Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10756/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və yenidən bərpa olunması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB ilə X5 arasında bağlanan “Qaz paylayıcısı ilə məişət-qaz qurğusu istifadəçisi arasında qazın alıq-satqısı barədə” xx.xx.2023-cü il tarixli, AKX-05591xx/xx-2023 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında olan həmin mənzilə dair müqavilənin yenidən iddiaçının adına bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanındakı mənzilə xidmət edən təbii qaz xəttindən istifadəyə dair müqavilənin X2 adına dəyişdirilməsi barədə X2 təzyiqləri və hədə-qorxusu nəticəsində notarial təsdiq olunmuş ərizə vermişdi. Ona görə də həmin ərizəni verdiyi Bakı şəhəri 24 saylı notariat ofisinə gedərək ləğv etdirmişdir. Bundan sonra həmin abonent müqaviləsinin ləğv edilərək yenidən onun adına keçirilməsi barədə Cavabdehnə müraciət etmişdir. Ərizənin təmin olunmasından imtina edilmiş və səbəb kimi də həmin ünvan üzrə onun istehlakçı kimi qeydə alınmadığı göstərilmişdir. Həmin ünvan üzrə təbii qaz istifadəçisi kimi cavabdeh tərəfindən əvvəl onunla müqavilə bağlandığı halda və yalnız notarial təsdiq olunmuş ərizə alındıqdan sonra həmin ünvan üzrə digər cavabdeh olan X5 ilə abonent müqaviləsi bağlandığı halda, cavabdeh əsassız olaraq onun ərizəsinin təmin olunmasından imtina etmişdir. Bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli “Qazdan istifadə Qaydaları”nın tələblərinə görə hər hansı bir yaşayış evinə təbii qazın verilməsi tələb olunarsa, ondan həmin evə dair müvafiq sənədlər tələb olunur. Lakin işin hallarından da görünür ki, Cavabdeh İB ilə X5 arasında bağlanan xx.xx.2023-cü il tarixli, AKX-05591xx/xx-2023 saylı müqavilə tərtib olunan zaman Balayev Elxan tərəfindən təbii qazın təmin olunduğu mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bu müqavilə yalnız onun notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən tərtib edilmiş, onun adına olan abonent kodu həmin ərizəyə əsasən X2 adına rəsmiləşdirilmişdir. X5 arasında borc münasibətləri olduğu üçün ona hədə-qorxu gəlmiş, təzyiqlər göstərmiş və yalnız rəsmiyyət xatirinə bu müqavilənin bağlanmasını bildirmişdir. Ona görə də məcbur olub həmin ərizəni imzalamışdır. Lakin sonradan Balayev Elxan onun evinə hücum edərək zor gücü ilə onu yaşadığı evdən çıxarmağa cəhd etmişdir. Ona görə də aldanıldığını bilərək yenidən notariat ofisinə müraciət edərək həmin razılıq ərizəsini ləğv etdirmişdir. MM-in 339-cu maddəsinə görə əgər əqd zorakılıq və ya hədələmə yolu ilə və ya aldatma yolu ilə bağlanarsa, onda həmin əqd bağlandığı andan etibarsız hesab olunur. Onun həmin bu müqavilənin X2 adına verdiyi ərizə hədə-qorxu və aldatma yolu ilə alındığı üçün etibarsız hesab edilməli və eyni zamanda həmin ərizə əsasında Cavabdeh İB ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə də etibarsız hesab edilməlidir. Bu müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmiş və iddia ərizəsinin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə verilməsi tövsiyə olunmuşdur. Ona görə də hal-hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh və X5 arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-05591xx/xx-2023 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq X1 qazla təmin etməyi, X5 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 14-2-2- 1/2-1-8xx-xx/2023-3197 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, **********30000 nömrəli istehlakçı hesabı üzrə ünvan 3 ünvanında istehlakçı kimi qeydə alınmamışdır. Təbii qaz qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi əsasında satılır. Müqavilə üzrə tərəfin müraciəti əsasında sözügedən ünvanın qaz təchizatı dayandırılmışdır. Müqavilə tərəfinin və ya onun rəsmi razılığı ilə digər şəxsin qeyd edilən məsələyə dair müraciət olarsa, qanunamüvafiq qaydada baxılacaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1379/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh İB-yə və X4 qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. **********690 saylı xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində 8İ-2198 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Abonent kodunun öz adına qaytarılması səbəbindən qeyd edilən ərizədən imtina edir. Göstərilən ərizədən imtina etməyi barədə "Elektron notariat" informasiya sistemində qeyd yazılmasının və ərizə başqa notariat ofisində təsdiq edilmişsə, bu ərizənin dərhal sistem vasitəsi ilə ərizənin təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... ...6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq tələblə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müvafiq qeydə alınmış müraciəti yoxdur. Bundan başqa, ünvan 1 yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi işin materialları ilə müəyyən edilməmişdir. Həmin evdə quraşdırılmış qaz sayğacı da digər şəxsin adına qeydiyyatdadır. Qeyd edilən fərdi evə münasibətdə iddiaçının qanunla qorunan hüquqlarının olduğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı iddianı qaldırmağa hüququ yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi mülki xarakterlidir. İddiaçı faktiki olaraq sayğacın adına dəyişdirilməsini tələb edir. İddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmasa da, hazırkı iddia istehlak münasibətlərindən irəli gəlir və tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətlərinin yaranması ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarından:
13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova