Məhkəmə qərarları › İş №2-1(112)-10719/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10719/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10719/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sosial kirayə müqaviləsinin bağlanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 12 nömrəli evin 124-cü mənzilinə dair sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 ünvanında yerləşən 12 nömrəli evin 124-cü mənzilində yaşayır. Həmin mənzil dövlət mənzil fonduna daxildir. Balans saxlayıcı Yasamal Rayon MKTB, 19 nömrəli MKİS-in xidməti ərazisidir. Həmin mənzildə onunla birlikdə Şuşa şəhərindən məcburi köçkün olan qohumları öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Əvvəllər mənzil təmirsiz olduğundan öz vəsaiti hesabına mənzili təmir etdirib, yararlı vəziyyətə gətirmişdir. Yaşadığı uzun müddət ərzində mənzil qanunvericiliyində nəzərdə tutulan mənzil kirayəçisinin bütün öhdəliklərini yerinə yetirmiş, mənzili həmişə istifadəyə yararlı vəziyyətdə saxlamaqla, bütün mənzil haqlarını vaxtında ödəmişdir. Mənzildə yaşadığı illər ərzində mənzil qanunvericiliyində nəzərdə tutulan bütün hüquqlarını faktiki olaraq əldə etsə də, Cavabdeh ilə yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmadığından, müvafiq hüquq və vəzifələrini reallaşdıra bilmir. Ona görə də, hesab edir ki, həmin müqavilənin bağlanması üçün kifayət qədər əsaslar vardır. Əlavə olaraq bildirir ki, Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)-4237/2021 saylı qərarı ilə o, həmin bu mənzilə daimi pasport qeydiyyatına alınmışdır. Mənzilə dair hər-hansı üçüncü şəxslərin iddia və tələbi mövcud deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, məhkəməyə iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4237/2021 saylı, 13.04.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış M-244-068 nömrəli, 31.08.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanına dair onun hüquqmüəyyənedici sənədləri olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, 16.07.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İşdə olan Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 1254/g nömrəli, 25.11.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanı ilə bağlı kirayə müqaviləsi bağlanmamışdır. Eyni zamanda, MKTB-yə verilən məlumata əsasən İddiaçı 2000-ci ildən ünvan 5 ünvanında yaşayır. İşdə olan Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 1255/g nömrəli, 25.11.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd olunan yaşayış binası 1992-ci ildən istismara qəbul olunmuşdur. İşdə olan 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 234 nömrəli, 29.11.2021-ci il tarixli, 234 nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanında İddiaçı qeydiyyatda olmaqla yaşayır. İşdə olan 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, İddiaçı ünvan 7 ünvanında yaşayır. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 8 ünvanında yerləşən mənzildə qeydiyyatdadır, iddiaçı həmin mənzildə 2000-ci idən yaşayır. İddiaçı həmin mənzilə dair kirayə müqaviləsinin bağlanılmasına dair sərəncamın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Hаzırki iddiа vаsitəsi ilə iddiаçı оnun istifаdəsində оlаn mənzilə dаir kirаyə müqаviləsini bаğlаmаq bаrədə аrzulаdığı inzibаti аktın - sərəncаmın vеrilməsi vəzifəsinin cаvаbdеh Bakı şəhər Yasamal rayon İcrа Hаkimiyyətinin üzərinə qоyulmаsını tələb еdir. Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 1-ci mаddəsinə əsаsən, mənzil qаnunvеriciliyi dövlət оrqаnlаrı və bələdiyyələr tərəfindən vətəndаşlаrın mənzil hüququnun həyаtа kеçirilməsinə şərаit yаrаdılmаsınа, mənzil təhlükəsizliyinə, оnun tохunulmаzlığınа, əsаssız оlаrаq mənzil hüququndаn məhrum еtmənin yоlvеrilməzliyinə əsаslаnır. İddiаçının məhkəməyə təqdim еtdiyi sənədlər əsаsındа müəyyən оlundu ki, iddiaçı 2000-ci ildən həmin mənzildə yaşamasına, həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, inzibаti оrqаn tərəfindən həmin mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanmamışdır. Hazırda qüvvədə olan Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 135.1-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər, həmçinin bеlə хidmətlərindən istifаdə еdən dövlət оrqаnlаrı, bələdiyyələr və digər təşkilаtlаr yаşаyış sаhəsinə və kоmmunаl хidmətlərə görə hаqqı vахtındа və tаm məbləğdə ödəməyə bоrcludurlаr. Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 16-ci mаddəsinə əsаsən, yаşаyış sаhələri üzərində mülkiyyət və digər əşyа hüquqlаrı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində və digər qаnunvеricilik аktlаrındа nəzərdə tutulmuş hаllаrdа və qаydаdа dövlət qеydiyyаtınа аlınmаlıdır. Məhkəmə qеyd еdir ki, 2000-ci ildən istifаdəsində оlаn mənzildən iddiаçı tərəfindən mаnеəsiz istifаdə еdilməsinə, qeydiyyatda olmasına bахmаyаrаq, mənzilə dаir cаvаbdеhin hər hаnsı bir sərəncаmı mövcud dеyildir. Hаlbuki, 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş Аzərbаycаn SSR-in 1982-ci il 08 yul tаriхli qаnununu ilə təsdiq оlunmuş Аzərbаycаn SSR-i Mənzil Məcəlləsinin 51-ci mаddəsinə əsаsən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 17.3.1.-ci mаddəsinə əsаsən- sоsiаl təyinаtlı mənzil fоndu- dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. İş mаtеriаllаrındаn göründüyü kimi inzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq yeni kirayə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, iddiaçının həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrində iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması barədə müvafiq inzibati akt qəbul edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 4.0-cü mаddəsinə əsаsən dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2.müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Həmin Məcəllənin 59.1-ci mаddəsinə əsаsən, yаşаyış sаhəsinin sоsiаl kirаyə müqаviləsinə əsаsən bir tərəf – dövlət və yа bələdiyyə mənzil fоndunun yаşаyış sаhəsinin mülkiyyətçisi (оnun аdındаn fəаliyyət göstərən səlаhiyyətli dövlət оrqаnı və yа səlаhiyyətli bələdiyyə оrqаnı) və yа оnun səlаhiyyətli şəхsi (kirаyə vеrən) yаşаyış sаhəsini digər tərəfin – vətəndаşın (kirаyəçinin) yаşаmаsı üçün bu Məcəllə ilə müəyyən еdilmiş şərtlərlə sаhibliyinə və istifаdəsinə vеrməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə kirayə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar