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayına- 136 aya bölməklə hesablanmalı olduğu halda toplanmış pensiya kapitalını 72 aya bölməklə pensiyanın sığorta hissəsini hesablamışdır. Belə ki, iddiaçıya aid pensiya uçot vərəqindən görünür ki, xx.xx.2009-cu ildən iddiaçının pensiyası baza hissə, sığorta hissə nəzərə alınmaqla hesablanmış, xx.xx.2016-cı il tarixdə pensiyanın məbləği baza hissə 110 manat, orta əmək haqqına əsasən 411.95 manat olmaqla ümumilikdə 521.95 manat məbləğində hesablanmış, xx.xx.2017-ci il tarixdən isə baza hissə 110 manat, orta əmək haqqına əsasən 463.04 manat və yığılmış pensiya kapitalı 18849,60 manat 72 aya bölünməklə sığorta hissə 420 manat müəyyən edilmiş və ümumilikdə iddiaçının pensiyası 993,04 manata çatdırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli mübahisələndirilən qərarı ilə iddiaçının xx.xx.2017-ci il tarixə orta əmək haqqı əsasında olan əsas pensiya məbləği, toplanmış pensiya kapitalının məbləği, kapitalın yenidən hesablamasə qaydası ilə bağlı yol verilən yalnışlıq aradan qaldırılmaqla pensiyası yenidən hesablanmışdır. Belə ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Göründüyü kimi 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsindəki dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Eyni zamanda, 01 iyul 2017-ci il tarixdə paralel olaraq həm də Qanunun 45-ci maddəsində dəyişiklik edilmiş və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Göründüyü kimi yeni dəyişiklik Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətinin hesablanmasının fərqli qaydasını nəzərdə tutmuşdur. Qanunvericilikdə edilmiş dəyişikliklər, onların eyni anda edilməsini və qanunvericinin bununla bağlı güddüyü məqsədləri nəzərə alındıqda hesab edilir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməklə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb edən şəxslərə münasibətdə hər iki dəyişiklik eyni anda tətbiq edilməlidir. Belə ki, Qanun 6 il və daha çox işləyən pensiyaçıların qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyalarının yenidən hesablanmasını mümkün hesab etmiş, lakin bu zaman həm də, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının ümumi qaydadan fərqli hesablanmalı olduğunu müəyyən etmişdir. İşləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Odur ki, Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 5.3. Misal 49. 20 avqust 2011-ci il tarixdə 45 yaşlı təyyarəciyə 540 manat güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edildikdən sonra o, işləməkdə davam edir və 31 avqust 2017-ci il tarixdə pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 65420 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Onun pensiyası aşağıdakı qaydada yenidən hesablanır: 51 yaşlı təyyarəçinin pensiya ödənişi müddəti 150 ay (63,5 – 51 = 12 il 6 ay x 12 ay) artırılaraq 294 ay (150 + 144) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 222 ay (294 – 72) müəyyənləşdirilir. Beləliklə, pensiya 01 sentyabr 2017-ci il tarixdən 294,69 manat (65420 : 222) məbləğində yenidən hesablanaraq artırılır və pensiyanın ümumi məbləği 834,69 manat təşkil edir. Qeyd edilən normaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı 2009-cu ildən işləməkdə davam edən pensiyaçı olduğundan pensiya kapitalının toplandığı alt sistemdən çıxarışa (PAS) əsasən xx.xx.2017-ci il tarixə iddiaçının işlədiyi dövr üzrə 2009-2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə 26656,17 manat pensiya kapitalı toplanmış, yenidən hesabama ilə inzibati orqan toplanmış kapitalı həmin dövr ƏPQ-nun 37.3.1 və 45-ci maddələrindəki tələblərə uyğun olaraq hesablayaraq pensiyasının üzərinə əlavə etmişdir. Belə ki, iddiaçının pensiya ödənişi müddəti 136 ay (63 il 6 ay-58 il 02 ay=64+144 ay-72 ay) müəyyənləşmiş, bu zaman xx.xx.2017-ci il tarixə toplanmış 26656,17 manat pensiya kapitalı 136 aya bölünməklə 2021-ci il tarixə sığorta hissə 196 manat müəyyən edilmiş, qeyd edilən 196 manat sığorta kapitalına illik indeksasiya faizləri tətbiq edilməklə geriyə-2020-ci ilə 11,4% olmaqla 175,94 manat, 2019-cu il tarixə 16,6% tətbiq edilməklə 150,90 manat, 2018-ci il tarixə 3% tətbiq edilməklə 146,50 manat, 2017-ci il tarixə 5,7% tətbiq edilməklə 138,60 manat müəyyən edilmişdir. 2017-ci il tarixə iddiaçının pensiya kapitalı əsasında sığorta hissə 138,60 manat+ əsas pensiya məbləği 600,5 manat müəyyən edilməklə cəmi pensiya məbləği 739,10 manat məbləğində hesablanmışdır. Belə ki, iddiaçının 2017-ci il tarixə əmək haqqına əsasən hesablanmış pensiyası 110 manat baza hissə+əmək haqqı əsasən 457,96 manat+sığorta hissə 32,54 manat, cəmi 600.50 manat müəyyən edilmişdir. Beləliklə, DSMF Suraxanı rayon Şöbəsi tərəfindən 2017-ci il tarixə iddiaçının pensiyasının əsas məbləğini-600.5 manat götürülməklə sığorta hissəni 138.60 manat cəmi 739,10 manat müəyyən edilməklə hesablanmalı və ödənilməli olduğu halda xx.xx.2017-ci il tarixə pensiyasının əmək haqqına əsasən pensiya məbləği 463,04 manat+ sığorta kapitalı 420 manat, cəmi 993,04 manat olaraq yalnış hesablanmışdır. İddiaçınının pensiyasında qeyd edilən yalnışlıq xx.xx.2021-ci il tarixli qərarla aradan qaldırılmış, pensiyası 6 il işlədiyinə görə pensiya kapitalı əsasında yenidən hesablanmış, eyni zamanda xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2021-ci il tarixli qərar əsasında hesablanmış pensiya məbləği üzərinə iddiaçının işdən çıxdığı tarixədək toplanmış, istifadə edilməyən kapitalı əlavə edilməklə pensiya məbləği müəyyən edilmiş, hazırda iddiaçının 2024-cü il üzrə indeksasiya faizləri də nəzərə alınmaqla cari pensiyası 1668,54 manat təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, bu barədə məhkəmədə iddia qaldırmamış, əksinə xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2023-cü il tarixədək, eləcə də sonuncu dəfə xx.xx.2024-cü il tarixində artıq vermə adı ilə pensiya tutulması kimi faktiki hərəkətlərə yol vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin pensiyanın tutulması ilə bağlı faktiki xarakterli hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə bş verdiyindən həmin hərəkətlər qanunsuz hesab olunmalı və tutulmuş vəsait iddiaçıya qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının pensiyasından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi də daxil olmaqla 125.25 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixi də daxil olmaqla 125.47 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla 150.05 manat və xx.xx.2024-cü il tarixində 168.05 manat olmaqla cari pensiyadan tutulmuş pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı X1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi də daxil olmaqla 125.25 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixi də daxil olmaqla 125.47 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla 150.05 manat və xx.xx.2024cü il tarixində 168.05 manat olmaqla cari pensiyasından tutulmuş pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1067/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1067/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver