Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10736/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin təkrar verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona aid doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək barəsində olan Bakı şəhəri Səbail rayon qeydiyyat üzrə qeydə alınmış doğum akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 03 aprel 1964-cü il tarixdə anadan olmuşdur. Bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmaqla doğum haqqında şəhadətnamə almışdır. Lakin doğum haqqında şəhadətnaməni müəyyən şəraitdə itirmiş və hazıra kimi tapa bilməmişdir. 30 yanvar 1973-cü il tarixdə X2 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.1996-cu il tarixdə X9 adlı övladı doğulmuş və birgə ailə olaraq yaşayırlar. Onun hərbi bileti, həmçinin sovet pasportu olmuşdur. Lakin şəxsiyyət vəsiqəsi olmamışdır. Şəxsiyyət vəsiqənin olmaması onun sənədləşdirmə işlərində müəyyən problemlər yaradır. Hazırda o Sabunçu rayonunda yaşasa da Səbail rayonunda doğulmuşdur. Doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, doğumun 16 aprel 1964-cü il tarixli, 975 saylı akt qeydi ilə qeydə alındığı aşkar edilmişdir. Hazırda doğum şəhadətnaməsinin yenidən dublikatını çıxarmaq üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etsə də ona şəhadətnamənin verilməsindən imtina edildi, əsas kimi onun 16 yaşına çatmağı və mövcud vəziyyətdə şəxsiyyət vəsiqəsinin olmaması bildirildi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Xİİİ-ЖГ 566790 №li, 21 noyabr 1981-ci il tarixli Sosialist Respublikası İttifaqı Vətəndaşının pasportunun surətindən görünür ki, İddiaçı 3 aprel 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. - HЗ ******* nömrəli, 24 may 1981-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı (Гадиев Агасалам Али оглы) 03 aprel 1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Bakı Sovet Ticarət Texnikumu tərəfindən verilmiş 025226 №-li, xx.xx.1987-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1985-ci ildə Bakı Sovet Ticarət Texnikumuna daxil olmuş və həmin texnikumun “Qeyri ərzaq malları əmtəəşünaslığı ticarətin təşkili” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 01 iyul 1987-ci il tarixli qərarı ilə ona əmtəəşünas ixtisası verilmişdir - Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 065- 22738-1222 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1964-cü ilə təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. - Bakı şəhəri, Oktyabr rayon VVAQİ tərəfindən verilmiş 01 mart 1979-cu il tarixli, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 (Гадиев Али Абдул-Азиз оглы) ilə Əminə Əkbər qızı (Амина Акпер кызы) arasında 17 oktyabr 1946-cı ildə nikah bağlanmışdır. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 dekabr 2020-ci il tarixli, AZ-İ 026371 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ilə xx.xx.1973-cü il təvəllüdlü X2 arasında xx.xx.1991-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qədiyev, arvada isə Qədiyeva soyadı verilmişdir. - Bakı şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 yanvar 2013-cü il tarixli, AZ-İİİ 020101 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X19, anası X3 olan X9 08 mart 1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1996-cı ilin oktyabr ayının 08 günündə, 894 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/2-6891/13 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı doğumu, nikahı və 3 övladının (Abdüləlil Hadıyevin, Samirə Hədiyevanın və İlahə Qədiyevanın) doğum haqqında akt qeydlərinin kserosurəti göndərilir. Eyni zamanda qeyd edilir ki, Xidmətin arxivində yalnız qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin 1-ci nüsxəsi saxlanılır. Həmçinin bildirilir ki, doğumun və nikahın qeydə alındığı dövrdə qüvvədə olmuş “VVAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən siyahı”ya əsasən doğumun qeydə alınması ilə bağlı sənədlərin saxlanma müddəti 1 (bir) il, nikaha daxil olmaq haqqında ərizə və sənədlərin isə saxlanma müddəti 5 (beş) il olmuşdur. - Həmin məktuba əlavə edilmiş 965 nömrəli, 16 aprel 1964-cü il tarixli doğum akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 03 aprel 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Həmin məktuba əlavə edilmiş 812 nömrəli, xx.xx.1991-ci il tarixli nikahın bağlanması haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X4 arasında nikah bağlanmışdır. - Həmin məktuba əlavə edilmiş 1290 nömrəli, 02 noyabr 1990-cı il tarixli doğum akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X20, anası X5 olan X8 19 sentyabr 1990-cı ildə Bakı şəhərində doğulmuşdur. - Həmin məktuba əlavə edilmiş 894 nömrəli, 08 oktyabr 1996-cı il tarixli doğum akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X19, anası X3 olan X9 08 mart 1996-cı ildə Bakı şəhərində doğulmuşdur. - Həmin məktuba əlavə edilmiş 1016 nömrəli, 2 iyul 2002-ci il tarixli doğum akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı, anası X6 olan X10 09 may 2002-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 05/Q-978/13 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən İddiaçı doğumu Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1964-ci il tarixli 975 saylı akt qeydi qeydə alındığı aşkar edilmişdir. Bildirilir ki,” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarxli 145 nömrəli qərarı ilə təsdiqlənmiş “X1 dövlət qeydiyyatı Qaydası”-nın 9.7-ci bəndində 16 yaşına çatmış şəxslərə onların X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Hal-hazırda vətəndaşın şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkanları xaricindədir və buna görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Cavabdeh tərəfindən X7 ünvanlanmış 05/Q-183/15 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən X11 doğumu Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1964-cu il tarixli 975 saylı akt qeydi qeydə alındığı aşkar edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 9.7.-ci bəndinə 16 yaşına çatmış şəxslərə onların X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxlərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edilmişdir ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 1-ci maddəsində əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir və həmin Qanunun 4-cü maddəsində əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi doğum haqqında şəhadətnaməsi və sairə sənədlər əsasında verilir. Hal-hazırda atası X11 şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnamənin məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət olunur. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.1-ci maddəsinə əsasən X1 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 160.1-ci maddəsinin tələbinə görə X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitabdakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətlərı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. - 162.1-ci maddəsinə əsəsasn X1 qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X1 dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X1 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X1 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. X1 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. - 1.14-cü bəndinə görə X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. - 9.1-ci maddəsinə görə X1 qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X1 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X1 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. - 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə təqdim edirlər. - 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. - 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; dövlət rüsumunun ödənilməsi barədə sənəd; ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının doğumu barədə tərtib olunmuş 965 nömrəli, 16 aprel 1964-cü il tarixli akt qeydinin surəti məhkəməyə təqdim olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə İddiaçı onun adına tərtib edilmiş doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Qədiyev (Hadıyev) Ağasalam Əli oğluna onun adına tərtib edilmiş doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10736/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10736/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver