Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1074/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu. Buzovna qəsəbəsi, 1- 2010 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və həmin torpaq sahəsinə dair Çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon İcra Başçısının 096 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamına ilə Buzovna tərəvəzçiliksüdçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar həyətyanı torpaq fondu, 1.5 hektar küçə altına, cəmi 6.5 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Mənə-İddiaçı 0.10 hektar torpaq sahəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999-cu il tarixli 27/K №-li əmri ilə qərara alınmış, verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4) həmkarlar Təşkilatımın 17 may 2003-cü il tarixli, 02 saylı protoku nəzərə alınaraq Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən mənə-İddiaçı 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması əmr edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 390 nömrəli, xx.xx.2020ci il tarixli arayışından da görünür ki, mənə- İddiaçı həqiqətən X4 (Buzovna Tərəvəzçilik- Südçülük Sovxozu) tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisəsinin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 1-2010 kodlu torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-2010 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə müraciət edilmiş, lakin müraciətə cavab olaraq bildirilmişdir ki, elektron kadastr baza məlimatına əsasən sözü gedən torpaq sahəsinə digər fiziki şəxs tərəfindən də idarəyə müraciət daxil olmuşdur. Buna əsasən sözü gedən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd və çıxarışın verilməsindən imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtinası əsasız hesab edilməlidir.
3. Cavabdeh qurumun imtinası onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinə digər fiziki şəxs tərəfindən də idarəyə müraciət daxil olmuşdur.
4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun olaraq təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, Müraciətlə əlaqədar olaraq aparılan araşdırma zamanı müəyyən olmuşdur ki,elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinə digər fiziki şəxs- X11 tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Qeyd olunan işin hallarından da aydın olur ki, torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya **********27 saylı xx.xx.2021 -ci il tarixli məktub ünvanlanmışdır.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən, Maştağa-Buzovna yolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu ayrılması; Həmin torpaq Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlik əsasında verilməsi; Torpaq sahəsi paylanmamışdan əvvəl sifarişçi tərəfindən sahənin baş planı tərtib etdirilməsi, torpaqların baş plana uyğun verilməsi qərara alınmışdır.
6. AR Pİİ-nin X4 tərəfindən 390 saylı 26 noyabr 2020-ci il tarixli arayışda qeyd edilir ki (arayış Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi üçün verilmişdir), İddiaçı həqiqətən X4 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 1-2010 kodlu torpaq sahəsi ayrılmışdır. 1-2010 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur.
7. İddiaçı aid 0,10 ha hesabı ilə 1-2010 kodlu torpaq sahəsinin sxemi AR Pİİ-nin X4 tərəfindən təsdiq edilmişdir.
8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən cavabdeh quruma ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciətdə bildirilmişdir ki, AR Pİİ-nin X4 tərəfindən 390 saylı 26 noyabr 2020-ci il tarixli verilmiş arayışda heç bir uyğunsuzluq aşkar olunmamışdır. 1-2010 kodlu 0,10 ha hesablı torpaq sahəsi İddiaçı ayrılmışdır.
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə X11, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
10. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən X6 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, qeyd edilən torpaq sahəsi 1-2000 kodlu olmaqla ona məxsusdur. Qeyd edilən torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edib, lakin İddiaçı müraciəti ilə əlaqədar hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Həmin imtina ilə bağlı iş, yəni 1- 2000 kodlu torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair iddia tələbi Bakı İnzibati Məhkəməsinin icraatındadır (hakim Pərviz Hüseynov).
11. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən X8 verilmiş xx.xx.2020-ci il tarixli 214 nömrəli arayışa əsasən, X4 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 1-2000 kodlu torpaq sahəsi ayrılmışdır. 1-2000 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur.
12. X8 aid 0,10 ha hesabı ilə 1-2000 kodlu torpaq sahəsinin sxemi AR Pİİ-nin X4 tərəfindən təsdiq edilmişdir.
13. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 tərəfindən torpaq sahəsi ayrılmış şəxslərin siyahısının təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 tərəfindən torpaq sahəsi ayrılmış şəxslərin siyahısı (məhkəmənin icraatında olan digər iş üzrə) 331 vərəqdə olmaqla məhkəməyə təqdim edilmişdir. Qeyd edilən siyahı tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş, həmin siyahıda həm İddiaçı, həm də X6 adlarının olduğu müəyyən edilmişdir.
14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən bildirilmişdir ki (məhkəmənin icraatında olan digər iş üzrə), Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik-südçülük" sovxozu Azərbaycan Respublikası Prezidentinin 1 avqust 1992-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarixli 45 saylı Sərəncamı ilə “Tərəvəzçilik-südçülük” sovxozu ləğv edilmiş və onun hüquqi bazasında İşlər İdarəsinin tabeliyində “X4” yaradılmışdır. X3 balansında olan torpaq sahələrinin çox hissəsi 1989-cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Burada məskunlaşmış vətəndaşların torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 oktyabr 2015-ci ildə Fərman verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən “X4” tərəfindən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda arxiv arayışı və plan-cizgi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilir.
15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı və X8 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “X4” tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmış və hər birinə torpağa dair çıxarışın alınması üçün arxiv arayışı və plancizgi təqdim olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı vətəndaşların iştirakı ilə topraq sahələrinə baxış keçirilmiş, vətəndaş X11 özünə məxsus olduğu torpaq sahəsinin yerini (ərazi yaxın olduğu üçün) səhv göstərdiyi və iddia olunan torpaq sahəsinin İddiaçı məxsus olduğu müəyyən edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X6 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair 2-1(112)-5257/2021 nömrəli iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 ərizəsi təmin edilmiş, iddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim Pərviz Hüseynov).
17. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən torpaq sahəsi ona məxsusdur, X8 aid torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilmiş, X8 məxsus torpaq sahəsinin yeri ona göstərilmişdir.
18. Məhkəmənin sonuncu iclasında X11 iştirak etmir.
19. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
21. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
22. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
23. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
24. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
26. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
27. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
28. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
29. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
30. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
31. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
32. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
33. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
34. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
35. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
36. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
37. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
39. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X4) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısında nəzərdə tutulmuşdur.
40. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq iddiaçının adına sovxozun (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X4 - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3) rəhbərinin (direktor və s.) əmri mövcuddur. “X4” tərəfindən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etmiş və bununla bağlı iddiaçının adına arxiv arayışı və plan-cizgi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən qeyd olunan məsələ ilə bağlı vətəndaşların iştirakı ilə topraq sahələrinə baxış keçirilmiş, X6 özünə məxsus olduğu torpaq sahəsinin yerini (ərazi yaxın olduğu üçün) səhv göstərdiyi və iddia olunan torpaq sahəsinin İddiaçı məxsus olduğu müəyyən edilmişdir.
41. Bununla əlaqədar, X6 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştiraklarına xitam vermişdir.
42. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-2010 saylı sahədə yerləşən 0,10 ha torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva