Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1072/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi və cavabdehin nümayəndəsinin iştirakı ilə, Prosessual hüquqi varis X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair qeyddə düzəliş edilməsi və arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə əsasən Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, 2-ci döngə, ünvan 1 ünvanda yerləşən 956,4 kv.m qeyri yaşayış sahəsi və 0,24909 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Lakin, cavabdeh tərəfindən çıxarış verilərkən qeyri-yaşayış sahəsinin ölçüsü 909,80 kv.m, torpaq sahəsinin ölçüsü isə 0,2017 ha göstərilmişdir. Uyğunsuzluqla bağlı müraciət edilsə də, cavabdeh əlavə sahələrə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina etmişdir. Məhkəmənin qərardadları ilə X1, "xxxx" QSC, X11, X6, X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi 0,24909 ha qeyd edilsə də, torpaq sahəsinin bir hissəsi yol kimi istifadə olunan sahəyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də torpaq sahəsi 0,2017 ha ölçüdə qeydə alınmışdır. 956,4 kv.m tikili sahəsinin 46,6 kv.m sahəsi D və E tikililəri olmuş, həmin sahələr özgəninkiləşdirilmiş, ümumi torpaq sahəsinin daxilində olmamışdır. Bu səbədən qeyri-yaşayış sahəsi 909,8 kv.m olmaqla qeydiyyata alınmışdır. Sonradan iddia tələbinə dəqiqləşmə və azalma edilərək iddiaçının prosessual hüquqi varisi qismində X9 ilə əvəz edilməsi Bakı şəhəri, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 2 ünvanda yerləşən 14 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə 0,24909 ha ölçüdə torpaq sahəsinin verilməsi nəzərə alınmaqla onun adına ********** nömrəli, 15 fevral 2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində həmin əmlaka dair aparılmış mülkiyyət hüquqlarına dair qeyddə torpaq sahəsinin ölçüsü hissəsində 0,24909 ha müəyyən edilməsi ilə əlaqədar dəyişiklik edilməsi və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 2 ünvanda yerləşən 0,24909 ha ölçüdə torpaq sahəsinin olması nəzərə alınmaqla daşınmaz əmlaka mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması haqqında arayışın (çıxarışın) X4 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, İddiaçı vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış, mübahisələndirilən əmlaka dair vərəsəlik şəhadətnaməsi əsasında vərəsə qismində övladı X7 varis hesab edilmişdir ki, həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair qeyddə şəhadətnamə əsasında həmin şəxsin adına torpaq sahəsinin ölçüsü 0,2017 ha göstərilməklə dəyişiklik aparılmadığından varis qismində çıxış edən Nihad Abdullayevin prosessual hüquqi varis qismində iştirakı üçün əsas olmuşdur. Nəzərə alınmalıdır ki, hal-hazırda miras əmlakının bölüşdürülməsi barədə müqavilə, eləcə də şəhadətnamə verilərək 0,2017 ha ölçüdə torpaq sahəsi varisə verilsə də, cavabdeh tərəfindən həmin əmlak barəsində qeyddə həmin şəxsin adına münasibətdə hər hansı dəyişiklik edilmədiyindən, qeyd mərhumun adına olmaqla qüvvədə qaldığından tələb həmin qeyddə hazırkı tələbə uyğun dəyişikliyin edilməsi, sonradan isə əmlaka mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın iddiaçıya verilməsi barədə olmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Alqı-satqı müqaviləsindən görünür ki, satıcılar E.Qasımov, Ə.Hüseynov, Ə.Qocayev, V.Həsənov alıcı "xxxx" MMC-yə qeyri-yaşayış sahəsi və torpaq sahəsinin bir hissəsini satmışdır. Digər bir alqı-satqı müqaviləsindən görünür ki, satıcılar "xxxx" QSC, E.Qasımov, Ə.Qocayev, Ə.Hüseynov alıcı olan İddiaçı 956,4 kv.m qeyri-yaşayış sahəsini, eləcə də 0,24909 kv.m ölçüdə torpaq sahəsi mülkiyyətinə verilməsini öhdəliyinə götürmüş, göstərilən ölçülərdə əmlakların dəyəri satıcılara ödənilmişdir. Çıxarışdan görünür ki, həmin müqavilə əsasında yalnız İddiaçı 909,80 kv.m qeyriyaşayış sahəsi və 0,2017 kv.m ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Notariat ofisinin məktubundan, eləcə də “elektron notariat” sistemindən çıxarışdan görünür ki, İddiaçı vəfat etmiş, X3 müraciəti əsasında vərəsəlik işi açılmış, həmin şəxsə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras payının bölüşdürülməsi müqaviləsindən görünür ki, adıçəkilən qeyri-yaşayış sahəsi 909,8 kv.m və ümumi sahəsi 0,2017 ha olan torpaq sahəsi vərəsə N.Abdullayevə verilməsi vərəsələr arasında razılaşdırılmışdır. Digər bir çıxarışdan görünür ki, Müsənbər Mustafayeva 1843,7 kv.m ölçüdə qeyriyaşayış sahəsi və 0,513 kv.m ölçüdə torpaq sahəsinin mülkiyyətçisidir. Həmin əmlak həmin şəxslə "xxxx" QSC, E.Qasımov, Ə.Qocayev, Ə.Hüseynov şəxs arasında bağlanılmış müqavilə əsasında üçüncü şəxsin mülkiyyətinə verilmişdir. İşin faktiki hallarından da göründüyü kimi alqı-satqı müqaviləsinə istinad etməklə əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edilmişdir ki, həmin tələb aşağıdakı maddi hüquq normalarının tələbləri baxımından qanuni və əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inetarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün o, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərdən birinə malik olmalıdır. Hazırki iş üzrə müəyyən olunur ki, İddiaçı notarial təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında məhz 0,24909 ha ölçüdə olan torpaq sahəsini satın almış, lakin sahənin bir hissəsinin yola düşməsinə istinad edilərək torpaq sahəsinə mülkiyyət hüquqları 0,2017 ha ölçüdə dövlət qeydiyyatına alınmışdır. Nəzərə alınmalıdır ki, mülki hüquqi əqdlər, indiki halda alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi üçün əsas qismində çıxış edir. Həmin müqavilə, o cümlədən ilkin mülkiyyətçinin adına olan mülkiyyət hüququna dair qeyd qüvvədədir ki, İddiaçı də vicdanlı alıcı kimi həmin qeydə etibar edərək müqavilə bağlamış, nəticədə də hazırda iddia edilən torpaq sahəsinə bütünlükdə, yəni 0,24909 ha ölçüdə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, azaldılmış ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, alqı-satqı ilə İddiaçı sahiblik və istifadəsinə verilən torpaq sahəsinin bir hissəsinin yola düşməsi 0,2017 ha ölçüdə torpaq sahəsindən əlavə, 0,24909 ha ölçüdən geridə qalan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, həmin sahənin yola düşməsi alqı-satqı müqaviləsinin mötəbərliyinə təsir etmir, həmin müqavilə qüvvədədir, ləğv edilməmişdir və qanunvericiliyin tələbinə əsasən həmin müqavilədə göstərilən ölçüdə əmlakın mülkiyyətçisinin dəyişməsinə dəlalət edir. Bu zaman məhkəmə araşdırılması zamanı da sahənin həqiqətən yol kimi istifadə edildiyi müəyyən edilsə də, məhkəmə iddia tələbinin qanuni və əsaslı olması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.3. servitutlar. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Torpaq Məcəlləsinin:
1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır .
2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.
4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: Qanunvericiliyin tələbindən də göründüyü kimi torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi ilə əlaqədar mülkiyyətçi digər mülkiyyətçinin xeyrinə keçid üçün nəzərdə tutulmuş torpaq sahəsinə münasibətdə həmin torpaq sahəsinin sonuncunun qeyd olunan məqsədlərlə istifadəsi baxımından öhdəlik götürür. Başqa sözlə torpaq sahəsinin mülkiyyətçisi servitutla bağlı olaraq mülkiyyətində olan və keçid üçün nəzərdə tutulan sahədən üçüncü şəxsin yol kimi istifadə edilməsinə şərait yaratmalıdır. Lakin, hər bir halda servitutun müəyyən edilməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmir. Başqa sözlə göstərilən sahənin yol qismində istifadəsi üçün onun mülkiyyətçisinin hüquqları dövlət qeydiyyatına alınmalıdır ki, yol kimi istifadəsi zərurəti olduğu halda digər şəxs mülkiyyətçidən keçidin təmini üçün şərait yaradılması tələb edə bilsin. Hazırkı işin faktiki hallarından isə göründüyü kimi servitutun tətbiq edilməsi ehtimal olunan torpaq sahəsinə yol kimi istifadəyə istinad edilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir ki, bu formada imtinanın mövcudluğu, ümumiyyətlə servitut institutunun tətbiqi imkanları ilə uzlaşmır. Əgər servituta ehtiyac duyulan torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina ediləcəyi təqdirdə, ümumiyyətlə servitutun əşya hüququ kimi mövcudluğu öz əhəmiyyətini itirir. Bu səbəbdən də şəxsin yol kimi istifadəsi zəruri olsa belə adıçəkilən, alqı-satqı yolu ilə əldə edilmiş torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, əgər yol kimi istifadəsi zərurəti mövcuddursa məhz üçüncü şəxs yol kimi istifadə edilə bağlı müvafiq tələblə çıxış etməlidir. Hazırkı iş üzrə isə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı həyata keçirilmədiyindən, bunun davamı kimi servitutla yüklülük də mümkün olmamışdır. Bundan əlavə, məhkəmə, həmçinin məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, adıçəkilən yol kimi istifadə olunan sahəyə digər istiqamət üzrə də avtomobil yolu mövcud olmuşdur ki, məhkəmə servititutun tətbiqi zərurətinə dair ayrıca məhkəmə icraatının predmeti ola biləcək məsələyə hüquqi qiymət vermədən hazırkı iş üzrə də qiymətləndirmə baxımından şəxsin göstərilən sahəyə mülkiyyət hüquqlarının tanınmasına dair iddianın əsaslılığına əks etdirən dəlil kimi həmin məsələnin qiymətləndirilməsini zəruri edir. Beləliklə, yol kimi istifafə edilən sahəyə dair qeyri-yaşayış sahəsinə digər yerdən də avtomobil yol keçidi mövcud olmuş, həmin keçid mövcud olmasa belə, iddia olunan torpaq sahəsinin yol kimi istifadəsi servitut institutunun tətbiqi imkanları nəzərə alınmaqla mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası olmaması öz təsdiqini tapmış, alqı-satqı müqaviləsinə istinad edilməklə həmin müqavilədə göstərilən ölçüdə torpaq sahəsinin qeydiyyata alınmalı olmasına dair iddianın qanuniliyi və əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1113/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarından da göründüyü kimi məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin etirazının dəlilləri isə ondan ibarətdir ki, həmin alqı-satqı müqaviləsi əsasında əldə olunmuş torpaq sahəsi Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir, sərhədləri şərtidir və həmin ərazidə hasarlama işlərinin aparılmasına Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sadalanan həmin hallar iddiaçının satın aldığı mübahisəli torpaq sahəsinin onun adına qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələbinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən 28 noyabr 2014-cü il tarixdə həmin torpaq sahəsi satıcı X2 adına reyestrdə qeydiyyata alınaraq ona bu barədə çıxarış verilmişdir Eyni zamanda, Ali Məhkəmə 2-1(102)-1023/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarında oxşar mövqedən çıxış edilmişdir. Nəzərə alınmalıdır ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 2 ünvanda yerləşən 14 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə 0,24909 ha ölçüdə torpaq sahəsinin verilməsi nəzərə alınmaqla onun adına ********** nömrəli, 15 fevral 2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində həmin əmlaka dair aparılmış mülkiyyət hüquqlarına dair qeyddə torpaq sahəsinin ölçüsü hissəsinin 0,24909 ha müəyyən edilməsi ilə əlaqədar dəyişiklik edilməsi və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 3199cu məhəllə, ünvan 2 ünvanda yerləşən 0,24909 ha ölçüdə torpaq sahəsinin olması nəzərə alınmaqla daşınmaz əmlaka mülkiyyət hüquqlarının mərhum İddiaçı məxsus olması haqqında arayışın (çıxarışın) X4 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov