Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10715/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı “güzəştli ipoteka krediti şərtləri daxilində iddiaçıya 100000 (yüz min) manat məbləğində kredit ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı “güzəştli ipoteka krediti şərtləri daxilində iddiaçıya 100000 (yüz min) manat məbləğində kredit ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1989-cu il təvəllüdlü, həyat yoldaşı X2 isə xx.xx.1994-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 10 il 11 aydır ki dövlət qulluğunun xüsusi növündə xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs gənc ailənin üzvü kimi güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən “gənc ailə” dedikdə, yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn başa düşülür. xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun informasiya sistemi vasitəsilə “Güzəştli İpoteka Krediti”nin verilməsi üçün müraciət etmiş, Sistem üzrə "xxxx" ASC-nin Səbail filialından 100.000 manatlıq yaşayış sahəsi üçün 85.000 manat məbləğində kreditin verilməsi nəzərdə tutulurdu (15.000 manat ilkin ödəniş). Sistem üzrə bütün mərhələləri keçdikdən sonra ekranda “Siz gənc ailə kateqoriyasına aid deyilsiniz” yazısı əks olundu. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının gənc ailənin üzvü kimi qanunvericiliyə əsasən güzəştli ipoteka kreditindən istifadə hüququ olduğundan İpoteka və Kredit Zəmanət Fonduna bu barədə xx.xx.2024-cü il tarixdə şikayət göndərmişdir. İpoteka və Kredit Zəmanət Fondunun baş direktoru İlham Kələşovun adından ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçının gənc ailə statusuna malik olduğu təsdiq olunmuş, qeyd etdiyi xətanın elektron sistemdə baş vermiş texniki çətinliklə bağlı olduğu bildirilmişdir. Bundan başqa, məktubda yenidən müraciət edə biləcəyi və bu barədə daha öncə Fondun əməkdaşının işçi qaydada izah verdiyi qeyd olunmuşdur. Məktubda qeyd olunduğu kimi ona işçi qaydada da yenidən müraciət etmək tövsiyə olunduğunu təsdiq edir. Bununla belə, müxtəlif vaxtlarda tövsiyəyə uyğun etdiyi müraciətlərdə iddiaçıya sistem tərəfindən təklif edilən kreditin məbləği 5.000 manatdan artıq olmamışdır. Qeyd olunan məbləğlə yaşayış sahəsinin alınması mümkün olmadığından kredit iddiaçı tərəfindən sonadək rəsmiləşdirilməmişdir. xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə təkrar ərizə ilə müraciət edərək yuxarıda qeyd olunan halların nəzərə alınmasını və Güzəştli İpoteka Kreditindən yararlanmağı istiqamətində köməklik göstərilməsini xahiş edilmişdir. Cavabdehdən daxil olan xx.xx.2024-cü il tarixli 12-3/2-A-669/2-25-1061/2024 nömrəli məktubda müraciətinin icrasından imtina olunaraq ümumi qaydada yenidən kreditin əldə olunması ilə bağlı müraciət etməyi tövsiyə edilmişdir. Qeyd olunan səbəblərdən kifayət qədər çətin əldə edilə bilinən, hər dəfəsində limit məbləği yüksək olmayan və tez bir zamanda tükənən Güzəştli İpoteka Kreditindən hazırki məqamda istifadəsindən yararlana bilməməyi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Artıq 35 yaş ərəfəsində olmaqla gənc şəxs statusundan və bununla da Güzəştli İpoteka Krediti şərtləri daxilində 100000 (yüz min) manat məbləğində kreditin ayrılmasından məhrum olmağı kimi hallar cavabdeh tərəfindən nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair yazılı şəkildə münasibət bildirmiş və göstərmişdir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli 1760 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılmışdır. Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsdir. Fond ictimai faydalı məqsədlər güdən fəaliyyətlə məşğul olur. Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir. İddianın əsaslı hesab edilərək mümkün sayılması üçün iddiaya cavab verməli olan inzibati orqana yönəlməsi əsas şərtlərdən biridir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
5.Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin iddiaya dair münasibətini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının hazırki iddiası mümkünlük şərtlərinə cavab vermir.
6.”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən:
1.1. məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3.mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir. 2.1. mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə əsasən:
1.1. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir. 1.8. Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir. 2.1. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirmək, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verməkdir. Fond əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. 2.2. Fond aşağıdakı vəzifələri yerinə yetirir: 2.2.1. ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
8. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsi hüquqi şəxs və ya fiziki şəxslər arasında bağlanan bir razılaşmadır, bu da mülki hüququn əsas prinsiplərindən biridir. Müqavilə, borcalanın kreditin qaytarılması və faizlərin ödənilməsi ilə bağlı hüquqi öhdəliklərini təsbit edir. Müqavilə mülki hüquq normalarına uyğun olaraq hazırlanmalı və icra edilməlidir ki, bu da onun etibarlılığını təmin edir. Kredit müqaviləsi, tərəflər arasında yaranan mübahisələrin hüquqi yollarla həll olunmasını təmin edir, bu da mülki hüquq sisteminin iş prinsipidir. İddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçı ilə cavabdeh arasındakı hazırki mübahisə kreditləşmə prosesi ilə bağlı, kredit hüquq münasibətlərinin yaranmasına, kredit müqaviləsinin bağlanmasına məcbur edilməsinə dair tələblərdən irəli gələn mübahisədir və bu səbəbdən də iddiaçının tələbində əks olunmuş mübahisə mülki məhkəmə icraatı qaydasında baxılmalı xüsusi hüquq münasibətindən irəli gələn mübahisədir
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:
14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
11.”İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarına əsasən:
5.2. dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Cavabdehin nizamnaməsindən göründüyü kimi, o, hüquqi şəxs olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların siyahısına daxil deyildir. Tərəflər arasında olan hazırkı mübbahisə də, cavabdeh tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar iddiaçı üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktın qəbul edilməsi ilə bağlı deyildir. Belə olan halda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmamalıdır.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin qeyd edilmiş normaları nəzərə alaraq,məhkəmə iclası zamanı iddiaçıya hüquqi yardım göstərmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmişdir. Lakin iddiaçı iddia tələbini müdafiə edərək, iddiaya mahiyyəti üzrə inzibati icraatında baxılmasını məhkəmədən tələb etmişdir. 13.Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı “güzəştli İpoteka Krediti şərtləri daxilində iddiaçıya 100000 (yüz min) manat məbləğində kredit ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır. 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
16. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
17. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova