Məhkəmə qərarları › İş №2-1(112)-10714/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10714/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10714/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən, yəni xx.xx.2023-cü il tarixdən hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildə yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illlər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırkı pensiyası arasında olan fərqin birdəfəlik ödəniş şəklində ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixində Oğuz rayonunun Kərimli kəndində anadan olmuşdur. 1987-ci il tarixdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə qədər Bakı şəhəri 22 nömrəli TPM-də peşə təhsili almış, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər “Kafkazenerqomontaj” trestində elektrik qaynaqçısı, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər Vartaşen (indiki Oğuz) rayonu “Qələbə” sovxozunda fəhlə işləmişdir. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Bünyad Sərdarov adına zavodda, xx.xx.1979-cu ildən xx.xx.1989cu ilə qədər 2 nömrəli ETK-da, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 4 nömrəli TTİdə elektrik qaynaqçısı işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər Bakı şəhəri Xətai rayon Məhkəməsində məhkəmə iclas katibi, xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilə qədər məhkəmə icraçısı, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə qədər Bakı şəhəri Nizami rayon Məhkəməsində məhkəmə icraçısı işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 522 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2289 nömrəli sərəncamı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-ci il tarixli 3052 və 3053 nömrəli sərəncamları ilə Ağdaş rayon Məhkəməsinin hakimi və sədri vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 3297 və 3298 nömrəli sərəncamları ilə yenidən Ağdaş rayon Məhkəməsinin hakimi və sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şürasının xx.xx.2023-cü il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı nəzərə alınaraq səlahiyyətlərinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Peşə təhsili, həqiqi hərbi xidmətdə olmağı ilə birlikdə ümumi əmək stajı 47 ildən artıqdır. xx.xx.2023-cü il tarixdən cavabdeh orqan tərəfindən iddiaçıya 6172,48 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıla eyni ildə, yəni 2000-ci il tarixində hakim vəzifəsinə təyin edilən və 2022-ci ilin dekabr ayının sonunda, yəni R.Nəsibovdan 1 ay 10 gün əvvəl pensiyaya çıxmış məhkəmə sədrinə 6230 manat, yəni iddiaçıdan artıq pensiya təyin olunduğunu öyrəndikdən sonra pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli №3-17-1/2-N-86509/2023 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, "11 fevral 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 2412.52 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 1085,63 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 603,13 manat, digər növ əlavələriniz 4441,94 manat olmaqla orta aylıq əmək haqqınız 8543,22 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 22 il 5 ay 8 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (8543.22 manat) 72,25 faizi-6172,48 manat məbləğində müəyyən edilib”. Ədliyyə Nazirliyi tərəfindən verilmiş və cavabdeh orqana təqdim etdiyi arayışda məhkəmə sədri kimi vəzifə maaşının 2485 manat olduğu göstərildiyi halda, cavabdeh orqan tərəfindən vəzifə maaşının orta aylıq məbləğinin hansı əsasla azaldılaraq 2412,52 manat göstərilməsi, həmçinin hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavənin 1085,63 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı vəzifə maaşının 25 faizi miqdarında əlavənin 603,13 manat göstərildiyi halda, digər növ əlavələrin 4441,94 manat olması göstərilsə də, həmin məbləğin nədən ibarət olması və necə hesablanması göstərilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan 20.7.2-ci maddəsi əsas götürülərək ona 72,25 faiz yəni 6172,48 manat pensiya təyin edilmişdir. Həmin Qanunun 20.1.4-cü maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqınının 5 faizi miqdarında əlavə olunmaqla əlavə hesablanır. Qeyd olunan Qanunun tələbinə görə iddiaçıya 72,25 faiz deyil, 80 faiz pensiya hesablanmalı idi. Cavabdeh orqanın yuxarıda qeyd olunan qaydada iddiaçıya pensiya hesablaması onun pensiya təminatına neqativ təsir etdiyi ücün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbi nəzərə alınmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Digər tərəfdən iddia tələbi əsaslı olduğundan iddiaçıya hesablanmış əmək pensiyası yenidən hesablandıqda artım müəyyən ediləcəkdir. Həmin artım müəyyən edildiyi halda iddiaçı həmin fərqi almaqdan da məhrum olmuş olacaq. Odur ki, iddiaçıya əmək pensiyası yenidən hesablandıqdan sonra məhrum olduğu həmin məbləğlərin hesablanaraq birdəfəlik ödəniş şəklində ödənilməsi də zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsinin əsasları kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Nəsimi Rayon Məhkəməsinə, xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Səbail Rayon Məhkəməsinə, xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdaş Rayon Məhkəməsinə hakim təyin edildiyini, cavabdeh orqanın imtinası ilə razılaşmadığını və “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən hakim kimi ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması hüququnun olduğunu qeyd etmişdir. Məhkəmədən xx.xx.2023-cü il tarixdən hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əməkhaqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə 10 ildən yuxarı hakimlik fəaliyyətinin hər ili üçün orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) məhkəmə sədri vəzifəsində faəliyyətinin son 24 ayı, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası ilə hazırkı pensiyasının arasında olan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçı xx.xx.2023-cü il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyasının 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Cavabdeh bildirir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. İddiaçıya ünvanlanmış 3-17-1/2-N-86509/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2412,52 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1085,63 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 603,13 manat, digər növ əlavələr 4441,94 manat olmaqla orta aylıq əmək haqqı 8543,22 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 22 il 5 ay 8 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (8543,22 manat) 72,25 faizi-6172,48 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin fevral (18 gün üzrə) və mart ayları üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 7615,64 manat fərq məbləği hesablanıb. Həmin 7615,64 manat pul vəsaitinin 3807,82 manat hissəsi cari ayda ödənilib, qalan 3807,82 manat vəsaitin isə pensiyanın (6172,48 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Beləliklə, İddiaçı təyin edilmiş əmək pensiyası mövcud qanunvericiliyin tələblərinə əsasən hesablanmışdır. Bu səbəbdən də, iddiaçının “Əmək pensiyaları haqqında” Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən ona təyin edilmiş əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2023-ci il tarixdə çatmışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, İddiaçı Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya hüququ yaranmadığından, ona keçmiş qanunvericiliyin müddəaları nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qanunsuz hesab edilməlidir. Bu səbəbdən də, İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək müvafiq hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə yəni çatmadığına görə (Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən), həmçinin iddiaçıya təyin edilmiş əmək pensiyası xx.xx.2023-cü il tarixdə yenidən hesablandığından iddiaçının tələbi əsassız və qanunaziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növündə iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya 11 fevral 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2412,52 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1085,63 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 603,13 manat, digər növ əlavələri 4441,94 manat olmaqla orta aylıq əmək haqqı 8543,22 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 22 il 5 ay 8 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (8543,22 manat) 72,25 faizi-6172,48 manat məbləğində müəyyən edilib. Həmçinin cari ilin fevral (18 gün üzrə) və mart ayları üzrə sizə ödənilməli olan ümumilikdə 7615,64 manat fərq məbləği hesablanıb. Həmin 7615,64 manat pul vəsaitinin 3807,82 manat hissəsi cari ayda İddiaçı ödənilib, qalan 3807,82 manat vəsaitin isə cari ilin may ayında pensiyasının (6172,48 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. -Nəsimi RPİ tərəfindən xx.xx.2013-cü ildə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -16 may 1976-cı il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus ИТ–İ №0108847 saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2000-ci ildə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi, xx.xx.2013-cü ildə Ağdaş Rayon Məhkəməsinin hakimi və sədri, xx.xx.2017-ci ildə Ağdaş rayon məhkəməsinə hakim və sədri təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-8/2- 199/2023 nömrəli arayışından görünür ki, verilir İddiaçı ondan ötrü ki, rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-cu il tarixdən 2485,00 manat təşkil edir. Eyni zamanda «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. Bildirilmişdir ki, İddiaçı hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3%-i miqdarında məcburi sosial siğorta haqqı tutulmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-8/2-198/2023 nömrəli arayışdan görünür ki, Ağdaş Rayon Məhkəməsində sədr vəzifəsində işləmiş İddiaçı son 2 illik əmək haqqı barədə 2021-2023-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində aldığı əmək haqqının məbləği vəzifə maaşı, qulluq stajına görə əlavə, əmək haqqına əlavə, təmsilçiliyə görə əlavə, müalicə üçün müavinət, müavinət, məzuniyyət haqqı, xəstəlik vərəqəsi üzrə əlavə, kompensasiya da daxil olmaqla cəmi 160.764,00 manat (yüz altmış min yeddi yüz altmış dörd manat) təşkil etmişdir. İddiaçı sədr vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3 faizi miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur. Müvafiq sorğu əsasında məhkəməyə təqdim edilmiş pensiya işinə dair materiallardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 047492 nömrəli qərarı ilə iddiaçının hakimlik səlahiyyətinə xitamla bağlı hakim kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hazırkı pensiya məbləği 1536,87 manat, vəzifə maaşı 2412.52 manat, vəzifə maaşına əlavə 2412.52 manat, qulluq stajına görə əlavə 45% olmaqla 1085.63 manat, müavinət görə əlavə 800% olmaqla 2029.42 manat, səlahiyyətlərin icrasına görə 25% olmaqla 603.13 manat, dövlət məvacibinin cəmi 8543 manat, 22 qəpik, pensiya faizi 72.25 faiz yenidən hesablanmış pensiya məbləği 6172 manat 48 qəpik təşkil etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2000-ci ildən xx.xx.2023-cü ilədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 22 il 05 ay 09 gün olmaqla xx.xx.2023-cü il tarixdən məhkəmə sədri vəzifəsindən son yaş həddinə çatması ilə əlaqədar hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 72,25%-i əsas götürülməklə xx.xx.2023-cü il tarixdən hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin pensiyanın hesablama qaydası ilə razılaşmır və ona hakim kimi işlədiyi son 24 ayın, yəni xx.xx.2021xx.xx.2023-cü il tarixədək məhkəmə sədri vəzifəsində aldığı orta aylıq əmək haqqının 80% olmaqla pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdehin mövqeyinə görə iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya hüququ yaranmadığından, ona keçmiş qanunvericiliyin müddəaları nəzərə alınmaqla pensiyasının yenidən hesablanması mümkün deyildir. Məhkəmə qeyd edir ki, 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinə əsasən səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliyinə əsasən: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir. 30 dekabr 2005-ci il tarixdə «Məhkəmələr və hakimlər haqqında» Qanuna sözügedən maddə aşağıdakı redaksiyada verilmişdir: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir». 19 oktyabr 2007-ci il tarixdə isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklə 109-cu maddənin beşinci və altıncı hissələri maddədən çıxarılmış və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunmuşdur: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir». Beləliklə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə bir sıra qanunlara, o cümlədən «Məhkəmələr və hakimlər haqqında» qanunun hakimlərin pensiya təminatı ilə bağlı məsələləri nizama salan normalarına yeni tənzimləmə gətirilmiş, nəticə etibarı ilə pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının artıq «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq həyata keçiriləcəyi təsbit edilmişdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.7-ci maddəsinə əsasən həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununu ilə pensiya qanunvericiliyinə edilmiş köklü dəyişikliklər nəticəsində social müdafiə təminatları ilə bağlı fəaliyyətdə olan hakimlərin hüquqi vəziyyətləri də ciddi dəyişikliklərə məruz qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minən həmin dəyişiklərə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasına əsasən: -20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; -20.7-ci maddəsinə görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Beləliklə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə ilk əvvəl heç bir hakimlik stajı ilə bağlı olmayan və axırıncı iş yerində aldıqları əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya verilməsi nəzərdə tutulmuşdur. Həmin maddəyə 20 iyun 2003-cü il və 14 iyun 2005-ci il tarixli dəyişikliklə əlaqədar 1997-ci ildən sonra hakim vəzifəsində çalışmış şəxslərin, eləcə də «Məhkəmələr və hakimlər haqqında» Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərin pensiya faizi 80 faizi olmaqla yalnız axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarından hesablanması təsbit edilmişdir. Daha sonra həmin Qanuna 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərlə qanunvericiliyin müddəaları dəyişdirilmiş və nəticə etibarilə qanunverici hakim kimi pensiya hüququnun əmələ gəlməsini ən azı 5 illik hakimlik stajına bağlamış və hakimlərin stajından asılı olaraq pensiyanın miqdarı differensasiya olunmuş, bu zaman təyin ediləcək pensiya məbləğinin hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizindən 80 faizədək məbləğində müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minən “Əmık pensiyaları haqqında” Qanuna dəyişiklikdən sonra isə sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ 5 ildən 15 ilə qaldırılmışdır. Eyni zamanda qeyd olunan Qanunun 20.7-ci maddəsi ilə əmək pensiyasına əlavələrin 5 ilin orta aylıq əməkhaqqından deyil, hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanması təsbit edilmişdir. Beləliklə işin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: -İddiaçının pensiya məbləği son 24 ayın yaxud istənilən ardıcıl gələn 60 ayın əmək haqqısı əsasında hesablanmalı; -İddiaçıya tətbiq ediləcək pensiya faizinin həddi nə qədər olmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş «Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. «Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Beləliklə, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli social müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin, o cümlədən hakimlərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafiq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin dövlət hakimiyyəti orqanlarında çalışan və müxtəlif vəzifələri həyata keçirən şəxslərin, o cümlədən hakimlərin inkişaf prosesində olan pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. Məhz qanunvericiliyə edilmiş dəyişikliyi bu konteksdə qiymətləndirən məhkəmə qeyd edir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi onu deməyə əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hakimlərin sosial təminatı ilə bağlı bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır. X2 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “....qanunverici, hakimlərin pensiya təminatına dair yeni qanunvericilik müddəalarını, o cümlədən «Əmək pensiyaları haqqında» Qanunu qəbul edərkən, əvvəllər «Məhkəmələr və hakimlər haqqında» və «Konstitusiya Məhkəməsi haqqında» Qanunlarda nəzərdə tutulmuş pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının şərtlərini dəyişdirərkən, fəaliyyətdə olan hakimlərin müstəqilliyinə verilən təminatların pozulmasına və onların pensiya təminatı ilə bağlı hüquqi vəziyyətinin pisləşdirilməsinə şərait yaratmamaq üçün mütləq keçid müddəaları nəzərdə tutulmalı idi. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki:

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Oxşar stiuasiyanın hazırkı iş üzrə yarandığını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işdə də oxşar mövqe nümayiş etdirilməklə, iddiaçıya pensiya təyin olunarkən onun hakim vəzifəsində işlədiyi dövrdə qüvvədə olmuş və eləcə də qüvvədə olan daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, iddiaçının 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuş, bu tarixədək isə 22 il 05 ay 09 gün hakim kimi iş stajı olmuşdur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının pensiya təyinatı məsələsinə «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin 10 iyun 1997-ci il tarixli redaksiyası, 20 iyun 2003-cü il tarixli redaksiyası və 30 dekabr 2005-ci il tarixli dəyişiklikləri əsasında qiymətləndirilməməldiir. Əvvəla, ona görə ki, iddiaçı 2000-ci ildən hakim təyin edilmiş şəxs olmaqla 2023-cü ildə son yaş həddi ilə vəzifədən azad edilmişdir və bu zaman hakimlər üçün pensiya təyinatını tənzimləyən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 5-ci hissəsi qüvvədə deyildi. Yuxarıda da qeyd edildiyi kimi 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq həyata keçirilmişdir. Odur ki, iddiaçıya münasibətdə “Məhkəmələlər və hakimlər haqqında” Qanunun qüvvədən düşmüş normasına əsaslanmaqla hazırda da pensiya təyinatını tənzimləməyən, qüvvədə olmayan normalarına istinad etməklə 80 faiz miqdarında pensiyanın yalnız beş ilin əmək haqqısı əsasında təyin edilməsi məhdudiyyəti və ya şərti tətbiq edilə bilməz. Cavabdehin istinad etdiyi Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmiş-30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarının tətbiq olunmasına istinadı da hazırkı halda vəziyyəti iddiaçının ziyanına dəyişdirmir. Belə ki, qeyd edildiyi kimi Konstitusiya Məhkəməsinin sözügedən qərarı 2008-ci il tarixlidir və həmin Qərarla rəsmi şərhi verilmiş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci hissəsi qüvvədən düşmüşdür. İkincisi, KM-nin adıçəkilən Qərarı 109-cu maddəsinin 5-ci hissəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasının həmin tarixədək vəzifəyə təyin olunmuş hakimlərə tətbiq edilməsini nəzərdə tutmaqla həmin tarixədək hakimlərin pensiya təminatında baş vermiş dəyişikliklərdən daha üstün sosial müdafiə imkanını nəzərdə tutan, qazanılmış hüququn saxlanılmasına nail olmaq məqsədi daşımışdır. Belə ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərə qədər qüvvədə olan redaksiyasında hakim vəzifəsində işlədikləri müddətlərdən asılı olmayaraq hakimlər axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya təminatı hüququna malik idilər. Məhz qeyd edilən dəyişikliklərdən sonra artıq hakim kimi pensiya təminatı hüququna malik olmaq üçün əvvəla, ən azı 5 il hakim vəzifəsində işləmək şərti təsbit edildi və eyni zamanda təyin ediləcək pensiya məbləği birbaşa hamıya 80 faiz ilə deyil, hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq müəyyən faiz dərəcələrinə görə hesablanması qaydası müəyyənləşdi. Konstitusiya Məhkəməsi məhz xx.xx.2005-ci il tarixdən sonra yeni tənzimləmə ilə hakimlərin pensiya təminatlarının ciddi dəyişdirilərək hüquqi vəziyyətlərinin əvvəllər malik olduqlarından daha aşağı səviyyəyə endirildiyini nəzərə alaraq 2008-ci ildə həmin maddəyə rəsmi şərh zamanı 30 dekabr 2005-ci il tarixədək hakim təyin edilmiş şəxslərə həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarının tətbiq olunmasını qanuni saydı. Göründüyü kimi sözügedən rəsmi şərhin məqsədi həmin vaxt xüsusən “Məhkəmə və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə edilmiş ciddi dəyişikliklərlə hakimlərin əvvəllər qazanmış olduqları və daha üstün pensiya təminatlarının qüvvədə saxlanılmasından ibarət olmuşdur. Hazırkı halda isə nə sözügedən “Məhkəmə və hakimlər haqqında” Qanunun həmin redaksiyada (19 oktyabr 2007-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliyədək) 109-cu maddəsinin 5-ci hissəsi qüvvədədir, nə hazırkı pensiya yaşına çatmış hakimlərin pensiya təminatı məsələləri həmin redaksiyadakı maddə ilə tənzimlənir, nə də həmin maddənin, eləcə də Konstitusiya Məhkəməsinin qüvvədən düşmüş maddə ilə bağlı şərhinin iddiaçıya münasibətdə tətbiqinə əsaslar qalmamışdır. Qeyd edilən rəsmi şərhin verildiyi 2008-ci il tarixdən 15 ilə yaxın vaxt keçmiş, iddiaçı bu illər ərzində hakimlik vəzifəsində işləməkdə davam etmiş və işlədiyi müddət ərzində yeni qanunvericilik tənzimləmələri ilə hakimlər üçün pensiya təminatında daha üstün sosial təminatlar nəzərdə tutan qanunvericilik normaları qəbul edilmişdir. Başqa sözlə, iddiaçının pensiya təminatı ilə bağlı məsələ qüvvədən düşmüş norma və həmin normanın şərhinə əsasən tənzimlənə bilməz. Cavabdehin seçdiyi hüquqi əsas hazırkı iddiaçıya münasibətdə keçərli deyildir. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin hakimlərin hüquqi statusu ilə bağlı Qərarlarında da qeyd etdiyi əsas mövqe hakimlərə onlar üçün daha üstün qüvvəyə malik pensiya hüquq normasının tətbiqi istiqamətində olmuşdur. Məhz bu mövqeni nəzərə alaraq məhkəmə iddiaçının tələbi üzrə aşağıdakıların tətbiqini qanuni və mümkün hesab edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: 20.7.2-ci maddəsinə əsadsən 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 20.7.3-cü maddəsinə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qeyd edilən müddəa xx.xx.2017-ci il tarixdən sonrakı dəyişdirilmiş və nəticədə 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh ƏPQ-nun 20.7.2-ci maddəsinin məhz xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyasını tətbiq edərək iddiaçı üçün 72,25% pensiya faizi müəyyən etmişdir (22 il 05 ay 08 gün staja uyğun olaraq orta aylıq əmək haqqının (8543,22 manat) 72,25 faizi- 6172,48 manat məbləğində müəyyən edilərək 6172,48 manat pensiya hesablanmışdır. Halbuki, Qanunun 20.7.3-cü maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası iddiaçının hüquqi vəziyyəti üçün daha üstün təminat nəzərdə tutmuşdur. Belə ki, həmin redaksiyaya əsasən iddiaçının pensiya faizi 10 il hakimlik stajı üçün 55%+10 ildən yuxarı 12 il hakimlik stajının hər ili üçün 5 faiz olmaqla 60% (12 il x 5%) edir ki, bu halda iddaçı üçün qanunla yol verilən maksimal pensiya faizi 80 % təşkil edir. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hakimlərin social müdafiəsi ilə bağlı mövqeyini, eləcə də Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə uyğun olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi, başqa normativ hüquqi aktların, o cümlədən vəziyyəti ağırlaşdıran normanın geriyə qüvvəsinin yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddiaçının pensiya faizi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 80 % məbləğində hesablanmalıdır. Bundan əlavə eyni prinsiplə, iddiaçının vəziyyətini yüngülləşdirən, daha üstün təminat nəzərdə tutuan ƏPQ-nun xx.xx.2017-ci ildən qüvvəyə minmiş 20.7-ci maddəsi əsasında hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya məbləği hesablanmalıdır. Belə ki, Qanunun xx.xx.2017-ci ildən qüvvəyə minmiş adıçəkilən maddəsi ilk dəfə hakimlər üçün pensiyaya çıxarkən hakim vəzifəsindəki fəaliyyətlərinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla pensiya təyin edilməsində seçim hüququ vermişdir. Bundan əvvəlki qanunvericilik hakimlərə yalnız istənilən ardıcıl gələn 5 ilin (60 ayın) orta əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdusa, yeni qanunvericilik hakimlərə pensiya məbləğinə təsir edəcək orta aylıq əmək haqqı dövrünü müəyyən etməyə seçim imkanı tanımışdır. Məhkəmə qeyd edilən 20.7-ci maddəni hakimlərin vəziyyətini yaxılaşdıran və daha üstün sosial təminat hüququna rəvac verən seçim hüququ olduğunu nəzərə alır və hesab edir ki, iddiaçının pensiya məbləği onun seçiminə uyğun olaraq xx.xx.2023-cü il tarixədək hakim və məhkəmə sədri kimi işlədiyi dövrün son 24 ayın orta əmək haqqı məbləğindən, aldığı vəzifə maaşı, təminat, müavinət və əlavələr və s. məbləğindən hesablanmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədən qüvvədə olan redaksiyasına əsasən Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə 3550 manat həcmində. Həmin Qanunun 107-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 109-cu maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarında Məhkəmə qərara almışdır ki: 1.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə vəzifə maaşı, staja görə əlavə, hakimiyyət səlayyətlərin icrasına görə əlavə, vəzifə maaşına digər əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. Məhkəmə iddia tələbinin yenidən hesablanmış əmək pensiyası ilə hazırkı pensiya məbləği arasında olan fərqin birdəfəlik ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, pensiya fərqinin birdəfəlik ödənməsi hüququ qanunda nəzərdə tutulmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması, yəni məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı olan xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki aldığı vəzifə maaşına uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarlnda aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildə yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar