Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1069/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü il 01 yanvar tarixinə qədər mövcud olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən ona avqust, sentyabr, oktyabr, noyabr, dekabr 2022-ci il tarixləri üzrə yaşa görə əmək pensiyası təyin olunmaqla, 2023-cü il 01 yanvar tarixdən yeni qanunvericiliyə əsasən əmək pensiyasının ödənilməyən hissəsinin tam bir dəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, AR vətəndaşı olan kişilərin yaşa görə əmək pensiyasının təyin olunması hüququ mövcud qanunvericiliyə uyğun olaraq 65 yaş tamam olduqdan sonra başlayır və iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olduğu üçün xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olması ilə əlaqədar Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanuna əsasən yaşa görə əmək pensiyası təyin olunması hüququ yaranmışdır. İddiaçı keçmiş Daxili işlər orqanları sıralarında xidmət aparmış polis zabiti olduğu üçün Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanununa əsasən Xüsusi rütbəli şəxslər kateqoriyasına aid olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılır. İddiaçı 2022-ci ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məktubla müraciət edərək mövcud qanunvericiliyə əsasən onun xx.xx.2022-ci il tarixdə 65 yaşının tamam olması ilə əlaqədar yaşa görə əmək pensiyasının təyin olunması üçün xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Kərim Sarıyevin imzası ilə 22 avqust 2022-ci il tarixli **********9 saylı məktubunda iddiaçıya cavab olaraq bildirilmişdir ki, AR-sı Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Bunları nəzərə alaraq iddiaçıdan tələb olunan “Təminat Xərcliyi haqqında məlumat vərəqi və iddiaçının əmək fəaliyyəti haqqında arayışlar ümumilikdə 4 (dörd) vərəq qoşma ilə birlikdə xx.xx.2023-cü il tarixdə DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini olan Elnur Qurbanovun imzasıyla xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-34563/2023 saylı məktubu ilə həmişə olduğu kimi standard-şablon qaydada eyni cavabları iddiaçıya ünvanlayaraq yaşa görə əmək pensiyası təyin olunması hüququndan məhrum edərək “Təminat xərcliyi barədə yeni məlumat vərəqinin təqdim edilməsini tələb edir. İddiaçının yaşa görə əmək pensiyasının təyin olunması yarandığı müddətdə, yəni xx.xx.2022-ci il tarixdə icrada-fəaliyyətdə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsi “Təminat xərcliyi” (pul təminatı) – məlumata əsasən hərbi qulluqçuların hərbi xidmətdən buraxıldıqları günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan bəndlər göstərilmişdir. Beləliklə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində göstərilən tələblər iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərdiyi Təminat xərcliyi barədə məlumat heç bir fərq yayınma olmadan eyni göstəricilərdən ibarətdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbərliyinin 21 yanvar 2023-cü il tarixli 3-17-1/2-Ə-34563/2023 saylı məktubundan görünür ki, iddiaçının təqdim etdiyi “Təminat xərcliyi” haqqında arayışda “Məlumat vərəqi” sözünün qeyd edilməməsi səbəbilə o yaşa görə əmək pensiyasından bu günə kimi məhrum olmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən sənədin iddiaçı tərəfindən təqdim olunmasına baxmayaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbərliyi başqa sənədin təqdim olunmasını, yəni “Məlumat vərəqi” sözü yazılan sənəd tələb edilir və bu hərəkətləri ilə qanunvericiliyin tələblərini konud surətdə bu günə kimi pozurlar. Qeyd olunanlara əsasən iddiaçı yaşa görə əmək pensiyası təyin olunaraq əmək pensiyasının ödənilməyən hissəsinin tam birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir.
3. İddiaçı tərəfindən daha sonra məhkəməyə təqdim olunan iddia ərizəsinə əlavələrdə qeyd olunur ki, İddiaçı 1974-1978-ci illər tarixində Bakı Şəhər Plan uçot texnikumun “Mühasibat uçotu” fakültəsinin əyani şöbəsinə (150-ci qrup) qəbul olmuş və tam təhsili başa vuraraq mühasib ixtisasına yiyələnmişdir. 1975-1977-ci ilin noyabr aylarında hərbi xidmətə çağırılaraq Moskva vilayətində SSRİ MN-nin HHQ-nin (raket) N saylı hərbi hissəsinin qərargahında tam məxfi hissəsində kodlaşdırılmış məlumatların açılmasını təmin edərək (2 saylı buraxılışla) xidmətini başa vurmuşdur. 1992-1997-ci il tarixdə AR-sı DİN-nin Polis akademiyasının qiyabi şöbəsində təhsil alaraq tam kursu bitirərək hüquqşünas ixtisasına yitələnməyinə baxmayaraq, hüquqi sahədə yox, dövlət və şəxsi obyektlərin mühafizəsi istiqamətində Daxili İşlər orqanlarında xidmətini davam edərək öz şəxsi xahişi ilə polis orqanlarından 1998-ci il tarixində xaric olunmuşdur. İddiaçının müraciətinə cavab olaraq DİN Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli N3-13/17/2-Ə-6460/1/2023 saylı məktubla bildirilmişdir ki, Daxili İşlər orqanlarında xidmət müddəti təqvim hesablama ilə 14 il 02 ay 11 gün, imtiyazlı hesablama ilə 19 il 01 ay 23 gün təşkil etdiyindən pensiya hüququnun yaranmadığından hesablama vərəqinin tərtib edilməsi mümkün hesab edilməmişdir. İddiaçı xidmət etdiyi müddət ərazində (Daxili İşlər orqanlarında) avqust-sentyabr 1992ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdin birində ağır yaralanaraq kəllə beyin travması ilə kontuziya almışdır. Bu yaralanmalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdfaiə Fondu tərəfindən nəzərə alınmamış və iddiaçı yaşa görə əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. Eyni zamanda iddiaçı bildirir ki, Birinci Qarabağ müharibəsində DİN müvafiq rəhbərliyi tərəfindən 3 dəfə ezam olunaraq döyüş əməliyyatlarında iştirak etməyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən nəzərə alınmamışdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər orqanlarının Yasamal Rayon Polis İdarəsində polis zabiti kimi xidmət aparan zaman xx.xx.1992-ci il tarixində Dağlıq Qarabağda döyüşlərdə iştirak etmək üçün ezam olunmuş və Laçın rayon ərazisində gedən döyüşlərdin birində ağır yaralanaraq kəllə beyin travması ilə kontuziya almışdır. Halhazırda bu günə kimi beyninin çat olması qalmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi müalicə olunmuşdur. Müalicə tam başa çatmasa da, iddiaçı könüllü olaraq yenidən döyüş bölgəslərinə Cəbrayıl, sonra isə Füzuli rayon Cocuq- Mərcanlı döyüş zonalarına ezam edilərək döyüşlərdə iştirak etmişdir. Qeyd olunanlardan əlavə iddiaçı xx.xx.1978-xx.xx.1979-cu illər tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində “mühasib”, sonra xx.xx.1990-xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı hərbi rayonu (qarnizonu) Mənzil İstismar Hissəsinin 1 saylı Evlər İdarəsində “baş mühasib” vəzifələrində çalışmışdır. Beləliklə iddiaçının ümumilikdə Daxili İşlər orqanlarında 19 il 2 ay və 04 ilə yaxın mühasib çalışmağı nəzərə alınsa 23 (iyirmi üç) ilə yaxın yaxın əmək fəaliyyəti vardır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci bəndinə görə, təminat xərcliyi (pul təminatı)— hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Eyni zamanda qeyd olunan qaydaların 1 nömrəli əlavəsində əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqəsinin nümunəsi əks olunmuşdur. Qaydaların tələblərinə uyğun olaraq İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən iddiaçıya dair məlumat vərəqi tərtib edilərək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra əmək pensiyasının təyin olunması məsələsinə baxılacaq. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı hazırki halda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Qeyd olunanları nəzərə alaraq, sözügedən Qaydaların tələblərinə uyğun olaraq iddiaçının sonuncu xidmət keçdiyini orqan tərəfindən ona dair məlumat vərəqi tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra əmək pensiyası təyin olunması məsələsinə baxılacağı qeyd olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qeyd olunanları nəzərə alaraq, sözügedən Qaydaların tələblərinə uyğun olaraq iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair məlumat vərəqi tərtib edilərək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra əmək pensiyası təyin olunması məsələsinə baxılacağı qeyd olunmuşdur.
7. xx.xx.1957-ci il təvəllüdlü sabiq polis əməkdaşı X1 daxili işlər orqanlarında xidməti fəaliyyəti və sonuncu xüsusi rütbəsi barədə Arayışa əsasən xx.xx.1980-xx.xx.1980-ci il tarixlərində Bakı şəhəri Əzizbəyov Rayon Daxili İşlər Şöbəsinin nəzdində mühafizə bölməsində milis nəfəri vəzifəsində, xx.xx.1980-xx.xx.1983-cü il tarixlərində Bakı şəhəri Oktyabr Rayon Daxili İşlər Şöbəsinin nəzdində mühafizə bölməsində milis nəfəri vəzifəsində, xx.xx.1983-xx.xx.1986-cı il tarixlərində DİN-in X3 İdarəsinin Ağsaray stansiyasında xətt milis bölməsində milis nəfəri vəzifəsində, xx.xx.1986-xx.xx.1992-ci il tarixlərində Daxili işlər orqanlarında, xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində, xx.xx.1993-xx.xx.1996cı il tarixlərində DİN-in Mühafizə İdarəsinin Maliyyə-plan şöbəsində inspektor vəzifəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixlərində DİN-in Mühafizə İdarəsinin “Azərkimya dövlət Şirkətinin” obyektlərini mühafizə edən Əlahiddə polis batalyonunda bölük komandiri vəzifəsində, xx.xx.1996-xx.xx.1997-cı il tarixlərində DİN-in Mühafizə İdarəsinin “Azərkimya dövlət Şirkətinin” obyektlərini mühafizə edən Əlahiddə polis batalyonun Bakı-Sumqayıt neft kəmərlərini mühafizə edən polis bölüyündə bölük komandiri vəzifəsində, xx.xx.1997xx.xx.1997-ci il tarixlərində DİN-in Mühafizə İdarəsinin Bakı-Güzdək neft kəmərlərini mühafizə edən Əlahiddə polis batalyonunun 3-cü bölüyünün növbətçi hissəsində baş inspektor-növbətçi vəzifəsində, xx.xx.1997-xx.xx.1998-ci il tarixlərində Bakı şəhəri Nərimanov Rayon Mühafizə İdarəsində taqım komandiri vəzifəsində işləmişdir. X2 DİN-in Mühafizə İdarəsinin xx.xx.1995-ci il tarixli 204ş/h nömrəli əmri ilə sonuncu “polis baş leytenantı” xüsusi rütbəsi verilmişdir.
8. Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən X4 həqiqətən Bakı rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Evlər İdarəsinin baş mühasibi vəzifəsinə xx.xx.1990-cı il tarixli 65 nömrəli əmrinə əsasən işə qəbul edilmiş, xx.xx.1992-ci il tarixli 111 nömrəli əmri ilə həmin vəzifədən azad edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən, sabiq əməkdaş X4 həqiqətən xx.xx.1978-ci il tarixli 174 nömrəli əmrə əsasən 6 saylı cəzaçəkmə müəssisəsində mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu il tarixli 139 nömrəli əmrə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il məktubda qeyd olunur ki, araşdırma zamanı iddiaçının DİN-in Baş Mühafizə İdarəsinin 17 iyul 1998-ci il tarixli 1168ş/h nömrəli əmrinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz arzusu ilə) xidmətdən xaric edildiyi müəyyən edilmişdir. Bildirilir ki, Nərimanov RMİ tərəfindən təqdim edilmiş arayışda iddiaçının 19 iyul 1998-ci il tarixə vəzifə maaşı üzrə 33710,00 manat, rütbə maaşı üzrə 17774,00 manat, fasiləsiz xidmət illərinə görə əlavə 7723,00 manat, məharət dərəcəsinə görə 5057,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyasına görə 75387,00 manat təminat xərcliyinə malik olduğu qeyd edilmişdir.
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, iddiaçının müraciəti əsasında AR ƏƏSMN-nin tabeliyində X6 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-34563/2023 nömrəli cavab məktubunda xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşların pensiya hüququ əldə etdiyi və AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin əmək pensiyası hüququnun yarandığı tarixdən onun xidmət keçdiyi orqan tərəfindən tərtib olunaraq Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra pensiyanın təyin olunması məsələsinə baxılacağı bildirilmişdir. Daxili işlər orqanlarında iddiaçının xidmət müddəti təqvimi hesablama ilə - 14 il, 02 ay, 11 gün, imtiyazlı hesablama ilə - 19 il, 01 ay, 23 gün təşkil etdiyindən və xidmət illərinə görə pensiya hüququ yaranmadığından xidmət müddəti haqqında hesablama vərəqinin DİN-in Maliyyə Plan İdarəsinə göndərilməsi, eləcə də onun əsasında məlumat vərəqinin tərtib edilməsi mümkün olmamışdır.
12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunmuşdur ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (01 il, 11 ay, 27 gün) Silahlı Qüvvələrdə, xx.xx.1980-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (06 il, 01 ay, 11 gün) və xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (06 il, 01 ay, 08 gün) daxili işlər orqanlarında xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.1998-ci il tarixinə xidmət müddəti təqvimi hesablama ilə 14 il, 02 ay, 16 gün, imtiyazlı hesablama ilə 19 il, 01 ay, 05 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (12 il, 02 ay, 19 gün), Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 11 ay, 27 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək (04 il, 10 ay, 08 gün) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (bir günü 2 gün hesabı ilə) daxildir. İddiaçı daxili işlər orqanlarından xaric olunan vaxt (1998-ci ildə) qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycn Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 il (imtiyazlı hesablama ilə) xidmət müddəti olmadığından onun barəsində məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməmişdir.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün 10 (on) gün müddət təyin edilmişdir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan “məhkəmə qərardadının icrası haqqında” məktubda qeyd olunmuşdur ki, İddiaçı işi üzrə Bakı İnzibati Məhkəməsinin 21,08.2023-cü il tarixli 2-1(112)- 9079/2023 nömrəli qərardadı icra edilərək vətəndaşa yaşa görə əmək pensiyası təyin olunması barədə müraciəti üzrə inzibati araşdırma aparılmışdır. İddiaçı təqdim ediimiş sənədlərə əsasən 19 il 5 ay 23 gün faktiki iş stajı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı qanunla tələb olunan sığorta stajı (25 il) və pensiya kapitalı (40320 manat) olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı rəsmi müraciəti Mərkəzi Filiala daxil olmamışdır. İş üzrə inzibati araşdırma Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş inzibati materiallar əsasında aparılmışdır.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 3-17-1/3-B-84348/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı yaşa görə pensiyanın təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından (xx.xx.2018-ci ilə qədər) ərizə təmin edilmir. Faktiki staj: 19 il 5 ay İşə daxil olma xx.xx.1978; İşdən azad olma xx.xx.1979. İşə daxil olma xx.xx.1980; İşdən azad olma xx.xx.1998
16. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Məhkəmə müəyyən edir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsidir.
20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
22. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaşdır.
23. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur.
24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək mühasib vəzifəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən), xx.xx.1980-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Daxili İşlər Nazirliyinin orqanlarında (sabiq polis əməkdaşı X1 daxili işlər orqanlarında xidməti fəaliyyəti və sonuncu xüsusi rütbəsi barədə Arayışa əsasən xx.xx.1980-xx.xx.1980-ci il tarixlərində Bakı şəhəri Əzizbəyov Rayon Daxili İşlər Şöbəsinin nəzdində mühafizə bölməsində milis nəfəri vəzifəsində, xx.xx.1980-xx.xx.1983-cü il tarixlərində Bakı şəhəri Oktyabr Rayon Daxili İşlər Şöbəsinin nəzdində mühafizə bölməsində milis nəfəri vəzifəsində, xx.xx.1983-xx.xx.1986-cı il tarixlərində DİN-in X3 İdarəsinin Ağsaray stansiyasında xətt milis bölməsində milis nəfəri vəzifəsində, xx.xx.1986-xx.xx.1992-ci il tarixlərində Daxili işlər orqanlarında, xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində, xx.xx.1993-xx.xx.1996-cı il tarixlərində DİN-in Mühafizə İdarəsinin Maliyyə-plan şöbəsində inspektor vəzifəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixlərində DİN-in Mühafizə İdarəsinin “Azərkimya dövlət Şirkətinin” obyektlərini mühafizə edən Əlahiddə polis batalyonunda bölük komandiri vəzifəsində, xx.xx.1996-xx.xx.1997-cı il tarixlərində DİN-in Mühafizə İdarəsinin “Azərkimya dövlət Şirkətinin” obyektlərini mühafizə edən Əlahiddə polis batalyonun Bakı-Sumqayıt neft kəmərlərini mühafizə edən polis bölüyündə bölük komandiri vəzifəsində, xx.xx.1997-xx.xx.1997-ci il tarixlərində DİN-in Mühafizə İdarəsinin Bakı-Güzdək neft kəmərlərini mühafizə edən Əlahiddə polis batalyonunun 3-cü bölüyünün növbətçi hissəsində baş inspektor-növbətçi vəzifəsində, xx.xx.1997-xx.xx.1998-ci il tarixlərində Bakı şəhəri Nərimanov Rayon Mühafizə İdarəsində taqım komandiri vəzifəsində) işləmişdir. Odur ki, İddiaçı ümumi əmək stajı 19 il 05 ay 23 gün təşkil edir.
25. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanundan: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.
26. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2-ci bəndinə əsasən sığortaolunanın ayrı-ayn fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Misal 3. Sığortaolunan xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək "Bakı fəhləsi" adına neft-maşınqayırma zavodunda mühəndis işləməklə bərabər eyni zamanda, texniki peşə məktəbində müəllim vəzifəsində çalışmışdır. Qaydaların 3.2-ci bəndinə əsasən şəxsin seçimi əsasında həmin fəaliyyət dövrlərinin biri sosial sığorta stajına hesablanır.
27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 3-17- 1/3-B-84348/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı yaşa görə pensiyanın təyin olunmasından imtina edilmiş və imtinanın səbəbi olaraq “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından (xx.xx.2018-ci ilə qədər) ərizənin təmin edilmədiyi, iddiaçının faktiki stajının 19 il 05 ay təşkil etdiyi qeyd olunmuşdur (xx.xx.1978-xx.xx.1979; xx.xx.1980-xx.xx.1998). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarı iddiaçıya təqdim edildikdən sonra iddiaçı Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixinədək Bakı rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Evlər İdarəsinin baş mühasibi vəzifəsində işlədiyi dövrün ümumi əmək stajına əlavə edilməsini tələb etmişdir.
28. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən tərəfindən mübahisələndirilən xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının ümumi əmək stajı hesablanarkən xx.xx.1980-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövr daxilində nəzərə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən şəxsin ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır və şəxs eyni bir dövr ərzində müxtəlif yerlərdə işləsə də, ümumi əmək stajı hesablanarkən yalnız vahid dövr nəzərə alınır, həmin dövr ərzində hər bir iş yeri üçün ayrılıqda əlavə əmək stajı hesablanmır. Odur ki, iddiaçının ümumi əmək stajı 19 il 05 ay 23 gün (dəyişiklik olmadan) nəzərə alınmalıdır.
29. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
30. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
31. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
32. Məhkəmə hesab edir ki, 25 il əmək stajı və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən edilmədiyindən iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” yoxdur. Odur ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva