Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1070/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayilov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili Süleymanov Famil Şamil oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi Hətəmova Təranə Cəlil qızının (Yevlax rayonunda qeydiyyatdadr, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı Mirzəli oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Mirzəli oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət xx xxxxxx 1972-ci ildən xx xxxxxx 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, xx xxxxxx 1974-cü ildən xx xxxxxx 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,xx xxxxxx 1977-ci ildən xx xxxxxx 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, xx.xx.1978-ci ildən xx.xx.1983cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndistexnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək “Azərkəndtikinti” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilədək “Azəraqrartikinti” ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və xx xxx 2019-cu ildən hesablanmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, ona məxsus xx.xx.1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1972-ci il tarixdən “Başbakitikinti” İdarəsinin “Sovmədəntikinti” 11 nömrəli trestinin 10 nömrəli XTİ-nə 1-ci dərəcəli fəhlə işinə qəbul edilmiş,xx.xx.1974-cü il tarixədək orada işləmiş və 1 il 11 ay 13 gün staj əldə etmişdir. Həmçinin ona məxsus xx.xx.1985-ci il tarixli, VÇ 058481 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur, bu da 2 il 11 gün təşkil edir və iş stajına əlavə edilməlidir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra o, Bakı Məişət Kondisionerləri zavodunda xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həmin zavodun bərkidici və istilik izolyasiyalı detallar sexində 2-ci dərəcəli köməkçi fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək soyuqbasma avtomatlar sexində 2-ci dərəcəli avtomatçı usta vəzifəsində işləmişdir. Bu da 4 ay iş stajı təşkil edir. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda 7 ay təhsil aldığına görə də bu müddət də iş stajına daxil edilməlidir. xx.xx.1983-cü il tarixli, İV 040274 nömrəli diploma əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Ç.İldırım adına Politexnik İnstitunun əyani fakultəsində oxumuş və bu 5 il də iş stajına daxil edilməlidir. xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək o, Bakı Cihazqayırma Birliyinə baş texnoloq şöbəsində 3-cü dərəcəli mühəndis-texnoloq vəzifəsində, həmin zavodun instrumental təsərüfat şöbəsində baş mühəndis vəzifəsində, geniş istehlak sexində usta vəzifəsində, zavodun xarici əlaqələr və texniki informasiya şöbəsinin rəisi vəzifəsində, 6 nömrəli XİM sahəsində 1-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində işləmiş və 9 il 11 ay 10 gün iş stajı qazanmışdır. xx.xx.1993cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərkəndtikinti” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində işləmiş və 4 il 11 ay 23 gün iş stajı qazanmışdır. “Azəraqrartikinti” ATC Bakı İxtisas mexanikləşdirmə filialında xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək sahə rəisi vəzifəsində işləmiş və 4 il iş stajı əldə etmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsində xx.xx.2002-ci il tarixdən Nəqliyyat şöbəsinin müdiri vəzifəsində işləmiş, xx.xx.2004-cü il tarixdə Biləcəri Bələdiyyəsində daimi işlər üzrə komissiyanın üzvü seçilmiş, xx.xx.2005-ci il tarixdə səlahiyyətinə xitam verilmişdir. Bununla da 3 il 12 gün iş stajı qazanmışdır. xx.xx.2005-ci il tarixdən hal-hazırki günə kimi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləliklə o, 65 yaşına keçmiş və onun ümumi əmək stajı 31 il 09 ay 28 gün təşkil edir. Buna baxmayaraq cavabdeh onun hazırlıq kursunda oxuduğu dövrü təsdiq edən əmək kitabçasındaki qeydi, əyani ali təhsil haqında diplomu və digər iş stajını müəyyən edən əmək kitabçasını təqdim etməyinə baxmayaraq ona yaşa görə əmək pensiyasını təyin etməkdən əsassız olaraq imtina edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçının göstərdiyi sənədlərdəki xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2006-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr sığorta stajı hesab edilməmişdir. Belə ki, iddiaçının əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələbinə uyğun deyildir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Süleymanov Famil Şamil oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi T.Hətəmova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri Binəqədi rayonu ərazisində qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən idarədə olan reyestrdə “Azərkəndtikinti” SMD və “Azəraqrartikinti” X2 Cəmiyyətinin Bakı İxtisasmexanikləşdirmə filialı adlı kommersiya qurumu aşkar edilməmişdir. Vergilər Nazirliyinin elektron portalından çıxarışına əsasən “Azərkəndtikinti” X2 Cəmiyyəti hüququ şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçı xx.xx.2005-ci ildə vergi ödəyicisi kimi uçota alınmışdır, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər fəaliyyət göstərməsi barədə məlumat aşkar edilmişdir, fəaliyyəti aktiv vəziyyətdədir. İT – İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1974cü ilədək “Sosmədəntikinti” Başbaktikinti 11 nömrəli trestin 10 nömrəli XTİ-də fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək Bərkidici və İstilik izolyasiyaları detallar sexində köməkçi fəhlə, soyuq basma avtomatlarının avtomatçı usta, xx.xx.1983-cü ildən xx.xx.1993cü ilədək Bakıcihazqayırma İstehsalat Birliyində mühəndis-texnoloq, usta, şöbə rəisi, mühəndis, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək “Azərkəndtikinti” SMA-da sahə rəisi, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilədək “Azəraqrartikinti” ATSC-da sahə rəisi, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhəri X1 şöbəsinin müdiri vəzifələrində, daimi işlər üzrə komissiyanın üzvü işləmişdir, həmçinin xx.xx.1977-ci ildən xx.xx.1983-cü ilə qədər Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda və həmin ali məktəbun gündüz şöbəsində ali təhsil almışdır. VÇ 058481 nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İV 040274 nömrəli diploma əsasən İddiaçı 1978-ci ildən 1983-cü il tarixədək Ş.İldırım adına AzPİ-nin mexanika fakultəsində gündüz şöbəsində təhsil almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Binöəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya sığorta stajının 25 ildən az olması və fərdi hesabında pensiya kapitalının olmaması əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.İddiaçıya bildirilmişdir ki, xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilə qədər işlədiyi müəssisədə aldığı əmək haqqından sosial sığorta haqlarının ödənilməsini təsdiqləmək mümkün olmadığından həmin müddət və qanunvericiliklə nəzərdə tutulmadığından 1978- 1983-cü illərdə təhsil aldığı dövr sığorta stajına daxil edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1955-ci ildir, əmək kitabçasına əsasən onun 2006-cı ilin yanvar ayına qədər 25 ildən çox iş stajı vardır, həmçinin 2006-cı ilə qədər 1978- 1983-cü illərdə iddiaçı 5 il gündüz şöbəsində ali təhsil almış və ali təhsil müəssisinə hazırlıq kursunda təhsil almışdır, 1974-cü ildən 1976-cı ilə qədər isə iki il müddətində orduda xidmət etmişdir, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər sahibkar kimi fəaliyyət göstərmişdir. İddiaçı cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının tələb olunan sığorta stajı yoxdur, belə ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilə qədər olan dövrdə işlədiyi müddətdə əmək haqqından sosial sığorta haqlarının ödənilməsini təsdiqləmək mümkün olmamışdır, həmin müddəti və 1978-1983-cü illərdə ali məktəbdə təhsil aldığı dövrü sğorta stajına daxil etməkdən cavabdeh imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun 25 ildən çox əmək stajının olması təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən isə iddiaçıdan həmin əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənəd və ya məlumat tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndinə də göstərilmişdir: “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı...” Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:3.2.1. əmək kitabçası; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilə qədər olan dövrdə işlədiyi müddətdə əmək haqqından sosial sığorta haqlarının ödənilməməsi barədə heş bir sübut məhkəməyə təqdim edilməmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır, sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:..sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;.. Həmin Qanunun 2018-ci ilin noyabr ayına qədər qüvvədə olmuş 18-ci maddəsinin redaksiyasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq səlahiyyətiin olması nəzərdə tutulmuşdu. Belə olan halda iddiaçının 1993-2002-ci illərdə işlədiyi müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarını ödəməsini təmin etmək iddiaçının deyil,məhz cavabdehin vəzifəsi və səlahiyyəti olduğuna görə həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığortalarını ödəmədiyi halda bunun məsuliyyəti cavabdehin üzərinə düşür və heç bir halda iddiaçının sosial təminat hüquqlarını məhdudlaşdırmamalıdır. Eyni zamanda məhkəmə o halı da qeyd edir ki, 1993-2002-ci illərdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının özünün gəlirlərindən könüllü şəkildə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Bu hüquq və vəzifə müstəsna olaraq onun işlədiyi müəssisəyə aid idi və müəssisə tərəfindən həmin hüquq və vəzifənin icra edilməməsi nəticəsində iddiaçının məsuliyyətinin yaranması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx xxx 2000-ci il tarixli “Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş dövlət müəssisələrinin özəlləşənə qədər olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə borclarının 2000-ci il yanvarın 1-nə qədər ödənilməmiş hissəsi və onlara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, həmin qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliklə qeyd edilən borclar ləğv edildiyi halda iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilə qədər olan dövrdə işlədiyi müəssisənin sosial sığorta haqlarını ödəyib-ödəməməsi artıq iddiaçıya pensiya təyin edilməsi üçün əhəmiyyət kəsb etmir. Bundan başqa iddiaçı 1978-1983-cü illərdə ali təhsil müəssisəsinə hazırlıq kursunda və ali təhsil müəssisəsinin gündüz şöbəsində ali təhsil almışdır. “Dövlət pensiyaları” haqqında SSRİ Qanunuqüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədəkqüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinəəsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.Məhkəmə onu da qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, xx xxxxxx 1972-ci ildən xx xxxxxx 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, xx xxxxxx 1974-cü ildən xx xxxxxx 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,xx xxxxxx 1977-ci ildən xx xxxxxx 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, xx.xx.1978-ci ildən xx.xx.1983cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndistexnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək “Azərkəndtikinti” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilədək “Azəraqrartikinti” ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və xx xxx 2019-cu ildən hesablanmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı İskəndərov Oruc Mirzəli oğluna xx xxxxxx 1972-ci ildən xx xxxxxx 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, xx xxxxxx 1974-cü ildən xx xxxxxx 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,xx xxxxxx 1977-ci ildən xx xxxxxx 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək “Azərkəndtikinti” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilədək “Azəraqrartikinti” ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və xx xxx 2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1070/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1070/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver