Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1074/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı Nəzdində “X7 X4 Üzrə Komissiya”ya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya “müharibə veteranı adının və vəsiqəsinin” verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı Nəzdində “X7 X4 Üzrə Komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1971-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur, evlidir,4 övlad atasıdır, orta təhsillidir, tikinti təşkilatında günəmuzd fəhlə kimi çalışır, hazırda ailə üzvləriylə birlikdə yaşayır. O, hərbi xidmətə keçmiş Sovet Ordusu sıralarında başlamışdır. Burada dekabr 1989-cu ildən oktyabr 1991-ci ilədək Həqiqi Hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən təxris olunduqdan sonra Xaçmaza, ailəsinin yanına qayıtmış, Xaçmaz Rayon Hərbi Komissarlığında xx.xx.1991-ci ildə uçota götürülmüşdür. Torpaqlarımızın erməni təcavüzü başlayarkən 22 avqust 1992-ci ildə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq Azərbaycan Silahlı Qüvvələri sırasına göndərilmişdir. Qubadlı rayonu ərazisində aktiv döyüş əməliyyatları aparan N №-li Hərbi hissənin Top divizyonunun şəxsi heyətinin sırasına saİınmışdır. "Yazı düzü" adlanan mövqedə dislokasiya olan N nömrəli hərbi hissənin tərkibində Laçının Güləbird və işğal altında olan Səfiyan, Malxələf, Xanallar və Fərəcan kəndlərinin eləcə də Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. Qubadlı rayonu 1993-cü ilin 31 avqustunda işğal olunandan sonra xidmət etdiyi N №-li Hərbi hissə Cəbrayıl rayonu ərazisinə geri çəkilmişdir. Keçmiş Çaxır zavodunun inzibati binasında qərargah yaradıldı. N №-li Hərbi hissənin şəxsi heyətinin böyük əksəriyyəti Qubadlı rayon sakinlərindən təşkil olunmuşdu. Eləcə də hissənin komandir heyəti Qubadlı sakinləri olan zabitlərdən ibarət idi. Bu ərəfədə əhali işğal olunmuş Qubadlı rayonunu tərk edirdi. Hərbi hissənin əksər zabit və əsgər heyəti hamılıqla öz ailə üzvlərinin və yaxınlarının işğal altında olan Qubadlıdan təxliyyə olunmasına, onların ölkənin digər şəhər və rayonlarına köçürülməsinə cəlb olunmuşdular. Bir yandan qorxu,digər tərəfdən intizamın zəifləməsi onu Bakı, Sumqayıt və digər şimal bölgəsindən olan əsgərlərlə birlikdə Hərbi hissəni tərk etməyə məcbur etdi.Heç bir müqavimətlə üzləşmədən silahlarını posta təhvil verərək evə yollandı. O, Xaçmaza, evinə qayıtdı. Bu ərəfədə nə N №-li hərbi hissə, nə polis şöbəsi və nə də ki, Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən axtarılmadı. Hərbi fərrari kimi prokurorluğun maraq dairəsinə düşmədi.Tezliklə N №-li Hərbi hissənin mövqeyinin dəyişdiyini və onun bazasında yeni hərbi hissənin təşkil edildiyini öyrəndi. Xaçmaz Rayon Hərbi Komissarlığına gedərək onun öz hərbi hissəsinə göndərilməyini xahiş etdi. N №-li hərbi hissənin bazasında yeni,N №-li hissə yaranmışdır. N №-li hərbi hissənin Gəncə istiqamətində qərargah qurduğunu öyrəndi. 28 yanvar 1994-cü ildə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən təkrar səfərbər olunaraq Gəncəyə, N №-li Hərbi Hissənin sərəncamına göndərildi. 1994-cü ilin fevral ayının ilk günlərində Murov yüksəkliyinə göndərildi. Burada azaraq qar uçuruma düşdü. Onunla birlikdə çağırılan əsgərlərin sağ qalan üzvləri ilə 7 gün şaxtalı-qarlı əraziləri keçərək Toğana adlanan əraziyə gəlib çıxdı. "Hər iki ayaq pəncəsi barmaqlarının İİİ dərəcəli don vurması" diaqnozu ilə əvvəlcə Gəncə Dəmiryol xəstəxanasına, daha sonra isə Bakı şəhərinə Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına təxliyyə olundu. 5 mart 1994-cü ildən 08 aprel 1994-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında stasionar müalicə kursu keçəndən sonra Hərbi xidmətə yararsız hesab edilərək Hərbidən təxris olundu. O, Müdafiə Nazirliyi Aparatı nəzdində "X7 vəsiqələrinin verilməsi üzrə Komissiya"ya müraciət etdi. Komissiyaya etdiyi xx.xx.2023-cü il tarixli müraciətdə onun hərbi xidmət dövründə fərarilik edərək hərbi hissənin tərk etmədiyini, xidməti yerinin tərk edilməsini hərbi hissənin ətrafında yaranmış xaos və intizam pozuntusunun nəticəsi olduğunu, onun Hərbi Prokurorluq tərəfindən müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmadığını, hərbi hissəni tərk etdikdən sonra yaşadığı ünvanı tərk etməyərək qonşu ölkələrdə gizlənmədiyini, yenidən səfərbər olaraq xidmətini başladığı hərbi hissəyə qatıldığını, bu zaman ağır donvurmaya məruz qalaraq təxris olunduğunu onun diqqətinə çatdıraraq ona müharibə veteranı statusunun verilməsini xahiş etdi. Əvəzində Komissiya xx.xx.2024-cü il tarixli cavabında onun xx.xx.1993- cü ildən sonrakı xidmətinin təsdiqlənmədiyini əsas gətirərək ona bu adın və vəsiqənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 2301 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçı, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilsədə onun sonrakı hərbi xidməti və hərbi xidmətdən ganuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alarag, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “X7 müvafig vəsigələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə hagh olarag müsbət gərar gəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara,arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəməm sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5999 nömrəli Arxiv arayışından görünür ki, İddiaçı N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 42 №-li əmrində (əsas: bənd-15, səh-44, əmrdə atasının adı yazılmamışdır) N №-li hərbi hissənin qərargahından göndərilmiş, sıravi İddiaçı hərbi hissənin top divizionunun şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlara qoyulması barədə məlumat vardır. Xaçmaz RHK-nın çağırışçısı, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 316 №-li əmrilə (əsas: §-4, səh-3, sıra-12N, əmrdə adının qarşısında “06.09.93” yazılmışdır, çağırıldığı yer “Xaçmaz” RHK-ğı” göstərilmişdir) xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən xx.xx.2022-ci il tarixli 4/2-1444 №-li məktubla İddiaçı ünvanına cavab göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 971 nömrəli Arayışında göstərilmişdir ki, 1971-ci il təvəllüdlü İddiaçı 22 avqust 1992-ci ildə və təkrar olaraq 28 yanvar 1994-cü il tarixində keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağırılmışdır. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın hərbi hissə rəisinin iması ilə təsdiq edilmiş və hospitala aid möhürlə təsdiq edilmiş xəstəlik tarixindən çıxarışda qeyd edilmişdir ki, N nömrııli hərbi hissənin sıravi əsgəri İddiaçı xx.xx.1994-xx.xx.1994-cü ilə kimi hospitalda “hər iki ayaq pəncəsi barmaqlarının İİİ dərəcəli donvurması diaqnozu ilə müalicə almışdır.... Xəstəyə sağaldıqdan sonra HHK tərəfindən MN 260 nömrəli əmrinin 39TT maddəsinin İ qr ilə 30 sutka məzuniyyət verilmişdir. Xəstəyə AR MN 29 nömrəli əmrinə əsasən 3 minimal əmək haqqı miqdarında birdəfəlik vəsait verilmişdir. İş materiallaına əlavə edilmiş Azərbaycan Respublikası Tərtər Hərbi Prokurorluğunun xx.xx.2013-cü il tarixli 19HP3980 nömrəli məktubunda göstərilmişdir ki, onun xx.xx.2013-cü il tarixli şikayət ərizəsinə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aidiyyatı üzrə Tərtər hərbi prokurorluğuna göndərilmiş və xx.xx.2013-cü il tarixdə Tərtər hərbi prokurorluğuna daxil olmuşdur. Həmin ərizə əsasında Tərtər hərbi prokurorluğunda araşdırma aparılmış, zəruri sənədlərin əldə edilməsi üçün Gəncə şəhər Dəmiryol xəstəxanasının baş həkiminə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə, Daxili İşlər Nazirliyinin Əməliyyat Statistika idarəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalın rəisinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin RAS xidmətinin rəisinə və N saylı hərbi hissə komandirinə sorğu edilmişdir. Müəyyən edilmişdir ki, barənizdə hər hansı bir cinayət işi istintaq edilməmiş və təqsirləndirici material olmamışdır. Araşdırma zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 1249 saylı məktubu ilə müəyyən edilmişdir ki, Qarabağ hərbi prokurorluğunun xx.xx.2008-ci il tarixli 16/161 saylı məktubuna əsasən siz xx.xx.2008-ci il tarixdən Xaçmaz rayon hərbi komissarlığında qeydiyyata alınmısınız. Barənizdə sənədləşmə aparılması və hərbi qeydiyyat məsələnizlə əlaqədar zəruri tədbirlər görülməsi üçün xx.xx.2013-cü il tarixli ərizəniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 313121/2-B-6-3727/4/2024 nömrəli Arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İş materiallarına əlavə edilmiş ******* nömrəli Hərbi biletdən görünür ki, yararsız hala düşmüş NZ ******* saylı hərbi bilet əvəzinə AO ******* saylı hərbi bilet verilmişdir, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı qaynaqçı vəzifəsində çalışmışdır. xx.xx.1990-cı il tarixdə N nömrəli hərbi hissədə and içmişdir. 12.1989-cu il tarixdə hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.1991-ci il tarixdə SSRİ MN 472 nömrəli əmri əsasında xx.xx.1991-ci il tarixdə ehtiyyata buraxılmışdır. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 1399 nömrəli məktubunda göstərilmişdir ki, 850(706) №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 42 №-li əmrində (əsas: bənd-15, səh-44, əmrdə atasının adı yazılmamışdır) N №-li hərbi hissənin qərargahından göndərilmiş, sıravi İddiaçı hərbi hissənin top divizionunun şəxsi heyətiinin siyahısına salınaraq bütün növ təminatlara qoyulması barədə məlumat vardır. Xaçmaz RHK-nın çağırışçısı, 6-cı taborun hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 02 №-li Direktivinə əsasən, N Nə-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 316 №-li əmrilə (əsas: §-4, səh-3, sıra-12N, əmrdə adının qarşısında “06.09.93” yazılmışdır, çağırıldığı yer “Xaçmaz” RHK-ğı” göstərilmişdir) N.0°. 1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissələrin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3-3-120/2-30-4500/24 nömrəli məktubunda göstərilmişdir ki, hərbi hissələrin prokurorluqlar üzrə nəzarət dairəsi dəyişdirildiyindən,döyüş əməliyyatları zamanı mövcud olan bəzi hərbi hissələrin yerdəyişmələri və ləğv edilmələri ilə bağlı,həmçinin !-ci Qarabağ müharibəsində iştirak etmiş və cinayət törətmiş şəxslər barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda vahid mərkəzləşdirilmiş məlumat bazası mövcud olmadığından,İddiaçı barəsində cinayət işi və ya təqsirləndirici materialın olub- olmaması ilə bağlı dəqiq məlumat verilməsi mümkün deyildir. İddiaçı dəqiq olaraq hansı hərbi hissələrdə xidmət etməsi,ezam olunması,xidmət etdiyi hərbi hissələrin hansı rayonların ərazisində yerləşməsini aidiyyəti dövlət orqanlarından (Müdafiə Nazirliyi,Daxili Qoşunlar və.s.alınmış arayışjdəqiqləşdirməklə şəxsiyyət məlumatlarının və xidmətini təsdiqləyən zəruri sənədlərin (şəxsiyyət vəsiqəsi,hərbi bilet,arxiv arayışı)təsdiq edilmiş surətləri ilə birlikdə müvafiq tabe prokurorluğa yenidən müraciət etməyiniz xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 43-27/2-938/24 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1971 -ci i! təvəllüdlü İddiaçı keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar olaraq xx.xx.1992-ci il tarixində və təkrar olaraq xx.xx.1994-cü il tarixində hərbi xidmətə göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2169 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, -12.02.994-cü il tarixli N nömrəli hərbi hissə komandirinin N nömrəli Əmrində göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının 02 №-li 03 fevral 1994-cü il tarixli Direktivi əsasında aşağıda adları göstərilən hərbiçilər özbaşına hərbi hissəni tərk etdiyinə görə N fevral 1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarJıb sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilsin. Vİ tabur üzrə: 12N. İddiaçı-xx.xx.1993. -xx.xx.1992-ci il tarixli N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrində göstərilmişdir ki, N №-li hərbi hissənin qərargahından göndərilmiş adları aşağıda çəkilən hərbiçilər: sıravi. İddiaçı (atasının adı yazılmamışdır)-alayın top divizionunun şəxsi heyətinin siyahısına daxil edib hər növ təminata qoyulsunlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-4848/24 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı ərizəsində xx.xx.1992-ci il tarixdən hərbi xidmətə çağırılmasını, N və N nömrəli hərbi hissələrdə xidmət keçdiyini, həmin hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq və mənafelərini məhkəmədə müdafiə olunması, iddia ərizəsinə münasibət bildirilməsi məqsədilə iddiaçının 1992-ci il tarixdən etibarən hərbi xidmət keçməsi, qanuni əsaslarla ehtiyata buraxılması yoxlanılmaqla barəsində aşkarlanmış məlumatların (əlifba qeydiyyatı kitabları və nizami hissə üzrə əmrləri, yaralanmasına dair sənədləri) xronoloji ardıcılıqla yazılaraq həmin kitablardan və əmrlərdən çıxarışların Hüquq İdarəsinə göndərilməsinə dair göstəriş verilməsi xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 43-27/2-756/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar olaraq xx.xx.1992-ci il tarixində və təkrar olaraq xx.xx.1994-cü il tarixində hərbi xidmətə göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli 725 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması barədə adına tərtib olunmuş arxiv arayışı ünvanınıza göndərilir. Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz vətəndaş İddiaçı 1994-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Gəncə hospitalında) stasionar müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar edilmədi. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli 739 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması barədə adına tərtib olunmuş arxiv arayışı ünvanınıza göndərilir. Əlavə olaraq məlumat üçün bildiririk ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının tabeliyində olan X6 ştat strukturu ləğv edilmiş və yenidən Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi yaradıldığı üçün gələcəkdə bu kimi mövzularla bağlı müraciət edərkən Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinə müraciət edilməsi xahiş edilir. Həmin məktubla göndərilmiş 267 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Diaqoz: hər iki pəncə barmaqlarının 3-cü ərəcəli donvurması. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus stasionar xəstələrin qeydiyyatı kitabının 28-ci səhifəsində olan 13330-cu sayındakı qeyd. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-25/2-595/2025 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2/2-2237 nömrəli məktubda bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “X7 X4 üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5999 nömrəli arayışına əsasən xx.xx.1992-ci ildən sonrakı xidmətiniz təsdiqlənmədiyinə və qanuni əsaslarla ehtiyata buraxılmadığınıza görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9- cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. İş materiallarına əsasən İddiaçı döyüş əməliyyatları aparılan N () nömrıli hərbi hissə tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi N N-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin xx.xx.2022-ci i tarixli arayışı, Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli 267 nömrəli arxiv arayışı, xəstəlik tarixindən çıxarış (epikriz) ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı xx.xx.1992-ci il tarixində və təkrar olaraq xx.xx.1994-cü il tarixində hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixli N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə alayın top divizionunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. İddiaçının xidmət keçdiyi N №-li hərbi hissə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında iştirak edən hərbi hissəsi olmuşdur. Cavabdehin imtina əsası iddiaçının xx.xx.1992-ci ildən sonrakı xidmətinin təsdiqlənmədiyi və qanuni əsaslarla ehtiyata buraxılmadığı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, iddiaçı barəsində xx.xx.1994-cü il tarixli N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə özbaşına hərbi hissəni tərk etdiyinə görə N fevral 1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə əmr olsa da bu hal iddiaçının döyüş əməliyyatlarında iştirakını və müharibə veteranı adı verilməsini istisna etmir. Belə ki, iddiaçının xx.xx.1994-cü il tarixli əmrlə hərbi hissəni özbaşına tərk etməsi qeyd edilsə də iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi sənədlər Arxivindən əldə edilmiş xəstəlik tarixindən müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissənin sıravi əsgəri xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hər iki pəncə barmaqlarının 3-cü dərəcəli donvurması diaqnozu ilə stasionar müalicədə olmuş, ona sağaldıqdan sonra HHK tərəfindən MN 260 nömrəli əmrinin 39TT maddəsinin İ qr ilə 30 sutka məzuniyyət verilmiş, eyni zamanda AR MN 29 nömrəli əmrinə əsasən 3 minimal əmək haqqı miqdarında birdəfəlik vəsait verilmişdir. Göründüyü kimi iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyinə görə əmr verilmiş olsa da o həmin ərəfələrdə N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi, donvurma diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilmiş və hərbi hospitalda stasionar müalicədə olmuşdur. Digər tərəfdən iddiaçı barəsində Tərtər hərbi prokurorluğunda araşdırma aparılmış, zəruri sənədlərin əldə edilməsi üçün Gəncə şəhər Dəmiryol xəstəxanasının baş həkiminə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə, Daxili İşlər Nazirliyinin Əməliyyat Statistika idarəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalın rəisinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin RAS xidmətinin rəisinə və N saylı hərbi hissə komandirinə sorğu edilmiş və müəyyən edilmişdir ki, barəsində fərarilik ə s. ilə bağlı hər hansı bir cinayət işi istintaq edilməmiş və təqsirləndirici material olmamışdır. Beləliklə, İddiaçı döyüş əməliyyatlarında iştirakı sübut olunur. İddiaçının hərbi hospitalda müalicədə olma səbəbi ilə hərbi hissədə olmamasının hərbi hissədə düzgün sənədləşdirilməməsi onun hərbi hissədə qanuni əsaslarla hərbi xidmət keçməsini şübhə altına almaya əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, stasionar müalicədə olması əsası ilə hərbi hissədə olmaması öz təsdiqini tapdığından, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilir. Odur ki, iddia tələbi təmin edilməli, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1971-ci il təvəllüdlü İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1074/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1074/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver