Məhkəmə qərarları › İş №2-1(112)-10751/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10751/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10751/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayon Bəyimsarov kənd icra nümayəndəliyində tərtib edilmiş İddiaçı doğumu haqqında xx.xx.1999-cu il tarixli 18 nömrəli akt qeydində doğum tarixi qrafasına düzəliş edilərək, doğum tarixinin xx.xx.1996cı il olaraq qeyd edilməsi vəzifəsinin cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Tərtər rayonunda doğulmuşdur. İddiaçının doğumu barədə Tərtər rayon Bəyimsarov kənd üzrə nümayəndəliyi tərəfindən xx.xx.1999-cu il tarixli 18 nömrəli doğum akt qeydi aparılmışdır. Doğum haqqında şəhadətnamənin əsli iddiaçının özündədir, üzərində heç bir qaralama aparılmamışdır. Hazırda iddiaçının işi ilə əlaqədar ondan latın qrafikalı doğum haqqında şəhadətnamə tələb edilir. Bununla əlaqədar, iddiaçı doğum haqqında şəhadətnaməni təkrar əldə etmək üçün cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, Tərtər rayon Bəyimsarov kənd icra nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1999” olaraq qeyd edilmişdir. İddiaçı doğum akt qeydində doğum tarixi qrafasında düzəliş edilməsi üçün müraciət etdikdə isə cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina məktubu təqdim edilmişdir. Səbəb olaraq doğum tarixinə düzəliş edilməsi üçün zəruri sənədlərin təqdim edilə bilməməsi göstərilmişdir. İddiaçı eyni zamanda doğum haqqında akt qeydinə düzəliş edilməsi məqsədilə Tərtər rayon Qeydiyyat şöbəsinə də müraciət etmişdir. Tərtər rayon Qeydiyyat şöbəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli imtina məktubu Nərimanov rayon Qeydiyyat Şöbəsi ilə eyniməzmunlu olmuşdur və iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qeyd etmək zəruridir ki, iddiaçı 2003-cü ildə M.Hacıyev adına 116 nömrəli orta məktəbin birinci sinfinə getmişdir, 2012-ci ildə E.Şirəliyev adına 274 nömrəli orta məktəbdə təhsili başa vurmuşdur. Bu barədə iddiaçıya ümumi orta təhsil haqqında 157489 nömrəli şəhadətnamə təqdim edilmişdir. 2013-2016-cı illərdə 7 nömrəli Bakı Peşə liseyində təhsil almışdır və A seriyalı 491517 nömrəli tam orta təhsil haqqında attestat əldə etmişdir. Əgər iddiaçı doğrudan da 1999-cu il təvəllüdlü olsa idi 3 yaşına məktəbə getmiş olardı. Beləliklə, iddiaçı yaranmış problemlə əlaqədar doğum akt qeydinə düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı hesab edir ki, iddia tələbində haqlıdır və Tərtər rayon Bəyimsarov kənd icra nümayəndəliyində tərtib edilmiş doğum akt qeydində doğum tarixi qrafasına düzəliş edilərək, doğum tarixixx.xx.1996-cı il olaraq qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin sonuncunun qeyd olunan məsələyə münasibəti daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya verilmiş 10 noyabr 2021-ci il tarixli, 05/15-664/76 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq Tərtər rayon Bəyimsarov kənd İ/N tərtib edilmiş xx.xx.1999-cu il tarixli 18 №li doğum haqqında akt qeydi nəzərdən keçirilərkən iddiaçının doğum tarixinin təqdim etdiyi sənədlərdə göstərildiyi kimi xx.xx.1996-cı il deyil, xx.xx.1999-cu il kimi qeyd olunduğu müəyyən edildiyi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirildiyi, doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsi üçün zəruri sənədlərin təqdim edilmədiyi bildirilərək, ərizənin icrasının cavabdeh tərəfindən mümkün olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1996-cı il tarixdə Tərtər rayonunun Bəyimsarov kəndində doğulmuşdur, 31 may 2020-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. -ünvan 3rixdə verilmiş XXİ-ЖГ №349122 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1996-cı il tarixdə Tərtər rayonunun Bəyimsarov kəndində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 05 aprel 1999-cu il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. -AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1996-cı il təvəllüdlüdür. -Etibar Şirəliyev adına 274 №li orta məktəb tərəfindən 04 iyul 2012-ci il tarixdə verilmiş AN№157489 nömrəli ümumi orta təhsil haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1996-cı il tarixdə anadan olmuş, 2012-ci il tarixdə E.Şirəliyev adına orta təhsili bitirmişdir. -7 №li Bakı Peşə Liseyi tərəfindən 14 aprel 2016-cı il tarixdə verilmiş AN №491517 nömrəli tam orta təhsil haqqında Attestatın surətindən görünür ki, İddiaçı 1996-cı il tarixdə anadan olmuş, 2016-cı il tarixdə 7 №li Bakı Peşə Liseyi bitirmişdir. -İddiaçı hərbi xidmətə yararlı olması barədə ilkin hərbi qeydiyyata alınma haqqında 07 sentyabr 2015-ci il tarixli, 649 saylı Vəsiqədən görünür ki, vəsiqədə iddaçının təvəllüdü xx xxxxxx 1996-cı il tarixi olaraq qeyd olunmuşdur. -Azərbaycan Respublikası SHXÇDX-nın Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli SX seriyalı ******* №li Hərbi Biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təvəllüdü xx xxxxxx 1996-cı il tarixi olaraq qeyd olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 sentyabr 2022-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə iddiaçıya məxsus doğum akt qeydinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd olunan 05 aprel 1999-cu il tarixli akt qeydindən çıxarışdan müəyyən edilir ki, Tərtər rayon Bəyimsarov kənd xəstəxanasının 03 mart 1999-cu il tarixli həkim arayışına istinadən iddiaçının doğulduğu tarix “27 fevral 1999-cu il” tarix qeyd edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən məhkəməyə ünvanlanan 18 avqust 2022-ci il tarixli sorğuya cavab məktubunda İddiaçı adına olan doğum haqqında tibbi sənədlər xəstəxananın arxivində olmadığı üçün həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İşin faktiki hallarından görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü İddiaçı ona məxsus bütün sənədlərdə doğum tarixinin “xx xxxxxx 1996-cı il” olaraq qeyd olunduğuna istinad edərək, həmin səbəbdən Tərtər rayon Bəyimsarov kənd icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında xx.xx.1999-cu il tarixli 18 nömrəli akt qeydində doğum tarixi qrafasına düzəliş edilərək, doğum tarixinin xx.xx.1996-cı il olaraq qeyd edilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsasın olmadığına istinad olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla nəzərə alır ki, istər doğum haqqında şəhadətnamədə, orta təhsil haqqında Şəhadətnamədə, Hərbi Biletdə, istərsə də şəxsiyyət vəsiqəsində iddiaçının doğum tarixi xx xxxxxx 1996-cı il tarix göstərildiyindən odur ki, dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X1rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı). Odur ki, doğum haqqında akt qeydində müvafiq düzəlişi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. Tərtər rayon Bəyimsarov kənd icra nümayəndəliyində tərtib edilmiş İddiaçı doğumu haqqında xx.xx.1999-cu il tarixli 18 nömrəli akt qeydində doğum tarixi qrafasına düzəliş edilərək, doğum tarixinin xx.xx.1996-cı il olaraq qeyd edilməsi vəzifəsi cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar