Məhkəmə qərarları › İş №2-1(112)-1074/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1074/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1074/2023 03.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «iddiaçının işlə təmin edilmədiyi dövr üzrə orta aylıq əmək haqqının və mənəvi zərərə görə vəsaitinin ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «iddiaçının işlə təmin edilmədiyi dövr üzrə orta aylıq əmək haqqının və mənəvi zərərə görə vəsaitinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 26 mart 1996-cı il tarixli 203 saylı əmri ilə Xudafərin Gömrük İdarəsinin rəis müavini vəzifəsindən qanunsuz olaraq azad edilmişdir. Sonradan Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin 2-725/1996 saylı iş üzrə 31 may 1996-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin olunaraq, əvvəlki işinə bərpa edilməsi qət edilmişdir. Lakin 2018-ci ilin iyun ayınadək olan müddət ərzində cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tutduğu vəzifəyə bərpa edilməmiş və əmək kitabçası ona təqdim edilmədiyindən, göstərilən müddətdə başqa işə qəbul olana bilməmişdir. Cavabdehin öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməməsi onun (iddiaçının) Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarını pozur. O, hesab edir ki, işə qəbul oluna bilmədiyi bütün müddət üçün orta əmək haqqı cavabdeh tərəfindən ona ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, 71, 80ci maddələrinə, Azərbaycan Respublikasınln Mülki Prosessual Məcəlləsininin 4.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə, İPM-in 2.2.3, 34.1, 45, 46, 68, 73-cü maddələrinə, Əmək Məcəlləsinin 48, 83, 87, 177, 157-ci maddələrinə, Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli qərarına əsaslanaraq, məhkəmədən əmək kitabçasının və son haq-hesabın verilməməsi nəticəsində işlə təmin edilmədiyi 1996 – 2018-ci illər üzrə 264 ay üçün 157.344 manat orta əmək haqqının və mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 3 aprel 2023-cü il tarixli məktubunda – yazılı etirazında bildirilir ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Gömrük Komitəsi tərəfindən əmək kitabçasının və son haq-hesabın verilməməsi nəticəsində işlə təmin oluna bilmədiyi 1996 – 2018-ci illər üzrə dövrü əhatə edən 264 ay üçün 157.344 manat orta əmək haqqının və mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Komitənin 26 mart 1996-cı il tarixli 203 nömrəli əmri ilə Xudafərin Gömrük İdarəsinin rəis müavini vəzifəsindən qanunsuz olaraq azad edilsə də, Yasamal Rayon Xalq Məhkəməsinin 31 may 1996-cı il tarixli 2-725/1996 nömrəli qətnaməsi ilə işə bərpa edilmişdir. Lakin 2018-ci ilin iyun ayınadək olan müddət ərzində əmək kitabçası ona təqdim edilməmiş və göstərilən müddətdə başqa işə düzələ bilməmişdir. İddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etməmişdir. İnzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünün mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət etməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırki tələblə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edilməmişdir. Hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müəyyən meyarlara əməl edilməsi zərurəti mövcud olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar(2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Qeyd olunanlara əsasən və İPM-in 35.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırki tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, iddiaçının əmək kitabçasının Dövlət Gömrük Komitəsində saxlanılması ilə bağlı heç bir sübut yoxdur, praktikaya görə işdəbn azad olunmuş şəxslərin əmək kitabçası həmin ərəfədə də onlara qaytarılır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, mövcud qanunvercilik normaları İPM-in 2.2.7-ci maddəsi üzrə “vurulmuş ziyana görə kompensasiya ödənilməsi haqqında” iddialar üzrə iddia ərizələri məhkəməyə təqdim edilməmişdən əvvəl, müvafiq məsələ ilə bağlı inzibati orqana müraciət edilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçının tələb etdiyi 157.344 manat maddi və 50.000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmədiyi müəyyən olunur. Odur ki, məhkəmənin qənaətinə görə tərəflər arasında iddia tələbi üzrə inzibati mübahisə mövcud deyil. Bundan başqa, İPM-in 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin iddiasında müəyyən qədər fərqli əsas gətirsə də, təxminən eyni dövr üzrə dəymiş ziyanı tələb edir. Qərardadan verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir və hazırda da həmin məhkəmənin icraatındadır. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5ci bəndində qeyd edilir ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar