Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10699/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi dair qərar qəbul edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması haqqında Qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 79 saylı fərdi yaşayış evi atası X1 xüsusi mülkiyyətində olmuşdur. Həmin ev vərəsəlik qaydasında onun xüsusi mülkiyyətimə keçmiş, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 79 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona vahid çıxarış verilmişdir. Qoşmaya əlavə etdiyi Çıxarışdan da məlum olduğu kimi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququm ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda adıçəkilən fərdi yaşayış evimin qeyri-yaşayış sahəsinə keçirilməsi zərurəti meydana gəlmişdir. Bildiri ki, əvvəllər də Cavabdeh başçısının 09 mart 1994-cü il tarixli qərarı ilə kommersiya fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir. Onun tərəfindən 07 may 2025-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 79 saylı fərdi yaşayış evimin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsinə dair qərar qəbul edilməsi üçün Cavabdehnə müraciət edilsə də, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 79 saylı fərdi yaşayış evimin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsindən imtina olunmasına dair cavab məktubu təqdim edilmişdir. İmtina məktubunda qeyd edilir ki, "... müraciətinizdə yaşayış evi sahəsində vaxtilə yenidənqurma və yenidən planlaşdırma və digər işlərin (təmir-tikinti) həyata keçirildiyi qeyd edilmiş, lakin bu işlərə dair müvafiq sənədlər təqdim olunmamışdır, qeyd olunanları nəzərə alaraq, bildiririk ki, müraciətinizin müsbət həlli mümkün deyildir...”. Hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, M. Qaşqay küçəsi 79 saylı fərdi yaşayış evimin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan bütün əsaslar mövcuddur və cavabdeh qurumun imtinası tamamilə əsassızdır: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin İİİ fəslinin 20-22-ci maddələrində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. Həmin Məcəllənin 22-ci maddəsində yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsindən imtinanın əsasları konkret olaraq göstərilmişdir. Belə ki, Mənzil Məcəlləsinin 22-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; Mənzil Məcəlləsinin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə;Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Normanın məzmunundan da aydın olduğu kimi, Cavabdeh tərəfinən təqdim edilmiş cavab məktubunda göstərilən imtina əsası qanunvericilikdə konkret olaraq göstərilmiş imtina əsaslarının sırasına aid deyildir. Belə ki, tərəfimdən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə icazə verilməsi üçün Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan bütün sənədlər təqdim edilmişdir. O cümlədən Mənzil Məcəlləsinin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmişdir. Həmçinin Cavabdeh imtinası Mənzil Məcəlləsinin 22-ci maddəsində 3-cü imtina əsası olaraq müəyyən edilmiş “yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda” əlaqəli deyildir. Mövcud qanunvericilik yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki, həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma aparılmamış, iddiaçı tərəfindən məhz hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir. Həmçinin mülkiyyətində olan mənzil birmərtəbəli olduğundan, digər yaşayış sahələrinin gediş-gəlişinə mane olmadığından, habelə tərəfimdən qanunvericiliklə nəzərdə tutulmuş sənədləri qarşı tərəfə təqdim etdiyimdən mənim ərizəmin təmin edilməsindən imtina edilməsi üçün əsaslar mövcud olmamışdır. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan fərdi yaşayış evi qeyri-yaşayış sahəsinə daha uyğundur. Belə ki, həmin mənzil birmərtəbəli olmaqla, ayrıca sahədə yerləşir, həmçinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün digər şəxslərin hüquqları ilə də yüklü edilməmişdir. Bundan başqa, həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması (təmir-tikinti) həyata keçirilmiş, bu zaman yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmuşdur. İddia ərizəsinə qoşma olaraq əlavə edilmiş foto şəkillərdən də göründüyü kimi, evin küçəyə açılan giriş-çıxış yeri (qapısı) vardır, o cümlədən yanında avtomobillər üçün qaraj da mövcuddur. Bildirir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən gediş-gəlişi təmin etmək üçün hər hansı digər sahədən (yaşayış sahəsindən) istifadə etmək zərurəti yoxdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evim hər hansı mənzilin tərkib hissəsi deyildir, həmçinin daimi yaşayış yeri olaraq istifadə edilmir. Məlumat üçün bildirir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2-ci maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən halların heç biri mövcud deyildir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evimin xüsusi gediş-gəliş üçün qapısı vardır ki, bu da digər şəxslərin hüquqlarını pozmadan həmin evdən qeyri- yaşayış sahəsi olaraq istifadə imkanı yaradır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan yuxarıda göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Həmin Məcəllənin 22.1 -ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; Mənzil Məcəlləsinin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam başa düşülür.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, məxsus fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Rayon icra Hakimiyyətinə ünvanladığı ərizəyə baxılmışdır. Müraciətində yaşayış evi sahəsində vaxtilə yenidənqurma və yenidən planlaşdırma və ya digər işlərin (təmir-tikinti) həyata keçirildiyi qeyd edilmiş, lakin bu işlərə dair müvafiq sənədlər təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, bildiririk ki, müraciətinin müsbət həlli mümkün deyildir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 79 saylı ümumi sahəsi 202 kv.m, altındakı torpaq sahəsi 0,0210 ha mülkiyyətində olmaqla fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.
5. Qeyd edilən ünvandakı fərdi yaşayış evi və altındakı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
6. X2 barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nəsimi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 208/3 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, M.Qaşqay küçəsi ev 79-da yaşayan İddiaçı ərizəsini nəzərə alaraq öz evində kommersiya fəaliyyəti işi ilə məşğul olmaq üçün sahibkarlıq fəaliyyətinin qeydə alınması haqqında Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 208/3 nömrəli sərəncamına əsasən: -X1 “Kommersiya fəaliyyəti” işi ilə məşğul olması üçün sahibkarlıq fəaliyyəti qeydə alınsın. -Rayon mailyyə şöbəsinə tapşırılsın, Əliyev İ.Ə. sahibkarlıq fəaliyyətinin qeydə alınması haqqında 4-cü qrup fəaliyyət növünə lisenziya verilsin...
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. II. İddianın növü və mümkünlüyü
8. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.
9. İddianın növü məcburemtmə növündə iddiadır. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
10. Mənzil Məcəlləsindən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir.
11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 15. İqtisadi inkişaf və dövlət İ. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. İİ. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.https://e-qanun.az/framework/897 İİ. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.
12. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 79A ünvanında yerləşən fərdi yaşayış evi və altındakı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır və həmin fərdi yaşayış evinə dair iddiaçının adına texniki pasport tərtib edilmişdir.
13. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinin (fərdi yaşayış evinin) qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir.
14. Mənzil Məcəlləsindən: 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.
15. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təqdim edilməli sənədləri siyahısı və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinanın əsasları Mənzil Məcəlləsində konkret olaraq göstərilib. Həmin əsaslarda “yenidənqurma və yenidən planlaşdırma və ya digər işlərin (təmir-tikinti) aparılmasına dair müvafiq sənədlər” nəzərdə tutulmamışdır.
16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarına əsasən tələb olunan sənədlər tam şəkildə cavabdehə təqdim edilmişdir.
17. İş materiallarına əlavə olunmuş fotoşəkillərindən və texniki pasportdan görünür ki, ev iki mərtəbədən ibarət ayrıca tikilidir, küçəyə açılan giriş-çıxış yeri (qapısı) vardır, o cümlədən tiklinin aid olduğu ayrıca əlavə mülkiyyətdə olan torpaq sahəsi vardır. Fərdi yaşayış evindən gediş-gəlişi təmin etmək üçün hər hansı digər sahədən (yaşayış sahəsindən) istifadə etmək zərurəti yoxdur. Fərdi yaşayış evi hər hansı mənzilin tərkib hissəsi deyildir.
18. Məhkəmə müəyyən edir ki, daşınmaz əmlak iddiaçının mülkiyyətində olmaqla faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir.
19. Həmin evin ən azı 1994-cü ildən bəri qeyri-yaşayış sahəsi kimi istifadə olunması iş materialları ilə təsdiq edilir. Belə ki, Bakı şəhəri, M.Qaşqay küçəsi ev 79-da yaşayan İddiaçı (iddiaçının mərhum atası) ərizəsini nəzərə alaraq öz evində kommersiya fəaliyyəti işi ilə məşğul olmaq üçün sahibkarlıq fəaliyyətinin qeydə alınması haqqında Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 208/3 nömrəli sərəncamına əsasən, X1 “Kommersiya fəaliyyəti” işi ilə məşğul olması üçün sahibkarlıq fəaliyyəti qeydə alınmışdır.
20. Həmin sərəncamın ləğv olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, sərəncam qüvvədədir, həmin sərəncama iddiaçının etimadı qanunla qorunur.
21. Odur ki, məhkəmə hesab edir ki, əlavə araşdırma aparılmadan iddiaçının qeyd edilən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə qanuni gözləntisi vardır.
22. Məhkəmə hazırki işdə Mənzil Məcəlləsinin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinanın əsaslarının olduğunu müəyyən etmir.
23. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
24. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi dair qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva