Məhkəmə qərarları › İş №2-1(112)-1073/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1073/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1073/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "texniki pasportun verilməsi" barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəylərini əsassız hesab edilməsi, obyektimə dair Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci tarixdə verilmiş 204//3594 saylı çıxarışın (texniki pasport) həmin komitə tərəfindən yeni məzmunda verilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin məktublarda qeyd edilir ki, guya obyektim “gediş-gəlişə mane olur”, sonuncu məktubda isə iddia olunur ki, obyektin xx.xx.2023- cü il tarixdən sonra tikilmişdir. Obyekti mən özbaşına tikməmişdir və Bakı İnzibati Məhkəməsinin xx.xx.2019 tarixli rəsmi qərarı ilə cavabdeh Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış və Yasamal rayon Məhkəmə İcrası şöbəsinin xx.xx.2023 tarixli 17/72- 187782/31 saylı qərarı ilə yerləşdirilmişdir. Məhkəmə qərarlarının icrasına maneçiliyə görə qanunvericiliyin 10-cu maddəsində, hətta cəza tədbirləri belə nəzərdə tutulur. Ona qarşı həmin idarənin qərarı əsassızdır. Çünki, yer ayrılarkən cavabdeh təşkilat və icra məmuru onu müvafiq orqanlarla razılaşdırır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “yeni məzmunda texniki pasportun verilməsi" kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı obyektə dair Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 204/3594 saylı çıxarışın (texniki pasportun) həmin komitə tərəfindən yeni məzmunun verilməsi barədə qərar qəbul edilməsinə dair iddiası etirazla qaşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən qeyd olunan məsələ ilə bağlı idarəyə müraciət daxil olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edilmişdir. MV seriyalı 016651 nömrəli Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-35-1/2-İ-490-36-497/2024 saylı məktubundan görünür ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə bağlı ünvan 2 ünvanında istifadəsində olan qeyri-yaşayış obyektinin sənədləşdirilməsi ilə əlaqədar məlumatların yenidən araşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2024-cü il tarixli 1-1-23/2-İ-1064- 016/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təkrar müraciətinizə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır.Bildirilir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.7-ci bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş yerquruluşu planı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən qeyri-yaşayış obyektinin vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan ərazidə yerləşdiyi və gediş-gəlişə maneə yaratdığı bir daha nəzərinə çatdırılır. Bununla əlaqədar olaraq, ona Baş İdarənin xx.xx.2023-cü il tarixli 3-35-1/2-İ-36- 789/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-35-1/2-İ-162-36-977/2023 nömrəli məktubları ilə cavab verilmişdir. Həmçinin nəzərinizə çatdırılır ki, Fərmanın 1.1-ci bəndinə əsasən 2023-cü ilin iyunun 1-dək inşası tamamlanmış qeyri-yaşayış obyektlərinin istismarına icazə verilməsi nəzərdə tutulduğu halda, sözügedən qeyri-yaşayış obyektinin tikintisi həmin tarixdən sonra başa çatdırılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki Şəxsin uçotu haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı AZ 1138, Bakı Şəhəri Yasamal Rayonu, Şərifzadə,Ev.94,.M.31 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-35-1/2-İ-36- 789/2023 saylı məktubundan görünür ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin 1ci abzasına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən elektron qaydada Komitəyə göndərilən xx.xx.2023-cü il tarixli 3-18- 2/1-İ-3824-8/2023 qeydiyyat nömrəli elektron müraciətlə əlaqədar olaraq bildirilir ki, ünvan 5 ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyekti Fərmanın 1.7-ci bəndinin tələblərinə cavab vermədiyindən həmin qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi qanunamüvafiq hesab edilmir.Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən qeyri-yaşayış obyektinin vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan ərazidə yerləşdiyi və gediş-gəlişə maneə yaratdığı nəzərinə çatdırılır. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 1143 saylı sərəncamına əsasən F.Ağayev küçəsi, 2 saylı yataqxananın qarşısında “Ərazi” kiçik müəsisəsinə məxsus köşk Z.Xəlilov küçəsi, 48a saylı evin ikinci mənzilində yaşayan vətəndaş İddiaçı adına keçirilmişdir. Köşk yerinin icarə xərclərinin ödəmilməsi üçün vətəndaş İddiaçı Rayon MKTB-i arasında müqavilə bağlanmışdır.Sərəncamın icrasına nəzarət Rayon MKTB-nın rəhbərliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli texniki pasportu məhkəməyə təqdim edilmişdir. Bakı İnzibatİ Məhkəməsinin 2-1(81)-3768/2017 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-3768/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmişdir. ünvan 6 ünvanında İddiaçı məxsus olmuş, sahəsi 9,4 kv.m olan köşkün “Elmlər Akademiyası” metrostansiyasının tikintisi ilə əlaqədar söküldüyünə görə həmin köşkün əvəzinə, Bakı şəhəri, Yasamal rayon ərazisində iddiaçının vəsaiti hesabına yenisinin qoyulması (verilməsi) öhdəliyi cavabdehə həvalə edilsin. Qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. “İcra Məmurları haqqında" Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 saylı Bakı şəhəri İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3768/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmiş, qərarın surəti tərəflərə və məhkəməyə göndərilmişdir. İddiaçının Bakı şəhər Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 6389 nömrəli ərizədən görünür ki, icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Bakı İnzibatİ Məhkəməsinin 2-1(81)-3768/2017 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 8 ünvan “Qismət” şadlıq sarayının yaxınlığında yerləşir. Yolun qırağında iş üzrə tələbkara 10 kv.m yer ayrılmışdır. Sözügedən ünvana tələbkar tərəfindən köşk quraşdırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3768/2017 saylı 11 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, ünvan 6 ünvanında İddiaçı məxsus olmuş, sahəsi 9,4 kv.m olan köşkün “Elmlər Akademiyası” metrostansiyasının tikintisi ilə əlaqədar söküldüyünə görə həmin köşkün əvəzinə, Bakı şəhəri, Yasamal rayon ərazisində iddiaçının vəsaiti hesabına yenisinin qoyulması (verilməsi) öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021 tarixli **********12 saylı məktubundan görünür ki, ona məxsus obyektə dair texniki pasportun tərtib olunması və mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qarşılaşdığı problemin həllinə köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli elektron müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər Daşınmaz əmlak hesab edilir. Nəzərinizə çatdırılır ki, adıçəkilən obyektin yerləşdiyi torpaq sahəsinin mülkiyyətinizə və ya istifadənizə verilməsi barədə sənədləri, adıçəkilən obyektin razılaşdırılmış layihəsini və digər hüquqmüəyyənedici sənədləri təqdim etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, X8 küçəsi 20, tel: (012) 404-07-21) müraciət edəcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikasının Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli 1295/1/QYF-465 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani 11 ünvanında yerləşən, fiziki şəxs İddiaçı məxsus 1 mərtəbəli qeyri-yaşayış binası “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 07 iyul 2023-cü il tarixli, 034 saylı Əmrinə uyğun olaraq yoxlanılmış və qeyri- yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlılığının təmin olunduğu qəbul edilə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1306 nömrəli xx.xx.2023-cü il tarixili rəydən görünür ki, ünvan 13 ünvanında inşa olunmuş İddiaçı məxsus və hazırda mövcud olan qeyri-yaşayış obyektində keçirilmiş yanğın-texniki müayinəyə əsasən bina və qurğularla yanğınaqarşı ara məsafəsi, eləcə də təxliyə yolları yanğın təhlükəsizliyi üzrə normativ tələblərə uyğundur. Bakı X6 Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2-3/2-1379/2023 saylı məktubundan görünür ki, "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyindən elektron qaydada (xx.xx.2023-cü il 3-18-2/1-1-3824-8/2023) daxil olmuş müraciətlə əlaqədar ünvan 14 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsində (koordinatlar 40.395173 49.788623) "Azəriqaz" İstehsalat Birliyinin Bakı X6 Departamentinə məxsus qaz xətləri və qaz qurğuları mövcud deyil. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-1/01-3-7163/2023 saylı məktubundan görünür ki, "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası məqsədilə elektron qaydada daxil olmuş İddiaçı Yasamal rayonu, X7 Xiyabani 11 ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi barədə müraciətinə “Azərişıq'' ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən qeyri-yaşayış obyekti elektrik enerjisi təchizatının istismara hazırlığı baxımından müayinə edilmişdir. Qeyri-yaşayış obyekti elektrik təchizatı şəbəkəsinə qoşulmamışdır. Məlumat üçün bildirilir ki, qeyd edilən Fərmanın 6.2-ci bəndinə əsasən sifarişçinin (sahibin) müraciəti əsasında, onun vəsaiti hesabına və istismarına icazə verildiyi gündən iki ay müddətində qeyri-yaşayış binası müvafiq qaydalara uyğun olaraq enerji təchizatı şəbəkəsinə qoşula bilər. Azərbayan Respublikası "xxxx"ASC xx.xx.2023-cü il tarixli FHN-001150-1271 nömrəli məktubdan görünür ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli fərmanının icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyindən elektron qaydada daxil olmuş FHN-001150 nömrəli müraciətlə əlaqədar İddiaçı məxsus Yasamal rayonu, Yeni Yasamal Y/M Məhəmməd Xiyabani 11 ünvanında yerləşən qeyri-yaşayış obyektinə müvafiq qaydada baxış keçirilmişdir. Qeyri-yaşayış obyekti su və kanalizasiya xətlərinin mühafizə zolağından kənarda yerləşdiyi və istismarı qadağan edici amillər aşkar edilmədiyi üçün müsbət rəy verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu planı məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********68 saylı məktubundan görünür ki, Bakı şəhəri, M. Xiyabani ərazisində yerləşən qeyri-yaşayış obyektinin müayinə edilməsinə dair müraciətlə əlaqədar hazırlanmış yerquruluşu planında düzəliş olunması barədə xx.xx.2024-cü il tarixli müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli Fərmanının 1.1.1-ci yarımbəndinə əsasən qeyri- yaşayış obyektinin müayinə edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli elektron müraciətiniz əsasında hazırlanmış yerquruluşu planı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Bildirilir ki, sözügedən Fərmanın 1.1.2-ci yarımbəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyriyaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nəticələri əsasında qeyriyaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda - mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda - müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı hazırlayıb, elektron qaydada Nazirliyə göndərilməsini təmin edir.Qeyd edilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18ci maddəsinin 2-ci bəndinə əsasən, meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri ümumi istifadədə olan torpaqlara aid edilir. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli Fərmanının 1.7-ci bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********94 nömrəli məktubundan görünür ki, ünvan 17 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır.Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin nəzərinizə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. Odur ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət etməyiniz tövsiyə olunur.Bildiririk ki, yuxanda qeyd edilən hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-2İ-3-30/2-İ-0654-8/2024 saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani, 15 A ünvanında yerləşən qeyri-yaşayış binasının sənədləşdirilməsinə köməklik edilməsi barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır.Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən qeyri-yaşayış obyektinin müayinə edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş ********** nömrəli elektron müraciəti əsasında hazırlanmış yerquruluşu planının xx.xx.2023 tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin elektron portalında yerleşdirilməsi təmin edilmişdir. Əlavə olaraq bildirilir ki, həmin Fərmanın 1.7-ci bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədəsində olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir. Qeyd edilir ki, adıçəkilən fərmana uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura komitəsi tərəfindən veriləcək bildirişə əsasən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi icarəyə götürüldükdən (və ya mülkiyyətə alındıqdan) və Dövlət Şəhərsalma və Arxitektura komitəsi tərəfindən istismara qəbul aktı verildikdən sonra, qeyri-yaşayış obyektinin dövlət reyestrində qeydiyyata alınması təmin ediləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Beləliklə, qeyd edilən qeyri yaşayış binası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə aid olmaqla həmin binaya dair hüquqların qeydə alınması üçün səlahiyyətli qurum tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməli idi. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-518/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3768/2017 saylı 11 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, ünvan 6 ünvanında İddiaçı məxsus olmuş, sahəsi 9,4 kv.m olan köşkün “Elmlər Akademiyası” metrostansiyasının tikintisi ilə əlaqədar söküldüyünə görə həmin köşkün əvəzinə, Bakı şəhəri, Yasamal rayon ərazisində iddiaçının vəsaiti hesabına yenisinin qoyulması (verilməsi) öhdəliyi cavabdehə həvalə edilmişdir. Sözügedən qərarın icrası ilə bağlı icraata xitam verilsə də, iddiaçı tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar fərqli ərazidə inşa edilmiş, daşla tikilmiş qeyriyaşayış binasına (qərarda qeyd edildiyi kimi dəmir köşk deyil) dair nə tikinti üçün torpaq ayırılması barədə sənəd, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə nəzərdə tutulmuş digər hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmin sənədlərin mövcudluğu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar