Məhkəmə qərarları › İş №2-1(112)-10710/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10710/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10710/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrdən çıxarışın verilməsi öhdəliyinin və hərbi biletində qeydlər aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Vətən Müharibəsində 23 sentyabr 2020-ci il tarixdən 10.10.2020-ci il tarixinədək 704, N saylı hərbi hissələrinin Qubadlı və Zəngilan istiqamətində Vətən Müharibəsində iştirak etməsi barədə əmrdən çıxarışın verilməsi və hərbi biletdə qeydlər aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən 12.10.2021-ci il tarixli, 11/4877 nömrəli iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, hesab edirlər ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə Şəki İnzibati Məhkəməsində (2-1(16)-1314/2021) baxılır. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 C ünvanı iddiaçının deyil, İctimai Birliyin ünvanı olduğundan və həmin Birliyin sədri X3 iddiaçının nümayəndəsi qismində iştirak etməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə zidd olduğundan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6247/201 saylı qərardadı ilə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır.” Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10710/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində faktiki ünvan kimi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 C qeyd etmiş, lakin, məhkəmə araşdırması zamanı həmin ünvanın Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin ünvanı olduğu, iddiaçının Bakı şəhərində faktiki yaşayış yerinin olmadığı, bundan əlavə onun yaşayış yerinin Qax rayonu, Qıpçaq ərazi dairəsi, Qıpçaq kəndi olması müəyyən edilmişdir. İddiaçı X2 yaşayış yeri Qax rayonudur. Qax rayonu isə Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 19.6-cı maddəsinə əsasən bəndinə əsasən Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı inzibati işin baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Qax rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından hazırkı iş aidiyyətı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5, 80-ci və 85-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Vətən Müharibəsində 23 sentyabr 2020-ci il tarixdən 10.10.2020-ci il tarixinədək 704, N saylı hərbi hissələrinin Qubadlı və Zəngilan istiqamətində Vətən Müharibəsində iştirak etməsi barədə əmrdən çıxarışın verilməsi və hərbi biletdə qeydlər aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair 2-1(112)-10710/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X7yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar