Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10709/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh icra məmuru X1 və icra şöbəsinin nümayəndəsi X12 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icra məmumurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” və Binəqədi rayon İcra şöbəsinin “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh icra məmuru və rəisinin “Azsığorta" ASC-nin mülkiyyətində olan və "xxxx" QSC bankında saxlanılan 1.250.000 manat məbləğində pul vəsaitinin köçürülməsinə (alınmasına) dair hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh icra məmuru və rəisi İddiaçı ASC-yə məlumat vermədən "xxxx" QSC-yə göndərdiyi xx.xx.2023-cü il tarixli inkasso sərəncamına əsasən xx.xx.2023-cü il tarixində “AZSİĞORTA" ASC-nin mülkiyyətində olan 1.2500.000 manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. İddiaçı hesab edir ki, Bakı şəhəri, Binəqədi rayon İcra şöbəsinin icra məmuru və rəisinin hərəkətləri qanunsuzdur. Belə ki, xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə BA seriyalı, 957787 nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsində ünvan 1 ünvanında yerləşən Ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 kv.metr sahəsi qismən sığorta olunmuşdur. xx.xx.2019-cü il tarixində sığorta təminatı verilmiş tikilinin 2-ci mərtəbəsində yerləşən 2000 kv.metr sahənin bir hissəsinə qismən zərər dəymişdir. Sığorta hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X20 Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-03580 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən "xxxx"MMC-yə məxsus tikinti və inşaat materialları bazarı, yanğın baş verdiyi tarixədək yanğın təhlükəsizliyi sahəsində layihə həlli olmadan tikilmiş, tikililər arasında yanğına qarşı ara məsafəsi gözlənilməmiş, mal və məhsulların yığılması qaydası pozulmuş, obyektin elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydalarının” tələblərinə uyğun quraşdırılmamış, yanğına qarşı su təchizatı tələbatı ödəməmiş, yanğın su hovuzuna yanğına avtomobillərinin sərbəst yan alması təmin edilməmişdir. Bundan başqa obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu, ilkin yanğınsöndürmə vasitələri ilə normaya uyğun təmin olunmamış, digər çoxsaylı norma və qayda pozuntuları şəraitində istismar edilmişdir. Norma və qayda pozuntuları, nöqsan və çatışmazlıqların aradan qaldırılması tələbi ilə mütəmadi olaraq müəssisə rəhbərliyinə müraciət olunsa da, obyekt rəhbərliyi tərəfindən tikintisi başa çatmış sahələrin X20 Xidməti ilə razılaşdırılması və müvafiq sənədlərin alınması üçün müraciət etməmiş, obyektin istismarını qanunsuz olaraq həyata keçirmişdir. Müəssisədə 10 dekabr 2019-cu il tarixdən əvvəl X20 Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsində nöqsanların aradan qaldırılması ilə bağlı "xxxx"MMC-yə 11 bənddən ibarət xx.xx.2012-ci il tarixli 5438 nömrəli, 14 bənddən ibarət xx.xx.2013-cü il tarixli 2039 nömrəli, 23 bənddən ibarət xx.xx.2014-cü il tarixli 5602 nömrəli, 16 bənddən ibarət xx.xx.2015-ci il tarixli 1535 nömrəli göstərişlər verilmiş, 09 bənddən ibarət xx.xx.2014-cü il tarixli 050 nömrəli xəbərdarlıq edilmiş, xx.xx.2016-cı il tarixli xx/xx-01000 nömrəli, xx.xx.2019-cu il tarixli xx/xx-00501 nömrəli xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli xx/xx-07325 nömrəli məktublar göndərilmişdir. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X20 Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-05186 nömrəli məktubunda göstərilir ki, ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus tikinti və inşaat materialları bazarı yanğın hadisəsi baş verdiyi 10 dekabr 2019-cu il tarixədək yanğın təhlükəsizliyi sahəsində layihə həlli olmadan tikilərək çoxsaylı kobud norma və qayda pozuntularının mövcudluğu şəraitində istismar edilmişdir. Sığorta hadisəsinin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrində qeydiyyata alınan "xxxx" MMC-yə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli 0339 nömrəli ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən "xxxx"MMC-yə məxsus tikinti və inşaat materialları bazarının, yanğın baş verdiyi tarixədək tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş, yəni özbaşına tikinti olmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 35.3.4-cü maddəsinə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak) əsasən "xxxx"MMC-yə dəymiş zərər hesablanılmayaraq sığorta ödənişi verilməmişdir. O cümlədən xx.xx.2020-ci tarixində və xx.xx.2023-cü il tarixində sığorta ödənişinin verilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində "Azsığorta” ASC tərəfindən Cavabdeh sorğularına cavab verilərək göstərilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olan pul vəsaiti "xxxx" ASC-də olmamış, hər hansı öhdəliyi yaranmamışdır. “İcra haqqında” AR Qanununun 57.1-ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Lakin Binəqədi rayon İcra Şöbəsinin qanunsuz hərəkətlərinə əsasən mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olmayan 1 250 000 (bir milyon iki yüz əlli min) manat pul vəsaiti üzərinə həbs qoyulmuşdur. Ümumiyyətlə "xxxx" ASC dəymiş zərərlə bağlı sığorta kompensasiyasını hesablamamış və bununla bağlı hər hansı pul vəsaitini bank hesablarında saxlamamışdır (ödəniş tapşırığı verməmişdir). BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 manat sığorta məbləği, hazırkı situasiyada "xxxx" MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan pul vəsaiti deyil. Belə ki, “İcbari sığortalar haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı ... faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən ... sığortaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş imtinanın ümumi əsasları ilə yanaşı sığorta ödənişinin verilməsindən imtina edə bilər. İddiaçı ASC də bu hüquqlardan istifadə edərək "xxxx" MMC-yə sığorta ödənişinin verilməsindən imtina etmişdir. MMC isə bu faktı səlahiyyətli orqan və ya məhkəmə vasitəsilə mübahisələndirməmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla Cavabdehnə bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olan pul vəsaiti "xxxx" ASC-də olmamış və hər hansı öhdəliyi yaranmamışdır. Lakin Binəqədi rayon İcra Şöbəsi yuxarıda sadalanan hallara nəzər yetirmədən, BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 manat sığorta məbləğini yanlış olaraq "xxxx" MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan “pul vəsaiti”, yəni əmlakı kimi qəbul etmişdir. Hətta icra məmuru və məhkəmə sığorta şəhadətnaməsində qeyd olunan və ümumiyyətlə "xxxx" ASC-nin öhdəliyində qalmayan 49 500 manat azadolma məbləğini də "xxxx" MMC-nin pul vəsaiti kimi qəbul etmişdir. Həmçinin vurğulanmalıdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)- 184/2021 nömrəli icra vərəqində borclu kimi "xxxx" ASC göstərilməmişdir. Lakin Binəqədi rayon İcra Şöbəsi tərəfindən "xxxx" QSC-yə göndərilən xx.xx.2023-cü il tarixli inkasso sərəncamında "xxxx" ASC-nin mülkiyyətində olan pul vəsaitləri götürülmüşdür. Göründüyü kimi, "xxxx" ASC-dən 1 250 000 (bir milyon iki yüz əllimin) manat məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə qərardadı olmadığı halda, Cavabdeh bu pul vəsaitini "xxxx" QSC-dən (Bankdan) köçürülməsinə nail olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı münasibətdə (etirazda) və qarşılıqlı iddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021- 038 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X5, X6 və "xxxx" MMCdən müştərək qaydada 391891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X13, 389974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X14, 135800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X3, 193465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X16, 193909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X2, 324866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X7, 115083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X15 və 107804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X4 ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra vərəqəsində göstərilən tələbi 10 (on) gün müddətində könüllü qaydada təmin edilməsi barədə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Belə ki, icra vərəqəsinin icrası ilə əlaqədar borclular X9, X10 əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sisteminin bazasına (mülkiyyətində daşınmaz əmlak, nəqliyyat vasitəsi olub-olmaması, pensiya, təqaüd alıb-almaması, vergi ödəyicisi olub-olmaması ilə bağlı sorğular edilmiş və alınmış cavablarda borclunun adma tələbin yönəldilə biləcəyi yetərli əmlak aşkar edilməmişdir. Həmçinin digər "xxxx" MMC əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sisteminin bazasına mülkiyyətində daşınmaz əmlak, nəqliyyat vasitəsi olubolmaması, vergi ödəyicisi olub-olmaması ilə bağlı və bank hesabları barədə sorğular edilmiş və alınmış cavablarda borclunun adına tələbin yönəldilə biləcəyi heç bir daşınar və daşınmaz əmlak müəyyən edilməmişdir. Müəyyən edilmiş bank hesablarına isə tətbiq edilmiş inkasso sərəncamları, hesabda vəsait olmadığı üçün icra edilməmişdir. İcra sənədi üzrə tələb ödənilmədiyi üçün aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, borclu "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlaka dair "xxxx" ASC tərəfindən İcbari Sığorta Şəhadətnaməsi (№RAZ **********) verilərək ******* manat vəsait nəzərdə tutulmuş və həmin şəhadətnamə üzrə vəsaitdən hazırkı vaxta qədər heç bir sığorta əməliyyatı aparılmamışdır. Sığorta üçün nəzərdə tutulmuş pul vəsaitinin üzərinə tələb həcmində həbs qoyulması ilə bağlı təqdimatla xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə də müraciət olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunaraq xx.xx.2023-cü il tarixdə icra olunması üçün Cavabdehnə göndərilmiş və elə həmin tarixdə də "xxxx" ASC-yə məxsus manatla və xarici valyuta hesablarına inkasso sərəncamları göndərilmişdir. Həmin sərəncamların icrası ilə bağlı nəzərdə tutulmuş ******* manat vəsaitin zərərçəkəntələbkarlar arasında xx.xx.2023-cü il tarixli qərarla bölüşdürülməsi təmin edilmiş və hazırda qalıq 600000 manatdan yuxarı maddi ziyanın ödətdirilməsi ilə bağlı tərəfimizdən müvafiq icra hərəkətləri aparılmaqdadır. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir. Belə ki, "xxxx" ASC tərəfindən son üç ayın ərzində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə icra məmurunun hərəkət və qərarlarından eyni predmet üzrə 5 əsassız ərizə daxil olmuş və həmin ərizlər aşağıdakı məhkəmə qərardadları ilə birmənalı rədd edilmişdir: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-457/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin 8( 103)-313/2023 saylı, xx.xx.2023cü il tarixli Qərardadı. Göründüyü kimi, "xxxx" ASC yenidən daha bir əsassız ərizə ilə bu dəfə Bakı İnzibati Məhkəməsinə üz tutmuş və əvvəlki eyniməzmunlu müraciətləri barədə məhkəməyə məlumat verməyərək məhkəmənin vaxtını almaqla yalan məlumatlar verməyini davam etdirmişdir. Məlumat üçün bildirilir ki, sözügedən icra sənədi üzrə hadisələr (ticarət müəssisəsində baş vermiş yanğınla çoxsaylı zərərçəkənlərə dəymiş ziyan həcmi) Azərbaycan cəmiyyətində kifayət qədər ictimailəşmiş məsələdir və hər kəs bundan media və mətbuat vasitəsi ilə xəbərdardır. Belə olan halda "xxxx" ASC tərəfindən Bakı İnzibati Məhkəməsinə yenidən əsassız ərizə ilə müraciət etməsi (məhkəməni aldatmağa çalışması, eyni müraciətlərlə məhkəmələrin iş yükünü artırmağa çalışması(səbəb olması) və sairə) tamamilə qəbul olunmazdır və məsuliyyət səbəb olmamalıdır. Aparılmış icra tədbirləri nəticəsində Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktı prosessual qanunvericiliyin tələblərinə tam riayət edilməklə icra olunmuş və tələbkarların (zərərçəkənlərin) haqlı tələbləri hələki qismən təmin edilmişdir. Bununla bağlı "xxxx" ASC-nin Binəqədi rayon İcra şöbəsinə qarşı növbəti uydurma tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən, "xxxx" ASC-nin iddia ərizəsinin təmin edilməməsi və əlavə vaxt itkisinə yol verdiyinə görə "xxxx" ASC-dən 50.000 (əlli min) manat maddi və mənəvi ziyanın tutularaq YAŞAT Fonduna (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanların və şəhid ailələrinin təminatına dəstək fondu) köçürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizələrini nəzərdən keçirərək işin mümkünlük məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd etdi və tələbi müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 təqdim edilmiş etiraza və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın mümkünlük məsələsinin məhkəmənin mülahizəsinə uyğun həll edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizələri mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, borclular X5, X6 və "xxxx" MMC-dən vurulmuş maddi ziyana və ödənilmiş dövlət rüsumlarına görə müştərək qaydada müxtəlif məbləğdə pul vəsaitləri tutularaq tələbkarlar X13, X14, X3, X16, X2, X7, X15 və X4 ödənilməlidir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra sənədi üzrə borclu "xxxx" MMC-nin "xxxx" ASC-də olan pul vəsaitinin üzərinə tələb həcmində həbs qoyulması barədə Binəqədi RİŞ-in icra məmurunun təqdimatı təmin edilərək "xxxx" MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1.250.000 manat (bir milyon iki yüz əlli min) pul vəsaitinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Binəqədi RİŞ-ə həvalə edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-376/2023 saylı qərardadına izah verilməsi barədə "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilməmişdir. -Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-457/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə “Azsığorta ASC-nin şikayətinin təmin edilməmişdir. -Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli “Borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qərardan “Azsığorta ASC tərəfindən verilmiş şikayətinin təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-313/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Cavabdehnə göndərilmiş və həmin qurumda müvafiq icra tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Hazırda iddiaçı "xxxx" ASC Binəqədi rayon İcra şöbəsinin icra məmurunun qeyd olunan icra sənədinin icrası ilə bağlı "xxxx" ASC-yə məxsus "xxxx" QSC-də saxlanılan 1.250.000 manat məbləğində pul vəsaitinin köçürülməsinə (alınmasına) dair hərəkətlərini qanunsuz hesab edir və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Plenum qərarının həmçinin qeyd edilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). «İcra haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun: -8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından,hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. AR Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən: Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, “İcra haqqında” Qanunun tələbinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırkı mübahisə üzrə icra sənədi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC-nin cavabdeh icra qurumunun həmin icra sənədi üzrə icra icraatı çərçivəsində hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmədə mübahisələndirmək imkanı olmuşdur ki, iş materiallarında olan qərardadadlardan göründüyü kimi "xxxx" ASC bu hüququndan da istifadə etmiş və məsələyə hüquqi qiymət verilmişdir. Məhkəmə Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, ilkin iddia üzrə tələb mümkün hesab edilmədiyindən, qarşılıqlı iddia tələbi də mümkün hesab edilməməlidir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı tələb üzrə iddianın mümkünlük şərtlərinin ödənilməsi müəyyən edilmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı tələblər üzrə iddialara inzibati məhkəmə icraatında baxıla bilməz. Odur ki, iddia və qarşılıqlı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10709/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10709/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver