Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10714/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu Rayon Şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu Rayon Şöbəsinə qarşı xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “İntensivləşdirmə” KM-də baş mühəndis kimi elmi sahə üzrə əmək fəaliyyətində olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi, yaşa görə əmək pensiyasının həmin sosial sığorta stajı və onun elmi fəaliyyətlə məşğul olaraq elmlər namizədi elmi dərəcəsi alması da nəzərə alınmaqla qanuna uyğun olaraq yenidən hesablanması və əmək pensiyası yenidən hesablanarkən yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsinin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Sabunçu Rayon Şöbəsinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2021-ci il tarixli məktubla İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli hüquqi yardım haqqında məktub xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim edilmişdir və məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilərək, cavabdehin əvəz edilməsi üçün məhkəmə tərəfindən iddiaçıya kifayət qədər şərait yaradılmışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə Teleqram ünvanlayaraq xx.xx.2021-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, İddiaçı hazırkı iddia tələbi üzrə səlahiyyətli inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı çıxış etdiyindən, həmin tələb ona qarşı yönəldilməlidir. Odur ki, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil etdiyindən, hazırkı iddia tələbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yönəldilə bilər, yəni Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu Rayon Şöbəsi hazıkı iş üzrə cavabdeh kimi çıxış edə bilməz. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraiət etmiş və həmin inzibati orqandan imtina almışdır (xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubu). Dövlət Sosial Müdafiə X5 2020-ci il 23 iyul tarixli qərarına uyğun olaraq Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı yerinə yetirir. Bundan əlavə, X6 2020-ci il 25 sentyabr tarixli qərarına uyğun olaraq, Fondun Bakı şəhəri üzrə Suraxanı rayon xidmət nümayəndəliyinin əsasında Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı, Fondun Bakı şəhəri üzrə Sabunçu və Nizami rayon xidmət nümayəndəliklərinin əsasında Fondun X1 üzrə Mərkəzi Filialı yaradılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair razılığının olması iş materialları ilə öz təsiqini tapmamışdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud qanunvericiliyə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu Rayon Şöbəsi hazırkı iddiaya cavab verməli olan cavabdeh olmadığından, ona qarşı yönəldilmiş hazırkı iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-10714/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10714/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver