Məhkəmə qərarları › İş №2-1(112)-107/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-107/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-107/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın etibarsız hesab edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5 ünvan 2ndə yerləşən 0,06 hektar torpaq sahəsinin ayrılmasına dair Cavabdeh xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarı ilə ünvan 2ndə yerləşən 0,06 hektar torpaq sahəsinin X3ına ayrılması nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qanuni hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Belə ki, Cavabdeh xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarı Müdafiə Nazirliyinə keçmiş Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1937-ci il tarixli 4 nömrəli və xx.xx.1952-ci il tarixli 46 nömrəli qərarları ilə ayrılmış və “Badamdar-15” hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsinə aid verilmişdir. Qərar barədə Müdafiə Nazirliyinə Bakı İnzibati Məhkəməsində iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair 2(009)-1173/2021 saylı mülki işdən məlum olmuşdur. Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1937-ci il tarixli 4 nömrəli və xx.xx.1952-ci il tarixli 46 nömrəli qərarları ilə SSR-i Müdafiə Nazirliyinə 32 hektar torpaq sahəsi ayrılmış, torpaq sahəsində “Badamdar-15” hərbi şəhərciyi salınmışdır. Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il tarixli 211-Xİİ nömrəli qərarı ilə SSR-i Silahlı Qüvvələrin Azərbaycan Respublikası ərazisində yerləşən hissələrinin və bölmələrinin silahı və digər maddi-texniki sərvətləri, o cümlədən binaları milliləşdirilsin. Ali Sovetinin qeyd olunan qərarın icrası ilə əlaqədar “Badamdar-15” hərbi şəhərciyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansına qəbul edilmiş, şəhərcikdə Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan “N” nömrəli hərbi hissə dislokasiya olunmuşdur. Hal-hazırda hərbi şəhərcik Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında və təminatındadır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən Müdafiə Nazirliyinin balansında olan hərbi şəhərciklərin inventarizasiyası aparılmışdır. 1999-cu ildə aparılmış inventarizasiya zamanı Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin balansında olan “Badamdar-15” hərbi şəhərciyin sərhədləri dəqiqləşdirilmiş, bina və qurğuların faktiki vəziyyəti qiymətləndirilmiş, müvafiq məlumatlar “Hərbi şəhərciklərin torpaq sahələri, binaları və qurğularının inventarizasiya albomunda əks etdirilmiş və təsdiq edilmişdir. X3ma 0,06 hektar torpaq sahəsi 1953-cü ildə inşa edilmiş, “Badamdar-15” hərbi şəhərciyin baş plan üzrə N nömrə ilə qeydiyyatda olan “Qaraj” binasının və 1958-ci il də inşa edilmiş, “Badamdar-15” hərbi şəhərciyin baş plan üzrə 245 nömrə ilə qeydiyyatda olan “Qaraj” binasının yerləşdiyi ərazisində qanunsuz olaraq ayrılmışdır. Uzun müddət ərzində istifadəsi, cari və əsaslı təmir olunmaması və zədələnməsi səbəbindən, N nömrəli binanın xx.xx.2018-ci il tarixli “Əmlakın (qiymətlilərin) ləğvi aktı”na, xx.xx.2019-cu il tarixli N nömrəli "N nömrəli hərbi hissənin “Badamdar-15" hərbi şəhərciyində yerləşən baş plan üzrə N nömrəli “Qaraj” binasının sökülmə aktına (surətləri əlavə olunur) əsasən və 245 nömrəli binanın xx.xx.2005-ci il tarixli “Binanın (qurğunun) texniki vəziyyəti haqqında aktına, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi rəisinin xx.xx.2018-ci il tarixli 4429 nömrəli məktubuna (surətləri əlavə olunur) əsasən sökülməsi məqsədəuyğun hesab edilmiş, binalar 2018-2019-cu illərdə silinmiş hesab edilmiş və hərbi şəhərciyin baş planından çıxarılmışdır. “Badamdar-15” hərbi şəhərciyinin mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus və istifadədə olması, şəhərciyin 2004, 2008-2011, 2013, 2014-2016, 2018-ci illər üzrə peykdən çəkilmiş görüntüləri bir daha təsdiq edir. Belə ki, peykdən çəkilmiş qeyd olunan görüntülərindən X5 ayrılmış sahənin hərbi şəhərciyin hüdudları daxilində olması aydın görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X9 inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə göndərilərək, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli 11/3308 saylı iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 3518 saylı məktubunda qeyd olunmuşdur ki, “Badamdar-15” hərbi şəhərciyinin yerləşdiyi torpaq sahəsi Bakı Soveti İcraiyyə Komitəsinin xx.xx.1937-ci il tarixli 4 nömrəli, xx.xx.1952-ci il tarixli 46 nömrəli qərarları ilə keçmiş SSRİ Müdafiə Nazirliyinin istifadəsinə verilmiş, qeyd olunan ərazidə hərbi hissələr və digər hərbi qurumlar yerləşdirilmişdir. 1991-ci ildə “Badamdar-15” hərbi şəhərciyinin yerləşdiyi ərazi, ərazidə yerləşdirilmiş hərbi hissə və digər hərbi qurumların balansında olan bina və qurğular, kommunikasiya xətləri daxil olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansına qəbul edilmişdir. “Badamdar-15” hərbi şəhərciyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin (əvvəllər Abşeron rayon Mənzil-İstismar hissəsi) balansındadır və hərbi şəhərciyin bir hissəsində N nömrəli hərbi hissə dislokasiya olunmuşdur. X1 iddia etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsində yerləşən 0,6 ha torpaq sahəsi “Badamdar-15” hərbi şəhərciyinin ərazisindən ayrılıb və hərbi şəhərciyin ərazisinə aiddir. Həmin torpaq sahəsinin Cavabdeh xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarı ilə ayrılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına” əsasən həmin şəxsin mülkiyyətinə verilməsi qanunsuzdur. İdarə tərəfindən Cavabdehnə xx.xx.2021-ci il tarixli 2479 nömrəli sorğu ünvanlanmış və xx.xx.2021-ci il tarixli 073/06 nömrəli cavab məktubunda (əlavə olunur) qeyd olunan torpaq sahəsinin ayrılması haqqında xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarın və ona əsas olan sənədlərin Bələdiyyədə mövcud olmadığı bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, vətəndaşa ayrılmış torpaq sahəsi “Badamdar-15” hərbi şəhərciyində xx.xx.2005-ci il tarixdə sökülməsinə icazə (sənədlər əlvə olunur) verilmiş baş plan üzrə 245 nömrəli qaraj binasının və 2018-2019-cu illər ərzində sökülmüş (sənədlər əlavə olunur) baş plan üzrə N nömrəli qaraj binasının yerləşdiyi ərazidən ayrılmışdır. Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərin torpaq sahələri, bina və qurğularının 1999cu ildə keçirilmiş inventarizasiyası albomundan (çıxarış əlavə olunur) göründüyü kimi N və 245 nömrəli qaraj binalarının yerləşdiyi ərazi və N və 245 nömrəli qaraj binaları “bina və qurğuların eksplikasiyası”nda öz əksini tapmışdır. N nömrəli hərbi hissənin balansında olmuş N nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair sənədlərdən göründüyü kimi bina 1953-cü ildə, 245 nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair sənədlərdən göründüyü kimi bina 1958-ci ildə inşa olunub. N nömrəli hərbi hissənin yerləşdiyi ərazidə yenidənqurma işləri ilə əlaqədar köhnə bina və qurğular (o cümlədən N və 245 nömrəli qaraj binaları) sökülmüş və yeniləri inşa olunmuşdur. Belə ki, N və 245 nömrəli qaraj binalarının yerləşdiyi sahə əvvəllər olduğu kimi yenidən avtomobil parkı olaraq layihələndirilmiş, tikinti şirkəti tərəfindən ərazidə istinad divarı inşa olunmuş və hazırda yenidənqurma işləri davam etdirilir. “Badamdar-15” hərbi şəhərciyində iddia edilən torpaq sahəsi digər nazirlik və idarələrin torpaq istifadəçilərinin daimi istifadəsinə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına geri qaytarılmayıb. “Badamdar-15” hərbi şəhərciyinin mübahisəli torpaq sahəsinin müxtəlif illər üzrə çəkilmiş görüntüləri də X5 ayrılmış torpaq sahəsinin Müdafiə Nazirliyinin sözügedən hərbi şəhərciyinin ərazisindən ayrılmasını bir daha təsdiq edir (məktubun qeyd hissəsində göstərilmişdir ki, N və 245 nömrəli qaraj binalarının sökülməsinə və qediyyatdan çıxarılmasına dair digər sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir). Məhkəmənin müvafiq sorğularına əsasən: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********81 saylı məktubu ilə məhkəməyə daxil olmuş aşağıdakı sənədlərdən: Bakı şəhəri Cavabdeh 22 dekabr 2006-cı il tarixli 222 nömrəli qərarının surətindən müəyyən olunur ki, vətəndaş X2 Bələdiyyəsinə müraciət edərək Bələdiyyənin mülkiyyəti olan ərazidə T.Məmmədov küçəsi 22 saylı evin yaxınlığında uzun müddət istifadə etdiyi, daş hasara alınmış uzun müddət ailə və mənzil şəraitini yaxşılaşdırmıqdan ötrü istifadə etdiy 600,0 kv. metr torpaq sahəsini alqı- satqı yolu ilə adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bütün bunlara, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına və Badamdar Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixdə keçirilmiş 11 saylı iclasın protokoluna əsaslanaraq, Badamdar qəsəbəsi T.Məmmədov küçəsində olan 600,0 kv. metr torpaq sahəsinin X4 adına sənədləşdirilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2014-cü il tarixli 2-1(81)- 3029/2014 saylı qərarının surətindən müəyyən olunur ki, X10 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (bundan sonra - DTXK-nin Bakı şəhər şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin 22 dekabr 2006-cı il tarixli 222 №-li qərarı ilə ona ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi və həmin qərar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydə alınması vəsifəsinin DTXK-nin Bakı şəhər şöbəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərarı ilə Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin 22 dekabr 2006-cı il tarixli 222 №-li qərarı ilə X6 ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi və həmin qərar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydə alınması vəsifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünün surətindən müəyyən olunur ki, X5 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-3029/20214 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv. metr torpaq sahəsinə dair plan ölçü hazırlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin **********32 №li xx.xx.2021-ci il tarixli məktubla ilə məhkəməyə təqdim olunmuş ünvan 2ndə yerləşən torpaq sahəsinin planı və ölçüsünün tərtib olunmasına əsas olan sənədlər kimi aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Səbail rayonu Badamdar Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi barədə” 222 №li 22 dekabr 2006-cı il tarixli qərarı; Səbail rayonu Badamdar Bələdiyyəsi ilə X9 arasında bağlanmış “Torpaqların alqısatqısına dair” akt; Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən X4 istifadəsində olan torpaq sahəsinin cizgisi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2014-cü il tarixli 2-1(81)-3029/2014 saylı qərarının surəti; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X4 Səbail rayonu, Badamdar qəsəbəsində istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanmasına dair tərtib olunmuş rəy. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3029/2014 №li iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə 2-1(112)-3029/2014 saylı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına dair ərizə verilmişdir. Qeyd olunan iş üzrə Azərbaycan Respublikası Müdafiə Naziliyi tərəfindən təqdim olunmuş aşağıdakı sənədlərdən: Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin N saylı hərbi hissə komandirinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 02 dekabr 2005-ci il tarixdə təsdiq olunmuş “Padamdar-15” hərbi şəhərciyində yerləşən 245 saylı “Qaraj” binasının sökülməsinə icazə verir. Binanın baş plandan və qeydiyyatdan silinməsi üçünplan və en kəsiklər; binanın uçot kartoçkası; binanın sökülməsi haqqında komissiyon aktı; söküntüdən çıxan yararlı materialların hərbi hissənin anbarına mədaxil edilməsi haqqında möhürlü qaimə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə təqdim edilməlidir. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Abşeron rayon Mənzil-İstismar hissəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 4429 №-li məktubda Abşeron rayon Mənzil- İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərdə əmlakın (qiymətlilərin) ləğvi aktı ilə silinmiş, söküntü aktı və mədaxil qaimələri təqdim olunmuş bina və qurğuların balansdan və hərbi şəhərciyin baş planından çıxarılmasının təmin olunması qeyd olunmuşdur. 2014-2018-ci illər üzrə Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərdə əmlakın (qiymətlilərin) ləğvi bina və qurğuların siyahısında N saylı hərbi hissəsinin “Badamdar 15” hərbi şəhərciyində yerləşən 245 saylı qaraj binasının ilkin balans dəyəri 440, ləğv aktının qəbul olunduğu tarix xx.xx.2005-ci il, söküntü tarixi xx.xx.2017-ci il qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin “Batamdar-15” hərbi şəhərciyinin ərazisində yerləşən “N” Nömrəli qaraj binasının xx.xx.2018-ci il tarixli 28 №-li müayinə aktının surətindən görünür ki, “Badamdar-15” hərbi şəhərciyində yerləşən baş plan üzrə N nömrəli qaraj binasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06 sentyabr 2014-cü il tarixli 55 nömrəli qərarı ilə təsdiqlənmiş Təlimatın 2.16.2 bəndinə müvafiq olaraq”torpaq sahələrinin yeni tikinti üçün ayrılması” ilə əlaqədar ləğv edilməsinin məqsədəmüvafiq olunmasına dair rəy verilmişdir. Müdafiə Nazirliyinin Abşeron Mənzil-İstismar hissəsinin xx.xx.2018-ci il tarixli 21 №li Əmlakın (Qiymətlilərin) ləğvi aktının surətindən görünür ki, əmlakın istismar vəziyyətini yoxlayarkən komissiya belə qərara gəlmişdir ki, torpaq sahəsinin yeni tikinti üçün boşaldılması məqsədilə Batamdar-15 hərbi şəhərciyinin ərazisində yerləşən N nömrəli qaraj binasınən ləğv edilməsi və maddi-məsul şəxsin öhdəsindən silinməsi qərara alınmışdır. Müdafiə Nazirliyinin Abşeron Mənzil-İstismar hissəsinin N nömrəli hərbi hissəsinin “Badamdar-15” hərbi şəhərciyində yerləşən plan üzrə N nömrəli qaraj binasının sökülməsinə dair xx.xx.2019-cu il tarixli 14 №-li aktının surətindən görünür ki, “Badamdar- 15” hərbi şəhərciyində yerləşən plan üzrə N nömrəli qaraj binası xx.xx.2019-cu il tarixində tərtib olunmuş sənədlərə əsasən sökülmüşdür. Söküntüdən alınan materialların Abşeron rayon Mənzil-İstismar hissəsinin anbarına mədaxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müraciətinə cavab olaraq, Bakı şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli 074/06 №-li məktubunda qeyd olumuşdur ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Bələdiyyənin mülkiyyətinə veriləcək torpaq sahələrinin hüdudları tam şəkildə müəyyən edilərək, Bələdiyyəyə təhvil verilmədiyindən və bununla bağlı müvafiq qaydada təsdiq edilmiş xəritə materialları mövcud olmadığından məktubda qeyd edilən məlumatların təqdim olunması mümkün olmamışdır. Eləcə də, məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin döngə, nöqtə və koordinatlarının dəqiq müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Kadastr və ünvan Reyestr Xidmətinə müraciət edilməlidir. Göstərilən iş üzrə məhkəmənin 11 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikninti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/3144 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqatın nəticəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi İlkin İmanovun tərtib etdiyi 13 iyun 2023-cü il tarixli, 3-21-3-30/2-20397/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Qeyd edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Badamdar-15” hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ilə üstüstə düşməsini araşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Badamdar-15” hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ülə üst-üstə düşməsini araşdırmaq mümkün olmamışdır. İddiaçının nümayəndəsi tərəfindən göstərilən sahə qeyd olunan hərbi şəhərciyin faktiki sərhəddi (hasarı) daxilində yerləşir. Sözügedən sahənin sərhədləri şərti olmaqla üzərində hərbi şəhərciyə aid tikililərin bir hissəsi yerləşir. Sualda qeyd olunan (torpaq sahəsinin sərhədlərini müəyyən edən mişar daşından hasarlanma işləri aparılmışdırmı, aparıldığı təqdirdə həmin hasarlanma işlərinin aşınması nəzərə alınmaqla hansı dövrə aid olduğunu müəyyən edilməsi) məsələnin müəyyən edilməsi mümkün olmamışdır. Həmin iş üzrə məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçı X4 nümayəndəsi və vəklinin və ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı ilə mübahisəli əraziyə yerində müayinə keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı X4 tələbləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin operativ istifadəsində olan və “N” saylı hərbi hissənin dislokasiya olunduğu Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən “Badamdar-15” hərbi şəhərciyinin avtomobil parkının ərazisinə yönəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3039/2014 №li iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərizəsi təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3029/2014 №li,17 iyun 2014-cü il tarixli qərarının ləğv edilməsi, 2-1(81)-3029/2014 saylı inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 3029/2014 №li iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq olunan hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür (maddə 2.2). Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər (maddə 2.3). Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər (maddə 2.4). Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır (maddə 4.0). qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2); yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək (4.0.3); bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq (4.0.4); ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq (4.0.5); bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək (4.0.6); hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək (4.0.7); bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq (4.0.8); bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək (4.0.9); bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək (4.0.10); öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək (4.0.11); Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək (4.0.12). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (maddə 6.2). Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir) (maddə 6.5). Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır (maddə 6.9). Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1 xx.xx.2008-ci il tarixədək olan redaksiyası). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2- 4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1 -ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nda göstərilmişdir ki; 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Məhkəmənin mövqeyi Hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında cavabdeh inzibati orqanın inzibati akt sayılan qərarının etibarsız hesab olunmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri.

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 23.Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar

1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Göründüyü kimi bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı halda, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən qərar Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, ünvan 2ndə yerləşən 0,06 hektar torpaq sahəsinin X5 ayrılmasına dair Cavabdeh xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarı etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. ünvan 2ndə yerləşən 0,06 hektar torpaq sahəsinin X5 ayrılmasına dair Cavabdeh xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarı etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar